• Buraxılış işinin planı
  • Qrafik materialların siyahısı
  • NEFT MƏDƏNİNİN ELEKTRİK YÜKLƏRİ. Cədvəl 1.
  • ABSTRACT MÜNDƏRİCAT .
  • OBYEKTİN ÜMUMİ XARAKTERİSKASI
  • Yüklərin hesabı
  • Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti




    Download 1.37 Mb.
    bet1/5
    Sana31.12.2019
    Hajmi1.37 Mb.
    #7216
      1   2   3   4   5

    Azərbaycan Respublikasının Təhsil Nazirliyi

    Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

    Fakultə: Energetika

    Kafedra: Elektroenergetika

    Qrup: 503.3

    Tələbə: Çələbiyev Ayaz
    BURAXILIŞ İŞİ ÜZTƏ TAPŞIRIQ
    1. İşin mövzusu : Kompressor stansiyası olan neft mədəninin elektrik elektrik təchizatı

    2.İş üzrə ilkin verilənlər 2.1.Kompressor stansiyası olan neft mədəninin baş planı 2.2. Neft mədəninin elektrik yükləri 2.3. 115kV gərginlik tərəfdə q.q gücü 1400MVA 2.4.ESY-dan mədənə qədər olan məsafə 5 km

    3.Buraxılış işinin planı (baxılacaq məsələlərin siyahısı) 3.1.Mədənin xarakteristikası haqqında qısa məlumat,elektrik təlabatçılarının təsnifatı və kateqoriyası. 3.2.Mədənin elektrik yüklərinin hesabı. 3.3.Reaktiv gücün kompensasiyası məsələləri.4.Gərginliklərin, xarici və daxili elektrik təchizatı sxeminin secilməsi.5.Sex transformatorlarının və BAY transformatorlarının sayının və gücünün seçilməsi.6.Qısaqapanma cərəyanının hesabı, elektrik avadanlıqlarının seçilməsi və yoxlanmsı. 7.Rele mühafizəsi və avtomatika məsələləri. 9 Elektrik təhlükəsizliyi məsələsi.

    4.Qrafik materialların siyahısı 1.Mədənin baş planı



    2.Mədənin elektrik təchizat sxemi

    3.Rele mühafizəsi və avtomatika

    5.Buraxılış işi üzrə məsləhətçilər(tələb olunan halda)

    6.Tələbə tərəfindən tapşırığın qəbul olunma vaxtı

    Kafedra müdiri: dos.A.Q.Əliyev

    Buraxılış işinin rəhbəri: dos. M.H.Həmidov

    Tapşırığı icra etmək üçün qəbul etdim:



    NEFT MƏDƏNİNİN ELEKTRİK YÜKLƏRİ.

    Cədvəl 1.


    REFERAT


    Buraxılış işim kompressor stansiyası olan neft mədəninin elektrik təchizatı olmaqla verilmiş tapşırığı tam əhatə etmişdir. İşdə mədən sahəsində yerləşən tələbatçıların 6kV və 0,4kV olmaqla iki kateqoriyaya ayrılmışdır. “ Sorğu əmsalı “ üsulundan istifadə edilməklə elektrik yükləri tapılıb, işıqlanma yükləri də nəzərə alınaraq hesabata daxil edilmişdir. Həmçinin bu hesabatın dəqiqliyini təyini etmək üçün əlavə olaraq YÜKHES proqramı əsasında doğruluğu yoxlanmışdır.

    Neft–mədənində yerləşən BAY – ın transformatorlarının tipi, gücləri, yeri və sayları göstərilmişdir. BAY-ı seçdikdən sonra mədən sahəsini iki hissəyə bölərək transformator yarımstansiyalarını yerləşdirmişəm. Böldünmüş hər iki sahədə yerləşdirdiyim TY-lərdə işlədicilərin etibarlı işini təmin etmək üçün hər bir TY-də verilmiş gücə uyğun iki ədəd transformator seçmiş və onları paralel birləşdirmişəm. Layihə olunan mədən sahəsində elektrik təchizatı sxemi qeyd olunmuşdur.

