1. Landşaftın əsas komponentləri:
A) Relyef, iqlim, su hövzəsi, flora, fauna
B) Bitki aləmi, torpaq, k/t otlaqları, çaylar, meşələr
C) Canlı aləm, insan, aqrar sənaye, fəvvarələr, hovuzlar
D) Su, relyef, torpaq, dağlar, düzənlik
E) Ağaclar, kollar, dəniz, günəş, sənaye
2. Şəhərin yaşıllıq sisteminin elementləri:
A) Şəhər parkları, skverlər, bulvarlar
B) Yaşayış massivləri, meşələr
C) Sənaye müəssisələri, dənizlər
D) Kommunal-anbar zonası, aqrar sənaye müəssisələri
E) Şəhərin nəqliyyat qovşağı, torpağ
3. Hansı funksional zona park strukturuna aid deyil?
A) Sənaye zonası
B) İdman zonası
C) Sakit istirahət zonası
D) Uşaq zonası
E) Fəal istirahət zonası
4. Müasir antropogen ekosistemlərə aşağıdakılardan hansılar aiddir?
A) Şəhərlər, qəsəbələr, kəndlər
B) Karstlı və yarğanlı ərazilər
C) Eroziyaya uğramış ərazilər
D) Sürüşmə zonaları, qəsəbələr
E) Yeraltı və yerüstü subasmalara məruz qalan ərazilər
5. Antropogen ekosistemlərin böyüyərək şəhər tipli sistemə doğru inkişaf etməsi prosesi necə adlanır?
A) Urbanizasiya prosesi
B) Nəqliyyat sistemlərinin genişlənməsi
C) Şəhərlərin yaşıllaşdırılması prosesi
D) Kəndlərin siyasi rolunun artması
E) Qəsəbələrdə sənayenin rolunun artması
6. Bakıdakı dağüstü parkın müəllifi kimdir?
A) İlyin L.A.
B) Üseynov M.A.
C) Hacıbəyov A.
D) Vesninı qardaşları
E) Dadaşov S.
7. Bakıdakı sahilyanı bulvar hansı statusu almışdır?
A) Milli park
B) Memorial park
C) Qoruq
D) Tarixi park
E) Mühfizə zonası
8. Kiçik memarlıq formalarına nə aid deyil?
A) Təbii su hövzəsi
B) Köşk
C) Oturacaqlar
D) Heykəllər
E) Fəvvarə
9. Park kompozisiyasında “Soliter”:
A) Tək ağac
B) Hovuz
C) Kölgəlik
D) Ağacların və kolların qrupları
E) Sıra əkililəri
10. Şəhər park kompozisiyasının əsasını nə təşkil edir?
A) Yaşıl əkililər
B) Çəpər və ya bordür
C) Fəvvarə
D) Oturacaq
E) Ağac
11. İri şəhərlər təbii mühitin hansı komponentlərinə öz mənfi təsirini göstərir?
A) Bitkilərə, torpağa, relyefə, yeraltı və yerüstü sulara, iqlimə
B) Bitkilərə, nəqliyyat hərəkətinə, su səviyyəsinin qalxmasına
C) Yeraltı sulara, radiasiyaya, iqlimə, istirahətə
D) Dəniz suyunun temperaturuna, bitkilərə, şəhərlərdə sənayenin inkişafına
E) Qeyd olunan komponentlərin heç birinə
12. Əkililərin quruluşlarını əmələ gətirən növlər:
