• Fəsil III. İnnovasiya biznesində layihələrin iqtisadi səmərəliliyinin qiymətləndirilməsinin təkmilləşdirilməsi
  • AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda




    Download 0.49 Mb.
    bet4/5
    Sana10.04.2017
    Hajmi0.49 Mb.
    1   2   3   4   5

    Nailiyyətlər:

    2006-cı ildə «Azercell Telekom» BM məlumat texnologiyaları sahəsində son uğurları ilə öz abonentlərini sevindirdi.Şirkət mobil rabitə bazarında qabaqcıl layihələrin müəllifidir və bu gün bunlar nüfuzlu xarici və yerli təşkilatlar tərəfindən hər zaman qeyd olunur.Uğurlar ili adlandırıla

    biləcək 2006-cı il ərzində operator bir çox mükafatlara, adlara layiq görüldü.

    «Azercell Telekom» BM «İnvestors İn People» (İİP) beynəlxalq sertifikatı qazandı. «Azercell» MDB-də ilk dəfə bu sertifikatın 12 tələbinin hər birinə uyğun gələn ilk İİP şirkəti olaraq tanındı.

    İİP- şirkətlərin qarşısına qoyduğu iş hədəflərinə nail olmaları üçün əməkdaşlarının təlimi və inkişaf etdirilməsi istiqamətində qabaqcıl iş təcrübəsi müəyyən edən Standartdır.Standart iş hədəflərinin müəyyənləşdirilməsi və təbliğ edilməsi, həmçinin əməkdaşların inkişaf etdirilməsi kimi planlı yanaşma vasitəsilə məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılması üçün yaradılmış bir strukturdur.Bu strukturun nəticəsi olaraq, təşkilat öz əməkdaşlarının inkişaf etdirilməsi, əməkdaşlar isə özlərinin və başqalarının iş məhsuldarlığının artırılması prinsipi ilə çalışırlar.

    Ötən il «Azercell Telekom» ölkə ictimaiyyətinə «Ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirin qiymətləndirilməsi»adlı sənəd təqdim etdi. «Azercell» rabitə sektorunda belə qiymətləndirmə sənədi hazırlayan yeganə müəssisədir.

    «Azercell Telekom» «Caspian Energy» beynəlxalq analitik jurnalı tərəfindən «İlin GSM şirkəti» nominasiyası üzrə «Caspian Energy İntegration Award-2006» mükafatına layiq görüldü.Şirkət həmçinin «İT magazine» jurnalının təsis etdiyi «İntellekt» mükafatı və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının «Heç bir uşağı nəzərdən qaçırmayaq» Milli İctimai mükafatı ilə təltif olundu.

    «Azercell» 2,3 milyondan çox abonenti üçün fərdi məlumat vasitəsi olan «Simurq» xidmətinə görə «İntellekt» mükafatına layiq görüldü.

    «Azercel Telekom» BM iki nominasiya – «Korporativ sosial məsuliyyət» və «Telekommunikasiya» - üzrə «Consulting & Business» jurnalının təsis

    etdiyi «İlin şirkəti» milli mükafatı ilə təltif olundu.

    «Azercell»in baş müdiri A.Halim Ateş «İlin Top Meneceri», «SimSim» isə «İlin Milli brendi» nominasiaysı üzrə «Uğur» mükafatına layiq görüldü.

    2.3 MİLLİ İNNOVASİYA SİSTEMİNİN YARADİLMASİNDA XARİCİ

    ÖLKƏLƏRİN TƏCRÜBƏSİNDƏN İSTİFADƏ

    Təcrübə göstərir ki, inkişaf etmiş ölkələr öz milli mənafeyinə uyğun «Milli innnovasiya sistemi» formalaşdırırlar.Bu zaman iqtisadiyyatın inkişafına xidmət edən yeni texnologiyaların yaradılmasına və tətbiqinə, yeni istehsal hadisələrinin təşkilinə yönələn elmi birliklərə, stimullaşdırıcı tədbirlərin tətbiqinə üstünlük verilir.Çünki innovasiya iqtisadi inkişafın əsas həlledici amilidir və onun tətbiqi ilə iqtisadiyyatda və eyni zamanda elm sektorunda ciddi dəyişikliklər – texnoloji hadisələrin təkmilləşdirilməsi, elmi-tədqiqatların nəticələrinin reallaşması və s. baş verir.

    Keçən əsrin 80-ci illərindən başlayaraq, Qərb ölkələrində innovasiya biznesi geniş vüsət almışdır.Burada söhbət müxtəlif birgə risk müəssisələrindən, elmi-tədqiqat konsorsiumlarından, elmi-istehsal birliklərindən və s. gedir.Məsələn, hal-hazırda BIRLƏŞMIŞ ŞTATLAR-da təqribən 60 elmi istehsal konsorsiumu fəaliyyət göstərir ki, burada da aparıcı sahələrin onlarla aparıcı firmaları birləşmişdir.Geniş inteqrasiya proqramları Yaponiya və Qərbi Avropada da geniş yayılmışdır.

    Yaponiya (yaponcha 日本 Nippon, Nihon) - Sharqiy Osiyoda, Tinch okeandagi orollarda joylashgan davlat. Yaponiya hududida 6,8 mingga yaqin orol boʻlib, shim.sharqdan jan.gʻarbga qariyb 9.13ming km ga choʻzilgan; eng yirik orollari: Hokkaydo, Honshu, Sekoku va Kyushu.
    Bundan əlavə, BIRLƏŞMIŞ ŞTATLAR-da, bir sıra digər ölkələrdə (Böyük Britaniyada, AFR-da, Hollandiyada) keçən 10 illikdə aparıcı universitetlərin, böyük tədqiqat mərkəzlərinin və korporasiyaların nəzdində yeni firmalar – «inkubatorlar», yeniliklər mərkəzi, «sənaye texnologiyası mərkəzləri» və s. yaradılmışdır ki, bu kollektiv innovasiya biznesinin yeni formalarındandır.

