Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari




Download 135.69 Kb.
bet5/21
Sana31.03.2022
Hajmi135.69 Kb.
#19124
TuriQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   21
Bog'liq
Elektik stansiyalarin v B K L R N n texniK ST smar qaydalar
Daten#bersicht - Kran ma#inisti , Generator deyilir. V ya Mexaniki enerjini elektrik enerjisin , M hazir materiallar M llim t e. n. Salahov Rafiq Azad o lu, 1840-cı illər islahatları, Araz Çayı
Yağ transformatorları
Cərəyan üzrə ifrat yükləmə, % ……….....…30 45 60 75 100
İfrat yükləmənin davamiyyət müddəti,
dəq................................................................120 80 45 20 10
Quru (yağsız) transformatorlar
Cərəyan üzrə ifrat yükləmə, %........................20 30 40 50 60
İfrat yükləmənin davamiyyət müddəti,
dəq.…………....................................................60 45 32 18 5


Quru transformatorların buraaxılabilən uzunmüddətli ifrat yüklənməsi zavod təlimatları ilə müəyyən edilir.
3.16. Soyuducu qurğuların qəza açılmalarında transformatorların işlədilməsi şərtləri zavod sənədlərinin tələblərilə müəyyənləşdirilir.
3.17. Transformatorların nominal yükə qoşulmasına aşağıdakı hallarda icazə verilir:

  1. М və Д soyutma sistemi ilə- havanın istənilən mənfi temperaturunda;

  2. ДЦ və Ц soyutma sstemi ilə- ətraf havanın temperaturu mənfi 250C-dən aşağı olmadıqda. Daha aşağı mənfi temperaturda ilkin qızdırılma məqsədilə yağın dövretmə sistemi qoşulmadan əvvəlcə transformatoru nominal yükün 0,5 nisbətində yükləyərək yağın dövretmə sistemini işə qoşmaq lazımdır Qəza şəraitində, ətraf havanın temperaturundan asılı olmayaraq, transformatorun tam yükə qoşulmasına icazə verilir.

  3. НДЦ, НЦ seriyalı transformatorların dolaqlarında yağın istiqamətlənmiş axını ilə soyudulma sistemi zamanı zavod təlimatlarına uyğun olaraq.