A) Xiyabanlar, tək-tək əkililər, qrup şəkilində əkililər
B) Cərgəli, mühafizə, meşə
C) Qrup şəkilində əkililər, peyzaj, kolluqlar
D) Tək-tək əkililər, nizamlı, şəhər əkililəri
E) Xiyabanlar, meşəparklar, çəmənliklər
13. Qoruqlar nə üçün yaradılır?
A) Flora və faunanın nadir növlərini qorumaq üçün
B) Ovçuluq üçün
C) Qısa müddətli istirahət üçün
D) Uzun müddətli istirahət üçün
E) Turizmin yaradılması üçün
14. Sucoudakı Lyu bağı hansı ölkədədir?
A) Çin
B) Yaponiya
C) Vyetnam
D) Hindistan
E) Koreya
15. Hansı ölkədə miniatur parklarının yaradılması populyar idi?
A) Yaponiya
B) İngiltərə
C) Rusiya
D) Fransa
E) Türkiyə
16. Şəhər sistemində yaşıl əkililər komponentlərinin iyerarxiyası (1 – bağ; 2 – skver; 3 – rayon parkı; 4 – ümümşəhər parkı; 5 – yaşayış rayonun паркы)
A) 2,1,5,3,4
B) 1,2,3,4,5
C) 1,2,3,5,4
D) 2,1,3,4,5
E) 2,5,1,3,4
17. Kiçik bağın sahə standartları:
A) 0,5 – 1,5 hа
B) 100 – 200 hа
C) 2 – 10 hа
D) 10 – 50 hа
E) 50 – 100 hа
18. Uzunmüddətli istirahət sisteminin elementi:
A) Pansionatlar
B) Skverlər
C) Bulvarlar
D) Çimərliklər
E) Uşaq parkları
19. Qısamüddətli istirahət sisteminin elementi:
A) Parklar
B) Turist mərkəzləri
C) İstirahət evləri
D) Pansionatlar
E) Qoruqlar
20. Landşaft memarı Anre Lenotrun ən çox tanınmış parkı:
A) Versal
B) Drezden
C) Peterqof
D) Sakson
E) Pavlovski
21. Kür çayı hövzəsinin su basmadan mühafizəsinə qarşı görülən tədbirlər:
A) Təşkil olunmuş göllərin zonalarında tuqay meşələrinin salınması
B) Nasosla suyun çəkilməsi, magistral yolun çəkilməsi
C) Su yönümlü turizmin inkişafı, dambanın inşası
D) Köçürülmə, məskunlaşma, sənaye obyektlərinin tikintisi
E) Axar suların qollarını Araza tərəf yönəltmək, kommunal-anbar zonası yaratmaq
22. Peyzaj parklarının vətəni:
A) İngiltərə
B) Rusiya
C) Fransa
D) Yaponiya
E) Çin
23. Requlyar parklarının vətəni:
A) Fransa
B) Rusiya
C) İngiltərə
D) Yaponiya
E) Çin
24. Semiramidanın “Asma bağları” harada yaradılmışdır?
A) Babilistan
B) Roma
C) Bağdad
D) Afina
E) Nineviya
25. Rekreasiya sistemlərinin formalaşmasına təsir edən faktorlar:
A) Təbii şərait
B) Texnogen faktorları
C) Antropogen faktorları
D) Ekzogen faktorları
E) Şüalanma şəraiti
26. Keçmiş “Qubernator”, indiki Ə.Vahid adına bağı hansı bağ-park üslubuna aid etmək olar?
A) Peyzaj
B) Nizami
C) Qarışıq
D) Antik
E) Təbii
27. Əkililərin növləri:
A) Cərgəli, tək-tək, qrup şəklində
B) Funksional, qarışıq, xiyabanlar
C) Soliter, meşəpark, cərgəli
D) Tək-tək, funksional, meşəpark
E) Qrup şəklində, cərgəli, xiyaban
28. Peyzaj nədir?
A) Yerin ümumi görünüşü
B) Cərgəli əkililər
C) Qrup şəklində əkililər
D) Abadlaşdırılmış sahə
E) Anturaj
29. Landşaftın biogen komponentləri:
A) Torpaq, bitki aləmi, heyvanlar aləmi
B) Relyef, iqlim, bitki aləmi
C) Fauna, rezervatlar, parklar
D) Flora, insan, su
E) Istirahət, dağlar, iqlim
30. Canlı çəpər – bu:
A) Bitkilərdən olan hasar
B) Rotondlar
C) Talvarlar
D) Parter
E) Tağlar
31. Təbii landşaft anlayışı:
A) Təbii sahə kompleksi
B) Sahilyanı bulvar
C) Abadlaşdırılmış meşə massivi
D) Kənd təsərrüfatı otlaqları
E) Təbii park
32. Antropogen landşaft:
A) İnsan fəaliyyəti nəticəsində dəyişdirilmiş
B) Landşaft memarlığında bədii stil
C) Qapalı ərazilərin əkililəri
D) Alp çəmənlikləri
E) Savanna
33. Öz təyinatına görə parklar hara daxildir?