    İnkişaf etmiş ölkələrdə Milli İnnovasiya Sistemi (MİS) yeni texnologiyaların yaradılmasında və yayılmasında iştirak edən müxtəlif institutların (firma, elmi müəssisələr, ali məktəblər və s.) məcmusudur.Milli İnnovasiya Sistemi dövlətin innovasiya siyasətini həyata keçirən əsas mənbədir.Respublikamız xarici iqtisadi əlaqələrin genişlənməsində, dünya dövlətlərinə inteqrasiyada maraqlıdır.İqtisadi inteqrasiya dövlətlərin elmi-texniki potensialından və maliyyə ehtiyatlarından birgə fəaliyyət məqsədləri üçün istifadəsinə, yeni növ məhsulların işlənməsinə və istehsalına, yeni texnika və texnologiyaların tətbiqinə, istehsalın müasir metodlarla idarə olunmasına imkan yaradır.İri həcmli layihələrin reallaşdırılmasında investisiyaların cəmləşdirilməsi isə yekun nəticələrin alınmasını sürətləndirir.

    Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsinə əsasən, güzəştli şərtlərlə bu fonddan innovasiya hadisələrinin reallaşdırılması üçün də kreditlər nəzərdə tutulub.Lakin, Respublikada iqtisadiyyatın inkişafını təmin edən «modernləşmə» siyasətinin – yeni müasir istehsal sahələrinin yaranması, mövcud sahələrin təkimlləşdirilməsi, elmi-texniki nailiyyətlərin sahibkarlar tərəfindən reallaşdırılması üçün daha səmərəli şərait yaradılmalıdır.Tarix boyu bir çox dövlətlərdə, habelə BIRLƏŞMIŞ ŞTATLAR-da dövlət sifarişlərinə əsaslanan birgə müəssisələr vasitəsi ilə kicik və orta sahibkarlığın inkişafı dövlət tərəfindən stimullaşdırılır və himayə olunur.Dövlət ölkədə baş verən sosial-iqtisadi hadisələri, müəssisələrin fəaliyyətini nəzarətdə saxlayır və bununla da ölkə iqtisadiyyatının məq-

    sədyönlü inkişafını təmin edir.Bu gün dünyanın inkişaf etmiş ölkələrində, xüsusən də Yaponiyada dövlət tənzimlənməsinə əsaslanan birgə müəssisələr iqtisadiyyatın əsasını təşkil edir.Yaponiyada xaricdən alınmış lisenziya əsasında innovasiya yönümlü layihələri reallaşdıran müəssisələr dövlət tərəfindən məqsədyönlü şəkildə stimullaşdırılır.Bu təcrübəyə əsaslanaraq, respublikanın əsas istehsal sahələrini qısa bir zamanda inkişaf etdirmək və dünya standartlarına cavab verən məhsullar istehsal etmək mümkündür.Azərbaycanda ixtiraların cəmi 20 faizi tətbiq olunursa, inkişaf etmiş ölkələrdə bu göstərici 80 faizdən çoxdur.Təcrübə göstərir ki, inkişaf etmiş dövlətlərdə iqtisadiyyatın 2/3 hissəsini elmi-texniki tərəqqinin nəticələri təşkil edir.Ona görə də, elmi-texniki potensialdan səmərəli istifadə olunması keyfiyyətcə yeni istehsal sahələrinin yaranmasına imkanlar açardı.

    Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən respublikadakı müəssisələrin 25 faizi innovasiyanın tətbiqi ilə məşğul olmuşdur ki, bu da əksər iri müəssisələrin (kicik müəssisələrin 20 faizində innovasiya hadisələri tətbiq olunmuşdur) payına düşür.Halbuki, İİ dünya müharibəsindən sonra iqtisadi cəhətdən bizdən çətin bir şəraitə düşən Yaponiyada elmi-texniki tərəqqinin və başqa dövlətlərdən alınmış lisenziyaların tətbiqi əsasən kicik müəssisələrdə həyata keçirilmiş və dövlət tərəfindən himayə olunmuşdur.Dünya təcrübəsi göstərir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan kicik firma və müəssisələrdə elmi yeniliklər daha tez tətbiq olunur.Belə ki, BIRLƏŞMIŞ ŞTATLAR-da kicik elmi biznes dövlətin elmi-texniki layihələrində iştirakı ilə stimullaşdırılır.Kicik və orta müəssisələrdə yerinə yetirilən tədqiqatlar elmi-texniki nailiyyətlərin 50 faizini təşkil edir və iri müəssisələrə nisbətən 4 dəfə çox yeni məhsullar istehsal edirlər.

    Əksər inkişaf etmiş dövlətlərdə kicik və orta sahibkarlığı elmə ayrılan xərcləri artırmaqla daha da inkişaf etdirirlər.Almaniyada elmi-tədqiqat işlərinə ayrılmış 80,7 mlrd. markanın 48 mlrd. markası xüsusi firma və müəssisələrdə yerinə yetirilən tədqiqatlara ayrılmışdır ki, həmin müəssisələr də yekun nəticələrin tətbiqində maraqlı olmuşlar.Bu cür dövlətlərdə iqtisadi inkişafın artım tempi və əlverişli investisiya mühiti dövlət təxsisatları hesabına təmin olunur və investisiyaların 30 faizini təşkil edir.Korporasiya səviyyəsində təxsisatların ən optimal strukturunu təşkilati-iqtisadi, texniki-texnoloji və sosial amillər təşkil edir.

    Qeyd etmək lazımdır ki, innovasiya hadisələrinin həyata keçirilməsində Qərbin hər bir inkişaf etmiş ölkəsinin özünə məxsus xüsusiyyətləri vardır.

    Məsələn, BIRLƏŞMIŞ ŞTATLAR-da onu fərqləndirən başlıca cəhətlərdən biri, ümumiyyətlə

