Dərs GİRİŞ Hesablama texnikası əsasən iki mühüm komponentin birgə fəaliyyətinə əsaslanır. Bunlar




Download 1.61 Mb.
Pdf ko'rish
bet14/79
Sana14.04.2022
Hajmi1.61 Mb.
#19706
TuriDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   79
Bog'liq
SPT ƏS

[ad] direktiv [operand] [,operand] ... [;şərh] 
Ad–identifikator olub, bu direktivi başqa eyni adlı direktivdən fərqləndirir. Nöqtələr
göstərilən elementlərin bir neçə dəfə təkrarlana bilməsini göstərir. 
İdentifikatorları, verilənlərı, seqmentləri təyin edən və translyasiyanı idarə edən direktivlər əsas 
direktivlər sayılır. 
İdentifikatorların təyini direktivlərı 
İdentifikatorları təyin edən direktivlər iki yerə bölünürlər: 
1. EQU və ya 
EQU <ədədi ifadə> 
2. = <ədədi ifadə> 
Bu direktivlər ifadələrə şərti adlar verməyə ikan verir. İfadə kimi 16-lıq sabit, ünvan göstəricisi, 
digər şərti ad, əmrin nişanı və sairə götürülə bilər. Birinci və ikinci yazılışlar bir-birindən aşağıdakı 
kimi fərqlənirlər. 
1) EQU təyinatından fərqli olaraq “=” işarəsi ilə təyin olunmuş identifikator yenidən təyin 
edilə bilər. EQU ilə isə təyin etmək olmaz.
2) EQU direktivində ədədi və mətni ifadədən, “=”
direktivində isə yalnız ədədi ifadədən istifadə edilə bilər. 
Ədədi ifadələrdə +, -, *, / hesab əməliyyatlarından istifadə edilə bilər.


17 
Məsələn: 
F1 EQU EBX ; EBX registri F1 adına
; mənsub etdirilir
F2 EQU 366 ; konstanta ad verilir 
F3 EQU 3 *F2 ; ədədi ifadəyə ad verilir 
F4=366 ; konstanta ad verilir
F5=93 ; konstanta ad verilir 
F6=F5 – 12 ; ədədi ifadəyə ad verilir 
AD EQU ‘mətn sətri’ 
Table EQU DS:[BP][SI] 
AS EQU ‘Assembler’ 
Verilənlərrın təyini direktivlərı 
Bir çox proqramlarda yaddaş xanalarına müəyyən qiymətlər mənimsətmək və ya yaddaş 
xanalarını ehtiyata almaq lazım gəlir. Belə hallarda D
*
[Define
*
] direktivindən istifadə edilir. 
Verilənlərin təyini və ehtiyat sahələrinin ayrılması direktivlərinin formatı aşağıdakı kimidir: 
[ad] D* ifadə [,ifadə ].. . 
Burada D* aşağıdakı formalardan biri kimi göstərilə bilər: 
-DBİT- bit verilən üçün yaddaş sahəsi ayırır 
-DB- verilən üçün yaddaşda 1 bayt sahə ayırır
-DW- verilən üçün yaddaşda 2 bayt sahə ayırır 
-DD- verilən üçün yaddaşda 4 bayt sahə ayırır 
-DF- verilən üçün yaddaşda 6 bayt sahə ayırır 
-DP- verilən üçün yaddaşda 6 bayt sahə ayırır 
-DQ- verilən üçün yaddaşda 8 bayt sahə ayırır 
-DT- verilən üçün yaddaşda 10 bayt sahə ayırır. 
ad – proqramda istifadə olunan verilənlər seqmentindəki nişanın və ya yaddaş xanasının 
simvolik adıdır.
İfadə – sual işarəsindən (?), sabit və sabitlər ardıcıllığından ibarət ola bilər. Sabitlər bir-birindən 
vergül işarəsi ilə ayrılırlar. Əgər ifadə sual (?) işarəsi olarsa dəyişənə başlanğıc qiymət verilmir, 
amma ehtiyat yaddaş sahəsi ayrılır. 
DBIT –1 və ya 32 –yə qədər bitlər ardıcıllığı olub, “B” simvolu ilə bitməlidir. Məsələn:
SAY DBIT 100B ; baytda 00000100 
TABLO DBİT 3 DUP (101B) 
Əgər verilənin qiyməti dövrü olaraq təkrarlanarsa, onda bu verilənləri n DUP (x) kimi təyin edə
bilərik. Burada n tam ədəd olub təkrarlanma sayını göstərir. 
DB – bir bayta və ya bir baytlıq sahələr ardıcıllığını göstərir. Məsələn: 
A DB ? ; A üçün 1 bayt yaddaş sahəsi ayrılır 
SAY DB 64 DUP (‘YAZI’) ; SAY üçün ; 256 bayt yaddaş sahəsi ayrılır
SYMBOL DB ‘Z’ 
Text DB ‘program’ 
M DB 47H 
TABLO DB 14, 15, 16, 30, 57, 78, 77, 54 ;TABLO
; üçün 8bayt yaddaş sahəsi ayrılır. 
DW –2 bayt (söz) uzunluqlu dəyişəni və ya dəyişənlər ardıcıllığını təyin edir. Bir sözdə 0-
0FFFFH 16 –lıq ədəd və ya 0-65535 onluq ədəd göstərilə bilər. Məsələn:
AA DW ? 
A DW 25 DUP (0F1A8H) 
SAY DW 452 
Yaddaşın adr, adr_full ünvan xanalarında dəyişənlərin yerləşməsinin proqram fraqmentinə 
baxaq: 
Perem_1 DB 0FFh 
Perem_2 DW 3A7Fh 