    Növbəti mərhələdə K1 , K2 , K3 , K4 və K5 nöqtələrində qısa qapanma hesabatı apararaq cərəyanların qiymətini təyin edib, yüksək gərginlikli elektrik aparatlarını təyin etmişəm. Qeyd edə bilərəm ki, güc əmsalını yaxşılaşdırmaq üçün kondensator batareyalarından istifadə edərək reaktiv gücü kompensasiya etmişəm.

    Təqdim olunan layihədə elektrik yüklərini hesablayıb yüklər mərkəzini göstərmiş və bunun köməyiylə BAY – ın yerini seçmişəm.

    Neft–mədənində güc transformatorunun mühafizəsidə nəzərə alınmışdır. Bundan ötrü maksimal cərəyan mühafizəsi seçilmişdir. Həmçinin ehtiyatın avtomatik qoşulması da müəyyən olunmuşdur. Layihədə ədəbiyyatlardan geniş şəkildə istifadə etmişəm.

    ABSTRACT

    MÜNDƏRİCAT .

    Giriş


    1. Neft-mədən elektrik tələbatçılarının xarakteristikası və kateqoriyası.............. 8

    2. Neft-mədənin elektrik yüklərinin hesabı ......................................................... 12

    3.Reaktiv gücün konpensasiyası ............. ........................................................... 20

    4.Neft mədən transformator məntəqələri ............................................................ 22

    6.Baş alçaldıcı transformator yarımstansiyası .................................................... 28

    7.BAY-ın yerinin seçilməsi ................................................................................. 30

    8.Mədənin elektrik təchizatı ...................................................................... 32

    9.Qısaqapanma cərəyanlarının hesabı.................................................................. 34

    10.Elektrik avadanlıqlarının seçilməsi və yoxlanılması ..................................... 40

    11. Rele mühavuzəsi və avtomatikası................................................................ 42

    11.1 Rele mühavuzəsi ......................................................................................... 42

    11.2 Ehtiyatın avtomatik qoşulması .................................................................. 44

    13.Ədəbiyyat ...................................................................................................... 48

    14.Nəticə............................................................................................................... 49



    GİRİŞ

    Ölkəmizin energetikası respublikanın xalq təsərrüfatını eləcədə müxtəlif,

    elektrik və istilik enerjisi istehkaçılarının ehtiyaclarını elektrik enerjisi ilə kifayət dərəcədə təchiz edir.

    Elektrik enerjisinin əsas istehlakçıları müxtəlif sənaye sahələri, nəqliyyat, kənd təsərrüfatı, şəhər və qəsəbələrin komunal təssərüfatıdır. Bununla belə elektrik enerjisinin 70%-ni sənaye obyektləri işlədir.

    Azərbaycan Respublikasında ilk dəfə 1873-cü ildə Bakıda hər biri 16 at gücündə olan iki buxar turbini quraşdırılmışdır. Bu güc sonradan 2500 at gücünə çatdırılmışdır. Elektrik enerjisi xalq təsərrüfatının bütün sahələrində, xüsusilə də neft sənayesində böyük əhəmiyyətə malik olmuşdur. Energetikanın inkişafı neft sənayesinin inkişafına xüsusi təkan vermişdir. Biz ötən əsirlərə nəzər salsaq, bunu aydın şəkildə görə bilərik. 19-cu əsrin sonlarından başlayaraq Abşeron yarımadasında və Bakıda yüksək templə inkişaf edən neft sənayesini elektrik enerjisi ilə təmin etmək məqsədilə   1898-1899-cu illərdə «Электрическая сила» adlı səhmdar cəmiyyət yaradıldı.  Bu Səhmdar cəmiyyət tərəfindən Bakı şəhəri ətrafında iki elektrik stansiyası inşa edildi.