A) Yaşayış məntəqəsinin yaşıllıq sisteminə
B) Nəqliyyat zonasına
C) Sənaye zonasına
D) Küləklər gülü zonasına
E) Fərdi mükkiyyət zonasına
34. Parkın memarlıq-landşaft kompozisiyası hansı üsullar vasitəsilə həll edilir?
A) Peyzaj üsullarla
B) Regional üsullarla
C) Riyazi üsullarla
D) Şəhərsalma üsullarla
E) Memarlıq üsullarla
35. Bu zonalardan hansı park ərazisinə daxil ola bilər:
A) Mədəni-maarif
B) Stasionar-öncül
C) Regional-ambulator
D) Sənaye
E) Xarici nəqliyyat
36. Şəhərin meşə zonalarında eroziya prosesinin yaranmasına əsas səbəblər?
A) Yaşıllıqların qırılması, isti və quraq iqlim şəraiti, əsən güclü küləklər, torpağın üst örtüyünün yağış ilə yuyulması
B) Yaşıllıqların salınması, rekreasiya sistemlərinin salınması
C) Iqlim şəraiti, əsən isti küləklər, yeraltı kommunikasiyalar
D) Isti külək, yerüstü kommunikasiyalar
E) Yağışların yağması, yolların salınması, küləkdən mühafizə zolağların salınması
37. Su və külək aşınmasına qarşı əsas mübarizə tədbirlərini göstərin?
A) Irriqasiya-kollektor şəbəkəsinin və su anbarlarının ətrafında yaşıllıqların salınması, dağ yamaclarında terraslaşdırılmış meydançalarda çox illik bitkilərin əkilməsi, iri çayların ətrafında geniş meşə zolağının salınması, yarğanların, səhraların meşələndirilməsi
B) Irriqasiya-kollektor şəbəkəsinin və su anbarlarının ətrafında yaşıllıqların salınması, iri çayların ətrafında geniş meşə zolağının salınması, magistral yolların salınması
C) Yarğanların səhraların meşələndirilməsi, dambaların salınması, magistral yolların, su elektrik stansiyasının salınması
D) Iri çayların ətrafında geniş meşə zolağının salınması, külək elektrik stansiyasının salınması
E) Qoruyucu meşə zolaqlarının, irriqasiya-kollektor şəbəkəsinin və su anbarlarının ətrafında yaşıllıqların salınması, su elektrik stansiyasının salınması
38. Xatirə parklarına hansı aiddir?
A) Yadda qalan hadisələri əbədiləşdirən parklar
B) Attraksion şəhərciyi
C) İdman parkları
D) Şəhəryanı parklar
E) Nizamlı parklar
39. İdman və olimpiya parklarının funksiyası:
A) Əhalinin sağlamlaşdırma məşğələləri üçün, yarışların keçirilməsi üçün
B) Təbii landşaftın mühafizəsi üçün
C) Təbii park
D) Ekosistemlərin mühafizəsi üçün
E) Elmi-tədqiqat işləri üçün
40. Zooparklar nədir?
A) Vəhşi heyvanlar üçün qoruqlar
B) Mürəkkəb relyef ilə ərazilər və parkların yaranması üçün su hövzəsinin mövcudluğu
