• Siqnallar və onların təsnifatı
  • Şəkil1.1. Şəkil1.2.
  • Elektronika – elm, texnika, istehsalat sahəsi olub, elektron vasitələrinin (EV) işlənibhazırlanması, tədqiqi və onlardan istifadə olunması prinsiplərini əhatə edir




    Download 0,7 Mb.
    bet2/26
    Sana10.01.2024
    Hajmi0,7 Mb.
    #134372
    1   2   3   4   5   6   7   8   9   ...   26
    Bog'liq
    RƏQƏM TEXNİKA Aviasiya DİA üçün

    Analoqelektron qurğularaaiddir:elektron gücləndiricilər,əməliyyatgücləndiriciləri,kommutatorlar,komparatorlar,gərginlikstabilizatorları (düzləndiriciləri)vəs.
    İmpulslu elektron qurğulara aiddir: Multivibratorlar, təkvibratorlar, triqqerlər,funksional çeviricilər, mişarformalıgərginlik generatorları,taymerlər vəs.
    Rəqəmli elektron qurğulara aiddir: Məntiqi elementlər, triqqerlər, registrlər,sayğaclar,deşifratorlar,şifratorlar,multipleksorlar,demultipleksorlar,cəmləyicilərvəs.
    Kombinasiyalıelektronqurğularaaiddir:analoq-rəqəmvərəqəm-analoqçevriciləri.



    Siqnallar və onların təsnifatı

    Elektronikada siqnal dedikdə informasiyanın hər hansı fiziki daşıyıcısı başa düşülür. Əgər belə daşıyıcı elektrik gərginliyi və ya cərəyanı olarsa, siqnal e l e k t r i k s i q n a l ı, radio dalğaları olarsa, r a d i o s i q n a l ı adlanır. Real fiziki parametrlər (tempera- tur, təzyiq, səs dalğaları və s.) zamanın funksiyası olan elektrik siqnallarına, lazım gəldikdə radiosiqnallara çevrilir. Siqnalları tədqiq edərkən onları müxtəlif cihaz və qurğular (elektron osilloqrafı, voltmetr, qəbuledici və s.) vasitəsilə təcrübi öyrənməklə yanaşı, çox vaxt siqnalları riyazi təsvir etmək, başqa sözlə, öyrənilən siqnalın riyazi modelini vermək zərurəti yaranır. Siqnalın riyazi modeli – arqumenti zaman olan funksional asılılıqdan ibarət olub s(t) şəklində işarə olunur. Siqnallar nəzəriyyəsində ümumi halda kompleks siqnal anlayışından da istifadə edilir. Siqnalın riyazi modeli grafik, osillo- qram və cədvəl halında da verilə bilər.Eelektronikada eyni bir riyazi model cərəyanı, gərginliyi, elektromagnit sahəsi intensivliyini və s. təsvir edə bilər. Siqnalların riyazi modelinin məlum olması bu siqnalları müqayisə etməyə və nəticə etibarilə onları təsnifata ayır- mağa imkan verir.


    Elektronikada işlədilən elektrik siqnalları olduqca müx- təlifdir və onları bir sıra əlamətlərinə görə iki qrupa ayırmaq olar: determinləşmiş (məlum) siqnallar və təsadüfi (stoxostik) siqnallar.
    Əgər siqnalın riyazi modeli istənilən zaman anında onun ani qiymətlərini təyin etməyə imkan verirsə, başqa sözlə, vahidə bərabər ehtimalla qabaqcadan məlum olarsa, belə siqnal d e t e r m i n l ə ş m i ş s i q n a l adlanır. Məsələn, s(t) = Asin(wt+ф) – harmonik rəqsi hərəkətin tənliyi xüsusi halda
    determinləşmiş siqnalın riyazi modelidir. (Burada A - rəqsin ampli-

    tudu, w - tezliyi, ф- başlanğıc fazasıdır.)
    Baxmayaraq ki, determinləşmiş siqnallar heç bir informasiya daşımır, elekton sistemlərin təhlilində belə siqnallardan əlverişli model kimi istifadə edilir. Determinləşmiş siqnallar periodik və qeyri-periodik olur. Aşağıdakı şərti ödəyən siqnal periodik siqnal adlanır:

    s(t) = s (t + nT) ( 1.1)


    lardan geniş istifadə edilirdi. Bu, həmin siqnalların asanlıqla genera- siya edilməsi, çevrilməsi, qəbul edilməsi məsələləri ilə əlaqədardır. Kəsilməz siqnallar verilmiş zaman intervalında istənilən qiymətlər ala bildiyi halda, diskret siqnallar ancaq müəyyən qiymətlər ala bilir. Diskret siqnallar amplitudları fiziki kəmiyyətin diskret zaman anlarındakı qiymətlərinə uyğun olan impulslar ardıcıllığından ibarətdir (şəkil 1.1). İmpulslar isə videoimpulslar və radioimpulslar olmaqla iki hissəyə ayrılır (bax § 10.1).


