EFLAGS bayraqlar registrini və EIP




Download 1.61 Mb.
Pdf ko'rish
bet4/79
Sana14.04.2022
Hajmi1.61 Mb.
#19706
TuriDərs
1   2   3   4   5   6   7   8   9   ...   79
Bog'liq
SPT ƏS

EFLAGS bayraqlar registrini və EIP əmrlər göstəricisi registrini, xüsusilə, qeyd etmək lazımdır. 
EFLAGS bayraqlar registri, sonuncu maşın əmrinin icrasından sonra, mikroprosessorun 
vəziyyətini əks etdirir. EIP əmrlər göstəricisi registri icra olunacaq növbəti maşın əmrinin 
ünvanını özündə saxlayır. 
Spesifik xüsusiyyətlərinə görə istifadəçinin sistem registrlərinə müraciət etməsi məhduddur. 
Dərs 2_Registrlərin təsnifatı 
Registrlər 
Registrlər – fiziki olaraq prosessorun daxilində yerləşən xüsusi yaddaş sahəsidir.
Registrlərdən istifadə əməliyyatlarların yerinə yetrilmə sürətini artırır. Əməli yaddaş sahəsindən 
fərqli olaraq onlara müraciət ünvana görə deyil, onların adlarına görə aparılır. 
Registrləri aşağıdakı qruplara bölmək olar:
1. Əsas funksional registrlər: 
 ümumi təyinatlı registrlər (ÜTR); 
 əmr göstəricisi; 
 bayraqlar registri; 
 seqment registrləri. 
2. Ədədi verilənləri emal edən prossorun registrləri: 
-verilənlər registrləri; 
-teqlər registrləri; 
-vəziyyət registrləri. 
-FPU sürüşkən nöqtəli verilənləri və əmrləri emal edən registrlər; 
-FPU-nun idarə registrləri; 
3. Sistem registrləri: 
-MP-nin idarə registrləri; 
-sistem ünvanları registrləri. 
4. Sazlama və testləmə registrləri. 
1-ci və 2-ci qrup registrlər tətbiqi proqramların icrasında, 3-cü və 4-cü qrup registrlər isə 
proqrmların sazlanmasında və MP-nin testlənməsi zamanı istifadə edilir. 
İstifadəçi registləri 
Proqramçı proqram yazarkən bu registrlərdən istifadə etdiyi üçün, onlar istifadəçi registrləri 
adlanır. Bu registrlərə aşağıdakılar daxildir: 

8 ədəd 32 mərtəbəli registrlər. Bu registrlərdən proqramçı verilənləri və ünvanları 
saxlamaq üçün istifadə edə bilər (onlara ümumi təyinatlı registrlər(ÜTR) də deyirlər). Bunlar 
eax/ax/ah/al, ebx/bx/bh/bl, edx/dx/dh/dl, ecx/cx/ch/cl, ebp/bp, esi/si, edi/di, esp/sp registrləridir; 

6 ədəd seqment registrləri; cs, ds, ss, es, fs, gs; 

32 mərtəbəli vəziyyət və idarə registrləri; eflags/ flags bayraqlar registri və eip/ip əmr 
göstəricisi registri; 

səkkiz ədəd 80 mərtəbəli: st (0), st (1), st (2), st (3), st (4), st (5), st (6), st (7) 
həmprosessor registrləri (bu qrupa daxil olan registrlərdən sürüşkən nöqtəli tip verilənlərdən 
istifadə etməklə proqram tərtib edildikdə istifadə olunur); 

səkkiz ədəd 64 mərtəbəli MMX (MultiMedia eXtention) genişlənməli tam ədədlər 
registrləri: MMX0, MMX1, MMX2, MMX3, MMX4, MMX5, MMX6, MMX7; 

səkkiz ədəd 128 mərtəbəli MMX genişlənməli sürüşkən nöqtəli ədədlər registrləri: 



XMM0, XMM1, XMM2, XMM3, XMM4, XMM5, XMM6, XMM7 registrlər daxildir. 
Göründüyü kimi bu registrlərin bir çoxu maili xətlə yazılıb. Bunlardan birinci 32 mərtəbəli 
böyük registrdir. Onlardan proqramda ayrıca obyekt kimi istifadə etmək olar. Bu cür təşkil Intel 
firmasının i8086 mikroprosessorundan başlayaraq kiçik 16 mərtəbəli modellər üçün yazılmış 
proqramların işləməsinə imkan yaradır. I486 və Pentium mikroprosessorları əsasən 32 mərtəbəli 
registrlərə malikdir. Onların sayı seqment registrləri müstəsinə olmaqla i8086 
mikroprosessorunda olan registrlərin sayı ilə eyni, ancaq ölçüsü böyükdür. Onun ölçüsü 
işarələmdə E (Extended) önşəkilçisi ilə fəriqlənir. İndi isə istifadəçi registrlərinin tərkibi və 
təyinatı ilə ətraflı tanış olaq. 
Ümumi təyinatlı registrlər (ÜTR) 
Mikroprosessorun strukturuna uyğun olaraq, mikroprosessorun əmrlərinin operandları kimi, 
ümumi təyinatları yerinə yetirən registrlərdən istifadə olunur. Bu registrlərə ümumi təyinatlı 
(ÜTR) registrlər deyilir. Ancaq, mikroprosessorun bəzi əmrlərində (məsələn, vurma, bölmə və s.) 
bu registrlərdən xüsusi təyinatlı registr kimi istifadə olunur. 
ÜTR-dən verilənlərin və ünvanların saxlanması üçün istifadə edilir. Onları aşağıdakı kimi təsvir 
etmək olar: 

Download 1.61 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   79




Download 1.61 Mb.
Pdf ko'rish