18 
Perem_3 DD 0F54D567Ah 
Mas DB 10 DUP (“ “) 
Adr DW Perem_3 
Adr_full DD Perem_3 
Aşağıdakı şəkildə yuxarıdakı verilənlərin DS registri ilə təyin olunmuş yaddaş ünvanından 
başlayaraq yerləşməsinin ardıcıllığı göstərilmişdir (DUMP-ı). 
Bu yaddaş dampına izahat verək. Göründüyü kimi verilənlər seqmenti ilə təyin edilən baza 
ünvanına nəzərən 0000 sürüşməsi ilə baytda simvolik adı perem_1 olan verilən yerləşir. Bu baytın 
məzmunu FFh-dır. Sonra isə söz uzunluqlu (iki bayt) perm_2 dəyişəninin qiyməti gəlir. Əvvəlcə 
qiyməti 7Fh olan bayt(ədədin kiçik hissəsi) sonra isə qiyməti 3Fh olan bayt(ədədin böyük hissəsi)
gəlir. Analoji olaraq demək olar ki, perm_3 dəyişəninin qiymətləri 3-cü baytdan başlayaraq 
yerləşir. Mas adlı dəyişənin qiymətləri 7-ci baytdan başlayır və on dənə boşluq simvolundan (16-
lıq kodu 20h-dır) ibarətdir. Proqram fraqmentinin növbəti iki sətrində DW və DD direktivlərinin 
operandlar sahəsində digər insiallaşdırma və ehtiyata alma direktivinin simvolik adından istifadə 
edilmişdir. Bunlar adradr_full adlı direktivlərdir. Bildiyimiz kimi hər bir ünvan iki 
komponentdən təşkil olunur: blokun nömrəsindən (seqmentin başlanğıc ünvanı) və başlanğıca 
nəzərən sürüşmədən. Əgər nişan tələb olunan əmrlə eyni seqmentdə yerləşərsə, onda ancaq 
sürüşməni göstərmək kifayətdir. Sürüşmənin uzunluğu 16 bitə bərabər olduğundan onun 
saxlanılması üçün DW direktivindən istifadə etmək lazımdır. Ona görə də

Download 1.61 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   79




Download 1.61 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Dərs GİRİŞ Hesablama texnikası əsasən iki mühüm komponentin birgə fəaliyyətinə əsaslanır. Bunlar

Download 1.61 Mb.
Pdf ko'rish