• Odur ki, tökmə almaq üçün az miqdarda çuqundan isti­fadə olunur. Çuqun, əsas etibarilə, polad almaq üçün emal edilir.
  • Tərkibində çoxlu karbon olduğuna görə çuqun özünün az möhkəmliyi və az plastikliyi ilə fərqlənir.
  • Modern Portfolio Designed
  • ƏDƏBİYYAT SİYAHISI.
  • Başlık Düzeni




    Download 10.42 Mb.
    Sana04.04.2022
    Hajmi10.42 Mb.
    #19310
    Bog'liq
    Çuqun və polad istehsalı


    Tələbə: Gülüşov Samiq
    Fənn: Kimya
    Müəllim: Gülnarə Abdullayeva
    Qrup: 525.25
    Movzu: Çuqun və polad istehsalı.
    ADNSU
    • Çuqun istehsalı

    1
    • Polad istehsalı

    2
    • Giriş

    3
    PLAN.
    Metallar texnologiyasının metal və ərinti istehsalı üsullarının öyrə nil məsi ilə məşğul olan sahəsi metallurgiya adlanır. Metalların ümumi təsnifatına uyğun olaraq, metallurgiya qara metallar və əlvan metallar metallurgiyasına ayrılır.
    • Çuqun əldə etmək üçün domna sobalarında emal ediləcək xam materialların qarışığından ibarət olan şixta hazırlamaq lazımdır. Çuqun istehsalı üçün hazırlanan şixta müəyyən nisbətdə götürülmüş dəmir fili­ zindən,yanacaqdan və fülüsdən ibarətdir.

    Dəmir filizi müxtəlif dəmir oksidlərindən ibarətdir. Çuqun əldə edilməsi prosesində filizlər dəmir mənbəyidir. Yanacaq ilkin materialların əridilməsi üçün tələb olunan temperaturu təmin edir. Yanacağın karbonu həmçinin dəmir­ kar bon ərintilərinin tərkibinə daxil olur.
    Flüs boş süxurların, yəni çuqun əldə etmək üçün lazım olan elementlərin daxil olmadığı birləşmələrin ərimə temperaturunu aşağı salmaq üçündür.
    Çuqun domna sobalarında əldə edilir. Çuqunu konvertorlarda, marten və elektrik sobalarında əridib polad əldə edilir.
    • Odur ki, tökmə almaq üçün az miqdarda çuqundan isti­fadə olunur. Çuqun, əsas etibarilə, polad almaq üçün emal edilir.
    • Poladın tərkibində karbonun miqdarı xeyli azdır, o, çuqundan bu xüsusiy­ yətinə görə fərqlənir (2%­ə qədər).
    • Tərkibində çoxlu karbon olduğuna görə çuqun özünün az möhkəmliyi və az plastikliyi ilə fərqlənir.
    • Deməli, polad almaqdan ötrü çuqunun tərkibindən karbonun bir hissəsini xaric etmək lazımdır. Bu, karbonu yandırmaq (oksidləşdirmək) yolu ilə əldə edilir. Karbonla bərabər çuqunun tərki­bindəki digər qatqılar­ silisium və manqan da yanır.

    Modern Portfolio Designed
    • Məlum olduğu kimi, xalis dəmir çuquna nisbətən daha yüksək temperaturda əriyir. Buna görə də oksidləşmə prosesi zamanı metalı maye halında saxlamaq üçün temperaturu yüksəltmək lazımdır. Buna çuqunun tərkibindəki qatqıların yanması nəticəsində alınan istilik kömək edir.
    • Çuqundan polad alınması konvertorlarda, marten və elektrik sobalarında aparılır. Beləliklə, istehsal üsulundan asılı olaraq, poladlar konvertor, marten və elektrik poladlarına ayrılır.
    • Konvertor üsulu ilə poladın alınması oksigen­konvertor Bessemer və Tomas üsullarına ayrılır.
    • Elektrik enerjisi istehsalının artması və enerji sənayesinin inkişafı son zamanlarda daha keyfiyyətli olan elektrik poladı istehsalını təmin edir.

    Konvertor üsulu
    • Polad istehsalı üsullarının hamısı ikipilləli sxemə aiddir. Əvvəl çuqun əri­dilir və sonra çuqundan polad alınır. Dəmirin birbaşa filizdən bərpa olunması

    • metodu ilə poladın birpilləli sxemlə alınması sahəsində tədqiqat işləri aparılır.

    Filiz yumruları və dəmir filizi parçaları bunun üçün xammal kimi, təbii qaz, maye və bərk yanacaq isə bərpaedici rolunu oynayır. Şaxtlı, fırlanan sobalarda, reaktorlarda, konveyer maşınlarında metallaşmış xammal alınır ki, bu da sonradan
    elektrik sobalarında əridilib emal edilir.
    ƏDƏBİYYAT SİYAHISI.
    • http://genderi.org/z-sh-e-liz-b.html?page=13
    • https://az.wikipedia.org/wiki/Polad
    • https://apa.az/az/xeber/senaye-ve-energetika/Dunyada-polad-istehsali-azalib-621016

    Diqqətinizə Görə Təşəkkürlər!
    Download 10.42 Mb.




    Download 10.42 Mb.