• Bakı-2017 İzahat vərəqi Fənnin tədrisində məqsəd
  • Fənnin tədris planındakı yeri
  • 2. Optik kvant generatorları –lazerlər.
  • 4. Lazerlərin şüalandırma dinamikası.
  • 7. Lazer şüalanmasının idarəolunması üsulları.
  • 8. Tezliyin kvant standartları.
  • 10. Qeyri-xətti optik hadisələr.
  • 11. Elmdə və texnikada lazerlərin əsas tətbiq dairəsi.
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti




    Download 39.62 Kb.
    Sana30.12.2019
    Hajmi39.62 Kb.

    Azərbaycan Respublikası Təhsil Nazirliyi

    Bakı Dövlət Universiteti

    Fizika fakültəsi

    « Optika və molekulyar fizika » kafedrası

    «Fizika» - 050503 ixtisası bakalavr hazırlığı üzrə

    «Lazerlər fizikası» fənninin proqramı

    Müəllif: fizika-riyaziyyat elmlər doktoru, prof. R.C. Qasımova, renajkasumova@gmail.com

    Proqram «Optika və molekulyar fizika» kafedrasında bəyənilib.

    Kafedra müdiri prof. R.C. Qasımova « » 2016-cı il

    Fizika Fakültəsinin Tədris-Metodiki Şürası tərəfindən tövsiyə edilib.

    Sədr prof. Ə.Ş.Abdinov « » 2016-cı il

    Fizika Fakültəsinin Elmi Şurası tərəfindən təqdim olunub.

    Elmi katib prof.R.C. Qasımova « » 2016-cı il
    Proqrama müsbət rəy vermişlər:

    1. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Fizika” kafedrasının müdiri, prof. Musayev M.A.

    2. Azərbaycan Tibb Universitetinin “Tibbi fizika və informatika” kafedrasının müdiri, prof. Tağıyev Z.H.


    Bakı-2017


    İzahat vərəqi


    Fənnin tədrisində məqsəd: “Lazerlər fizikası” fənninin “Fizika-050503” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrə tədrisində məqsəd onları qazlarda, mayelərdə və bərk cisimlərdə lazer şüaları generasiyasının alınması şərtləri, lazer şüalarının xassələri, lazerlərin növləri, quruluşu və tətbiq imkanları barədə ən zəruri biliklərə yiyələndirməkdir.

    Fənnin tədris planındakı yeri: “Lazerlər fizikası” fənni “Fizika-050503” ixtisası üzrə bakalavr hazırlığnın “Tədris plan”ında “İxtisasın peşə hazırlığının seçmə fənləri” qrupuna (İPFS-B15) daxildir.
    Fənnin tədrisi üsulları: Mühazirə, laboratoriya dərsləri, sərbəst işlər, kollokvumlar
    Fənnin məzmunu
    1. Giriş. Kvant generatorlarının yaranma tarixi. V.A. Fabrikantın hipotezi. İfrat yüksək tezlikli (İYT) diapazonda kvant elektronikası cihazları. Radiotezlik diapazonunda kvant generatorları və gücləndiriciləri. Mazerlər. Qaçan dalğaların paramaqnit gücləndiriciləri. Santimetrlik diapazonda işləyən ilk kvant generatorlarının yaranması. Hidrogen və ammonyak əsasında şüa generatorları.
    2. Optik kvant generatorları –lazerlər. Fəal mühit. Lazerin işlənməsini şərtləndirən həyəcanlanma prosesləri. Lazerin iş prinsipi. Passiv və fəal rezonatorlar. İfrat qırmızı (İQ), görünən və ultrabənövşəyi (UB) oblastlarda işləyən lazerlər.
    3. Lazerlərin iş rejimi. Kəsilməz rejim. İmpulslu rejim. İmpuls rejiminin parametrləri. “Sərbəst generasiya” rejimi. Bir modalı və çox modalı rejim.