    azad sahibkarlıq üçün əlverişli iqtisadi mühitin mövcudluğudur.Məhz buna görə, hər il yaradılan yeni müstəqil firmaların sayına görə (600 mindən çox) BIRLƏŞMIŞ ŞTATLAR bütün inkişaf etmiş Qərb ölkələrini xeyli qabaqlayır, iqtisadiyyatda çalışan hər on adamdan biri isə rəsmi cəhətdən qeydə alınmış sahibkarlıq statusuna malikdir.Bu ölkədə sahibkarlıq fəaliyyətini, o cümlədən innovasiya fəaliyyətini şərtləndirən əlverişli iqtisadi mühitə gəldikdə isə, onun fərqli cəhətləri kimi vençur kapitalın iri bazarının və bu sahədə həvəsləndirici dövlət siyasətinin mövcudluğudur.Bura öz növbəsində sahibkarlığın dövlət səviyyəsində geniş təbliği, yeni yaradılan firmalara dövlətin maliyyə köməkliyi və vergi güzəştləri, onların fəaliyyətinin daha çevik şəkildə tənzimlənməsi, müstəqil firmaların, iri korporasiyaların elmi-texniki tərəqqi, yüksək texnoloji nəticələr və s. bu kimi proqramları üçün dövlətin maliyyə ehtiyatlarının ayrılması və s. daxildir.Məhz bu və digər səbəblərə görə innovasiya hadisələri BIRLƏŞMIŞ ŞTATLAR-ın iqtisadi inkişafının əsas amillərindən biridir.Əgər 50-60-cı illərdə bu ölkənin 2,5-3 faiz səviyyəsində olan illik inkişaf tempinin təqribən yarısı bu innovasiya hadisələrinin və texnoloji dəyişikliklərin payına düşürdüsə, bu gün həmin göstəricinin payı xeyli yüksəlmişdir.Yaponiyada innovasiya mühitinin digər xüsusiyyətlərindən biri, iqtisadi fəaliyyətdə xarici kəşflərdən, ideyalardan, layihələrdən və s. geniş istifadə edilməsidir.Belə ki, son 30 ildə bu ölkə xarici texnologiyaların alınmasına 10 milyard dollardan çox vəsait sərf etmişdir.Bu dövrdə Yapon firmaları tərəfindən təqribən 42 min lisenziya əldə edilmişdir ki, bunların da təqribən yarısı BIRLƏŞMIŞ ŞTATLAR-ın payına düşür. Bu ölkədə innovasiya hadisələrinin ən fərqli cəhətlərinin birini ölkənin texnoloji məqsədlərinin dövlət ölçüında müəyyən edilməsi, bu məqsədə çatmaq üçün iqtisadiyyatın bütün imkanlarının səfərbərliyə alınması, xüsusi sahibkarlığın bu sahədə geniş həvəsləndirilməsi və s. təşkil edir.Məsələn, 70-ci illərdə Yapon dövləti xarici texniki-texnoloji layihələrin idxalını azaltmaq və əsasən yapon elmi texniki və texnoloji nailiyyətləri bazasında iqtisadi artımı təmin etmək vəzifəsini irəli sürmüşdü.Qeyd etmək lazımdır ki, müasir dövr üçün bu vəzifə əsasən yerinə yetirilmiş və Yapon konsernləri özlərinin müstəqil elmi-texniki potensialını yaratmışdır.Lakin buna baxmayaraq, xarici müasir lisenziyaların alınması təcrübəsi yenə də əhəmiyyətli yer tutur.Məsələn, 1993-1994-cü maliyyə ilində xarici lisenzyalardan istifadəyə görə 471 milyard ien vəsait ödənilmişdir.

    Amerika və Yaponiya ilə müqayisədə Qərbi Avropa ölkələrində innovasiya mühiti nisbətən az inkişaf etmişdir ki, bunun da əsas səbəblərindən biri risklə bağlı əməliyyatlara zəif meyllilikdir.Böyük Britayanın və İtaliyanın kicik innovasiya kompaniyaları əsasən iri korporasiyalarla çox möhkəm və sərt subpodrat əlaqələri sistemində fəaliyyət göstərirlər və bir çox cəhətdən onlardan asılıdırlar.

    Qərbi Avropada vençur kapitalının nisbətən geniş bazarı İngiltərədə və Hollandiyada mövcuddur və o, əsasən, 80-ci illərdən inkişaf etməyə başlamışdır.Həm də burada bütün kapitalın təqribən yarısı tamamilə yeni yaradılmış yüksək texnoloji firmalara, yerdə qalanı isə artıq mövcud olan kompaniyalara, (o cümlədən, əhəmiyyətli bir hissəsi fəaliyyətdə olan amerikan kompaniyalarına) yönəldilir.

    İnnovasiya mühitinin müxtəlif ölkələrdə fərqli xüsusiyyətlərinə baxmayaraq, onları bu sahədə ümumiləşdirən xeyli cəhətlər vardır.Bu gün bütün inkişaf etmiş Qərb ölkələrində innovasiya mühiti və onunla bağlı olan hadisələr elmi-texniki tərəqqi şəraitində gələcək inkişafın və iqtisadi sistemin transformasiyasının əsası, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinin, iqtisadi artımın təmin edilməsinin vacib şərti kimi qəbul edilir.

    Nəhayət, göstərmək lazımdır ki, innovasiya hadisələri təkcə ayrı-ayrı ölkələr səviyyəsində aparılmır.Bu gün vahid innovasiya siyasəti bir sıra ölkələrin birliyi ölçüında aparılan birgə və razılaşdırılmış iqtisadi siyasətin əsas tərkib hissələrindən birini təşkil edir.Bu baxımdan Avropa birliyi ölkələrinin təcrübəsi daha təqdirə layiqdir.Müasir dövrdə burada əlaqələndirilmiş halda həyata keçirilən innovasiya siyasətinin əsas istiqamətləri kimi aşağıdakılar çıxış edirlər: elmi texniki və texnoloji yeniliklərə yönəldilən vəsait üçün güzətli vergi dərəcələrinin tətbiqi; elm

    tutumlu kicik biznesin həvəsləndirilməsi;məhsulların və qabaqcıl texnologiyanın işlənib hazırlanması ilə məşğul olan firmaların birbaşa maliyyələşdirilməsi; universitet və elmtutumlu məhsulların yaradılması ilə məşğul olan şirkətlərin birgə əməkdaşlığının həvəsləndirilməsi və s.Bütün bu tədbirlər son nəticədə Avropa birliyi ölkələrinin hər birində innovasiya mühiti üçün bərabər imkanların və eyni iqtisadi mühitin yaradılmasına yönəldilmişdir.



