Antenna-fider qurğuları




Download 14.02 Kb.
Sana09.01.2023
Hajmi14.02 Kb.
#37788
Bog'liq
Antenna fider qurgulari
AZRBAYCAN RESPUBLIKASI THSIL NAZIRLIYI, M hazir konspekti Bak 2020 I m vzu. Telekommunikasiya rabit si, Elektrodinamika və RDY cavabları, HFT Cavabları, Qocayev mexanika

Antenna-fider qurğuları
Antenna- fəzada yayılan elektromaqnit dalğalarını tutaraq enerji hərəkət qüvvəsinə çevirən və ya radioqurğu vasitəsi ilə onda yaradılmış enerji hərəkət qüvvəsini fəzada yayılan elektromaqnit dalğalarına çevirən qurğudur.
Anten adan maksimal effektivlik əldə etmək üçün antenanın təyinatına müvafiq olaraq qəbul həm qəbul edilən, həm də şüalandırılan dalğanın tezliyinə kökləmək lazımdır.
Antenna bütün radiotezliklərdə şüalandırılan siqnalı qəbul etmək imkanına malikdir, lakin özünün rəqs konturunun xüsusiyyətlərinə görə, kökləndiyi tezlik diapazonunda daha effektiv işləyir.
Antenna siqnalı gücləndirmir, lakin tələb olunan uzaqlığı və rabitənin keyfiyyətini təmin etməkdə həlledici əhəmiyyət kəsb edə bilər. Antenna - passiv elementdir ona görə də qida mənbəyinə malik deyildir və buna görə də ona tətbiq edilən gücdən artıq güc verilə bilməz.
Antenalar verici və qəbuledici qurğulara xüsusi tezlikli koiksial kabellərlə (fıderlə) birləşdiri lir. Antenna fider qurğuları radio-televiziya və radiorabitə sistemlərinin əsas qurğularından birini təşkil edir.
Antennalar vəzifəsinə görə iki növə, verici antenalara və qəbuledici antenalara bölünürlər.
Fider xətti ilə ötürülən yüksək tezlikli rəqslərin və ya yönləndirilmiş dalğaların enerjisini xarici mühitdə sərbəst olaraq yayılan elektromaqnit dalğalarının enerjisinə çevirən qurğulara verici antenalar deyilir. Həmin prosesə şüalanma prosesi, verici antennalara isə şüalandırıcılar deyilir.
Xarici mühitdə sərbəst yayılan elektromaqnit dalğalarının enerjisini fider xətti ilə ötürülən yüksək tezlikli rəqslərin enerjisinə çevirən qurğulara qəbuledici antennalar deyilir.
Radioverici ilə verici antenna və ya qəbuledici ilə qəbuledici antenna arasında yüksək tezlikli enerji rabitəsi yaratmaq üçün istifadə edilən razılaşdırıcı qurğulara fiderlər deyilir.
Diapazon xüsusiyyətlərinə görə antenalar üç növə bölünür: köklənmiş və ya darzolaqlı antenalar; diapazon antenalar və ifratgenişzolaqlı (aperiodik) antenalar. Birincilər tezliyin dəyişməsinə daha həssas olub, yalnız bir işçi dalğada, ikincilər tezliyin dəyişməsinə az həssas olub, verilmiş diapazona daxil olan bütün dalğalarda, üçüncülər isə istənilən dalğada normal iş rejimini təmin edir.
Download 14.02 Kb.




Download 14.02 Kb.