Ampermetrin cərəyan trasformatoru vasitəsilə dövrəyə qoşulması




Download 2.57 Mb.
Pdf ko'rish
bet9/36
Sana07.04.2022
Hajmi2.57 Mb.
#19418
TuriMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   36
Bog'liq
Elektrik-ölçmələri-suallar-ve-MUHAZIRE-cavab-yeni

Ampermetrin cərəyan trasformatoru vasitəsilə dövrəyə qoşulması 
Dəyişən cərəyan dövrələrində ampermetrin ölçü həddini genişləndirmək məqsədilə əlavə cərəyan 
transformatorlarından istifadə olunur. Dəyişən cərəyan; ölçmək üçün elektromaqnit sistemli cihazlardan istifadə 
olunur. Ampermetr cərəyan transformatoru vasitəsilə dövrəyə qoşulma sxemi 
2.1.4. göstərilmişdir. 


12 
Şəkil 2.2 Cərəyan transformatoru
 
 
 
Sxem 2.3 Amper-metrin cərəyan transformatoru vasitəsilə dövrəyə qoşulması
 
Cərəyan transformatoru dövrəyə ampermetrin qoşulmasına xidmət edir. Cərəyan transformatorunun 
birinci dolağı işlədiciyə ardıcıl qoşulur. İkinci dolağı isə ampermetrə qoşulur. Ampermetrin daxili müqaviməti 
çox az olur. Praktiki olaraq cərəyan transformatoru qısaqapanma rejimində işləyir. Bu transformatorlarda birinci 
dolağın cərəyanının ikinci dolağın cərəyanına nisbəti transformasiya əmsalı adlanır. Ampermetrin nominal 
cərəyanı adətən standart olaraq 5 A olur. Cərəyan transformatorunun ikinci tərəf dolağının dövrəsinin açıq halı 
yolverilməzdir və bu qəza halına səbəb ola bilər. Cərəyan transformatorunun ikinci tərəf dolağı açıq qaldıqda 
ondan cərəyan axmır. Nəticədə, maqnit seli maqnit dövrəsində həddindən çox artır. Bu zaman maqnitkeçirici 
içlik həddindən çox qızır. Bunun nəticəsində ikinci tərəf dolağında e.h.q. - gərginlik artır və nəticədə dolağın 
izolyasiyası pozulur. Bu isə qulluq edən işçilərin həyatı üçün təhlükəlidir. İndi isə belə bir ölçməni nəzərdən 
keçirək. Tutaq ki, cərəyan transformatorunun ikinci tərəfinə şkalası 5 A həddində olan ampermetr qoşulmuşdur. 
Cərəyan transformatorunun transformasiya əmsalı 
𝐾 = 
𝐼
1

300 
= 60 
𝑇
𝐼


I

cərəyan transformatorunun 1-ci tərəf, I

isə cərəyan transformatorunun 2-ci tərəf 
cərəyanıdır. Tutaq ki, ampermetrin şkalası 4 rəqəmini göstərir. Onda dövrədən axan cərəyan 
I
1
=I
2
·K
T
=4·60=240 A 
Hazırda istifadə olunan cərəyan transformatorlarını birinci tərəf dolağının cərəyan müxtəlif qiymətlərdə 
dəyişir. İkinci tərəf dolağının cərəyanı isə standart olaraq 5 A hesablanır. 
○ 
○ 
• • 
• • 


13 
 

Download 2.57 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Download 2.57 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Ampermetrin cərəyan trasformatoru vasitəsilə dövrəyə qoşulması

Download 2.57 Mb.
Pdf ko'rish