    Hazırda bir çox dövlətlərdə tezləşdirilmiş amortizasiya ayırmaları tətbiq olunur və bu da innovasiya fəaliyyətinin sürətləndirilməsinə xidmət edir.İnkişaf etmiş ölkələrdə elmi-texniki nailiyyətlərin tətbiqini genişləndirən «lizinq biznesi» investisiya hadisələrində iri rol oynayır.Belə ki, istehsal avadanlıqlarının və ya əsas fondların icarəyə verilməsi hesabına əldə edilən gəlir müəssisənin başqa xərclərini ödəməyə imkan verir.Xərclər şəraitin dəyişməsindən asılı olmayaraq, istehsal fəaliyyətinin sabitliyini təmin etdiyi üçün sahibkarlığın inkişaf etdirilməsində renovasiya xərclərindən istifadə edilməsi məqsədəuyğundur.Sahibkarlığı inkişaf etdirmək üçün texnoloji-innovasiya mərkəzlərinin yaradılması zəruridir, çünki bu mərkəzlər sahibkarları yeni texnoloji yeniliklər, lazımi məlumatlar və lazım gələrsə, texnoloji menecment üzrə kadrlar ilə təmin edər.Almaniya və Yaponiya kimi dövlətlərdə innovasiya hadisələrinin tətbiqini sürətləndirmək üçün xüsusi stimullaşdırıcı amortizasiya, vergi, maliyyə-kredit siyasəti həyata keçirilir, innovasiya yönümlü müəssisələrin riskli maliyyələşdirmə hadisələri də dövlət tərəfindən himayə olunur.Qeyd olunduğu kimi, Azərbaycanda innovasiya hadisələrinin tətbiqi ilə məşğul olan müəssisələr 20 faiz təşkil edir.Ona görə ki, hələlik belə müəssisələr ilk addımlarını atır, dövlət tərəfindən himayə olunmur və ilk növbədə, yüksək ixtisaslı kadrlar ilə təmin olunmayıb .

    Fəsil III. İnnovasiya biznesində layihələrin iqtisadi səmərəliliyinin qiymətləndirilməsinin təkmilləşdirilməsi

    3.1. İnnovasiya yönümlü iqtisadi inkişafda kicik sahibkarlığın yeri və rolu.

