Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİLLİ aviASİya akademiyasi




Download 0.94 Mb.
bet2/3
Sana25.10.2022
Hajmi0.94 Mb.
#28107
1   2   3
Bog'liq
Fizikanın əsasları Sərbəst iş 66766 kopyası kopyası

uzunluq vahidi - metr(m)- platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir.1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır.1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr - işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir.

  • zaman vahidi - saniyə(san) - sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.

  • kütlə vahidi - kiloqram(kq) - platin-iridium xəlitəsindən hazırlanmış silindirşəkilli etalonun kütləsidir.

  • maddə miqdarı-mol(mol) - kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır.

  • temperatur vahidi kelvin - (K) - 1954-cü ilə qədər "mütləq dərəcənin" qiyməti suyun qaynama və buzun ərimə temperaturları fərqinin 1/100-i qəbul olunurdu.Termometrin ilk başlanğıc nöqtəsi mütləq sıfır,ikinci əsas nöqtəsi isə suyun üçlük nöqtəsi(273,16K) qəbul olunan Kelvin şkalasından istifadə olunur.Kelvin T və selsi t şkalaları arasındakı əlaqə:T=t+273,15 və ya hesablamaları sadələşdirmək üçün T=t+273 kimidir.Kelvin şkalasının ΔT=1K,Selsi şkalasının Δt=1 °C-ə bərabərdir.

  • cərəyan şiddəti vahidi-amper(A) - elə cərəyanın şiddətidir ki, bu cərəyan vakuumda bir-birindən 1m məsafədə və bir-birinə paralel yerləşmiş sonsuz uzun naqillərdən keçdikdə onların hər bir metr uzunluqları arasında 2·10−7N qarşılıql təsir yaransın.

  • işıq şiddəti vahidi - kandela(kd)- verilən istiqamətdə energetik işıq şiddəti 1/683 W/sr olan 540 · 1012 Hz tezlikli monoxromatik şüa buraxan mənbənin bu istiqamətdəki işıq şiddətidir.



    Beynəlxalq vahidlər sistemində(BS) əlavə vahid ikidir:

    • müstəvi bucaq vahidi - radian(rad)

    • cisim bucağı vahidi steradian(strad)

    Qalan bütün kəmiyyətlərin vahidləri törəmə vahidlər adlanır.
    Vahidlər sistemi haqqında verilən bu məlumatlar mexanika bəhsi üçün tam kafi olduğundan bir qədər əvvəl fiziki kəmiyyətlərin ölçüsü mövzusunda aparılan söhbəti davam etdirərək törəmə vahidlərin ölçüləri (dimenzionları) ilə tanış olaq.
    Fiziki kəmiyyətin ölçüsü (dimenzionu) uyğun kəmiyyətin kvadrat mötərizə içərisinə alınmış simvolu ilə işarə olunur. Məsələn, uzunluq dimenzionu dim s=[s]=L, sürət dimenzionu dim v= [v]= LT-1
    Fiziki kəmiyyətin ölçüsü yalnız həmin kəmiyyətin təbiətini müəyyən edir. Məsələn, kəmiyyətin ölçüsünün zaman (T) olması o kəmiyyətin saniyə, dəqiqə, saat, gün və yaxud il vahidlərindən hansı ilə ölçüldüyü haqqında heç bir məlumat verməyib, sadəcə həmin kəmiyyətin zaman olduğundan xəbər verir. Eyni sözləri ölçüsü uzunluq olan kəmiyyət haqqında da deyə bilərik. Kəmiyyətin ölçüsünün uzunluq (L) olması onun mm, sm, m yaxud kilometrlə ölçülməsi haqqında heç bir məlumat verməyib, yalnız həmin kəmiyyətin təbiətcə uzunluq olduğunu ifadə edir. Kəmiyyətlərin ölçülərini bilmənin fiziki hadisələri təsvir edən düsturları çıxararkən alınmış son ifadənin doğruluğuna inanmağa da imkan yaradır. Doğrudan da, fiziki kəmiyyətlər arasındakı riyazi bərabərlik yalnız eyni ölçülü kəmiyyətlər arasında mövcud ola bildiyinə görə, vahidlər sisteminin dəyişməsindən asılı olmayaraq alınan düsturun sağ və sol tərəflərinə daxil olan bütün hədlərin yekun ölçüsü eyni olmalıdır


    Download 0.94 Mb.
  • 1   2   3




    Download 0.94 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİLLİ aviASİya akademiyasi

    Download 0.94 Mb.