3.7. Transformator yarımstansiyası və kameralarının ventilyasiyası bütün normalaşdırılmış rejimlərdə transformatorların işini təmin etməlidir.
3.8. Hava və yağın məcburi dövranı (ÜD soyutma növü) və su və yağın məcburi dövranı ilə olan (D soyutma növü) transformator və reaktorlarda soyuducu qurğular transformator və ya reaktorun açılması ilə eyni vaxtda avtomatik açılmalıdır (qoşulmalıdır). Yağın məcburi dövranı yükdən asılı olmayaraq fasiləsiz olmalıdır. Soyutma sisteminin qoşulma (açılma) qaydası zavod təlimatı ilə müəyyənləşdirilməlidir.
Yağın, soyuducu suyun dövranının kəsilməsi, yaxud ventilyatorların dayanması barədə siqnalvermə qurğuları işə qoşulmadan süni soyutma sistemi olan transformatorların və reaktorların istismarı qadağandır.
3.9. Havanın məcburi dövranı və yağın təbii dövranı (Ü soyutma növü) olan transformatorlarda, yağın temperaturu 550C-yə çatdıqda və ya yağın temperaturundan asılı olmayaraq nominal yükdə üfürücü ventilyatorların elektik mühərrikləri avtomatik işəqoşulmalı və yağın temperaturu 500C-dək azaldıqda, əgər bu vaxt cərəyanın yükü nominaldan aşağıdırsa, açılmalıdır.
Üfürülməsi açılmış transformatorların iş şəraiti zavod təlimatı ilə müəyyənləşdirilməlidir.
3.10. Transformatorun genişləndiricisində yağın minimal səviyyəsində yağ-su soyuduculu transformatorların yağsoyuducularında yağın təzyiqi, burada dövran edən suyun təzyiqindən ən azı 0,1kqq/sm2 (10kPa) artıq olmalıdır. Suyun dövran sistemi, yağın üst laylarının temperaturu 150C-dən aşağı olmadıqda işçi yağ nasosları işə qoşulduqdan sonra, qoşulmalı və yağın temperaturu 100C-dək düşdükdə işdən açılmalıdır. Yağsoyuducularının, nasosların və əsas su yollarının donmasına qarşı tədbirlər görülməlidir.
3.11. İşləməyən transformatorun (reaktorun) genişləndiricisindəki yağ, transformatordakı (reaktordakı) yağın temperaturuna uyğun ölçü (işarə) səviyyəsində olmalıdır.
3.12. Nominal yükdə transformatorlarda və reaktorlarda yağın üst laylarının temperaturu: ДЦ soyutma sistemində 750C-dən, yağla təbii soyudulan М və Д soyutma sistemlərində 950C-dən; Ц soyutma sistemində yağsoyuducunun girişində yağın temperaturu 700C-dən artıq olmamalıdır (əgər istehsalçı zavod tərəfindən digər temperatur qiymətləri verilməyibsə).
3.13. Dolağın istənilən budaqlanmasında verilmiş budaq üçün nominaldan 10%-ə qədər artıq gərginlikdə transformatorların uzunmüddətli işinə (nominaldan artıq olmayan gücdə)icazə verilir. Bu halda hər hansı dolaqdakı gərginlik ən böyük işlək gərginlikdən artıq olmamalıdır.
Gərginliyi tənzimləmək üçün neytralında budaqlanma olan və ya ardıcıl tənzimləyici transformatorlarla işləmək üçün nəzərdə tutulan avtotransformatorlarda gərginliyin buraxılabilən artması istehsalçı zavod tərəfindən müəyyənləşdirilməlidir.
3.14. Əgər budaqlanmada gərginlik nominaldan artıq deyilsə, yağ transformatorlarının istənilən cərəyana görə budaqlanmadakı nominal cərəyandan 5% artıq uzunmüddətli yüklənməsinə icazə verilir.
Bundan əlavə, iş rejimindən asılı olaraq transformatorların müntəzəm surətdə ifrat yüklənməsinə icazə verilir və həmin yükün miqdarı və davamiyyət müddəti transformatorların istismarı üzrə təlimata və zavod təlimatlarına görə təyin edilir.
Alçaq gərginlik dolaqlarına generator, sinxron kompensator və ya yük qoşulmuş avtotransformatorlarda yüksək gərginlikli dolağın ümumi hissəsinin cərəyanına nəzarət təşkil edilməlidir.
3.15. Qəza rejimlərində transformatorları, əvvəlki yükün qiymətindən və davamiyyət müddətindən, soyuducu cismin temperaturundan asılı olmayaraq, nominal cərəyandan artıq qısamüddətli ifrat yükləməyə aşağıdakı hədlərdə icazə verilir:
|