C) Təbiəti qorumaq üçün qoruqlar
D) İstirahət üçün şəhərin şəhərkənarı zonasıdır
E) Heyvanlar üçün qəfəslərdir
41. Respublikada radioloji şəraitin çox gərgin olduğu ərazilər hansılardır?
A) Abşeron yarımadası və Qəbələ rayonu
B) Abşeron yarımadası, Şuşa şəhəri
C) Sumqayıt və Xaçmaz şəhərləri
D) Qəbələ rayonu, Qusar şəhəri
E) Göstərilən şəhərlərin heç biri
42. Hidroparkın planlaşdırma strukturu hansı xüsusiyyətə malikdir?
A) Ərazi balansında akvatoriyanın yüksək xüsusi çəkisi
B) Attraksionlar ərazinin çox hissəsini tutur
C) Meşə salmanın yüksək xüsusi çəkisi
D) Şəhər tikililərin yerləşdirilməsi
E) Mürəkkəb relyefdə park
43. Hidropark nə deməkdir?
A) Su üzərində park
B) Su altında park
C) Dam üstündə park
D) Landşaft parkı
E) Şəhər mühitində skver
44. Təbii sərvəti olan şəhərin yaşıl zonaları:
A) Mənzərəli landşaftı olan zonalar
B) Şəhərin sanitar-mühafizə əraziləri
C) Uzunmüddətli istirahət zonaları
D) Qısamüddətli istirahət zonaları
E) Aqrar sənaye landşaftın zonaları
45. Qobustan qoruğu harada yerləşir?
A) Qaradağ rayonunda
B) Bakı-Sumqayıt aqlomerasiyasında
C) Qobu kəndi rayonunda
D) Respublikanın şimal-şərq tərəfində
E) Abşeron yarımadasının şimal tərəfində
46. Milli parklar hansı məqsədlə yaradılır?
A) Rekreasiya
B) Bitkilərin yetişdirilməsi
C) Irriqasiya üçün bəndlərin tikilməsi
D) Milli obyektlərin tikilməsi
E) Xalqın milli ənənələrinin qorunub saxlanması
47. Parklar aşağıdakı funksiyaları yerinə yetirir:
A) Təmiz hava fabriki
B) Şəhər mühitinin faunasının mühafizəsi
C) Canlı orqanizmlərin arid şəraitinə uyğunlaşmaı
D) Şəhər mühitinin florasının mühafizəsi
E) Uzunmüddətli istirahət
48. Landşaft memarlığı sıx bağlıdır:
A) Şəhərsalma ilə
B) Neft və qaz çıxarma ilə
C) Inşaat texnologiyası ilə
D) Aqro sənaye kompleksləri ilə
E) Kimyəvi istehsalla
49. Xüsusi sirinqariya bağları hansılardır?
A) Yasəmən bağları
B) Dağ bitkiləri bağları
C) Təbii bağlar
D) Qızılgül bağları
E) Daimi gül açan bağlar
50. Şəhər mühitinin çirklənməsinin qarşısının alınmasında park və bağların rolu?
A) Təbii mühit obyektləri və mühitə zərərli təsirləri neytrallaşdıran vasitə kimi
B) Urbanizasiyanın nəticələrindən mühafizəni tələb etməyən təbii mühit obyektləri kimi
C) Yalnız yaşıllıq və açıq məkanlar kimi
D) İstirahət və əyləncə, qapalı məkanlar kimi
E) Şəhər mühitini aqressiv təsirlərdən mühafizə etmir
51. Şəhər mühitində yaşıllıqlar hansı funksiyaları daşıyır?
A) Ekoloji, biokimyəvi, sanitar mühafizə, psixoloji, bədii-estetik
B) Sanitar mühafizə, aqrotexniki
C) Biokimyəvi, sanitar və kənd təsərrüfatı
D) Əsas ekoloji və biokimyəvi, təbii, aqrarsənaye
E) Bədii-estetik, antropogen
52. Təbii mühitin inkişafı və qorunub saxlanmasına mane olan ən təhlükəli amillər hansılardır?
A) Sənaye tullantıları və avtonəqliyyat tüstü qazları
B) Bioloji çirklənmə, xəzri küləkləri, atmosfer suları
C) Sənaye tullantıları, gilavar küləkləri, yeraltı sular
D) Eroziya prosesi, dənizin qalxması, milli parklar
E) Avtonəqliyyat tüstü qazları, dəniz nəqliyyatı, körpülər
53. Semiramidanın “Asma bağlarının” terraslarının bünövrə tərəfinin uzunluğu:
A) 48 m
B) 50 m
C) 290 m
D) 4,32 m
E) 96 m
54. XVII əsr park incəsənəti fransız məktəbinin banisi:
A) Anre Lenotr
B) Qosslavskiy
C) Strabon
D) Perrone
E) Fişer Fon Erlix
55. İngiltərənin Bukingem rayonundakı Stou parkının planlaşdırma üsulu:
A) Mənzərə
B) Təbii
C) Antropogen
D) Nizamlı
E) Dekorativ
56. Parkların rolu:
A) Şəhər səs-küyü ilə mübarizə
B) Brakonyerliklə mübarizə
C) Urbanizasiya mühiti
D) Təbii landşaftın qorunması
E) Əhalinin uzunmüddətli istirahəti
57. Qış bağlarının təyinatı:
A) Istirahət
B) Attraksionlar
C) Bulvar şəbəkəsinin yaranması
D) Şəxsi sahələrin yaşıllaşdırılması
E) Uzunmüddətli istirahət
58. İngiltərədə landşaft parklarının banisi kim olmuşdur?
