Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci




Download 1.07 Mb.
Pdf ko'rish
bet9/18
Sana30.05.2022
Hajmi1.07 Mb.
#22310
TuriMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
Bog'liq
elektrik-təc.-əsasları-tam

 
 
 
 
 
 
MÜƏSSİSƏLƏRİNİN ELEKTRİK YÜKLƏRİ 
Sənaye elektrik təchizatının xüsusiyyətləri 
 
Sənaye müəssisələrinin elektrik təchizatı sistemi sənaye işlədicilərinin (istehlakçılarının) 


elektrik enerjisi ilə qidalandırılmasını təmin edir. Elektrik təchizatı sistemi dedikdə, elektrik 
enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün tələb olunan elektrik qurğuları nəzərdə tutulur. 
Sənaye elektrik təchizatı işlədicilərinə müxtəlif növ maşın və mexanizmlər, elektrik mühərrikləri, 
müxtəlif növ dəzgahlar , ventilyatorlar, elektrik qaynaq qurğuları, elektrik sobaları, işıqlandırma 
qurğuları və digər avadanlıqlar aiddir. Sənaye elektrik təchizatı müxtəlif növ işlədiciləri elektrik 
stansiyalarında istehsal olunan elektrik enerjisi ilə təmin edilir. Elektrik işlədicilərinin əksəriyyəti 
elektrik enerjisini energetika sistemlətrindən alır. Eyni zamanda bəzi müəssisələrdə İstilik Elektrik 
Mərkəzləri (İEM) vasitəsilə istehlakçıların elektrik enerjisi ilə və eləcədə istilik enerjisinə olan 
təlabatı ödənilir. Elektrik enerjisinin istehsalında zəruriyyət aşağıdakı səbəblərlə izah edilir: 
1. Texnoloji məqsədlər üçün istiliyə olan təlabat və bu zaman elektrik enerjisi istehsalının 
əlverişli olması. 
2. Vacib elektrik işlədiciləri üçün ehtiyyat qidalandırılmasının olması. 
3. Enerji ehtoyyatlarının istifadəsinin tələb olunması. 
4. Bəzi sənaye müəssisələrinin energetika sistemindən uzaqda yerləşməsi. 
Elektrik enerjisinə olan təlabat elektrik təchizatı sistemlərinin müasir avadanlıqlarla təchiz 
olunmasını tələb edir. Bəzi hallarda elektrik təchizatı sisteminə elektrik şəbəkələri, paylayıcı 
şəbəkələr, İEM-lər də əlavə edilir. Elektrik enerjisinin istehsalının, ötürülməsinin, qəbulunun və 
paylanmasının fasiləsiz olması avtomatlaşdırma sistemlərinin tətbiqinə zərurət yaradır. Elektrik 
enerjisi müəyyən keyfiyyət göstəricilərinə malik olmalıdır. Onun əsas keyfiyyəti göstəricilərinə 
tezlik və gərginliyin sabitliyi, gərginlik və cərəyanın sinosiodallığı və eyni zamanda dəyişən 
cərəyan sistemində gərginliyin simmetrikliyi aiddir. Sənaye müəssisələrində texnoloji proseslərin 
dəyişməsi ilə əlaqədar elektrik təchizatı sistemlərinin idarə olunması, onların vəziyyətlərinə nəzrət 
mühafizə və avtomatika qurğularının işi haqqında toplanan məlumatların dəqiqiliyi əsasında 
fasiləsiz və etibarlı elektrik təchizatını təmin edilir. Sənaye müəssisələri gücə görə üç qrupa 
bölünür: 
1. Kiçik güclü sənaye müəssisələri. 
2. Orta güclü sənaye müəssisələri. 
3. İri güclü sənaye müəssisələri. 
Kiçik güclü sənaye müəssisələrinin qidalandırılmasında istifadə olunan şəbəkələrdə əsasən 6-
10 kV gərginlikdən istifadə olunur. Orta güclü sənaye müəssisələrini qidalandırmaq üçün 35-110 
kV. İri güclü sənaye müəssisələrini qidalandırma qüçün isə 220 kV-luq nominal gərginlik tətbiq 
edilir. Sənaye müəssisələrinin elektrik enerjisi ilə təchizatı sistemlərin layihələndirilməsi zamanı 
nəzərə alınmalıdır. Bunun üçün layihələndirmənin ilkin mərhələsində elektrik yükləri təyin 
edilməlidir. Elektrik yüklərinn qiymətlərinə görə isə elektrik təchizatı sisteminin avadanlıqları 
seçilir yoxlanılır və onlardakı güc və enerji itkiləri təyin edilir. Sənaye müəssisələrində istifadə 
olunan bütün avadanlıqlar güclərinə, tiplərinə, iş rejimlərinə, gərginliyinə və cərəyan sisteminin 
növünə görə qruplarda birləşdirilir. Sənaye müəssisələrinin tərkibinə aid olan müxtəlif elektrik 
qurğuları və avadanlıqları elektrik enerjisi işlədiciləridir.



Download 1.07 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Download 1.07 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci

Download 1.07 Mb.
Pdf ko'rish