Elektrik Ölçmələri




Download 2.57 Mb.
Pdf ko'rish
bet3/36
Sana07.04.2022
Hajmi2.57 Mb.
#19418
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   36
Bog'liq
Elektrik-ölçmələri-suallar-ve-MUHAZIRE-cavab-yeni

Əsas anlayışlar 
Fiziki kəmiyyətin ölçülməsi nəticəsində onun qiyməti təxmini təyin edilir. Ölçmə 
nəticəsində alınan bu qiymət kəmiyyətin əsl qiymətindən həmişə fərqlənir. Həmin fərq 
ölçmə xətası olub, müxtəlif səbəblərdən yaranır. Aşağıda ölçmə xətaları və onların 
yaranma səbəbləri ətraflı nəzərdən keçirilir. 
Ölçünün mütləq xətası onun nominal qiyməti ilə ölçünün təcəssüm etdirdiyi 
kəmiyyətin əsl qiyməti arasındakı fərqə bərabərdir. 
Elektrik ölçmə cihazının mütləq xətası cihazın göstərişi ilə ölçülən kəmiyyətin əsl qiyməti arasındakı 
fərqə bərabərdir. 
Çeviricinin mütləq xətası (girişə görə) ölçülən kəmiyyətin çeviricinin girişində dərəcələmə 
xarakteristikası əsasında çıxış siqnalının əsl qiymətinə görə müəyyən olunmuş qiyməti ilə giriş kəmiyyətinin əsl 
qiyməti arasındakı fərqə bərabərdir. 
Şəkil 1.1 Elektrik şiti
 
Ölçülən kəmiyyətin (giriş siqnalının) əsl qiyməti məlum olmadığına görə “həqiqi qiymət” terminindən 
istifadə olunur. Belə qiymət kimi ölçmə vasitələrinin köməyi ilə müəyyən oluna bilən qiymət qəbul edilir. Həqiqi 
qiymət təcrübədən alınır; əsl qiymətin əvəzinə istifadə oluna bilməsi üçün həqiqi qiymət əsl qiymətə çox yaxın 
olmalıdır. 
Mütləq xətanın ölçülən kəmiyyətin əsl qiymətinə olan nisbətinə nisbi xəta deyilir. Ölçmə 
nəticəsi həqiqi qiymətdən artıq alınarsa, xəta müsbət, əks halda isə, mənfi olur. 
Bəzi hallarda ölçmə vasitəsinin xarakteristikası kimi ölçmə vasitələrinin dəqiqliyi anlayışından istifadə 
olunur. Dəqiqlik-ölçmə vasitəsinin xətasının sıfıra yaxınlığını əks etdirən keyfiyyəti kimi başa düşülür. 
Ölçülən kəmiyyətin zaman ərzində dəyişməsindən asılı olaraq ölçmə vasitələrinin aşağıdakı xətaları 
vardır: 



1) Statik xəta-zaman ərzində sabit qalan kəmiyyəti ölçdükdə yaranan xətadır. 
2) Dinamik xəta-dinamik rejimdəki xəta ilə baxılan zaman anında ölçülən kəmiyyətin qiymətinə uyğun 
olan statik xəta arasındakı fərqdir. 
Ölçmə vasitələrinin xətalarının dəyişmə xarakterindən asılı olaraq aşağıdakılar mövcuddur: 
1) sistematik xətalar-eyni bir kəmiyyətin təkrar ölçülməsində ya sabit qalır, ya da müəyyən qanunla 
dəyişir; 
2) təsadüfi xətalar-eyni bir kəmiyyətin təkrar ölçülməsində təsadüfi olaraq dəyişir; 
3) kobud xətalar-təcrübədə kobud səhvlər buraxılması nəticəsində gözlənildiyindən artıq alınan 
xətalardır. 
Yaranma şəraitindən asılı olaraq aşağıdakı xətalar mövcuddur: 
1) əsas xəta-normal şəraitdə istifadə olunan ölçmə vasitəsinin xətası; 2) əlavə xəta-ölçmə vasitəsinə təsir 
edən kəmiyyətlərdən birinin normal qiymətə nisbətən meyletməsi və ya normal qiymətlər həddindən kənara 
çıxması nəticəsində yaranan xətadır. 



 

Download 2.57 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   36




Download 2.57 Mb.
Pdf ko'rish