A) Vilyam Kent
B) P.L.Lenne
C) Z.Vanbreq
D) X.Renton
E) A.Lenotr
59. İngiltərədəki park Stou kim tərəfdən bərpa olunub?
A) Vilyam Kent
B) Le Korbyuzye
C) A.Lenotr
D) V.Çemberson
E) Q.V.Knobelslorfom
60. Semiramidanın “Asma bağları” hansı şahzadənin adı ilə bağlıdır?
A) Asuriya
B) Misir
C) Hind
D) Rus
E) Yunan
61. Şitilliklərin təyinatı və məqsədi:
A) Ağac və kolların yetişdirilməsi
B) Məişət tullantılarının yığılması
C) Radioaktiv tullantıların saxlanması
D) Yaşayış rayonu tikintisi
E) Sənaye rayonu tikintisi
62. Nəm qrunta tələbatı çox olan ağaclar:
A) Ağcaqovaq
B) Şamın bütün növləri
C) Eldar şamı
D) İydə
E) Akasiya
63. Parter – dekorativ kompozisiya harada yerləşir?
A) Üfüqi düzlüydə
B) Şaquli düzlüydə
C) İdman meydançasında
D) Relyefdə
E) Attraksion meydançasında
64. Rokariy nədir?
A) Daş bağları
B) Soliter
C) Çiçək ləki
D) Gül gərdisi
E) Tutumlarda güllər
65. “Səməd Vurğun” bağının kompozisiyası aiddir:
A) Nizamlı üslubuna
B) Mənzərə üslubuna
C) Idman üslubuna
D) Təbii üslubuna
E) Müasir üslubuna
66. Ümumi istifadə olunan yaşıllıqlara aid deyil:
A) Həyətyanı bağlar
B) Şəhər bağları
C) Milli parklar
D) Bulvarlar
E) Idman parklar
67. Xüsusi təyinatlı yaşıl əkililər bunlardır:
A) Sanitar-mühafizə zonası
B) Zoopark
C) Uşaq parkları
D) Meşə-parklar
E) Hidroparklar
68. meşələrin qırılmasına və ekoloji vəziyyətin gərginləşməsinə səbəb olan əsas amil hansıdır?
A) Şəhərlərin böyüməsi, avtomobil və dəmiryol nəqliyyatının, mühəndis sistemlərinin tikintisi
B) Ağaclardan odun yanacağı və inşaat materialı kimi istifadə olunması, milli parkların yaradılması
C) Mühəndis sistemlərinin tikintisi, zooparkların salınması
D) Şəhərlərin sərhədlərinin genişləndirilməsi, şəhər mikroiqliminin yaxşılaşdırılması, meşə-parkların yaradılması
E) Avtomobil və dəmiryol nəqliyyatının tikintisi, dəniz limanının tikilməsi
69. Məhdud istifadə olunan yaşıllıqlara aiddir:
A) Uşaq bağçasının sahəsi
B) Magistral yolunun yaşıllaşdırılması
C) Hidropark
D) Meşə-park
E) Şəhər parkı
70. Bitkiləri tədbiqi ilə kiçik memarlıq formaları:
A) Parter, yaşıl dibçəklər
B) Dayaq divarları, pilləkən
C) Dekorativ divarlar, oturacaqlar
D) Panduslar, ağaclıq
E) Soliter, hasar
71. Gül gərdisi nədir?
A) Eni 1 – 1,5 m olan düzbucaq formalı güllüklər
B) Texniki qazon dayaq divarı
C) Göllərin güllükləri
D) Oranjereya
E) Park zonasına giriş
72. Şəhərin baş planının strukturunu formalaşdıran faktorlardan biri:
