Sex elektrik şəbəkələrinin sxemləri




Download 1.07 Mb.
Pdf ko'rish
bet6/18
Sana30.05.2022
Hajmi1.07 Mb.
#22310
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   18
Bog'liq
elektrik-təc.-əsasları-tam

Sex elektrik şəbəkələrinin sxemləri 
 
Gərginliyi 1 kV-a qədər olan şəbəkələr sənaye müəssisələrinin sexlərinin daxilində elektrik 
enerjisinin paylanması üçündür. Müəssisə ərazisində sexdən kənarda yerləşdirilən elektrik 
qəbulediciləri də bu şəbəkələrdən qidalanır. Sex elektrik şəbəkələri sənaye müəssisəsinin ETS-
sinin tərkib hissəsidir. Elektrik qəbuledicilərinin əksəriyyəti bu şəbəkələr tərəfindən qidalandırılır. 
Sexdaxili şəbəkələrin sxemləri istehsal texnologiyası, sex tikilisinin planı, TY, EQ və qidalandırıcı 
girişlərin qarşılıqlı vəziyyəti, elektrik təchizatının fasiləsizliyi tələbləri, texniki-iqtisadi 
təsəvvürlər, ətraf mühit şərtləri ilə müəyyən olunur. 
Sexdaxili şəbəkələr qidalandırıcı və paylayıcı şəbəkələrə bölünür. Qidalandırıcı şəbəkələr 
qida mənbəyindən (TY) çıxaraq paylayıcı şkaflara (PŞ), paylayıcı şinnaqilə və ya ayrıca böyük 
güclü elektrik qəbuledicisinə gedir. Bə'zi hallarda qidalandırıcı şəbəkə TMB (transformator- 
magistral bloku) sxemi üzrə yerinə yetirilir. Bu halda KTY-nin transformatorundan magistral 
şinnaqili çıxır və müxtəlif nöqtələrdə ona birləşdirilən bir neçə PŞ-a və ya EQ-a elektrik enerjisi 
verilir. Paylayıcı sexdaxili şəbəkələr - sexin müxtəlif EQ-ləri bilavasitə bu şəbəkələrə qoşulur. 
Paylayıcı şəbəkələr paylayıcı şinnaqillərinin və paylayıcı şkafların köməyi ilə yerinə yetirilir. 
Sexdaxili şəbəkələrin sxemi öz strukturuna görə radial, magistral və qarışıq olur. 
Radial sxemlər sexin sahəsi üzrə qeyri-müntəzəm paylanan toplanmış yüklü qruplar olduqda, 
yanğın və partlayış təhlükəli sexlərdə, kimyəvi aktiv mühitə malik sexlərdə tətbiq olunur. 
Sexdaxili şəbəkələrin radial sxemləri kabellərlə və ya izolə olunmuş naqillərlə yerinə yetirilir. 
Radial sxemlərin üstünlüyü onların yüksək etibarlığa malik olmasındadır. Belə ki, xətlərin 
birində baş verən qəza başqa xəttə qoşulan işlədicinin iş rejiminə təsir göstərmir. Radial sxemlərin 


çatışmazlığı bunlardır: xeyli miqdarda keçirici naqil, boru, paylaşdırıcı şkaf istifadə olunur ki, bu 
da iqtisadi cəhətdən sərfəli deyildir; mühafizə və kommutasiya aparatlarının sayı çox olur; 
texnoloji prosesin dəyişilməsi ilə işlədicinin yeri dəyişdirilərkən sxemin çevikliyi məhdudlaşır; 
quraşdırmanın sənayeləşdirilməsi yüksək deyildir. 
Magistral sxemlər (şəkil 4.2) sexin sahəsi üzrə nisbətən müntəzəm paylanan güc və 
işıqlandırma yüklərini, həmçinin bir texnoloji xəttə malik olan işlədicilər qrupunu qidalandırmaq 
üçün tətbiq edilir. Magistral sxemlərdə bir qidalandırıcı magistral bir neçə paylayıcı şkafa və sexin 
iri elektrik qəbuledicisinə xidmət edir. Magistral sxemin müxtəlif formalarından biri TMB 
sxemidir (şəkil 4.2). Bu halda sexdaxili şəbəkə sadələşir, sex KTY alçaq gərginlikli PQ olmadan 
yerinə yetirilir. TMB sxemləri maşınqayırma zavodlarının mexaniki sexlərini qidalandırmaq üçün 
geniş tətbiq olunur. Şəbəkənin universallığını təmin etmək üçün qidalandırıcı magistral 1 
transformatorun tam gücünün ötürülməsinə, paylaşdırıcı şinnaqillər 2 isə verilmiş işlədicilərin 
hesabi yüklərinə görə seçilməlidir. 
Gərginliyi 1 kV-a qədər olan bərk cərəyannaqilə şinnaqil deyilir. Şinnaqillər zavod şəraitində 
hazırlanır və sifarişçiyə komplektləşdirilmiş seksiyalarla göndərilir. 

Download 1.07 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18




Download 1.07 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Sex elektrik şəbəkələrinin sxemləri

Download 1.07 Mb.
Pdf ko'rish