1. KURİKULUMUN ƏSASLARI
PLAN:
1. Kurikulumun mahiyyəti
2. Kurikulumu zəruri edən tələblər
3. Ənənəvi təhsil proqramı.Müasir kurikulum
4. Fənn kurikulumu.Milli kurikulum
1.Kurikulum dünya miqyasında geniş yayılmış təhsil modellərindən biri və
islahatların bir istiqamətidir.İlk dəfə kurikulum anlayışı ABŞ-da 70-ci illərdən
sonra formalaşmış (1876-cı ildə) və termin kimi işlənmiş, 1918-ciildən isə tətbiq
olunmağa başlamışdır.Kurikulum latın sözü
olub,”elm”,”kurs”,”istiqamət”,”qaçış”,”yol” mənasını daşıyır.Bir müddət üzərində
işləndikdən sonra əcnəbi ölkələrin lüğətinə”tədris planı””proqram”,”təlim kursu”
kimi daxil olmuşdur.Azərbaycanın lüğət tərkibində isə 90-cı illərin sonundan
termin kimi işlənməyə başlayıb.2008 –ci ildən etibarən isə tətbiq olunmağa
başlanmışdır.
Kurikulum hal-hazırda mövcud olan təhsilsisteminin yeni formalaşmışproqramıdır
və təhsilin əsasını təşkil edən sənəd kimi dünyada tanınır. Bidiyimiz
kimi,ölkəmizdə əvvəllər mövcud olan təhsil sistemində müəllim sinifdə avtoritar
tətbiq edərək ev tapşırıqlaını yoxlayıb,dərsi soruşurdu,ardınca yeni dərsi izah
edirdi,qiymətləndirmə aparıb dərsi tamamlayırdı.Yəni müəllim köhnə sistemdə
şagirdin beyninə yeritdiyi nəzəriyyə ilə düsturları, qaydaları əzbərlətməklə
kifayətlənirdi.Ancaq bu rejim artıq müasir təhsil sisteminə və şagirdlərin təlabatına
tam cavab vermir.Çünki yeni nəsil daha çox araşdırma apararaq nəyisə öyrənməyə
çalışır.Əgər şagird öyrəndiyi düsturu tətbiq edə bilirsə,deməli şagird öz biliyini
bacarığa çevirə bilib. Şagird öz biliyini tətbiq etməklə yalnız bacarığa yiyələnmir,
həmçinin şagird vərdiş,dəyər,keyfiyyət kimi kompetensiyaları da özündə
formalaşdırmış olur (“Competençe”sözündən əmələ gəlib, fransız mənşəli
sözdür,”bacarşq,səriştə” deməkdir. “Kurikulum təhsilin məzmunu, təşkili və
qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual
sənəddir”)
2.Kurikulum islahatını zəruri edən tələblər aşağıdakılardır:
-Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması; Cəmiyyətdə yeni
münasibətlərin formalaşması,sosial şəbəkələrin daha çox həyatımızda yer
alması,bunlar vasitəsilə əcnəbi insanlarla ünsiyyət, bəzi xaricdə olan təhsil
ocaqları ilə əlaqələrin formalaşması, bundan başqa son illərdə ölkəmizdə keçirilən
dünya səviyyəsində olan tədbirlər(Formula 1,Evrevision,İslam oyunları və s.)
nəticəsində əcnəbilərin ölkəmizə axını və s. Kurikulum sisteminin tətbiqini
ölkəmizdə dahada sürətləndirdi.
-Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması.Yeni
islahatlar,şəxsiyyətyönümlü kurikulumun tətbiqi,dərsin yeni
quruluşu,qiymətləndirmənin dəyişməsi,əvvəlki dərsliklərin yeni dərsliklərlə əvəz
olunması,tətbiq olunan üsllar,formalar, dərsin planı,müəllimin qarşısında qoyulan
tələblər və s. Xaricdə təhsil alan tələbələrin sayının çoxluğu istər-istəməz yeni
yanaşmaların formalaşmasına təsir edir.
-Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid;Artıq müəllim dərsi şagirdlərə
hazır şəkildə ötürmür,müəllimin tələblərinə uyğun dərs qurulmur.Hazırki
sistemimiz bazar iqtisadiyyatına uyğun qurulub,yəni şagirdlərin sərbəst düşünməsi,
azad düşüncə əsas götürülür.
