• Suyun flüorlaşdırılması 1.
  • Suyun yumşaldılması 1.
  • Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




    Download 1,74 Mb.
    bet24/404
    Sana24.03.2017
    Hajmi1,74 Mb.
    #2065
    1   ...   20   21   22   23   24   25   26   27   ...   404

     

     

    αt

     

    Şəkil 3. Turşunun dozasının hesablanmasında əmsalını təyin etmək üçün nomoqram



    4. Doyma indeksinin müsbət qiymətində kalsium karbonatın borularda çökməsinin qarşısını almaq üçün suyu turşu (sulfat, xlorid), heksametafosfat, yaxud natrium üç polifosfatla emal etmək lazımdır.

    Turşunun dozası (satış məhsuluna görə) (4) düsturu ilə hesablanmalıdır.



    mq/l (4)

    burada - şəkil 3-dəki nomoqramdan təyin edilən əmsal;

     - suyun təbii qələviliyi, mq-ekv/l;

     e- turşunun ekvivalent kütləsi, mq/mq-ekv (sulfat turşusu üçün - 49, xlorid turşusu üçün - 36,5 qəbul edilir);

     Ct - satış turşusunda aktiv hissənin miqdarıdır, %.

     


    Heksametafosfat, yaxud natrium üç polifosfatın (P2Ohesabı ilə) dozası qəbul edilir: təsərrüfat-içməli su kəmərləri üçün - ≤ 2,5 mq/l (3,5 mq/lPO4 hesabına); istehsalat su kəmərləri üçün -≤ 4 mq/l.

    5. Suyun kalsium karbonatla doyma indeksinin mənfi qiymətində karbonat müvazinəti sabit olan su almaq üçün onun qələvi reagentlərlə (əhəng, soda, yaxud bu reagentlərin birlikdə istifadəsi), heksametafosfatla, yaxud natrium üç polifosfatla emalı nəzərdə tutulmalıdır.

    Əhəngin dozası (5) düsturu ilə hesablanmalıdır.



    burada Də-əhəngin dozası, mq/l (CaO hesabına);



     

    βi

     

    Şək.4. βi əmsalını təyin etmək üçün nomoqram



    β- suyun emala qədər pH-dan və doyma indeksindən J asılı olaraq şəkil 4-dəki nomoqramdan təyin edilən əmsal;

    K-suyun temperaturundan asılı olan əmsal:t=200C olduqda-Kt=1, t=500C olduqda-Kt= 1,3qəbul edilir;

    - emala qədər suyun qələviliyidir, mq-ekv/l.

    Sodanın dozası (Na2CO3,mq/lCaO hesabına əhəngin dozasından 3-3,5 dəfə çox qəbul edilməlidir.

    (5) düsturu ilə əhəngin dozası Də/28, mq-ekv/l

    (6) düsturu ilə dq-nin alınan qiymətindən çox olduqda suya dqədər həngdən əlavə miqdarı (7) düsturu ilə hesablanan soda da əlavə edilməlidir .





    Boru kəməri boyu qoruyucu karbonat pərdəsinin bərabər paylanması üçün suya qələvi reagentlərlə eyni zamanda 0,5-1,5 mq/l dozada (P2O5-ə görə) heksametafosfat, yaxud natrium üçpolifosfatın daxil edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır.

    İstehsalat sukəmərlərinin polad və çuqun borularını korroziyadan qorumaq üçün suyun hek-sametafosfat, yaxud natrium üçpolifosfatla emalı (qələvi reagentlərsiz) sistemi layihələndiriləndə bu reagentlərin dozası 5-10 mq/l (P2O5-ə görə) qəbul edilməlidir. Təsərrüfat-içməli su kəmərləri üçün göstərilən reagentlərin dozaları P2O5-ə hesabla 2,5 mq/l-dən çox olmamalıdır. Su kəmərlərinin yeni sahələri istismara verilən zaman korroziya intensivliyini azaltmaq üçün suyun qələvi reagentlərsiz heksametafosfat, yaxud natrium üçpolifosfatla emalında boru sahələri adları çəkilən reagentlərin 100 mq/l (P2O5-ə görə) qatılıqda məhlulu ilə doldurularaq 2-3 gün saxlanmalı və sonra boşaldılmalıdır. Sonrakı mərhələdə boru sahəsi istehsalat su kəmərləri 5-10 mq/l (P2O5-ə görə), təsərrüfat-içməli su kəmərləri isə 2,5 mq/l heksametafosfat, yaxud natrium üçpolifosfat daxil edilmiş su ilə yuyulmalıdır.