    burada T- period, n- ixtiyari tam ədəddir.
    Əslində təbiətdə tamamilə determinləşmiş siqnallar mövcud deyil. Belə ki, informasiya mənbəyi ilə ətraf fiziki mühit arasındakı qabaqcadan nəzərə alına bilməyən müxtəlif təsirlər (məsələn, xaotik fluktuasiyalar və s.) nəticəsində real siqnallara zamanın ixtiyari təsadüfi funksiyası kimi baxmaq lazım gəlir və belə siqnallar t ə s a d ü f i (determinləşməmiş) s i q n a l l a r adlanır. İnfor- masiya məhz təsadüfi siqnallar vasitəsilə daşınır. İnformasiyanı
    determinləşmiş siqnallarla da vermək mümkündür. Bu halda determinləşmiş siqnalı ifadə edən bir s(t) funksiyasından yox,


    Şəkil1.1. Şəkil1.2.

    Diskret siqnallar ardıcıllığı. Diskret siqnalın modeli.

    funksiyalar çoxluğundan istifadə olunur ki, bu çoxluğun özü
    təsadüfi siqnal xarakterinə malik olur və özündə informasiya saxlaya bilir.
    Radiorabitədə veriləcək məlumatı özündə saxlayan üç növ alçaqtezlikli elektrik siqnallar mövcuddur: k o d l a ş d ı r ı l m ı ş s i q n a l l a r (radioteleqrafiyada), s ə s s i q n a l l a r ı (radiorabitədə) və v i d e o s i q n a l l a r (televiziya texnikasında). Bu siqnallardan informasiyanı uzaq məsafələrə birbaşa göndərmək üçün istifadə etmək olmur, çünki belə alçaqtezlikli siqnallarla daşı- nan enerji kiçik olur.
    Bir sıra əlamətlərinə görə təsadüfi siqnallar da öz növbəsində iki sinfə ayrılır: k ə s i l m ə z s i q n a l l a r və d i s k r e t s i q n a l l a r . Uyğun fiziki kəmiyyətin zamandan asılı olaraq dəyişmə qanununu təkrar edən və zamanın istənilən anında ölçülə bilən siqnallar kəsilməz (analoq) siqnallar adlanır. Analoq termini hesablama texnikasından götürülmüşdür. Belə siqnalın riyazi modeli, qeyd edildiyi kimi, s(t)= Asin(wt+ф ) şəklindədir.
    Elektronikanın ilk inkişaf mərhələsində analoq tipli siqnal-
    Son vaxtlarda impuls və rəqəm texnikasının sürətli inkişafı ilə əlaqədar olaraq diskret siqnallardan geniş istifadə olunur. Diskret siqnalların analoq siqnallardan üstün cəhətlərindən biri ondan ibarətdir ki, belə siqnalı bütün zaman anlarında kəsilməz olaraq hasil etməyə ehtiyac yoxdur. Bu isə, öz növbəsində, eyni bir ötürücü xətlə çox miqdarda informasiya verməyə, yəni çoxkanallı rabitə yaratmağa imkan verir.
    Diskret siqnalın sadə riyazi modeli s(t)- hər birində siqnalın Si - qiymətləri (i= 1,2,3…) müəyyən olan zaman oxunda götürülmüş ayrı-ayrı xətlərdən ibarətdir (şəkil 1.2 ).
    Diskret siqnalların bir növü də r ə q ə m s i q n a l l a r ı d ı r . Bu siqnallar amplitudları ancaq müəyyən qiymətlər ala bilən impulslar ardıcıllığından ibarətdir. Rəqəm siqnallarının xarakterik cəhəti odur ki, informasiya rəqəm şəklində verilir. Bir sıra texniki mülahizələrə görə istənilən informasiya elektron hesablama maşın- larında 0 və 1 rəqəmlərinin ardıcıllığı ilə kodlaşdırılır (bax: § 10.3 ).
    İstənilən siqnal, informasiya nöqteyi-nəzərincə, onun
    «ö l ç ü l ə r i » və ya çox vaxt, deyildiyi kimi, «t u t u m u» ilə

    xarakterizə olunur:

    Vs = Hs∆Fs ts (1.2)



    Burada, ∆Fs - tezlik zolağının eni, ts – siqnalın davametmə müddəti, Hs = log2 (Ps / Pk) – siqnalın gücünün küylərin gücünə nisbətini xarakterizə edən parametrdir.
    Siqnalı ötürən kanalın tutumunu da, buna oxşar olaraq




    Download 0,7 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   26




    Download 0,7 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Elektronika – elm, texnika, istehsalat sahəsi olub, elektron vasitələrinin (EV) işlənibhazırlanması, tədqiqi və onlardan istifadə olunması prinsiplərini əhatə edir

    Download 0,7 Mb.