Baku New Post Sosium




Download 31,92 Kb.
Sana10.04.2017
Hajmi31,92 Kb.
#4344

Baku New Post

Sosium

Xəzər Texnoparkı yaranır

Yaqut Tapdıqqızı

http://bakupost.az/thumbs.php?item_id=20130206115536843&w=25006.02.2013 11:55

Xəzər Universiteti yeni layihəyə imza atır. Universitetdə əcnəbi mütəxəssislərin iştirakı ilə texnopark yaradılacaq. Texnopark müxtəlif sahələrdə yeni ideyaların reallaşmasına hesablanıb. Bu barədə “New Baku Post”a Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı məlumat verib:


– Bu texnopark hansı yeni imkanları yara­da­caq?

– Ümumiyyətlə və ya kobud desək, texnopark şirkətlə universitetin bərabər çalışmasıdır. İncə desək, universitet içində kiçik şirkətlərin ya­ra­n­ma­sı­dır. Məsələn, bir müəllimin, tələbənin maraqlı bir ide­yası var, bu ideyanın reallaşmasına universitet ma­liyyə dəstəyi verir. Bilirsiz ki, Azərbaycanda təh­si­lin inkişafına nail olmaq üçün Dünya Bankı böyük qrantlar ayırıb. Malayziya və Fransa şirkətləri Azər­­baycanda bu sahədə iş tapmaq və iş görmək üzrə təlim vermek məqsədi güdən qrant udub.

Malayziya Malayziya (Persekutuan Tanah Malaysiu) - Janubiy-Sharqiy Osiyodagi davlat. Hududini Jan. Xitoy dengizi ikkiga ajratib turadi; Gʻarbiy M. (Malayya) Malakka ya. o.ning jan.da, Sharkiy M. Kalimantal o.ning shim.
Bu­ra­da Xəzər Uni­versiteti də iştirak edir. Layihənin məq­sə­di nə ola­caq? Tutaq ki, insanların işsiz qalmasının bir sə­­bə­bi də budur ki, yaxşı işləyə bilmirlər, nədən baş­la­ma­ğı bacarmırlar, savadları az­dır. Bi­zim Xəzər Uni­ver­­sitetində yaradacağımız Mər­kəz­də insanlara ne­cə iş qur­mağın sirləri öy­rə­di­ləcək. Ora­da yerli və əc­nə­bi konsultantlar olacaq. Kon­sul­tan­t­la­rın köməyi ilə bir növ iş dünyasında ehtiyacı olanlara işləmək, iş qurmaq istəyənlərə ça­lış­maq vərdişi aşılanacaq.Layihə müd­də­tində müraciət edənlərə ödənişsiz xidmət gös­tə­riləcək. Gələcəkdə isə bu Mər­kəz pullu xidmət gös­tə­rə bilər. Məsələn, kimsə şir­kət qurmaq istəyirsə, bi­zim Mərkəz ona bu sahədə bü­tün incəlikləri öy­rə­də­cək. Bu Mərkəz Texnoparkın sadəcə bir qolu olacaq.

– Texnoparklar təhsildə keyfiyyəti artıran amildir. Başqa hansı keyfiyyət dəyişikliklərinə ehtiyac var?

– Heç şübhəsiz ki, təhsilin bütün pillələrində həm orta məktəbdə, həm ali məktəbdə təhsilin keyfiyyətini artırmaq lazımdır. Bu gün Azərbaycanda təhsilin key­fiy­yəti bizim istədiyimiz şəkildə deyil. Bunu hamı bilir. Hökumət adamları da, ziyalılar da, valideynlər də. Beynəlxalq dəyərləndirmə var bütün ölkələrdə. Yox­layırlar ki, insanın dil bilgisi, oxuyub anlama və şərh etmə qabiliyyəti, riyaziyyat bilgisi ne­cədir, o sı­ra­da biz çox geridəyik. Birinci yerdə Çindir. Çin adambaşına düşən gəlirə görə, Azərbaycandan ka­sıb ölkədir, 2 dəfə geridədir. Niyə bəs onda bizim orta mək­təblərin göstəricisi Çinin göstəricisindən bu dərəcədə aşağı olmalıdır?