    6. Suyu emal etmək üçün heksametafosfat, yaxud natrium üçpolifosfatın məhlullarının hazırlandığı məhlul və sərf çənləri korroziyadan müdafiə materialları ilə üzlənməlidir.

    Məhlullar satış məhsuluna görə 0,5-dən 3%-li qatılığa qədər hazırlana bilər. Reagentin suda həll edilmə müddəti mexaniki qarışdırıcılar, yaxud sıxılmış havadan istifadə etdikdə suyun temperaturu 200C olduqda 4 st, 500C olduqda isə 2 st təşkil edir.



    7. Suyu karbonat müvazinətini sabitləşdirmək üçün emal etdikdə qələvi reagentlər süzgəclərdən əvvəl qarışdırıcılara və ikinci mərhələ xlorlamadan əvvəl süzülmüş suya daxil edilməlidir.

    Belə hallarda qələvi reagentlər və onların məhlulları yüksək dərəcədə təmizlənməlidirlər.

    Əhəng südü və soda məhlulunun hazırlanması və dozalanması 9.2.3.16-9.2.3.21 maddələrinin göstərişlərinə əsasən yerinə yetirilməlidir.

    Qələvi reagentlər suya qarışdırıcılar və süzgəclərdən əvvəl o vaxt daxil edilə bilərlər ki,bu suyun təmizlənmə səmərəsini (məsələn, suyun rəngliliyinin azalması) azaltmasın.



    8. Boru kəmərinin birinci mərhələ istismar dövründə daxili səthində qoruyucu kalsium karbonat pərdəsinin yaranması üçün qələvi reagentlərin (6) və (7) düsturları ilə hesablanmış dozalarının 2 dəfə, sonrakı uzun müddət üçün isə 10-20% (həmin düsturlarla müəyyən edilən dozanın) artırılmasının mümkünlüyü nəzərdə tutulmalıdır.

    9. Boru kəmərinin istismarı dövründə qələvi reagentlərin dozalarının dəqiqləşdirilməsi, həmçinin müdafiəedici karbonat pərdəsinin yaranmasının davametmə müddəti suyun texnoloji və kimyəvi analizləri əsasında, eləcə də korroziya indikatorlarının vəziyyətini müşahidə etməklə yerinə yetirilir. Bu müşahidələr əsasında həmçinin boruların divarında karbonat pərdəsinin yaranmasının ilk dövründə suyun kalsium karbonatla az miqdarda doymasının məqsədəuyğunluğu təyin edilir.

    10. Təsərrüfat-içməli su təchizatı sistemlərinin boru kəmərlərində karbonat pərdəsi yaradılarkən qələvi reagentlərlə emal edilən suyun pH-ı DÜİST 2874-ün yol verdiyi həddi aşmamalıdır.

    11. Tərkibində 20-30 mq/l-dən az kalsium və qələviliyi 1-1,5 mq-ekv/l olan az minerallı suların karbonat müvazinətini sabitləşdirməyin layihəsi əvvəlcədən aparılmış texnoloji axtarışların nəticələri əsasında tərtib edilməlidir. Suda kalsiumun (Ca2+) və hidrokarbonatların qatılığını artırmağa ehtiyac olduqda suyun karbon qazı (CO2) və əhənglə birgə emalı nəzərdə tutulmalıdır.