3.18. Yağın üst laylarının temperaturu mənfi 200C və daha yuxarı (yağa batırılan rezistorlu YAT qurğuları üçün) və mənfi 450C və daha yuxarı (cərəyanməhdudlaşdırıcı reaktorlu YAT qurğuları, həmçinin transformator çəninin xaricində dayaq izolyatorunda yerləşdirilmiş və süni qızdırma qurğusu ilə təchiz edilən kontaktorlu çevirici qurğular üçün) olduqda transformatorların çevirici YAT qurğularının işə qoşulmasına icazə verilir.
YAT qurğularının istismarı istehsalçı zavodların təlimatlarında göstərilən müddəalara uyğun təşkil edilməlidir.
3.19. İstehlakçıların qidalandırılmasının etibarlılığı və minimum enerji itkisi nəzərə alınmaqla yük qrafikindən asılı olaraq hər bir elektrik qurğusu üçün eyni vaxtda işləyən transformatorların miqdarı müəyyənləşdirilməlidir.
15kV gərginlik də daxil olmaqla, paylayıcı elektrik şəbəkələrində yüklərin maksimal və minimal dövrlərində transformatorların yük və gərginliklərinin ölçülməsi təşkil edilməlidir. Ölçülmələri müddəti və dövriliyi enerji obyektinin texniki rəhbəri tərəfindən təyin edilir.
3.20. 110 kV və yuxarı gərginlikli avtotransformatorların və reaktorların dolaqları, həmçinin 330kV və yuxarı gərginlikli transformatorlar neytralı bilavasitə torpaqlanmış rejimdə işləməlidirlər.
Transformator və avtotransformatorların neytrallarının xüsusi reaktorlar vasitəsilə torpaqlanmasına yol verilir.
Neytralı müvafiq olaraq 100 və 200kV sınaq gərginlikli olan 110 və 220kV-lıq transformatorlar torpaqlanması açılmış neytralla boşaldıcı ilə mühafizə olunduğu zaman işləyə bilər. Hesablamalarla əsaslandırıldıqda, neytralın sınaq gərginliyi 85kV olan və boşaldıcıyla mühafizə olunan 110kV-lıq transformatorun neytralında torpaqlanmanın açılmış halında işləməsinə icazə verilir.
3.21. Qaz relesi siqnala işlədikdə transformatora (reaktora) xarici baxış keçirilməli, reledən analiz və yanmaya qarşı yoxlanılması üçün qaz nümunəsi götürülməlidir. Qaz relesindən qaz nümunəsi götürüldükdə və onun işləməsi səbəblərinin aşkar edilməsi zamanı heyətin təhlükəsizliyinin təmin edilməsi üçün transformatorun (reaktorun) yükü azaldılmalı və o işdən açılmalıdır. Transformatorun yükünün azaldılması və işdən açılması üzrə tədbirlər qısa müddətdə yerinə yetirilməlidir.
Əgər reledə qaz yanıcı deyilsə, transformatorda (reaktorda) zədələnmə əlamətləri yoxdursa və onun açılması elektrik enerjisinin ötürülməsində məhdudiyyət yaradırsa, transformator (reaktor) enerji müəssisəsinin texniki rəhbərinin təyin etdiyi müddətdə işdə saxlanıla bilər.
Qaz relesindən götürülən qaz nümunəsinin, yağın xromatoqrafik analizinin, digər ölçmələrin (sınaqların) nəticələrinə görə qaz relesinin siqnala işləməsi səbəbləri aydınlaşdırılmalı, transformatorun (reaktorun) texniki vəziyyəti və normal istismar mümkünlüyü müəyyən edilməlidir.
3.22. Daxili zədələnmələrdən mühafizənin işləməsi nəticəsində transformator (reaktor) avtomatik açıldıqda onu yalnız baxış və sınaq keçirməklə, qazın, yağın analizi aparıldıqdan və aşkar edilən pozuntular ləğv edildikdən sonra işə qoşmaq olar.
Zədələnmə ilə bağlı olmayan səbəblərdən mühafizələr transformatoru (reaktoru) açdıqda, o yoxlanılmadan yenidən işə qoşula bilər.
3.23. Gücü 1MVA və artıq olan transformatorlar və reaktorlar termosifon və ya udma (adsorbsiya) süzgəclərində yağın fasiləsiz regenerasiyası sistemi ilə istismar edilməlidir.
Transformatorların (reaktorların) genişləndiricisində, həmçinin YAT qurğusunun çənindəki yağ ətraf hava ilə bilavasitə təmasdan mühafizə olunmalıdır.
Yağın nəmlənməsinin qarşısını alan xüsusi qurğularla təchiz olunmuş transformator və reaktorlarda bu qurğular transformatorun (reaktorun) iº rejimindən asılı olmayaraq, daim işə qoşulmuş vəziyyətdə olmalıdır. Göstərilən qurğuların istismarı istehsalçı zavodun təlimatlarına uyğun təşkil edilməlidir.
Yağdoldurulmuş girişlərdəki yağ nəmlikdən və oksidləşmədən qorunmalıdır.
3.24. Transformator (reaktor) şəbəkəyə təkanla tam gərginlikdə qoşulmalıdır.
Generatorla bir blokda işləyən transformatorlar, gərginlik sıfırdan tədricən qaldırılmaqla, generatorla birlikdə işə qoşula bilər.
3.25. İşdən açılmadan transformatorlara (reaktorlara) baxış onların təyinatından, quraşdırılma yerindən və texniki vəziyyətindən asılı olaraq enerji obyektinin texniki rəhbəri tərəfindən təyin edilən müddətlərdə keçirilir.
3.26. Transformator və reaktorların və onların tərkib hissələrinin (YAT, soyutma sistemləri və s.) təmiri (əsaslı, cari), onların ölçmə, sınaq və zahiri baxışla müəyyən edilən texniki vəziyyətindən asılı olaraq, zəruriyyət yarandıqda yerinə yetirilir.
Təmir müddəti enerjisistemin (enerjiobyektin) texniki rəhbərliyi tərəfindən təyin edilir.
3.27. Transformatorların (reaktorların) profilaktik sınaqları normativ sənədlərə və zavod təlimatlarına uyğun təşkil olunmalıdır.



Download 135.69 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   21




Download 135.69 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari

Download 135.69 Kb.