-Mövcud təhsil proqramının müasir tələblərə uyğunsuzluğu;Əvvəlki təhsi
sisteminin müasir təhsil standartlarına cavab verə bilməməsi Kurikulum sisteminin
ölkəmizdə tətbiqinə gətirib çıxardı.
-İnformasiya əsrinin tələbləri;Fikir versək görərik ki, müasir kitablarda nəzəri hissə
əvvəlki illərlə müqayisədə çox az verilib.Bunun əsas səbəblərindən biridə odur
ki,şagirdlər kitabla yanaşı internetdən də istədikləri məlumatı çox qısa zamanda
əldə edə bilirlər.Bundan əlavə, kompüterdən istifadə etməyi,dərsləri slaydlarla
keçməyi və s. Artıq bütün təhsil sahəsində olan hər kəs bacarmalıdır, çünki
dövrümüz bunu tələb edir.məsələn MİQ imtahanlarının kopüterlə keçirilməsi buna
əyani sübutdur.
- Dünya təhsil sisteminə inteqrasiya(əlaqə)Kurikulumun azərbaycanda tətbiqi
dünya təhsil sisteminə inteqrasiyanın bariz nümunəsidir.ABŞ-da formalaşmış bir
sistemin ölkəmizdə tətbiqi dünya tətbiqi ilə inteqrasiyanı formalaşdırmış olur.
Ənənəvi təhsi proqramı
1.Bilikyönümlüdür(bilik ön planda
dururdu),Müəllimin əsas funksiyası
şagirdlərə məlumat çatdırmaq və onun
mənimsənilməsi üçün şərait yaratmaq
idi.
2.Tədrisdə Avtoritar üslub əsasdır.(mü-
əllimin fikri düşüncəsindən daha önəmli
sayılır.
3.Şagirdlər daha passiv idi,müəllim daha
ön planda idi.
4.Fənyönümlüdür.Fənnin məqsədinə
yönəlmiş təlimdir.Hazır halda əldə
edilən biliklərin möhkəmləndirilməsi
yolu ilə mənimsənilməsi.Yəni ki, dərs
tədris fənni çərçivəsi ilə
məhdudlanır,şagirdlərin başqa fəaliyyəti
olmur.
5.İnteqrasiya arxa planda qalırdı.
6.Müəllimyönümlüdür.
7.Proqramın tələblərinə yönəlmişdir.Fən
nin məqsədinə yönəlib.
8.Monoloji təlim(müəllimin nitqi,
müəllimin idarəçiliyinə
yönəlmişdir,şagird passiv tərəfdə
qalırdı.
9.Hər yeni dərs müəllimin izahı ilə
nəticələnirdi.İzahedici-İllustrativ təlimə
əsaslanır.
10.Təklifyönümlüdür.Həmin dövrdə
təklif yalnız müəllimlər tərəfindən
dəyərləndirilirdi.
11.Fəndaxili və Fənlərarası əlaqə
məqsədyönlü və sistemli xarakter
daşımır.
12.Bəzi fənlər üzrə qiymət normaları
müəyyən edilib.Şagirdlər 3,4,5 ilə
qiymətləndirmə
13.Hafizəyə əsaslanır(əzbərçilik əsas rol
oynayırdı).
14.Reproduktiv(təkraredici)tətbiqetmədir
15.Müəllim əsas bilik mənbəyidir.
16.Şagirdlər yeni bilikləri müəllimin
məlumatları və izahlarını qavrama və
yadda saxlama əsasında mənimsəyir.
17.Təlim prosesində şagirdlər arasında
Müasir kurikulum
1.Şəxsiyyətyönümlüdür(şagirdə bilik
verməkdən çox şəxsiyyət kimi yetişdirir
Təhsilin məzmunu ilə yanaşı şagirdlərin
tərbiyə və inkişafında təlim metodlaı və
təşkilati formalarda mühüm rol oynayır
2.Tədrisdə Demokratik üslubəsasdır(şa-
girdlərdə azad düşüncə formalaşır)
3.Şagirdlər daha aktiv, müəllim daha
arxa plandadır.
4.Təlim nəticələrinə yönəlmiş təlimdir.
Məsələnin həlli prosesində biliklərin
müstəqil əldə edilməsi və
mənimsənilməsi ön planda durur.
5.İnteqrasiya dərsin əsasını təşkil edir.
6.Şagirdyönümlüdür.
7.Şagirdin tələbləri daha ön planda
dayanır.
8.Dialoji təlim(həm müəllim,həm də
şagird aktivdirlər və ön planda dayanır.