    Müəssisə anlayışı iqtisadiyyatın ən mühüm strukturəmələgətirici ünsürü olmaqla köklü təşkilati dəyişikliklər paradiqmasının əsas xüsusiyyətini təşkil edir. Makroiqtisadi sistemin ünsürü kimi müəssisə istehsal və inteqrasiya funksiyalarını yerinə yetirir(4, s.237). Birinci halda müəssisə təşkilati cəhətdən davamlı bütöv və ətraf mühitdən təcrid olunmuş müstəqil texniki-iqtisadi sistem kimi müəyyən edilir. Bu sistem resurs axınlarını bir yerə cəmləməklə onları məhsulun istehsalı hadisəinə yönəldir. Bu zamam müəssiə mikro və mikroqarşılıqlı təsir sistemi səviyyəsində daxili mühitdə iqtisadi əlaqə və münasibətlərin təkrar istehsalına yönəldilir. Müəssisənin inteqrasiya funksiyası xammal, məlumat, maliyyə, texnoloji, əmək resurslarının axınları nöqteyi nəzərindən onların əsas kəsişmə nöqtəsi kimi baxılır. Bu zaman o makroiqtisadi sistemin digər elementləri ilə(xarici mühitin elementləri ilə) iqtisadi əlaqə və münasibətləri təkrar istehsal edir. Qlobal sistemin ünsürü kimi o, makro və mikro qarşılıqlı təsir və münasibətləri həyata keçirir və təkrar istehsal edir. Təşkilati injinirinqin vacib vəzifəsi özündə sənaye müəssisəsini əks etdirən çoxsəviyyəli və çoxfunksiyalı sistemi idarəetmə mexanizmlərinin yaradılması sayılır. Yeniliklərin işlənib hazırlanması və tətbiqi mexanizmi o halda səmərəli ola bilər ki, o, istehsal porsesi ünsürlərin xarici və daxili mühitlə qarşılıqlı təsirinə, innovasiya inkişafının daxili və xarici subyektlərinin müfəssəl tədqiqatına əsaslansın. Təşkilati inkişaf hadisəi çoxfunksiyalı olmaqla müxtəlif məkan və zaman çərçivələrində yeni ünsirlərin, onların bloklarının və yeni təşkilati əsasda müəssisənin xarici artımını təmin etmək qabiliyyətinə malik alt sistemlərin bir yerə toplanması ilə bağlıdır. Əslində inteqrasiya hadisələri xarici mühitə uyğunlaşmanın yüksəldilməsi və stabilliyin təmin edilməsi zəruriyyəti və mürəkkəbləşmiş çoxsəviyyəli sistemin optimal işi ilə əlaqədardır. Müəssisənin restrukturizasiyası təşkilati inkişafı hadisəində aparmaqla firmadaxili(sistemdaxili) və firmalararası(xarici sistemlər) qarşılıqlı təsirlər nəticəsində yaranmış yeni çoxsəviyyəli strukturların daha iri səmərəliliyini təmin edən sosial-iqtisadi sistemə məqsədyönlü təsir kimi başa düşülür. Əgər sistemdaxili dəyişikliklər daxili artım və təkmilləşmə mənbələrini səfərbər edirsə, onda inteqrasiya və differensiallaşma hadisələrinə əsaslanan firmalararası qarşılıqlı təsir gəlirin maksimumlaşdırılmasının yeni imkanlarına yönəldilən müəssisənin xarici artım mənbələrini təmin edir. Xarici artım mənbələrinə əsaslanan struktur dəyişikliklərin əhəmiyyəti reinjinirinq hadisəində bütün amillər sisteminin son hədd faydalılığının və onun Pareto-optimallığının təmin edilməsindən ibarətdir. Bu, təkcə sistemin sərhədlərinin genişlənməsi ilə deyil, həm də kənardan müəyyən nizamlanmının, stabilliyinin gətirilməsi, təsərrüfat sistemi dinamizminin eyni vaxtda yüksəldilməsi ilə bağlıdır. İqtisadi sistemdə intertəşkilati dəyişikliklər hesabına aparılan restrukturizasiya nəticəsində vasitəçilərin rolunu oynamağa qabil, kommunikasiya hadisələrini intensivləşdirən yeni ünsürlər, yeniliklərin, yeni biliklərin, dəyişmələrin və s. daşıyıcıları, iqtisadi, istehsal, transaksion və s. hadisələrin sürətləndiriciləri meydana çıxır. Müxtəlif ölçülü müəssisələr, institutlar, maliyyə-sənaye qrupları və digər iqtisadi agentlər sistemin yeni elementlərinin rolunu yerinə yetirirlər. Xarici təşkilati dəyişikliklərin layihələndirilməsi yenidən meydana çıxmış orqanizmin xarici inkişafının və fəaliyyətinin maksimumlaşdırılması məqsədilə alternativ institutların, iqtisadi, sosial və texnoloji strukturların seçilməsinə əsaslanır. Xarici artım mənbələri hesabına yeni təşkilati qarşılıqlı təsirin layihələndirilməsi həm differensiasiya, həm də sistemdə inteqrasiya yolu getməlidir. Differensiasiya strukturunun müəyyən vəziyyətini xarakterizə edir və sistemin öz-özünü saxlaması üçün zəruri olan ixtisaslaşmanın güclənməsinə aparır. İstehsal sistemlərinin differensiallaşdırılmasının yüksək dərəcəsi reinjinirinq fəaliyyətinin yeni məqsədlərinin reallaşması ehtimalını xeyli artırır, məqsədəçatmanın mümkünlüyünu və fəaliyyətin, yeni sosial strukturların səmərəliliyini yüksəldir. Struktur dəyişikliklər sistemində differensiasiya həm ixtisaslaşmanın dərinləşməsi ilə, həm də müxtəlif diversifikasiya növlərinin inkişafı ilə əlaqədardır. İnteqrasiya xarici artım mənbələri hesabına istehsal sisteminin sərhədlərini genişləndirir. İnteqrasiya hadisələri müxtəlif formalarda ayrılma, birləşmə hesabına, texnologiyanın transferti, lisenziyanın alışı, nou-hau, bazar transaksiyaları, hadisəə vasitəçilərin daxil edilməsi, infrastruktur obyektləri və s. nəticəsində genişlənə bilər. İnteqrasiya hadisələri müxtəlif məkan və zaman çərçivələrində, müvəqqəti və daimi əsasda yayıla bilər. İnteqrasiya strukturları müəssisənin təsərrüfat fəaliyyəti növləri və funksiyaları spektirinin universallaşmasına genişlənməsinə gətirib çıxarır. Yeni struktur dəyişikliklərin həyata keçirilməsi mexanizminin təhlili aşağıdakı nəticələri çıxarmağa imkan verir: - təşkilati cəhətdən yenidən layihələndirmə istehsal sistemlərinin fasiləsiz təkamülünü təmin edir; - təşkilati inkişaf təsərrüfat sistemi və təkrar istehsal tsikli dinamizminin yüksəlməsinə kömək edir; - xarici mənbələr hesabına təşkilati dəyişikliklər uyğunlaşmanın artmaqda olan imkanlarını, fəaliyyətin təkmilləşməsini, davamlılığını, optimallığını nümayiş etdirir və təsərrüfat subyektlərinin fəaliyyətində differensiallaşma və inteqrasiya üzrə struktur hadisələri gücləndirir; - müəssisədə innovasiyanın inkişafı ilə sıx bağlı olan təşkilati dəyişikliklər sistemin sərhədlərinin genişləndirilməsi, yeniliklərin tətbiq olunmasının sürətləndirilməsi və dövriyyəyə ETTKİ və yeni texnologiyalar üzrə xarici mənbələrin cəlb edilməsi hesabına istehsalın köklü surətdə yenidən qurulması və təzələnməsi hadisələrini intensivləşdirməyə imkan verir; - təşkilati reinjinirinq iqtisadi sistemin öz-özünün inkişafı və təşkili sərhədlərini genişləndirmək, istehsal hadisəinə müxtəlif profilli, müxtəlif ölçülü