    Əlavə 6

    (tövsiyə edilən)

    Suyun flüorlaşdırılması

     

    1. Suyu flüorlaşdırmaq üçün natrium, silisium və flüorun kompleks birləşməsi, natriumlu flüor, silisiumlu flüorlu ammonium, silisium flüorlu turşu və sanitariya-epidemioloji xidmət orqanlarının icazə verdiyi digər reagentlər istifadə edilə bilər.



    2. Suyu flüorlaşdırmaq üçün reagentlərin dozası (1) düsturu ilə hesablanmalıdır.

    burada mf- reagentin emal edilən suya daxil edildiyi yerdən asılı olan əmsal(təmiz suya daxil edildikdə 1, iki pilləli təmizləmə texnologiyasında suzgəclərdən əvvəl daxil edildikdə 1,1 qəbul edilir);



    af- yaşayış məntəqəsinin yerləşdiyi iqlim rayonundan asılı olaraqsanitariya-epidemioloji xidmətin içməli su üçün təyin etdiyi flüorun miqdarı, qr/m3;

    F -emal edilən suda flüorun miqdarı, qr/m3;

    K- təmiz reagentdə flüorun miqdarı (silisiumlu flüorlu natrium üçün - 61; natriumlu flüor üçün - 45; silisium flüorlu ammonium üçün - 64; silisium flüorlu turşu üçün -79);

    Cf- satış məhsulunda təmiz reagentin miqdarıdır, % .

    3. Flüor tərkibli reagentlər təmiz suya, bir qayda olaraq, zərərsizləşdirmədən əvvəl daxil edilməlidir. İki pilləli təmizləmə texnologiyasında flüor tərkibli reagentlərin süzgəclərdən əvvəl suya daxil edilməsinə yol verilir.

    4. Silisiumlu flüorlu natriumdan istifadə edildikdə sərf çənlərində reagentin doymamış məhlu-lunun hazırlanma sxemi qəbul edilməlidir. Reagentin doymuş məhlulunun isə bir qat doydurma saturatorlarında hazırlanması nəzərdə tutulmalıdır.

    Flüorlu natrium, silisium flüorlu turşu və silisiumlu flüorlu natriumdan istifadə edildikdə reagentin doymamış məhlulunun sərf çənlərində hazırlanma sxemi tətbiq edilməlidir. Toz şəkilli reagentlərin quru dozalanma sxemindən istifadə olunmasına yol verilir.



    5. Saturatorun məhsuldarlığı (reagentin doymuş məhluluna görə) (2) düsturu ilə hesablan-malıdır.

    burada qs- emal edilən suyun sərfi, m3/st;



    ns - saturatorların sayı;

    P- silisiumlu flüorlu natriumun həllolma qabiliyyətidir, qr/l (00C-4,3;200C-7,3; 400C-10,3).

    Saturatorların həcmi məhlulun onlarda 5 st-dan az olmayaraq qalmasına hesablanmalıdır. Saturatorda suyun aşağıdan yuxarı qalxma sürəti 0,1 m/s-dən artıq olmamalıdır.



    6. Doymamış məhlullar hazırlandıqda sərf çənlərindəki məhlulun qatılığı qəbul edilməlidir: silisiumlu flüorlu natrium üçün - məhlulun temperaturu 00C olduqda - 0,25% və 250C olduqda 0,5%-ə qədər; flüorlu natrium üçün - məhlulun temperaturu 00C olduqda - 2,5%; silisium flüorlu ammonium üçün - məhlulun temperaturu 00C olduqda - 7%; silisium flüorlu turşu üçün - məhlulun temperaturu 00C olduqda - 5%.

    Məhlulun qarışdırılması mexaniki qarışdırıcıların köməyilə, yaxud hava vasitəsilə yerinə yetirilə bilər.

    Havanın verilmə intensivliyi 8-10 l/(s.m2) qəbul edilməlidir.

