ELEKTRİK TƏCHİZAT SİSTEMLƏRİNDƏ REAKTİV GÜCÜN




Download 1.07 Mb.
Pdf ko'rish
bet5/18
Sana30.05.2022
Hajmi1.07 Mb.
#22310
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   18
Bog'liq
elektrik-təc.-əsasları-tam

ELEKTRİK TƏCHİZAT SİSTEMLƏRİNDƏ REAKTİV GÜCÜN 
KOMPENSASİYASI VƏ GƏRGİNLİYİN TƏNZİMİ 
Ümumi məlumatlar 
Sənaye müəssisələrinin elektrik işlədiciləri öz işi üçün həm aktiv (P), həm də reaktiv güc (Q) 
tələb edir. Aktiv güc kimi reaktiv güc də sinxron generatorlarda istehsal edilir və elektrik təchizatı 
sistemləri vasitəsilə işlədicilərə ötürülür. Mənbəyin verdiyi aktiv güc aşağıdakı ifadə ilə təyin 
edilir: 
P = 
√3𝑈𝐼𝑐𝑜𝑠𝜑 = √3𝑆𝑐𝑜𝑠𝜑 
Cərəyan və gərginlik vektorları arasındakı bucaq (
φ) mənbəyin gücünün istifadə dərəcəsini 
xarakterizə edir. Tam gücün qiyməti aktiv və reaktiv güclərin qiymətlərinə əsasən aşağıdakı ifadə 
ilə təyin edilir: 
S
2
 = P
2
 + Q
2
 


İşlədicilərin reaktiv gücünü azaltmaqla generatorların qoyuluş gücünü, yarımstansiyadakı 
transformatorların gücünü azaltmaq, kabel, naqil və cərəyankeçirən hissələrin en kəsiyini 
artırmadan elektrik təchizat sisteminin giicötürmə qabiliyyətini artırmaq olar. 
Aktiv və reaktiv gücün işlədicilərə ötürülməsi prosesində elektrik təchizat sistemində aktiv 
güc itkisi yaranır: 
∆𝑃 = 3𝐼
2
𝑅 =
𝑆
2
𝑈
2
∙ 𝑅 =
𝑃
2
+ 𝑄
2
𝑈
2
∙ 𝑅 
Digər tərəfdən P
2
 + Q
2
 = 
𝑝
2
𝑐𝑜𝑠𝜑
olduğunu nəzərə alsaq yuxarıdakı ifadə belə olar: 
∆P =
P
2
𝑅
U
2
𝑐𝑜𝑠𝜑
Axırıncı ifadədən göründüyü kimi aktiv güc itkisi güc əmsalının kvadratı ilə tərs 
mütənasibdir. 
Sənaye müəssisələrində işlədilən reaktiv gücün 60-70%-i asinxron mühərriklərin, 20-25 %-i 
transformatorların, 10 %-ə qədəri isə xətlərin və digər işlədicilərin (lüminisent lampaları, 
induksiya sobaları, reaktorların) payına düşür. 
Reaktiv gücün kompensasiyası böyük əhəmiyyətə malikdir. Belə ki, axırıncı ifadədən 
göründüyü kimi güc əmsalının (
cosφ) yüksəldilməsi ilə aktiv güc itkiləri azaldılır və xeyli 
miqdarda elektrik enerjisinə qənaət edilir. 

Download 1.07 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18




Download 1.07 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



ELEKTRİK TƏCHİZAT SİSTEMLƏRİNDƏ REAKTİV GÜCÜN

Download 1.07 Mb.
Pdf ko'rish