İYT-Lİ CİHAZLARIN RƏQS SİSTEMLƏRİ




Download 0.96 Mb.
bet2/8
Sana18.11.2020
Hajmi0.96 Mb.
#12523
1   2   3   4   5   6   7   8

1.3. İYT-Lİ CİHAZLARIN RƏQS SİSTEMLƏRİ.

İYT-li cihazların rəqs sistemləri 2 qrupa bölünür:



  1. Dar zolaqlı rezonatorlar

  2. Geniş zolaqlı rezonatorlar və ya ləngidici sistemlər

1.Dar zolaqlı rəqs sistemləri.

Bu qrupa–müxtəlif formalı qapalı vibratorlar, yarıq-dəlik tipli rezonatorlar, dalğaötürən və koaksial xətlərin qısa qapanmış hissələri aiddir. Fəzada elektrik və maqnit sahələri sanki bir-birindən ayrılan rəqs sistemləri İYT-li cihazlarda daha çox istifadə olunur (şək. 1.2, a-z).



Bu növ rəqs sistemlərində bir-birindən kiçik məsafədə yerləşən səthin hissələri tutum əmələ gətirir. Bu tutumda elektrik sahəsi yığılır (mərkəzləşir).



Konturun tutumuna ekvivalent olan həcmin başqa hissəsində maqnit sahəsi mərkəzləşir. Belə rezonatorlardakı elektrik və maqnit sahəsi şəkil 1.3-də göstərilmişdir. Fəzanın kiçik bir hissəsində yüksək tezlikli elektrik sahəsinin konsentrasiyası (yığılması) mühüm əhəmiyyətə bağlıdır. Bir çox cihazlarda elektron selindən enerjinin rəqs sisteminə ötürülməsi hərəkət edən elektronların dəyişən elektrik sahəsi ilə qarşılıqlı təsiri nəticəsində baş verir.

İYT-li rəqs sistemləri əsas 3 kəmiyyətlə xarakterizə olunur:

1) Rezonans tezliyi – ω0 =

2) Keyfiyyət əmsalı – Q =

3) Ekvivalent keçiricilik.

Qapalı rəqs sistemlərində müxtəlif rəqslər yarana bilər. Bu rəqslər tezliyi ilə və rezonator həcmi daxilində elektrik və maqnit sahələrinin paylanmasına görə fərqlənir.

Qapalı rəqs sistemlərinin keyfiyyət əmsalı çox yüksəkdir (100 və 1000 dəfələrlə). Çünki, elektromaqnit sahəsi rezonator əmələ gətirən örtüyün daxilində yerləşir. Örtüyün özü metaldan hazırlanır və ya daxildən metallaşdırılır, ekran kimi xidmət edir və şüalanma itkiləri olmur. Rezonatorun özündə itkilər az olur. Rezonatorun daxili hissəsi kiçik müqavimətli metalla (gümüş və ya qızıl) nazik səth kimi örtülür. Rezonatordakı itkilər itkilərin ekvivalent keçiriciliyi ilə xarakterizə olunur:

burada:- rezonatorda itirilən gücdür, - yüksək tezlikli gərginliyin amplitududur.

Əgər, rezonator yüklənibsə, yəni elektromaqnit enerjisinin bir hissəsi rezonatordan yükə ötürülürsə, bu halda yüklənmiş rezonator keçiriciliyi anlayışından istifadə edilir.

burada: – yükün aktiv keçiriciliyidir.



Rezonator yüklə rabitə dolağı və ya tutum ucluğu vasitəsi ilə əlaqələndirilir (birləşir) (şək. 1.4). Birinci halda induktiv rabitə üstünlük təşkil edir. Maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar səthdəki dolaqlarda e.h.q. induksiyalanır. Rabitə dolağı cərəyan olan hissədə yerləşdirilir. Rabitənin tənzimləmə dərəcəsi dolağın öz oxu ətrafında fırladılması ilə əldə edilir. İkinci halda tutum rabitəsidir. Tutum ucluğu gərginlik olan hissəyə daxil edilir, rezonatorun divarı və ucluq arasındakı sahəni dəyişməklə, rabitə tənzimlənir.




Download 0.96 Mb.
1   2   3   4   5   6   7   8




Download 0.96 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İYT-Lİ CİHAZLARIN RƏQS SİSTEMLƏRİ

Download 0.96 Mb.