9.Şagirdlər motivasiyadan əldə olunan
təcrübələrlə yeni dərsi mənimsəmiş olur
10.Tələbyönümlüdür(hər dövrün öz
tələbi var və müasir dövrün tələbinə
uyğun olan sistem formalaşır)
11.İnteqrativlik(fənlərarası əlaqə)əsas
prinsip kimi qəbul olunur.
12.Qiymətləndirmə standartları və
mexanizimləri.
13 Təfəkkürə əsaslanır.(şagirdlərin
düşüncə tərzinin və məntiqinin
formalaşmasında və inkişafında böyük
rol oynayır.Evristik təlim(evrika
tapmaq deməkdir.Tədqiqat və təlim
üsullarından istifadənin üstünlük təşkil
etməsi,mənti- qi yanaşma,optimal
variantın tapılması və s.
14.Produktiv(yaradıcı)təlimə əsaslanır.
15.Bilik mənbələri müxtəlifdir.
16.Şagirdlər yeni bilikləri tədqiqat
zamanı dərk edirlər.
17.Təlim prosesində şagirdlər arasında
ünsiyyət olur,cütlük,qrup və kollektiv
şəkildə təlim fəaliyyəti həyata keçirilir.
18.Təlim prosesinin mərkəzi tədqiqatdır
19.Təhsil məzmunu ilə yanaşı,şagirdlər
Hər bir fənnə aid kurikulum mövcuddur və buna Fənn Kurikulumu deyilir.Fənn
kurikulumu sırf bir fənnə aid olur.Məsələn,ingilis dili fənn kurikulumu sırf ingilis
dili ilə bağlı sənəddir.Təhsil səviyyələri və siniflər üzrə təlim nəticələri fənn
kurikulumunda öz əksini tapır.Fənn kurikulumunda biliklərin həcmi və miqdarı
əsas götürülür.Təlimin məzmunu,təlim strategiyaları,şagird nailiyyətinin
qiymətləndirilməsi də burada qeyd edilir.
Milli xarakteri özündə əks etdirən kurikuluma isə Milli Kurikulum(Ümumi Təhsil
Kurikulumu)deyilir.Milli Kurikulum daha geniş məzmunludur.Bir fənnə deyil,ümu
mi təhsillə bağlı sənəddir.Təhsilin səviyyələri üzrə təlimin nəticələri yəni bir fənn
təlim nəticəsi deyil,ümumu təhsilin təlim nəticəsi burada əsas götürülür.Ümumi
təhsil səviyyələri üzrə təlim nəticələri,təhsil səviyyələri üzrə tədris olunan fənlər,
ümumi təhsil səviyyələri üzrə dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı,
padaqoji prosesin təşkili prinsipləri, şagird nailiyyətlərinin qiymətləndirilməsi və
monitorinqi haqqında ümumu məsələlər Milli Kurikulumda öz əksini tapmışdır.
ünsiyyət olmur.Müəllim-sinif və ya
müəllim şagird ünsiyyəti üstünlük təşkil
edir.
18.Təlim prosesinin mərkəzi
mühazirədir.
19.İnkişafetdirici və tərbiyəedici amil
kimi əsasən təhsil məzmunu götürülür.
20.Dərs demək olar ki həmişə adi
qaydada keçir.
21.Müəllim bütün funksiyalarını qoruyur
Konservatizmə əsaslanır(yeni dəyərlərə
qarşı olmaq,köhnə dəyərləri mühafizə
etmək və qorumaq deməkdir.Əldə
olunan və mövcud olan
vəziyyətin,cəmiyyətin dəyişməsinə və
dəyərlərin yoxa çıxmasına qarşı çıxan bir
ideyalogiyadır.
in tərbiyə və inkişafında təlim metodları
və təşkilat formaları da mühüm rol oyna
yır.
20.Ənənəvi olaraq digər formaların
əlamətləri dərs sayılan və ona qarşı
qoyulan bəzi elementləri məsələn:semi
nar –dərs,oyun –dərs,yarış-
dərs,konfrans-dərs və s.assimilyasiya
edir.
21.Müəllimin funksiyalarının bir
hissəsinin şagirdlərə
verilməsisəciyyəvidir:bilik və
bacarıqların yoxlanılması və
qiymətləndirilməsi(qarşılıqlı və
özünüqiymətləndirmə),işin
planlaşdırılması,tədqiqat və
özünüqiymətləndirmə elementləri.
|