müəssisələrin, institusional strukturların müxtəlif qrup maraqlı şəxslərin, müşətrilərin, vasitəçi komutantların, investorların, yenilik işləyənlərin cəlb edilməsi, eləcə də geridə qalmış strukturların fəaliyyətini dondurmaq və radikal yenilikçi dəyişikliklər üçün yeni təşkilati zəminlər yaratmaq imkanı verir; - intertəşkilati dəyişikliklər sahəvi sərhədlərin yuyulub aparılmasına səbəb olur və reinjinirinq sistemində də sahələrarası qarşılıqlı təsirin güclənməsi gəlirin maksimumlaşdırılması, risklərin yenidən bölüşdürülməsi və diversifikasiyası hesabına tədbirlərin iqtisadi səmərəliliyinin xeyli dərəcədə yüksəlməsinə gətirib çıxarır; - innovasiya reinjinirinqi əsasında restrukturizasiya tələb və təklifin diversifikasiyasının dərinləşməsinə səbəb olur, yeni bazarlara daxil olmağı stimullaşdırır, müəssisənin innovasiya inhisarı üçün imkanlar yaradır. Təşkilati reinjinirinq tədbirlərinin səmərəliliyinin yüksəldilməsi üçün təşkilati strukturların, təşkilati cəhətdən qarşılıqlı təsirlərin, təsərrüfat strategiyalarının tipinin, tətbiq olunan texnologiya tiplərinin və bazarın sahəvi xüsusiyyətlərinin dəqiq uyğunluğunun aşkara çıxarılması zəruridir. Məlumdur ki, təşkilati tip texnoloji hadisəin xarakterindən(diskret və ya fasiləsiz, qapalı və ya açıq texnoloji tsikl və s.), eləcə də istehsalın maya dəyərindən, standartlaşma və unifikasiya səviyyəsindən və s. asılıdır. Xırda seriyalı istehsal və nadir texnologiya işlərin sərt firmadaxili təşkilini və əlaqələndirilməsini, dar texnoloji ixtisaslaşmanı tələb edir. Baza standartları texnologiyaları əsasında iri seriyalı və kütləvi istehsal inteqrasiya əsasında istehsal ölçüının genişlənməsinə yönəldilir. Kimya, neftkimya, yeyinti sənayesində və metallurgiyada fasiləsiz, iritoonajlı istehsal xətti və funksional strukturlara yönəldilir və üfüqi firmalararası qarşılıqlı təsirlər üçün az əhəmiyyətlidir.
    Metallurgiya (yun. metallurgeo -yerdan qazib chiqaraman) - rudalardan yoki tarkibida metall boʻlgan moddalardan metallar ajratib olish va metall qotishmalarga tegishli xossalar "berish" haqidagi fan; sanoat tarmogʻi.
    Diskret xırda seriyalı istehsal hadisələrini aralıq mərhələlərə bölmək olar ki, bu da kontrakt-müqavilə, bazar əsasında səmərəli firmalararası qarşılıqlı təsirə gətirib çıxarır. Bu tipli təşkilati strukturlar inteqrasiya ilə əmtəə diversifikasiyasının əlaqələndirilməsi əsasında üfüqi düzülüşlərə və yaxud qarışıq strukturlara meyl edir. İri tonnajlı və kütləvi istehsalda əmtəə diversifikasiyasını yalnız xidmət sferalarına tullantıların və yaxud yardımçı məhsulların istifadəsi əsasında tətbiq etmək imkanı yaranır. Emal sənayesinin əksər sahələrində əsas kimi stabil və intensiv tipli texnologiyalar çıxış edir. Onlar reinjinirinq tədbirinin yüksək riski ilə, aşağı uyğunlaşma qabiliyyəti ilə, bazarın tələblərinə cavab kimi qeyrikifayət çevikliklə səciyyələnir. İki tərəfi açıq texnoloji ukladlar və xammal istiqamətli iqtisadiyyat üçün səciyyəvidir. Yüksək dəyişkənliklə, şəkildəyişmələr və yeniliklərə meylliliklə səciyyələnən elmtutumlu sahələrin texnologiyaları öz inkişafında düz üfüqi təşkilati strukturlara əsaslanır. Təşkilati dəyişiklliklər hadisəi differensiasiya və diversifikasiya əsasında baş verir, çoxsahəli müəssisələr isə sahə bazrlarından kənara çıxarlar. Müəssisənin daha dərindən yenidən təşkili üçün bir-birinə qohum istehsallarının diversifikasiyası hadisəi baş verməlidir. Belə ki, elm tutumlu sahələrdə məhsulun diversifikasiyası zamanı(qısa həyat tsiklinə malik məhsuldar) iri müəssisəyə təşkilati qarşılıqlı təsirin yeni prinsiplərinə əsaslanan müxtəlif tipli təsərrüfat təşkilati ilə əlaqələr yaratmaq lazım gəlir. Təşkilati cəhətdən qarşılıqlı təsirin “klassik” tipləri xalis şəkildə artıq demək olar ki, mövcud deyildir. İstehsal sistemlərinin optimal işi və yüksək keyfiyyətli məhsul buraxılışı üçün determinasiya olunmuş yanaşmalar tələb olunur. Bu zaman müxtəlif şəkilli və selektiv tələbin ödənilməsi və bazara səmərəli xidmət manevretmənin adaptiv strukturlarını və imkanlarını tələb edir. Odur ki, daimi parnyor əlaqələrin formalaşması və dəstəklənməsi satış şərtlərinin, marketinq tədirinin, ETTKİ-nin, müvəqqəti qarşılıqlı təsirlər və üfüqi firmalararası strkturların əsasında təşkil olunmuş yeni texnologiyaların əldə olunması kaallarının sürətlə dəyişməsi imkanları ilə uyğunlaşdırılmalıdır. Bu halda təsərrüfat sisteminin öz-özünü təşkili və məqsədli strukturlaşdırılması prinsiplərinin əlaqələndirilməsi üçün aşağıdakı şərtlərə əməl olunması vacib sayılır: 1. təşkilati, innovasiya, əlaqələndirici təsirlərin təsərrüfat fəaliyyətinin əsas hadisələri ilə razılaşdırılması tələb olunur ki, bunun da nəticəsində özünü inkişaf bazasında inteqrasiya baş verir; 2. reinjinirinqin və struktur dəyişikliklərin səmərəliliyinin yüksəldilməsi üçün fəaliyyət üsullarının və xarici artım mənbələrinin çoxcəhətliliyinə(diversifikasiya) əsaslanan əlaqələndirici, struktur və institusional dəyişikliklərin strategiyası zəruridir. Aydındır ki, xarici təşkilati dəyişikliklər inkişafın neqativ meyllərinin məhdudlaşdırılması vasitəsi kimi nəzərdən keçirilir. Lakin intertəşkilati dəyişikliklərin əsas məqsədi qarşılıqlı təsir strukturlarının, təsərrüfat fəaliyyəti subyektlərinin iqtisadi qarşılıqlı təsir yönümlü institusional qayda və normaların dəyişməsi sayılır. İnstitusionallaşdırma xarici sistem mənbələri hesabına salamatlığın qorunub saxlanması və təkmilləşmə məqsədi ilə subyektlərin davranış qaydalarını, normalarını, struktur və nümunələrini dəyişməklə elementlərin bağlılığına, nizamlanmasına kömək edir. Bu halda iri istehsal sistemləri institusional şəkildə təşkil oluna bilər: onlar müxtəlif şəkilli sənaye müəssisələrindən, dövlət idarələrindən, fundamental tədqiqat fondlarından, investisiya və vençur fondlarından, elmi-tədqiqat təşkilatlarından, akademik-ali məktəb sektorundan, məlumat mərkəzlərindən, texnoloji assoasiyalarından və s. ibarət ola bilər. Bu təşkilati dəyişiklilər struktur modul ixtisaslaşması adlandırılan sistemin yaradılmasına əsaslanır. Sahibkarlığın institusional struktur sxemi aşağıda verilmişdir(Sxem 3.5):