A) Təbii göl
B) Ictimai nəqliyyatın növü
C) Şəhərin işıqlandırılması
D) Miqyas
E) Avtomobil dayanacaqları
73. Yaşıllaşdırılmış ərazilərinin planlaşdırma təşkili nədən asılıdır?
A) Şəhərin planlaşdırılmasından
B) Süni göldən
C) Flora və faunadan
D) Mədəni irsdən
E) Kiçik memarlıq formalardan
74. Yaşıl əkililərin əsas funksiyalarının düzgün variantını seçin:
A) Ekoloji, estetik
B) Rekreasiya, məskənlər arası
C) Estetik, formalaşdıran
D) Şəhər, mikroiqlimli
E) Sağlamlaşdıran, universal
75. Hirkan qoruğu 18 uyul 1969-cu ildə yaradılıb. Milli park statusunu nə vaxt alıb?
A) 2004
B) 1997
C) 1900
D) 2001
E) 2002
76. Milli Hirkan parkı harada yerləşir?
A) Lənkəran rayonunda
B) Quba rayonunda
C) Abşeron rayonunda
D) Qaradağ rayonunda
E) Şamaxı rayonunda
77. Parklarda vizual informasiyanı hansı formada tərtib edirlər?
A) Qrafik sxem, simvollar
B) Flora, heykəllər
C) Funksional zonalar, qazonlar
D) Fauna, flora
E) Maket, topoqrafik şəkil
78. qumsal torpaqlarda bitən ağac növü:
A) Əncir
B) Qoz
C) Palıd
D) Cökə
E) Ağcaqovaq
79. həmişə yaşıl ağaclara aiddir:
A) Zeytun
B) Fıstıq
C) Vələs
D) Qarağac
E) Ağ akasiya
80. Bitki işlətmədən kiçik memarlıq formaları:
A) Köşk, oturacaq
B) Bağlar, bordyurlar
C) Trelyaj, talvar
D) Vazon, gül gərdisi
E) Güllüklər, heykəllər
81. Azərbaycanda bitən uzun ömürlü ağac:
A) Çinar
B) Zeytun
C) Albalı
D) Gilas
E) Ağcaqayın
82. Şirvan qoruğu Azərbaycanın hansı bölgəsində yerləşir?
A) Cənub-şərq
B) Şimal
C) Cənub
D) Qərb
E) Şimal-qərb
83. Pirqulu qoruğu harada yerləşir?
A) Şamaxı rayonunda
B) Dəvəçi rayonunda
C) Qəbələ rayonunda
D) Quba rayonunda
E) Lənkəran rayonunda
84. Yaşayış sahəsi ilə müəssisələr arasında əkililər bunlardır:
A) Xüsusi təyinatlı əkilmələr
B) Ümumi istifadəli əkilmələr
C) Məhdud istifadəli əkilmələr
D) Şəxsi istifadəli əkilmələr
E) Təsərrüfat istifadəli əkilmələr
85. İynəyarpaqlı ağac növlərinə hansılar aiddir:
A) Eldar Şamı
B) Akasiya
C) Qafqaz Palıdı
D) Ağcaqovaq
E) Əncir
86. Bakıda Sahilyanı bulvarın uzunluğu:
A) 3,5 km
B) 1,5 km
C) 10 km
D) 5 km
E) 35 km
87. Relyef nədir?
A) Hər hansı bir bağçanın struktur əsası
B) Memarlıq dendrologiyası
C) Ərazinin təbii sərvəti
D) Dayaq divarlarının layihəsi
E) Dağ turizmi
88. Küləkdən qoruyan əkililər aşağıdakı növdə ola bilər:
A) Sıravi
B) Soliterlər
C) Küləklər gülü
D) Satellit
E) Gül gərdisi
89. Azərbaycanda neçə təbii-iqlim zonası var?
A) 9
B) 6
C) 8
D) 13
E) 15
90. Şəhərin yaşıl əkililərin sistemi:
A) Yaşıl obyektlərin şəhər və şəhərətrafı zonalarında mütəşəkkil yerləşdirilməsi
B) Anbar təsərrüfatı yerləşdirmək üçün ərazi
C) Iqtisadi, mühəndis, sanitar-qiqienik tətbirlərin kompleksi
D) Müəssisələrin bir neçə qrupları yerləşdirmək üçün ərazi
E) Seliteb ərazinin əsas struktur vahidi
91. Hansı tikili parka aid deyil?
A) Yaşayış evi
B) Köşk
C) Sərgi pavilyonu
D) Yaşıl teatr
E) Fəvvarə
92. Qoruq nədir?
A) Xüsusi mühafizə olunan ərazi
B) Qısa müddətli istirahət üçün ərazilər
C) Təsərrüfat işlərinin aparılması üçün ərazi
D) Uzun müddətli istirahət üçün rekreasiya
E) Sənaye tullantılarının saxlanması üçün ərazi
93. Milli park Qauya harada yerləşir?
A) Latviyada
B) Macarıstanda
C) Türkiyədə
D) Rusiyada
E) ABŞ-da
|