– Ali təhsil sahəsində vəziyyət necədir?

– Bu gün ali məktəblərdə xeyli müsbət cərəyanlar var. Həm dövlət, həm özəl ali məktəblər çalışırlar ki, ba­zalarını gücləndirsinlər, müəllimlərə daha yaxşı maaş versinlər. Bütün bunlara baxmayaraq, göz­lə­nilən nə­ti­cəni hələ də ala bilməmişik. Sadə bir misal deyim. Ba­xın, televiziyalarda İrandan, Türkiyədən, Rusi­ya­dan gələn həkimlər reklam olunur. Halbuki, nə Tür­ki­yə, nə Rusiya, nə də İran dünyanın inkişaf etmiş öl­kə­si­dir. Bu onu göstərir ki, orda tibb təhsili bizdən daha yax­şıdır. Ona görə də bizim adamlar müalicə olun­maq üçün o ölkələrə, məsələn, İrana gedir. Həm­çi­­nin Türkiyədə tibbin səviyyəsini Avropa ilə mü­qa­yi­sə etmək olar. Avropadan ora müalicəyə gəlir in­san­lar. Çünki xidmət səviyyəsi eynidir, qiymət də aşa­ğı­dır.

– Niyə bizim həkimlərin xidməti qaneedici deyil? Sizcə, səbəb nədir?

– Səbəblərdən biri budur ki, rəqabət yoxdur. Tibb üzrə bütün kadrları bir universitet hazırlayır. Məsələn, Yaponiyada deyirlər ki, bir universitetdə eyni sahəyə, bu halda tibbə, tibb fakultəsinə 300-dən artıq tələbə qəbul oluna bilməz.

Yaponiya Yaponiya (yaponcha 日本 Nippon, Nihon) - Sharqiy Osiyoda, Tinch okeandagi orollarda joylashgan davlat. Yaponiya hududida 6,8 mingga yaqin orol boʻlib, shim.sharqdan jan.gʻarbga qariyb 9.13ming km ga choʻzilgan; eng yirik orollari: Hokkaydo, Honshu, Sekoku va Kyushu.
Uyğun sahədə onlar mütləq müxtəlif universitetlərə qəbul olunmalıdır. Bunu ona görə edirlər ki, rəqabət olsun. Ali məktəblər yarışsın, daha yaxşı kadr yetişdirməyə çalışsın. Bu sahədə bizim hökumətin prinsipləri aydınlaşmalıdır, daha doğrusu dəyişməlidir. Son vaxtlar xeyli iş görülüb. Ali məktəblərin adam­ba­şı­na maliyyə sisteminə keçməsi, əlavə dəyər ver­gi­sindən azad olunması, texnoparklar haqda qanun çox proqressiv addımlardır. Amma etiraf edək ki, adambaşına maliyyələşmə ilə bağlı hökumət qərar qəbul eləsə də, onun işləmə mexanizmi çox pis vəziyyətdədir.



Universitet əyalət universiteti olaraq qala bilməz. O mütləq dünyaya uyğunlaşmalıdır. Universitet özü elm yaratmasa, bir növ elm istehsal etməsə, o elmi biliyi də yaxşı ve­rə bilməz. Bizim uni­versitet müəl­lim­ləri daha çox baş­qa­la­rı­nın dediyini de­mək­lə, təkrar və tədris etməklə məş­ğul­durlar. Uni­ver­si­tet­lə­rin sə­naye, iş dünyası ilə bağ­lı­lıqları güc­lü olmalıdır. Məsələn, nəzəri dərslərlə mü­hən­dis ha­zır­lana bil­məz. Uni­ver­si­tet texnologiyadan uzaq qa­lır. Bir çox universitetlər bu gün bp-nin iş­lət­di­yi texnologiyanı yox, 30, bəlkədə 50 il əvvəlki qazma qurğu üsul­­larını öyrədir. 
Download 31,92 Kb.




Download 31,92 Kb.