    Elekrik enerjisi istehkamçılarının elektrik qurğularının öz spesifik xüsusiyətləri vardır, onlar müəyyən şərtləri:etibarlı qidalandırma, elektrik enerjisinin keyfiyyəti ayrı-ayrı elementləri ehtiyatda saxlanma və mühafizə şərtlərini ödəməlidir. Sənaye müəssələrinin elektrik təchizatı sistemlərini lahiyələşdirən, tikən, istismar edən zaman gərginlikləri texniki –iqtisadi baxımdan düzgün seçmə, elektrik yüklərini müəyyənləşdirmək, transfarmator yarımstansiyalarının tipini, sayını və gücünü, onların mühafizə növlərini, reaktiv gücün kompensasiya sistemini və gərginliyi tənzimləmə üsullarını dəqiq təyin etmək lazımdır. Bu, istehsalatın texnoloji proseslərinin təkmilləşməsini, ayrı-ayrı elektrik qəbuledicilərinin gücünün artmasını və hər bir müəssənin, sexin qurğunun xususiyyətlərini, onların iş keyfiyyətinin və səmərəsinin yüksəlməsini nəzərə almaqla həll edilir.

    İstehsal olunmuş elektrik enerjisi sənaye müəssələrində yüksək qənaətcillik və etibarlıqla ötürülməli, paylanmalı və işlədilməlidir. Bu deyilənlərin təmin olunması üçün respublika energetikləri tətbiq edilən yüksək gərginliyi istehlakçıya maksimum çatdırmaqla, həmin gərginliyin pillələrində elektrik enerjisinin paylanması üçün etibarlı və qənaətcil sistem yaratmışlar.

    Elektrik enerjisinin sex üzrə paylanması sistemində komplekt paylaşdırıcı qurğulardan, yarımstansiyalardan, habelə güc və işıqlandırma cərəyan xəttlərində geniş istifadə olunur. Bu, çevik və etibarlı paylanma sistemi yaradır, nəticədə böyük miqdarda məftil və kabelə qənayət edilir. Müxtəlif gərginlikli və təyinatlı yarımstansiyaların sxemləri, məsələn, aşağı gərginlikdə açarlardan imtina edib yarımstansiya transfarmatorlarının qidalandırma xəttlərinə bir-başa birləşdirmək hesabına sadələşdirilir. Təkmilləşdirilmiş avtomatika sistemlərindən, habelə sənaye müəssə lərinin elektriklə təchizatı sistemində ayrı-ayrı elementləri mühafizə edən etibarlı quruluşlardan geniş istifadə edilir. Bütün bunlar, müasir energetika avadanlığı ilə təchiz olunmuş elektrik stansiyalarında istehsal edilən küllü miqdarda elektrik enerjisinin əsas istehlaklıçıları sayılan sənaye sahələrində həmin enerjinin lazımı dərəcədə səmərəli və qənaətcilişlədilməsinə imkan verir.



    OBYEKTİN ÜMUMİ XARAKTERİSKASI
    Tapşırıqda verilən layihəyə görə Neft-mədən sahəsində paylayıcı quruluşunu işləməklə hava kompressor stansiyasının elektrik təchizatı nəzərdə tutulur. Mövcud olan hava kompressor stansiyası hazırkı şəraitdə zavodun sıxılmış havaya olan tələbatını ödəyir. Hal-hazırda istifadə olunan bu hava kompressor stansiyası 18.01.1983-cü ildə Yeni bakı Neftayırma zavodu ilə Azlahiyəneftkimiyanın birlikdə keçirdiyi məşvərətin protokoluna əsasən zavodun tələbatına cavab verən yeni formatda lahiyələşdirilmişdir. təlabatı. İki şöbədən ibarətdir –aşağı təzyiqli yüksək təzyiqli. Yeni lahiyədə suyun sərfini azaltmaq üçün komressorlardan suyun dövr etdirilməsi nəzərdə tutulmuşdur.

