Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi




Download 1.74 Mb.
bet54/404
Sana24.03.2017
Hajmi1.74 Mb.
#2065
1   ...   50   51   52   53   54   55   56   57   ...   404
9.2.9.6. Su şəffaflandırıcının sahəsində bir-birindən ən çoxu 3 m məsafədə düzülmüş deşikli borularla paylanmalıdır.

Paylaşdırıcı boruların girişində suyun hərəkət sürəti 0,5-0,6 m/s, deşiklərdən çıxma sürəti 1,5-2,0 m/s həddində olmalıdır. Deşiklərin diametri 25 mm-dən az, aralarındakı məsafə isə 0,5 m-dən çox olmamalıdır. Deşiklər borunun hər iki tərəfində şahmat qaydası ilə düzülməli və 450 bucaq altında aşağı istiqamətlənməlidir.



9.2.9.7. Çöküntü qəbul edən pəncərələrdən suyun çöküntü ilə keçmə sürəti 10-15 mm/s, çöküntü kənar edən borularda isə 40-60 mm/s (böyük qiymətlər əsasən mineral asılı maddələrə malik sular üçün qəbul edilir) qəbul edilməlidir.

9.2.9.8. Şəffaflanma zonasında su hündürlüyü 40-60 mm, oxları arasındakı məsafə 100-150 mm və tilləri arasındakı bucaq 600 olan üçbucaq şəkilli suaşıranlarla təchiz edilmiş novlarla toplanmalıdır. Novlarda suyun hərəkət sürəti 0,5-0,6 m/s qəbul edilməlidir.

9.2.9.9. Lilsıxlaşdırıcıda şəffaflanmış suyu toplamaq üçün batırılmış deşikli borular nəzərdə tutulmalıdır.

Şaquli lilsıxlaşdırıcılarda deşikli boruların yuxarı hissəsi şəffaflandırıcıdakı su səviyyəsindən ən azı 0,3 m aşağıda və çöküntü qəbul edən pəncərələrin yuxarı tilindən ən azı 1,5 m yuxarıda yerləşməlidir.

Dib lilsıxlaşdırıcılarda şəffaflanmış suyu toplayan deşikli borular örtüyün altında yerləşdirilməlidir. Boruların diametri suyun onlarda axma sürətini ≤ 0,5 m/s , suyun deşiklərə daxil olma sürətini ≥ 1,5 m/s və deşiklərin diametrini 15-20 mm qəbul etməklə təyin edilməlidir.

Boruların suyığıcı kanala daxil olduğu yerdə bağlayıcı armatur qoyulmalıdır.

Borunun aşağı tili və şəffaflandırıcının ümumi suyığıcı kanalındakı su səviyyəsi arasındakı fərq 0,4 m-dən az olmamalıdır.

9.2.9.10. Deşikli paylaşdırıcı və suyığıcı borularda, həmçinin su və çöküntü nəql etdirən novlarda basqı itkisi (m), onlarda suyun axma sürətinin maksimal qiymətləri üçün (8) və ya hidravlik müqavimət əmsalları aşağıdakı kimi qəbul edilərək (33) düsturları ilə hesablanmalıdır:

 - dairəvi deşikli qolları olan düzxətli paylaşdırıcı borular, yaxud kollektorlar üçün;

- həmçinin, yarıqlı;

 - tam en kəsiyi ilə işləyən düzxətli paylaşdırıcı borular üçün;

- batırılmış deşikli və sərbəst su səthinə malik suyığıcı nov üçün.

Düsturlarda Km- məsaməlik əmsalı olub deşiklərin, yaxud yarıqların ümumi sahəsinin düzxətli borunun, yaxud kollektorun en kəsik sahəsinə, yaxud suyığıcı novun sonunda novun canlı en kəsik sahəsinə olan nisbəti xarakterizə edir, .

Boru və novların məsaməli sahələrindən əvvəl və sonra kommunikasiyalarda basqı itkiləri, həmçinin göstərilən sahələrdə yerli müqavimət əmsalları əlavə nəzərə alınmalıdır.

Asılı çöküntü layında basqı itkisi layın hər 1 m hündürlüyünə 0,00098-0,00196 bar qəbul edilməlidir.



9.2.9.11. Lilsıxlaşdırıcılardan çöküntünü kənar edən borular toplanmış çöküntünün 15-20 dəq-ə müddətində çıxarılmasına hesablanmalıdır. Çöküntü kənar edən boruların diametri 150 mm-dən az olmamalıdır. Qonşu boruların və ya kanalların divarları arasındakı məsafə 3 m-dən çox olmamalıdır.

Boruların deşiklərində çöküntünün hərəkət sürəti ≤ 3 m/s, deşikli borunun sonunda 1m/s-dən az olmayaraq, deşiklərin diametri 20 mm-dən az olmayaraq, deşiklər arasındakı məsafə 0,5 m-dən çox olmayaraq qəbul edilməlidir.



9.2.9.12. Lilsıxlaşdırıcıların maili divarları arasındakı bucaq 700 qəbul edilməlidir.

Dib lilsıxlaşdırıcısı olan şəffaflandırıcılar qəbul edildikdə asılı çöküntü zonası ilə lilsıxlaşdırıcını birləşdirən qapaq şəffaflandırıcıda suyun səviyyəsi çöküntü kənar edən boruların yuxarı hissəsindən aşağı endikdə (çöküntü kənar edildikdə və su şəffaflandırıcıdan boşaldıldıqda) avtomatik açılan qurğu ilə təchiz edilməlidir.





Download 1.74 Mb.
1   ...   50   51   52   53   54   55   56   57   ...   404




Download 1.74 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi

Download 1.74 Mb.