    7. Flüor tərkibli reagentlərin məhlulları istifadə edilməzdən əvvəl 2 st müddətində çökdürülməlidir.

    8. Reagent quru halda dozalandıqda su ilə yaxşı qarışması üçün xüsusi kamera nəzərdə tutul-malıdır.

    Məhlulun kamerada qarışdırılması hidravlik, yaxud mexaniki qurğular vasitəsilə yerinə yetirilməlidir. Belə hallarda kamerada məhlulun qatılığının bu temperaturda reagentin həllolma qabiliyyətinin 25%-ə qədərində, məhlulun kamerada minimal qalma müddətinin isə 7 dəq-ə olması tövsiyə edilir.



    9. Silisiumlu flüorlu natrium və silisium flüorlu ammoniumdan istifadə etdikdə çənlərin, boru kəmərlərinin və dozalayıcıların korroziyadan müdafiəsi üçün tədbirlər nəzərdə tutulmalıdır.

    10. Flüor tərkibli reagentlər anbarda zavod qablaşdırmasında saxlanmalıdır. Silisium flüorlu turşunu onu donmadan mühafizə edən çənlərdə saxlamaq lazımdır.

    11. Flüorlaşdırıcı qurğu yerləşən otaq və flüor tərkibli reagent anbarı digər istehsalat otaqlarından təcrid edilməlidir.

    Tozun ayrılması mümkün olan yerlər yerli sorucu qurğularla təchiz edilməli, silisiumlu flüorlu natrium və flüorlu natriumun zavod qablaşdırılmasından çıxarılması xüsusi dolablarda yerinə yetirilməlidir.



    12. Flüor tərkibli reagentlərin toksikliyini nəzərə alaraq istismar heyətinin müdafiəsi üçün ümumi və fərdi tədbirlər nəzərdə tutulmalıdır.

    Əlavə 7

    (tövsiyə edilən)

    Suyun yumşaldılması

    1.Ümumi su miqdarından yumşaldılacaq hissənin faizlə miqdarı (1) düsturu ilə hesablanmalıdır.

    burada Cü.t- emal edilən suyun ümumi codluğu, mq-ekv/l;



    Cq-şəbəkəyə verilən suyun ümumi codluğu, mq-ekv/l;

    Cy-yumşaldılmış suyun codluğudur, mq-ekv/l.

    2. Suyun reagentlə dekarbonizasiyası və əhəng-soda üsulu ilə yumşaldılması üçün reagent təsərrüfatı, qarışdırıcılar, asılı çöküntü layı olan şəffaflandırıcılar, süzgəclər və suyun karbonat müvazinətini sabitləşdirmək üçün qurğular layihələndirilməlidir.

    Ayrı-ayrı hallarda (bax maddə 8) asılı çöküntü layı olan şəffaflandırıcıların əvəzinə burulğanlı reaktorların qəbuluna yol verilir.



    3. Dekarbonizasiya zamanı yumşaldılmış suyun qalıq codluğu qeyri-karbonat codluğundan 0,4-0,8 mq-ekv/l çox ola bilər; əhəng-soda yumşaldılmasında qalıq codluq 0,5-1mq-ekv/l və qələvilik 0,8-1,2 mq-ekv/l. Aşağı qiymətlər su 35-400C-yə qədər qızdırıldıqda alına bilər.

    4. Suyun dekarbonizasiyası və əhəng-soda üsulu ilə yumşaldılmasında əhəng südündən istifadə edilməlidir. Əhəngin gündəlik sərfi 0,25 tondan (CaO hesabına) az olduqda onu suya saturatorlarda alınmış doymuş əhəng məhlulu şəklində daxil etməyə yol verilir.

    5. Suyun dekarbonizasiyası üçün əhəngin dozası (CaO hesabına) aşağıdakı düsturlarla hesablan-malıdır:

    a) suda kalsiumun miqdarı və karbonat codluğu arasındakı nisbət (Ca2+)/20 > Ck olduqda



    b) suda kalsiumun miqdarı və karbonat codluğu arasındakı nisbət (Ca2+)/20 < Ck olduqda



    burada (CO2) - sudakı sərbəst karbon qazının qatılığı, mq/l;



    (Ca2+- sudakı kalsiumun miqdarı, mq/l;

    Dk - FeCl3, yaxud FeSO4 koaqulyantının dozası (susuz məhsul hesabına), mq/l;

    e- koaqulyantın aktiv maddəsinin ekvivalent kütləsidir, mq/mq-ekv (FeClüçün -54, FeSO4 üçün -76).