    c:\users\user\desktop\безымянный.png

    Bu strukturun əsası intertəşkilati qarşılıqlı təsir, yəni bilavasitə istehsaldan, reklamdan, marketinqdən, satışdan, göndərmələrdən, avadanlığın quraşdırılmasından kreativ elmi tədqiqatlara qədər qarşılıqlı təsir sayılır. Bu Maliyyə institutları Universitetlər Akademiya sektoru Yeni müəssisələrin yaradılması Bazar institutları İnstitusional investorlar Müəssisə İri korporasiyalar İnnovasiya biznesinin antreprenerləri Mənfəətin formalaşması,onun remaliyyələşdirilməsi, kapitallaşdırılması və s. Yeni strukturların yaradılması Bazar strukturlarının dəyişməsi cür institusional strukturun yaradılması işçilərin yeni sosial interheyət yönümlü qarşılıqlı təsirini tələb edir. Təşkilin yeni tipi həm istehsal sistemlərinin, həm də sahibkarlıq strukturlarının institutsional inkişafının müxtəlif formalarına əsaslanır. Yeni təşkilati qarşılıqlı təsirin layihələndirilməsi və qurulması müxtəlif subyektlərin əlaqələndirilməsini, sonrakı inkişaf mexanizmlərinin və meyllərinin uzlaşdırılmasını tələb edir. Təkamül nəticəsində tədricən sabit və ya müvəqqəti tipə malik təşkilati quruluşa doğru yerdəyişmə baş verir ki, bunun da nəticəsində islahatı aparılan təsərrüfat subyekti gəlirin maksimumlaşdırılması və müvafiq qrupların maraqlarının tarazlığı təmin edilir. Münasibətlər bazar transaksiyaları əsasında, kontrakt əsasında, eləcə də xeyli hissəsi institusional strukturla müəyyən edilən təşkilatların “aralıq formaları” əsasında qurula bilər. Bu cür yeni təşkilati strukturlar özündə elə bir mürəkkəb sistemi birləşdirir ki, onun da mərkəzi ünsürü mikro və makro qarşılıqlı təsirləri, intertəşkilati tipə malik qarşılıqlı təsiri həyata keçirən firma sayılır. “Aralıq formaların” qurulması və ya “metastruktur” sosiotexniki izomorfizm prinsipləri əsasında baş verir. Bu onu göstərir ki, intertəşkilati qarşılıqlı təsir əsasında qurulan xarici sistem kicik daxili sistem sayılan müəssisədə olduğu kimi həmin başlıca komponentlərə əsaslanır. Lakin elementlərin və alt sistemlərin fəaliyyətində səmərəliliyin, mənfəət mərkəzlərinin, birgə fəaliyyət məsuliyyəti və rolunun digər bölüşdrülməsi müşahidə olunur. İnstitusional strukturlar həm də çoxcəhətliliyi, mürəkkəbliliyi, intensivliyi, subyektlərarası qarşılıqlı təsirlərin müxtəlif stereo tipləri ilə fərqlənir. Xarici sistemlərdə iştirakçı qruplar arasında çoxcəhətli münasibətlər, məsələn rəqabət, kooperativ, preferensial, iyerarxiq, transaksion və s. münasibətlər formalaşır. Mürəkkəb xarici sistemlər üçün iformasion və müxtəlif intensivliyə malik hadisələri əlaqələndirən münasibətlər birinci dərəcəli əhəmiyyət kəsb edir. İştirakçıların müxtəlif qrupları üçün intertəşkilati strukturlar və onların qarşılıqlı təsiri qeyri-bərabər rol oynaya bilər. Məsələn, françayzinq sistemində xüsusi rolu texnoloji, məlumat və maliyyə axınları oynayır. Tabeçilik və qarşılıqlı tabeçilik münasibətlərinə baxmayaraq françayzinq strukturları üçün texnologiyanın ötürülməsi zamanı iri əhəmiyyətə malik olan təkcə bazar transaksiyaları deyil, həm də kontraktların və rəqabət münasibətlərinin təşkili sayılır. Əksinə, kicik biznesi iri xarici sistemə daxil edən zaman məcmu bazar transaksiyalarının səviyyəsinə əhəmiyyətli təsiri satışın stimullaşdırılması, reklam şirkəti vasitəçilik fəaliyyəti, kontraktların təşkili, idarə olunmayan məlumat axınları ilə bağlı xərclər göstərir. İqtisadiyyatın innovasiya aktivliyinin yüksəldilməsi eyli dərəcədə aşağıdak meyllərin istifadəsi ilə bağlıdır: innovasiya sferasında öz-özünün təşkili strukturlarının qurulması və onların institutlar sisteminə inkorporasiya olunmasının gücləndirilməsi. Bu meyllərin uyğunluğuna nümunəvi misal kimi BIRLƏŞMIŞ ŞTATLAR-da mövcud olan innovasiya hadisəinin institusional strukturlarını göstərə bilərik. Həm iri sənaye şirkətləri çərçivəsində, həm də elmi-texniki və innovasiya layihələri çərçivəsində innovasiya hadisəinin ənənəvi təşkilati modelləri “inkubator bölmələrin” qapalı elmi texniki mühitində reallaşdırılır ki, bu da sonradan kicik antrepener qruplarla kommersiyalaşma mərhələsinə qədər çatdırılır. Xarici qarşılıqlı təsir əsasında təşkilati inkişaf mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş strukturların snergizm prinsipləri ilə sıx bağlıdır. Təşkilati reinjinirinq hadisəi yeni texnologiyaların, məhsul və strukturların işlənib hazırlanması, mənimsənilməsi və tətbiqi mərkəzləri üzrə istiqamətlənməklə yenidən mövcud olmuş əmək bölgüsü şəraitində olduğu kimi inkişaf edir. “Sərt” təşkilati metastrukturlar vahid texnoloji zəncirlə bağlı müəssisələri birləşdirirlər. Bu hald areinjinirinq hadisəi son dərəcə çətinləşir, yeniləşmə imitasiyaya yönəldilir və şaquli tipli strukturlar yayılır. Bu xeyli dərəcədə qaz, neft, kömür, metallurgiya kimi kapital tutumlu sahələrə aiddir. Biznesin bir növünə aid edilən və dar ixtisaslaşmaya istiqamətlənmiş strategiyalar iri rol oynayırlar. Bir sahədə təmərküzləşmə bütün daxili təşkilati resursların istifadə zəruriyyətilə bağlıdır. Monobiznes öz sahəsində liderliyi təmin edə bilər. Lakin texnoloji yeniliklərin meydana çıxması alıcıların tələbatında dəyişiliklərin baş verməsi və rəqiblərin aktiv fəaliyyəti halında gücün bir istiqamətdə cəmlənməsi mənfəətin kəskin surətdə aşağı düşməsinə və müəssisənin mövqeyinin əhəmiyyətli dərəcədə itirilməsinə gətirib çıxara bilər. Bu profildən olan müəssisələrin çoxu 2 tipdə şaquli inteqrasiya tətbiq edirlər: 1. “Geriyə” inteqrasiya;2. “irəliyə” ineqrasiya. “Geriyə” inteqrasiya malgöndərən firmanı ələ keçirmək hesabına və ya onun üzərində nəzarəti artırmaq yolu ilə müəssisənin böyüməsinə istiqamətlənir. “İrəliyə” inteqrasiya isə bir-başa şaquli inteqrasiya adlanır və bölgü və