-10 kV gərginlikli komplekt paylayıcı qurğular KPQ şkaflarının daxilində qövs qısaqapanmalardan cəldtəsirli mühafizəyə malik olmalıdır. 4.19




Download 135.69 Kb.
bet8/21
Sana31.03.2022
Hajmi135.69 Kb.
#19124
TuriQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
Bog'liq
Elektik stansiyalarin v B K L R N n texniK ST smar qaydalar
Daten#bersicht - Kran ma#inisti , Generator deyilir. V ya Mexaniki enerjini elektrik enerjisin , M hazir materiallar M llim t e. n. Salahov Rafiq Azad o lu, 1840-cı illər islahatları, Araz Çayı
4.18. 6-10 kV gərginlikli komplekt paylayıcı qurğular KPQ şkaflarının daxilində qövs qısaqapanmalardan cəldtəsirli mühafizəyə malik olmalıdır.
4.19. Havahazırlayıcı qurğuların avtomatik idarə olunması, mühafizəsi və siqnalvermə qurğusu, həmçinin qoruyucu klapanlar qüvvədə olan normativ sənədlərə əsasən müntəzəm surətdə yoxlanmalı və tənzimlənməlidir.
4.20. Kommutasiya aparatları üçün sıxılmış hava termodinamik üsulla qurudulmalıdır.
Sıxılmış havanın tələb olunan qurudulma dərəcəsi, kommutasiya aparatlarının nominal kompressor ilə nominal işlək təzyiqləri arasındakı fərqin nisbətində təmin edilir və nominal işçi təzyiqi 20 kqq/sm2 (2MPa) olan aparatlar üçün iki dəfədən, nominal işçi təzyiqi 26-40 kqq/sm2 (2,6-4 MPa) olan aparatlar üçün dörd dəfədən az olmayaraq götürülür.
Nəmliyin azaldılması məqsədilə sıxılmış havanın qurudulması üçün əlavə olaraq adsorbsiya üsullarının tətbiq edilməsi tövsiyə olunur.
4.21. Kompressor təzyiqi 40-45kqq/sm2 (4-4,5MPa) olan bütün havayığıcılarda nəmlik 3 sutkada 1 dəfədən az olmayaraq, daimi növbətçi heyəti olmayan obyektlərdə isə təsdiqlənmiş cədvəl üzrə aradan qaldırılmalıdır.
Havayığıcıların dibi və buraxıcı ventil soyuqdan mühafizə edilməli və xarici havanın mənfi temperaturunda buzu əritmək üçün lazım olan müddətə qoşulan elektrik qızdırıcı qurğu ilə təchiz olunmalıdır.
Təzyiqi 230kqq/sm2 (23MPa) olan balon qruplarının kondensatyığıcılarından nəmliyin aradan qaldırılması kompressorları hər dəfə işə salarkən avtomatik aparılmalıdır. Nəmliyin donmasının qarşısını almaq üçün balonların alt hissəsi və kondensatyığıcılar elektrik qızdırıcısı olan istilik qoruyucu izolyasiyalı kamerada quraşdırılmalıdır.
Sıxılmış havanın təmizlənmə blokunun (HTB) nəmayırıcısının üfürülməsi sutkada 3 dəfədən az olmayaraq aparılmalıdır. HTB-nin çıxışında havanın şeh nöqtəsinin qurudulma dərəcəsinin yoxlanılması sutkada 1 dəfə aparılmalıdır. Ətraf havanın müsbət temperaturunda şeh nöqtəsi mənfi 500C-dən, mənfi temperaturda isə mənfi 400C-dən yuxarı olmamalıdır.
4.22. Hava açarlarının və digər aparatların çənləri, həmçinin havayığıcılar və balonlar təzyiq altında işləyən qabların istismarına qoyulan texniki tələbləri təmin etməlidir.
Hava açarlarının və yüksək gərginlikli digər aparatların çənləri dövlət nəzarət orqanlarında qeydiyyata alınmır.
Havayığıcılarının və compressor təzyiqli balonların daxili baxışı və hidravlik sınaqları dövlət nəzarət orqanlarının qaydalarına uyğun aparılmalıdır.
Hava açarlarının çənlərinə və digər aparatlara daxili baxış orta təmir zamanı aparılmalıdır. Hava açarları çənlərinin hidravlik sınağı çənlərin kifayət qədər möhkəm olmasına şübhə oyadan nöqsan aşkar edildiyi zaman aparılır. Çənlərin daxili səthləri korroziyaya qarşı örtüyə malik olmalıdır.
4.23. Hava açarlarında və digər kommutasiya aparatlarının intiqallarında istifadə edilən sıxılmış hava, hər bir hava açarının paylaşdırıcı şkaflarında və ya hava borusundakı hər bir aparatı qidalandıran intiqalda qurulmuş süzgəclər vasitəsilə mexaniki qarışıqlardan təmizlənməlidir. Havahazırlayıcı şəbəkənin quraşdırılması qurtardıqdan sonra, hava açarlarının və digər aparatların çənlərinin ilkin doldurulmasından qabaq bütün hava boruları üfürülməlidir.
İstismar prosesində sıxılmış havanın çirklənməsinin qarşısını almaq üçün aşağıdakıların üfürülməsi aparılmalıdır:

