• CS, DS, SS, ES, GS, FS
  • EAX  AX  AH  AL  31 15 7 0  EDX




    Download 1.61 Mb.
    Pdf ko'rish
    bet5/79
    Sana14.04.2022
    Hajmi1.61 Mb.
    #19706
    TuriDərs
    1   2   3   4   5   6   7   8   9   ...   79
    Bog'liq
    SPT ƏS

    EAX 
    AX 
    AH 
    AL 
    31 15 7 0 
    EDX 
    DX 
    DH 
    DL 
    31 15 0 
    ECX 
    CX 
    CH 
    CL 
    31 15 0 
    EBX 
    BX 
    BH 
    BL 
    31 15 0 
    EBP 
    BP 
    31 15 0 
    ESI 
    SI 
    31 15 0 
    EDI 
    DI 
    31 15 0 
    ESP 
    SP 
    31 15 0 
    Şəkil 2. i486 və Pentium mikroprosessorlarının ümumi təyinatlı registrləri. 
    i486 və Pentium mikroprosessorlarının ümumi təyinatlı registrləri şəkil 2- də göstərilmişdir. 
    Burada E-extended (uzadılmış) mənasını daşıyır. 
    Ünvanlaşdırma zamanı bu registrlərin 16 və ya 8 bitlik kiçik hissəsindən istifadə olunur, böyük 



    hissəsinə isə sərbəst obyekt kimi baxılır. Bu intel firmasının bütün mikroprosessorlarının uyuşan 
    olmasına əsaslanır. ÜTR təyinatlarını nəzərdən keçirək: 
    1) EAX/AX/AH/AL (Accumulator register) – akkumulyator adlanır. Burada EAX - 32 
    mərtəbəli, AX - 16 mərtəbəli, AH - böyük bayt, AL - kiçik baytdır və ondan əsasən, aralıq 
    nəticələri müvəqqəti saxlamaq üçün istifadə olunur. Mikroprosessorun əmrlərinin strukturundan 
    asılı olaraq, bəzi əmrlərdə bu registrlərdən xüsusi təyinatlı registr kimi istifadə olunur və əmrdə 
    qeyri-aşkar şəkildə iştirak edir; 
    2) EBX/BX/BH/BL (Base register) – (2-4 bəndlərində göstərilən registrlərin ölçüsü 1-ci 
    bəndindəki kimi təyin olunur) baza registri olub, obyektin baza ünvanının müvəqqəti 
    saxlanılmasında istifadə olunur; 
    3) ECX/CX/CH/CL (Count register) - sayğac registridir. Dövrü proseslərdə dövrlər sayını 
    göstərmək üçün istifadə olunur; 
    4) EDX/DX/DH/DL (Data register) - verilənlər registri. Bu registrdən də EAX/AX/AH/AL 
    registrində olduğu kimi aralıq nəticələri müvəqqəti saxlamaq üçün istifadə olunur. 
    Mikroprosessorun əmrlərinin strukturundan asılı olaraq bəzi əmrlərdə bu registrlərdən, xüsusi 
    təyinatlı registr kimi istifadə olunur və əmrdə qeyri-aşkar şəkildə iştirak edir. 
    5) ESI/SI (Source Index register) - mənbənin indeks registridir. Bu registrlərdən sətri 
    verilənlərin emalında, mənbənin dövrdəki cari elementinin ünvanını saxlamaq üçün istifadə 
    olunur; 
    6) EDI/DI (Destination Index register) - qəbuledicinin indeks registridir. Bu registrdə 
    zəncirvari əməliyyatlarda qəbuledicinin dövrdəki cari elementinin ünvanı saxlanılır
    .
    Bu axırıncı iki registrdən əsasən dövri proseslərdə uzunluğu 32, 16 və ya 8 mərtəbəli
    elementlərin ünvanını saxlamaq üçün istifadə olunur. 
    Mikroprosessorun proqram modelində steklə işləmək üçün aşağıdakı iki registr nəzərdə tutulub: 
    1. ESP/SP (Stack Pointer register) - stek göstəricisi registri. Burada cari stek seqmentindəki 
    stekin zirvəsinin ünvanı yerləşdirilir; 
    2. EBP/BP (Baze Pointer register) - stek elementinin baza göstəricisi registri olub, stekin 
    daxilindəki verilənlərə müraciəti təşkil etmək məqsədi ilə istifadə olunur. 
    Bir daha qeyd edək ki, müəyyən məqsədlər üçün, mikroprosessorun müxtəlif əmrlərində bu 
    registrlərin müxtəlif kombinasiyalarından istifadə etmək olar. 
    Seqment registrləri 
    Əməli yaddaşın səmərəli ünvanlaşdırıması məqsədilə yaddaş 6 tip seqmentə bölünür. 
    Seqmentlərin baza ünvanını göstərmək, konkret vaxt anınında ona müraciət etmək üçün 
    mikroprosesserun proqram modelində altı tip CS, DS, SS, ES, GS, FS seqment registlərindən 
    istifadə olunur. Onlarıın sxematik təsviri aşağıdakı şəkildə göstərilmişdir: 
    SEQMENT REGİSTRLƏRİ: 

    Download 1.61 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   79




    Download 1.61 Mb.
    Pdf ko'rish