Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1537 saylı




Download 2.02 Mb.
bet14/25
Sana28.04.2022
Hajmi2.02 Mb.
#20390
TuriDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   25
Bog'liq
C fakepathk.s -1 K TAB (2)

VII. Maye mühitdə qarışdırma
Bir çox proseslərin intensivləşdirilməsində qarışdırma mühim rol oynayır. Qarşılıqlı təsirdə olan fazaların kontakt səthlərinin təzələnməsi və artması, bir faza hissəciklərinin digər fazada müntəzəm paylanması, hissəciklərin fasiləsiz və tez yenidən paylanması müxtəlif fiziki-kimyəvi proseslərin tam və tez getməsinə kömək edir [30-33]. Distilatların fiziki və kimyəvi üsullarla təmizlənməsində kimya və kütlə mübadiləsi proseslərinin sürəti artır. İstilik mübadiləsi ilə gedən proseslərdə qarışdırma istilikvermə əmsalını artırır, temperaturu bərabərləşdirir, ifrat qızma və qismən yanma imkanını azaldır. Qarışdırma müstəqil bir proses kimi həmçinin müxtəlif qarışıqların, emulsiyaların hazırlanmasında, neft məhsullarının emalında və s. – də istifadə edilir.
Maye mühitində qarışdırmanın əsas sənaye üsulları bunlardır: mexaniki, hidravlik və barbotajla (pnevmatik) qarışdırma [1-5]. Aşağıda müxtəlif tip mexaniki qarışdırıcıların tövsiyyə olunan iş parametrləri haqqında məlumat verilir.
a) kürəkli qarışdırıcılar. Adətən, aşağıdakı şərtlər daxilində istifadə edilir: mühitin özlülüyü µ ≤ 2 Pa·san; fırlanma tezliyi n = 0,2 – 1,2 dövr/san; fırlanma sürəti (kürəklərin ucunda) u = πnd = 0,5 – 5 m/san;
b) propellerli qarışdırıcı: µ ≤ 4 Pa·san; n = 2 – 40 dövr/san; u = 5 – 15 m/san;
v) turbinli qarışdırıcı: µ ≤ 60 Pa·san; n = 2 – 10 dövr/san; u = 3 – 8 m/san;
q) çox özlü mayelərin qarışdırılmasında şnek (µ-nin qiyməti 500 Pa·san qədər olduqda) və lent (özlülük 3000 Pa·san qədər olduqda) qarışdırıcılarından istifadə edilir. Sabitləşmiş rejimdə mexaniki qarışdırıcının sərf etdiyi güc verilən kriterial tənliklə tapılır.
(7.1)
burada KN – güc kriteriyası; ReM – mərkəzdənqaçmanın Reynolds kriteriyası; FrM – mərkəzdənqaçmanın Frud kriteriyası; Q1, Q2 … - həndəsi oxşarlıq simpleksləridir.
Tənlikdəki kriteriyalar aşağıdakı kimi təyin edilir:
(7.2)
(7.3)
(7.4)
burada N-qarışdırıcının işlək gücü yəni, qarışdırıcıya verilən güc, Vt; -iş şəraitində mühitin sıxlığı, kq/m3; ν-mühitin kinematik özlülüyü, m2/san; n -qarışdırıcının fırlanma tezliyi, dövr/san; d-qarışdırıcının diametri (qarışdırıcı kürəklərin uclarının cızdığı çevrənin diametri), m; g-sərbəstdüşmə təcilidir, m/san2.
ReM < 10 olduqda qarışdırıcıda axının hərəkəti laminar, ReM = 10 – 1000 olduqda keçid rejimi, ReM > 1000 olduqda isə qarışdırma rejimi turbulentdir.
Aparatda qaytarıcı arakəsmələr olduqda, yaxud qaytarıcının valı ekssentrik yerləşdirildikdə ağırlaq qüvvəsinin təsirini nəzərə alan FrM kriteriyası nəzərə alınmır.
Həndəsi oxşar qarışdırıcılar üçün kriterial tənlik belə ifadə edilir:
(7.5)
Müxtəlif tip qarışdırıcılar üçün (6.14) tənliyinin KN = f (ReM) asılılığı əyriləri, yaxud A və m sabitlərinin qiyməti təcrübi yolla tapılır və ədəbiyyatlarda verilir.



Download 2.02 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Download 2.02 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1537 saylı

Download 2.02 Mb.