    Kompressor stansiyasının sahəsi 4000 m2 –dir. Kompressor stansiyasından əsas aşağıdakı elektrik qəbuledicilərindən istifadə edilir:

    Su nasosları-8 ədəd

    Hava quruducu blok-8 ədəd

    Filtirlər -7 ədəd

    Kompressor 6KV-lıq -4 ədəd

    Kompressor 0,4KV-lıq- 8 ədəd

    Yağ kasaları-3 ədəd


    Kompressor stansiyasında hava bilavasitə atmosferdən sorulur. Qəliz hava yağ filtirlər blokundan, avtomatik olaraq burada 400 c toçkaya qədər soyudulur. Qurutma bloku iki adsorberdən ibarət olub avtomatik idarə və nəzarət sistemi avadanlığı ilə təchiz edilir və möhkəm ramaya bərkidilir.

    Qurutma üçün nəzərdə tutulan hava keçirən klopanından adsorberə daxil olur . Burada adsorbent qatını keçərkən hava quruludur və əks klopan vastəsi ilə tələb edilən yerə verilir. Eyni vaxtda o biri adsorberdə regenerasiya aprılır. Adsorbent kimi slikokeldən istifadə olunur.

    Regenerasiya əks axın istiqamətində aparılır. Bunun üçün qurudulmuş havanın bir hissəsi qurutma blokunun çıxıcısından götürülərək hava qızdırıcısına verilir və burada 2400C qədər qızdırılr. Sonra isti hava regenerasiya olunan adsorbertin yuxarı hissəsinə verilir və nəmlənmiş adsorbent qatını keçərək aradan su damcılarını qovur. İşlənmiş hava atmosferə atılır.

    Adsorberlər növbə ilə işləyir birində qurutma prosesi gedəndə ,o birində silikolkelin generasiya prosesi gedir. Bu kompressor stansiyasının tikintisi 1987-ci ildə başlayıb 1990-cı ildən istifadəyə verilən bu hava kompressor stansiyası Yeni Bakı Neftayırma zavodunun sıxılmış havaya olan tələbatını artıqlaması ilə ödəyir və respublikanın sənayesinin inkişafında aparıcı amillərdən biri kimi mühüm rol oynayır.



    Yüklərin hesabı

    Sorğu əmsalı üsulundan istifadə edərək elektrik yüklərini hesablayıram.Hər sahənin-idarə, laborotoriya və sexlərin aktiv və reaktiv güclərinin hesabatını aparıram.



    Ks və tgφ qiymətləri

    1.Ştanqlı dərinlik nasosu quyuları üçün:






    2.Dalma elektrik nasosu quyuları üçün:




    3.Kompressor stansiyası
    a) 6 kv-luq nasos aqreqatı üçün:



    b) 0.4 kv-luq ventilyatorlar üçün:





    C) Siyirtmələr üçün:






    4.Su nasosu stansiyası üçün:



    5.Neft təmizləmə qurğusu üçün:







    6.Yeraltı təmir sexi üçün:



    7.Elektrik təmir sexi üçün:





    8.Neft mədən laboratoriası üçün:






    9.Neft mədən idarəsi üçün:




    Hər bir sex üçün ayrılıqda reaktiv və aktiv hesabi yuklərini tapdıqdan sonra bu hesabi yüklərin ümumi reaktiv və aktiv yüklərini tapıram. Ümumi reaktiv və aktiv yükləri tapmaq üçün yükləri toplayıram. Əvvəlcə 0.4 kV-luq işlədicilər üçün ümumi yükləri hesablayaq:



    Hesabatdan alınan ümumi reakiv və aktiv hesabi gücə əsasən 0.4 kV-luq tam hesabi gücü tapıram.


    İndi isə 6 kV-luq işlədicilər üçün tam hesabi gücü tapıram:






    Download 1.37 Mb.
      1   2   3   4   5




    Download 1.37 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

    Download 1.37 Mb.