sartış sistemləri, eləcə də vasitəçi biznes üzərində nəzarəti gücləndirmək hesabına müəssisənin böyüməsini ifadə edir. 2. Azərbaycan iqtisadiyyatında bir sıra səbəblər üzərindən holdinq, konsern və konqlomeratlar kimi şaquli tipli strukturlar nisbətən yaxşı inkişaf etmişdir. Konqlomerat qapalı kapital bazarını və ənənəvi kapitalların istehsal sistemlərinin məcmusunu təmsil etməklə demək olar ki, tamamilə rəqib qüvvələrin təsirindən müdafiə olunur. Bundan əlavə konqlomerat demək olar ki, radikal yeniləşmə və təşkilati dəyişikliklər imkanını saxlamır. Şaquli surətdə inteqrasiya olunmuş strukturların üstünlük təşkil etməsi iqtisadiyyatda müərkkəb innovasiya hadisələrinin və texnoloji məhsulların tətbiqi üçün xeyli maneələr yaradır. Birliyin monqlomerat xarakteri sənaye şirkətləri və sahələrinin rəqabət qabiliyyətini zəiflədir. Üfüqi inteqrasiya sahəvi istehsal bilikləri bazasında üfüqi firmalar arası kooperasiya prinsiplərinə uyğun olaraq meydana çıxa bilər(Məsələn, kimya sənayesi və cihazqayırmada olduğu kimi). Üfüqi inteqrasiya həmçinin mürəkkəb istesal innovasiya tsiklinə malik eyni tipli müəssisələrdə, məsələn, aviasiya sənayesi və raketqayırma müəssisələrində yayılmışdır. Bu cür istehsallarda mürəkkəb yüksək texnoloji məmulatların yüksək keyfiyyətli parametrləri və dünya bazarlarında rəqib mövqeləri vacibdir. Əgər şaquli inteqrasiyanın aparıcı əsası güclərin, kapitalların təmərküzləşməsi və idarəetmənin mərkəzləşməsi hesab edildiyi halda üfüqi inteqrasiya kooperasiya prinsipi əsasında həyata keçirilir, yəni burada əsas rol müvəqqəti biliklərə, qeyri-mərkəzləşmiş idarəetmə strukturlarına və razılaşma əsasında qarşılıqlı münasibətlərə, müvəqqəti təsərrüfat ixtisaslarına və s. aiddir. 1) Dünyanın bir çox ölkələrində sahibkarlığın dəstəklənməsi məqsədilə səmərəli təşkilati-idarəetmə mexanizmləri tətbiq edilir. Bunlar son vaxtlar geniş yayılmış yeni forması kimi biznes-inkubatorlar çıxış edir. Biznesinkubatorlar sahibkarlıq subyektlərinin inteqrasiyasını həyata keçirən, onların səmərəli fəaliyyətini təmin etmək məqsədilə çeşidli xidmətlər göstərən təşkilati modeldir. Beynəlxalq təcrübə göstərir ki, biznes inkubatorların tətbiqi kicik müəssisələrin inkişafını 7-22 dəfə sürətləndirərək, biznesdəki uğursuzluqları 10-15% azaldır. Sahibkarlığın bu infrastrukturu əhalinin məşğulluq və həyat səviyyəsinin, reginların iqtisadi aktivliliyinin yüksəldilməsi, kicik müəssisələrin sayının, onların rəqabət qabiliyyətinin artırılması, bütövlükdə sahibkarlığın innovasiya yönümünün təmin edilməsi, müəssisələr arasında kooperasiya əlaqələrinin yaranması və möhkəmlənməsi kimi mühüm məsələlərin həllinə xidmət edir. 2) Azərbaycanda yerli xammaldan istifadə edərək, yeni texnologiyaların tətbiqi nəticəsində özəl sektorda dünya standartlarına uyğun məhsulların istehsalı iqtisadiyyatımızın inkişafının hazırkı mərhələsində qarşıda duran mühüm məsələlərdəndir. Azərbaycanda innovasiya sahibarlığının mövcud vəziyyəti cəmiyyətimizin intellektual potensialına uyğun deyil və iqtisadiyyatımızın texnoloji yeniləşməsi tələblərinə cavab vermir. Buna görə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2002-ci il tarixli, 753 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kicik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı(2002-2005-ci illər)” sahibkarların innovasiya fəaliyyətlərinin aktivləşdirilməsi üçün kompleks tədbirlər həyata keçirilməsini nəzərdə tutur. Proqram innovasiya fəaliyyətinin kicik və orta sahibkarlığın(KOS) inkişafının öncül istiqamətinə çevrilməsi məqsədilə müvafiq infrastrukturun yaradılması, maliyyə və təşkilati vasitələrin hərəkətə gətirilməsini mühüm bir vəzifə kimi qarşıya qoymuşdur. Azərbaycanda innovasiya sahibkarlığı sisteminin formalaşmasının, innovasiya yönümlü təşəbbüslərin aktivləşdirilməsinin və bu sahədə səmərəli dövlət köməyi mexanizminin formalaşması zəruriliyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqında” 10 sentyabr 2002-ci il tarixli Fəranında da texnoloji biznes inkibatorun yaradılması vəzifəsi qarşıya qoyulmuşdur. Texnoloji biznes inkubator sahibkarlıq fəaliyyətinə başlayanlara və elmitexniki sahədə fəaliyyət göstərən iş adamlarına innovasiya fəaliyyətlərinin həyata keçirilməsi və eyni texnologiya əsasında istehsalın təşkili üzrə xüsusi müqavilə əsasında və güzəştli şərtlərlə çeşidli xidmər göstərir. Texnoloji biznes inkubatorda fəaliyyət göstərəcək müəssisələr əsasən iqtisadiyyatın öncül sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri ola bilərlər. Texnoloji biznes-inkubatorun seçilmiş müəssisələrlə münasibətləri xüsusi müqavilə əsasında tənzimlənir.. Ayrı-ayrı rayonlarda sahibkarların biznes mərkəzlərinin yaradılması, sahibkarlar üçün təhsil, məsləhət və məlumat xidmətlərinin təşkili sahəsində də mühüm tədbirlər həyata keçirilməsinə təkan vercəkdir. Hesab edirik ki, texnoloji biznes-inkubatorun sənaye şəhərciyinin əraizisində yaradılması mümkün variantlardan daha məqsədəuyğundur. Bu yanaşma biznes inkubatorda bazar iqtisadiyyatı şəraitində müstəqil fəaliyyətə hazırlanmış kicik və orta müəssisələrin sənaye şəhərciyində öz fəaliyyətinin davamı mümkünlüyünü nəzərə alır. Belə yerləşmə bu infrastruktur obyektlərinin bir-birini tamamlamasına şərait yaradır. Fikrimizcə, ölkənin regionlarında dövlət tərəfindən maliyyə dəstəyi göstərilən elmi-tədqiqat mərkəzləri yaradılmalı və həmin ərazilərdəki mövcud müəssisələrin sağlamlaşdırılması istiqamətində işlənib hazırlanmış təkliflər aidiyyəti olan icra hakimiyyəti orqanlarına çatdırılmalıdır.

    1   2   3   4   5


    Download 0.49 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa


    AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda

    Download 0.49 Mb.