    1. ətraf havanın müsbət temperaturunda əsas hava borularının – 2 ayda 1 dəfədən az olmayaraq;

    2. şəbəkədən paylayıcı şkafa qədər və şkaflardan açarların hər bir qütbünün çənlərinə və digər aparatların intiqallarına qədər olan ayrılmaların hava borularının – aparatın hər orta təmirindən sonra;

    3. hava açarlarının çənlərinin – cari və orta təmirdən sonra.

4.24. Hava açarları izolyatorlarının daxili boşluqlarında (göstəricisi olan açarlar üçün) ventilyasiyanın fasiləsizliyi vaxtaşırı yoxlanılmalıdır.
Yoxlamanın dövriliyi istehsalçı zavodun tövsiyyəsi əsasında təyin edilməlidir.
Çənlərdən sıxılmış hava buraxıldıqdan və ventilyasiya kəsildikdən sonra açar şəbəkəyə qoşulmazdan əvvəl onun izolyaisyası ventilyasiya sistemi vasitəsilə hava vurulmaqla qurudulmalıdır.
4.25. QPQ və KPQ otaqlarında eleqazın yığılmasına nəzarət döşəmədən 10-15 sm hündürlükdə xüsusi cihazlar vasitəsilə aparılmalıdır.
Otaqlarda yığılmış qazın miqdarı istehsalçı zavodun təlimatında göstəriləndən artıq olmamalıdır.
4.26. Açarlarda və onların intiqallarında açılma və qoşulma vəziyyətlərini göstərən göstəricilər olmalıdır.
Geydirilmiş intiqallı açarlarda, yaxud açardan bilavasitə yaxınlıqda yerləşdirilmiş və ondan qeyri- şəffaf bütöv hasarla (divarla) ayrılmayan açarda, bir ədəd göstərici nişanın açarda və ya intiqalda quraşdırılmasına icazə verilir; xarici kontaktların qoşulmuş vəziyyəti aydın görünən açarlarda belə göstəricinin olması vacib deyil.
Aparatlardan divarla ayrılmış ayırıcıların, torpaqlayıcıların, aralayıcıların və digər aparatların intiqallarının açılmış və qoşulmuş vəziyyətlərini göstərən göstərici nişanlar olmalıdır.
4.27. Vakuum qövssöndürücü kameraların (VQK) sınağı istehsalçı zavodun təlimatlarında göstərilən həcmdə və müddətlərdə aparılmalıdır. VQK-nın 20 kV və yüksək gərginliklə sınağı zamanı xidmətçi heyəti yarana bilən rentgen şüalanmasından mühafizə etmək üçün ekrandan istifadə edilməlidir.
4.28. PQ avadanlıqlarının ilkin cari və orta təmiri istehsalıçı zavodun texniki sənədlərində göstərilən müddətlərə uyğun olmalıdır. Sonrakı orta təmirin dövriliyi istismar təcrübəsinə görə dəyişdirilə bilər. Uyğun səviyyəli dispetçer idarəetmə orqanlarının sərəncamında olan birləşmələr üzrə təmirin dövrililiyinin dəyişilməsi enerjisistemin texniki rəhbərinin, digər birləşmələr üzrə isə – enerji müəssisəsinin texniki rəhbərinin qərarı ilə həyata keçirilir. PQ avadanlığının cari təmiri, həmçinin onun fəaliyyətinin yoxlanılması enerji müəssisəsinin texniki rəhbərinin təyin etdiyi müddətdə və həcmdə yerinə yetirilməlidir.
PQ avadanlığının resursu qurtardıqdan sonra onun istismar edilməsindən asılı olmayaraq orta təmir aparılmalıdır.

Download 135.69 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Download 135.69 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



-10 kV gərginlikli komplekt paylayıcı qurğular KPQ şkaflarının daxilində qövs qısaqapanmalardan cəldtəsirli mühafizəyə malik olmalıdır. 4.19

Download 135.69 Kb.