    6.Suyun əhəng-soda yumşaldılmasında əhəng və sodanın dozaları (4) və (5) düsturları ilə hesablanmalıdır:

    əhəngin dozası, CaO hesabına, mq/l:



    sodanın dozası, Na2CO3 hesabına, mq/l:



    düsturlarda (Mg2+) - sudakı maqneziumun miqdarı, mq/l;



    Cqk - suyun qeyri-karbonat codluğudur, mq-ekv/l.

    7. Suyun əhəng, yaxud əhəng və soda ilə yumşaldılmasında koaqulyant kimi dəmir xlorid, yaxud dəmir kuporosundan istifadə etmək lazımdır.

    Koaqulyantın dozası (FeCl3 və ya FeSO4) susuz məhsula görə 25-35 mq/l qəbul edilir və suyumşaldıcı qurğunun istismar dövründə dəqiqləşdirilir.



    8. Müvafiq əsaslandırma olduqda suyun dekarbonizasiyasını, yaxud əhəng-soda üsulu ilə yumşaldılmasını burulğanlı reaktorlarda həyata keçirməyə yol verilir. Burada alınan kalsium karbonat yandırıldıqdan sonra əhəng-reagent kimi istifadə olunmaq üçün yararlıdır.

    Burulğanlı reaktorlarda suyun yumşaldılması (Ca2+)/20 mq/l> Ck şərti ödənildikdə, yumşaldılan suda maqnezium 15 mq/l-dən və permanqanat oksidləşməsi 10 mqO/l-dənçox olmadıqda qəbul edilməlidir.

    Burulğanlı reaktorlardan sonra suyun tam şəffaflandırılması süzgəclərdə aparılmalıdır.

    9. Burulğanlı reaktorları hesablamaq üçün qəbul edilməlidir: suyun reaktora daxil olma sürəti – 0,8-1 m/s.; konusluq bucağı – 15-200; suaparıcı tərtibatlar səviyyəsində suyun aşağıdan yuxarı qalxma sürəti – 4-6 mm/s. Burulğanlı reaktorların yüklənməsi üçün təmas kütləsi kimi üyüdülmüş əhəng daşı, reaktorda yaranmış kalsium karbonatın əzilmiş hissəcikləri, yaxud mərmər qırıntıların-dan istifadə edilməlidir.

    Təmas kütləsinin dənələrinin iriliyi 0,2-0,3 mm, burulğanlı reaktorun 1 m3 həcminə miqdarı isə 10 kq olmalıdır. Təmas yükünün itmiş miqdarı burulğanlı reaktordan hər dəfə boşaldılan kalsium karbonatla bərpa edilməlidir.

    Əhəng məhlul, yaxud əhəng südü şəklində reaktorun aşağı hissəsinə daxil edilməlidir. Su burulğanlı reaktorlarda emal edildikdə koaqulyantdan istifadə edilməməlidir.

    Q e y d. (Ca2+)/20 < Ck olduqda suyun dekarbonizasiyasını şəffaflandırıcılarda yerinə yetirmək və süzgəclərdən keçirmək lazımdır.

    10. Su əhənglə, yaxud əhəng-soda ilə yumşaldılanda yaranan asılı maddələri sudan çıxarmaq üçün asılı çöküntü layı olan xüsusi konstruksiyalı şəffaflandırıcılardan istifadə edilməlidir.

    Asılı çöküntü layında suyun hərəkət sürəti 1,3-1,6 mm/s qəbul edilməlidir. Şəffaflandırıcıdan sonra suda asılı maddələrin miqdarı 15 mq/l-dən çox olmamalıdır.



