Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari




Download 135.69 Kb.
bet15/21
Sana31.03.2022
Hajmi135.69 Kb.
#19124
TuriQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
Bog'liq
Elektik stansiyalarin v B K L R N n texniK ST smar qaydalar
Daten#bersicht - Kran ma#inisti , Generator deyilir. V ya Mexaniki enerjini elektrik enerjisin , M hazir materiallar M llim t e. n. Salahov Rafiq Azad o lu, 1840-cı illər islahatları, Araz Çayı
10. Torpaqlayıcı qurğular


10.1. Torpaqlayıcı qurğular adamların elektrik təhlükəsizliyinin, elektrik qurğularının mühafizəsi və istismar iş rejimlərinin təmin edilməsi tələblərini ödəməlidir.
Elektrik avadanlığı və elektrik qurğularının izolyasiyanın pozulması nəticəsində gərginlik altına düşə biləcək bütün metal hissələri torpaqlanmalı və ya sıfırlanmalıdır.
10.2. Quraşdırma təşkilatı tərəfindən elektrik qurğularının torpaqlayıcı qurğuları istismara təhvil verilərkən bu Qaydaların birinci bölməsinin 2.9 bəndində göstərilən sənədlərdən başqa bu qurğuların sınaqlarının təhvil-təslim protokollarını təqdim etməlidir.
10.3. Qurğunun torpaqlanmalı olan hər bir elementi torpaqlayıcıya ayrıca torpaqlayıcı naqil vasitəsilə birləşdirilməlidir.
Qurğunun bir neçə elementlərinin torpaqlayıcı naqillərlə ardıcıl birləşdirilməsinə icazə verilmir.
10.4. Torpaqlayıcı naqillərin torpaqlayıcıya və torpaqlanan konstruksiyalara birləşdirilməsi qaynaqlama üsulu ilə, aparatların, maşınların gövdələrinə və hava elektrik veriliş xətlərinin dayaqlarına birləşdirilməsi isə qaynaqlama və ya bolt birləşməsi vasitəsilə yerinə yetirilməlidir.
10.5. Torpaqlayıcı naqillər korroziyadan qorunmalıdır. Açıq yerdə qoyulmuş torpaqlayıcı naqillər qara rəngə boyanmalıdır.
10.6. Torpaqlayıcı qurğuya nəzarət üçün aşağıdakı işlər aparılmalıdır:

  1. torpaqlayıcı qurğunun müqavimətinin ölçülməsi və torpaqlayıcının yerin altında olan elementlərinə baxmaq üçün 12 ildə bir dəfədən az olmayaraq torpağı qazmaqla seçmə yoxlama;

  2. torpaqlayıcılar ilə torpaqlanan elementlər arasında dövrələrin, təbii torpaqlayıcılarla torpaqlayıcı qurğular arasındakı birləşmələrin mövcudluğunun və vəziyyətinin yoxlanılması-12 ildə 1 dəfədən az olmayaraq;

  3. torpaqlayıcı qurğuda gərginliyin elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinə uyğunluğunun yoxlanılması (hesabat)- torpaqlayıcı qurğunun quraşdırılması, yenidən quraşdırılması və əsaslı təmirindən sonra 12 ildə 1 dəfədən az olmayaraq;

  4. 1000 V-ə qədər gərginlikli qurğularda deşmə qoruyucuların və faza-sıfır ilgəyinin tam müqavimətinin yoxlanılması- 6 ildə 1 dəfədən az olmayaraq;

  5. toxunma gərginliyinin normalarına görə yerinə yetirilən torpaqlayıcı qurğularda toxunma gərginliyinin ölçülməsi.

10.7. Torpaqlayıcı qurğuların müqaviməti aşağıdakı hallarda ölçülməlidir:

  1. elektrik stansiyalarında, yarımstansiyalarda və elektrik verilişi xətlərində bu qurğular quraşdırılandan, yenidən quraşdırılandan və əsaslı təmirdən sonra;

  2. 110kV və daha yüksək gərginlikli HX-nin troslu dayaqlarında qapanma izləri və ya elektrik qövsündən dağılmış izolyatorlar aşkar edildikdə;

  3. 35kV və aşağı gərginlikli hava paylayıcı şəbəkələrin yarımstansiyalarında - 12 ildə bir dəfədən az olmayaraq;

  4. 35kV və aşağı gərginlikli şəbəkələrdə ayırıcıları, mühafizə aralıqları, boruşəkilli və ventil boşaldıcıları olan dayaqlarda və sıfır naqillərinin təkrar torpaqlayıcısı olan dayaqlarda - 6 ildə bir dəfədən az olmayaraq;

  5. yaşayış yerlərində, çox dağıdıcı, sürüşən, sovrulan və pis keçirici xassəli torpaqlardakı HX sahələrində quraşdırılan dəmir-beton və metal dayaqların seçmə yolu ilə 2%-də - quraşdırmadan, yenidən quraşdırmadan və həmçinin istismar zamanı 12 ildə 1 dəfədən az olmayaraq aparılır. Ölçmələr torpağın ən çox quruyan dövründə aparılmalıdır.

10.8. Toxunma gərginliyinin normaları üzrə yerinə yetirilən elektrik qurğularında toxunma gərginliyin ölçülməsi torpaqlayıcı qurğular quraşdırılandan, yenidən quraşdırıldıqda, əsaslı təmirdən sonra, 6 ildə 1 dəfədən az olmamaq şərti ilə aparılır.
Ölçmə təbii torpaqlayıcıların və HX burazlarının birləşdirilməsi şəraitində yerinə yetirilməlidir.
10.9. Torpaqlayıcıların korroziya vəziyyətinin yoxlanılması aparılmalıdır:

    1. yarımstansiyalarda və elektik stansiyalarında – torpaqlayıcıların güclü korroziyaya məruz qaldığı yerlərdə, həmçinin güc transformatorlarının, qısaqapayıcıların neytrallarının yaxınlığında;

    2. HX-da – torpaqlayıcılar olan dayaqların 2%-ində.

Yarımstansiyaların və HX dayaqlarının torpaqlayıcıları üçün zəruri hallarda elektrik şəbəkələrini istismar edən müəssisənin texniki rəhbərinin qərarı ilə korroziya vəziyyətinin daha tez-tez yoxlanılması təyin edilə bilər.



Download 135.69 Kb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Download 135.69 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari

Download 135.69 Kb.