    4. Lazerlərin şüalandırma dinamikası. İşçi səviyyələrinin kinetikası. Məskunlaşmanın inversiyasının fəzada paylanması, modulyasiya rejimi. Lazerlərin tezliklərinin və intensivliklərinin stabilləşdirilməsi üsulları.
    5. Lazer şüalanmasının xüsusiyyətləri. Şüalanma impulsunun enerjisi və gücü. Şüalanmanın dağılması. Koherentlik. Stabillik. Şüalanmanın moda tərkibi. Lazer şüalanmasının parametrlərinin ölçülməsı üsulları.
    6. Lazerlərin növləri. Qaz mühitində optik kvant generatorları (OKG). Atomar qaz lazerləri. Həyacanlaşmanın əsas üsulu. Qazboşalması lazerləri. Helium-neon və arqon lazerləri. Enerji səviyyələrinin sxemi. Həyəcanlanma sxemi. Optimal şərtlər. Lazerin quruluşu və şüalanma spektri. Spektral xəttin eni. Bennet və Lamb çuxurları. Bərk cisimli optik kvant generatorları. Doldurma (həyacanlaşdırılma) üsulu. Yaqut lazerinin enerji səviyyələrinin sxemi, faydalı iş əmsalı, həyəcanlanma sxemi quruluşu,. Eksimer lazerlər. Kimyəvi və elektroionlaşmış lazerlər - quruluşu, əsas xüsusiyyətləri və parametrləri. Boyalar əsasında lazerlər. Sərbəst elektronlar əsasında lazerlər. Rentgen lazerləri.
    7. Lazer şüalanmasının idarəolunması üsulları. Keyfiyyətliliyin modulyasiyası. Keyfiyətliliyin modulyasıyası üsulları. İfratqısa (femtosaniyə) lazer şüalanması impulslarının generasiyası. Modaların sinxronlaşması rejimi. Modaların sixronlaşdırılması üsulları. Lazer şüalanmasının modulyatorları və deflektorları.
    8. Tezliyin kvant standartları. Zamanın ölçülməsi. Radiospektroskopiyada və kvant elektronikasında ölçmə üsulları. Qazlarda lüminessensiyasının spektral xətti. Tezlik reperi. Rubidium və sezyum əsasında atom-şüa standartları. Atom-şüa borusunun sxemi. Maqnit sahəsində şüa dəstəsinin bölünməsi. Paramaqnit atomlar. Elektron paramaqnit rezonans. Elektromaqnit sahəsi ilə sezyum atomlarının qarşılıqlı təsiri. Həcmli rezonator. Tezliyin sezyum reperi. Fəal və passiv reperlər. Molekulyar generator. Molekulyar generatorun quruluşu. Hidrogen generatoru. Hidrogen generatorun sxemi. Hidrogen generator şüalanmasının spektral xəttinin forması. Optik doldurulmuş tezlik standartları. Udulma kyüveti. Tezliyin standartı–kvant generatorları. Spektral xəttin maksimumuna tezliyin avtomatik köklənməsi. Tezliyin kvant standartlarının tətbiqi.
    9. Holoqrafiya. Holoqrafiyanın yaranma tarixi və inkişafı. Holoqrafiyanın prinsipləri. Fotoqrafiya, stereoqrafiya və holoqrafiya arasında fərq. Holoqrafiya-obyektdən əks olunan (səpilən) işıq və əsas işıq dəstəsi arasında baş verən interferensiyanın nəticəsi kimi. Holoqrafik qurğunun prinsipial sxemi. Holoqramma üzərində kohernt dalğaların difraksiyası nəticəsində obyektin təsvirinin bərpası. Xəyalın holoqrafik yazılışı, holoqrammanın alınması. İnformasiyanın holoqrafik yazılışının xüsusiyyətləri. Həcmli və müstəvi holoqramlar. Holoqrafiyanın tətbiqi.
    10. Qeyri-xətti optik hadisələr. İşığın mühitlə qarşılıqlı təsiri. Elektromaqnit sahəsinin təsiri altında qeyri-xətti polyarlaşma. Güclü və zəif işıq sahələri. Optik elektron –anharmonik ossilyator. Optik detektəetmə. Lazer şüalanmasının öz-özünə fokuslanması. Yüksək harmonika generasiyası. Qeyri-xətti qavrayıcılıq tenzorunun xassələri, izotrop və anizotrop mühitlərdə harmonikaların generasiyası. Faza sinxronlaşması. Pikosaniyəli Nd:YAG lazerinin ikinci və üçüncü harmonikaları. Tezliyin parametrik güclənməsi və çevrilməsi. Məcburi kombinasion səpilmə (MKS), klassik model. Stoks və antiStoks məcburi kombinasion səpilmə. İşığın koherent antiStoks (İKAS) spektroskopiyası.
    11. Elmdə və texnikada lazerlərin əsas tətbiq dairəsi. İnformasiyanın yazılışının, saxlanılması və işlənməsinin optik üsulları. Optik rabitə. Optik lokasiya, məsafələrin optik üsulla ölçülməsi. Tibdə lazerlər. İdarəolunan lazer termonüvə sintezi. Metrologiyada lazerlər.
    ƏSAS ƏDƏBİYYAT


      1. R.C. Qasımova, R.Ə. Kərəməliyev, Kvant Elektronikasının Əsasları, Bakı, “Bakı Universiteti” nəşriyyatı, 1991, -112s.


    ƏLAVƏ ƏDƏBİYYAT

    1 R.C. Qasımova, F.H. Haciyev, Ş.Ş. Əmirov, Kvant Elektronikası üzrə ixtisas praktikumu, Bakı, “Bakı Universiteti” nəşriyyatı, 1994, -102s.



      1. R.C. Qasımova, Kvant Elektronikasının kursu üzrə məsələlər toplusu həlli ilə, Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2008, -65s.

      2. O. Svelto, Principles of Lasers, Springer, 2010, 620p. (О. Звелто, Физика лазеров, M., Лань, 2008, -720c.).

      3. A. Yariv, Quantum Electronics. 3rd edition. John Willey and Sons, 2016, -675p. (А. Ярив, Квантовая электроника, М., Мир, 1978, -488c.).

      4. F. Kaczmarek, Laser physics, Poznań, 1994, -158p. (Ф. Качмарек, Введение в физику лазеров, М.: Мир, 1981. -540 с).

      5. Y.R. Shen, The Principles of Nonlinear Optics, New York, John Wiley & Sons, 1984,-563p (Р. Шен. Принципы нелинейной оптики, М., Наука, 1989, -560с.), elektron variant 2011.

      6. F. Zernike & J.E. Midwinter, Applied Nonlinear Optics John Wiley & Sons Inc. 1983, 250p. (Ф. Цернике, Дж. Мидвинтер, Прикладная нелинейная оптика, 1976, 259c.).

      7. E.N. Leith, J. Upatnieks, JOSA, 1963, 53 (12), 1377-1381 (Э.Лейт, Ю. Упатниекс, Фотографирование с помощью лазера, УФН, 1965, т 87, вып.3, c. 521–538).

      8. М.М. Страховский, А.В. Успенский, Основы квантовой электроники, М.: Высшая школа, 1979, -312c.


    Download 39.62 Kb.




    Download 39.62 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti

    Download 39.62 Kb.