    11. Burulğanlı reaktorlardan, yaxud şəffaflandırıcılardan keçmiş suyu süzən süzgəclər kvars qumu, yaxud dənələrinin iriliyi 0,5-1,25 mm və bircinsli olmamaq əmsalı 2-2,2 olan xırdalanmış antrasitlə yüklənməlidir. Süzücü yükün hündürlüyü 0,8-1 m, süzmə sürəti isə 6 m/st-a qədər olmalıdır. İkilaylı süzgəclərdən istifadə olunmasına yol verilir.

    Süzgəclər yuxarı yuma sistemi ilə təchiz edilməlidir.



    12. Natrium-kationit üsulu yeraltı suları və bulanıqlığı 5-8 mq/l-dən, rəngliliyi 300-dən çox olmayan yerüstü suları yumşaltmaq üçün qəbul edilməlidir.

    13. Bir pilləli natrium-kationlaşdırılmada suyun ümumi codluğu 0,05-0,1 qr-ekv/m3-ə, iki pilləlidə isə 0,01 qr-ekv/m3-ə qədər azaldıla bilər.

    14. Birinci pillə süzgəclərdə kationitin həcmi (6) düsturu ilə hesablanmalıdır.

    burada qy- yumşaldılan suyun sərfi, m3/st;



    Ct- yumşaldılan suyun ümumi codluğu, qr-ekv/m3;

    - natrium-kationlaşmada kationitin işçi mübadilə tutumu, qr-ekv/m3;

    nr- hər bir süzgəcin sutka ərzində regenerasiya olunma sayıdır (1-3qəbul edilir).

    15. Natrium-kationlaşmada kationitin işçi əvəzetmə həcmi, qr-ekv/m3, (7) düsturu ilə hesablanmalıdır.

    burada - natrium-kationitin regenerasiyasının effektivliyi əmsalı olub, kationitin tam regenerasiya olmamasını nəzərə alır və qiymətinin cədvəl 1-ə əsasən qəbul edilməsinə yol verilir.



    Ca2+ və Mg2+ ionlarına görə Na+ kationitlərinin qismən saxlanılması hesabına kationitin əvəzetmə tutumunun azalmasını nəzərə alan əmsal olub cədvəl 2-ə əsasən qəbul edilir.

    Cədvəldə CNa - yumşaldılan suda natriumun miqdarıdır, qr-ekv/m3; Etam-kationitin pasport göstəricilərinə əsasən kationitin tam mübadilə tutumudur, qr-ekv/m3. Belə göstəricilər olmadıqda iriliyi 0,5-1,1mm olan sulfokömür üçün - 500 qr-ekv/m3; iriliyi 0,8-1,2 mm olan KU-2 kationiti üçün – 1500-1700 qr-ekv/m3 qəbul edilir;



    qx - kationitin yuyulmasına xüsusi su sərfidir, (1 m3 kationitə m3-la su hesabına). Sulfokömür üçün 4, KU-2 üçün 6 m3/m3 qəbul edilir.

    Cədvəl 1.



    Kationitin regenerasiya edilməsi üçün xörək duzunun xüsusi sərfi, qr-la 1 qr-ekv işçi mübadilə tutumuna

    100

    150

    200

    250

    300

    Kationitin regenerasiya effektivliyi əmsalı,

    0,62

    0,74

    0,81

    0,86

    0,9

    Cədvəl 2.

    CNa /Ct

    0,01

    0,05

    0,1

    0,5

    1

    5

    10



    0,93

    0,88

    0,83

    0,7

    0,65

    0,54

    0,5

    16. Birinci pillə kationit süzgəclərinin sahəsi (8) düsturu ilə hesablanmalıdır.

    burada Hk- süzgəcdə kationit layının hündürlüyü olub, 2-2,5 m qəbul edilir (böyük qiymət suyun codluğu 10 qr-ekv/m3-dan çox olduqda qəbul etmək lazımdır);



    Wk - (6) düsturu ilə hesablanır.

    Birinci pillə kationit süzgəclərinin sayı: ikidən az olmayan işçi və bir ehtiyat olmaqla qəbul edilməlidir.



    Download 1,74 Mb.
    1   ...   20   21   22   23   24   25   26   27   ...   404




    Download 1,74 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

    Download 1,74 Mb.