Ətraf mühit modelləŞdirməLƏRI




Download 1.34 Mb.
bet1/19
Sana30.08.2022
Hajmi1.34 Mb.
#25480
  1   2   3   4   5   6   7   8   9   ...   19
Bog'liq
EKOLOJİ MODELLƏŞMƏ


1-ci mövzu

ƏTRAF MÜHIT MODELLƏŞDIRMƏLƏRI


İqlim dəyişikliyi, biokimyəvi və ekoloji sistemləri aydın nümayiş etdirmək üçün günbəgün genişlənməkdə olan kompyuter əsaslı modelləşdirmə sistemlərinə Ətraf Mühitin Modelləşdirilməsi (ƏMM) deyilir. ƏMM özündə müxtəlif metod, alət və bacarıqları birləşdirir. Bu metodlar bizə problemi daha koseptual formada görməyə və gələcək ssenariləriləri hazırlamaqda kömək edir.
Ümumilikdə 3 əsas elmi model mövcuddur. Bunlar (I) birbaşa sahə müşahidəsi (II) labaratoriya testləri və fiziki modelləmə araşdırmaları və (lll) riyazi modelləşdimədir. Qəbul olunur ki, ətraf mühitdə baş verən daşıma və keçid hadisələri və bu proseslərin fiziki və riyazı olaraq kəskin xarakteristikası kompleks prosesdir. Bu alətlərin hər birinin özünün uyğun yeri və qarşılıqlı dəstək rolu vardır, həmçinin hər hansı bir ekoloji problemin başa düşülməsi və həllində müsbət və mənfi tərəfləri vardır.
Sahə müşahidələri iqtisadi cəhətdən baha başa gəlsə də, elmi cəhətdən çox vacibdir. Çirklənmiş sahədə ilkin simptomlar özünü göstərdiyi zaman ən geniş istifadə olunan metod sayılır. Çünki, problemin miqyasının, xarakterizə olunması və təklif olunan təmizləmə strategiyalarının dəqiqliyini qiymətləndirmk üçün həddindən artıq vacibdir. Digər baxımdan labaratoriya araşdırmaları problemin mikro və molekulyar səviyyədə başa düşülməsi və idarə edilməsi baxımından çox işlək ola bilər. Bu səviyyədə qazanılmış bilik və nəticələr gəlcəkdə sahədə aparılacaq analizlərin uğurlu olmasına müsbət təsir göstərə bilər. Porblemin tanınması prosesində riyazi modellərin heç bir önəmi olmaya bilər, amma həll yolunun tapılması və kontrol tətbiqi mərhələsində çox vacib yerə sahibdir. Riyazi modellər çox səmərəli və rahatlıqla “Əgər olsa” ssenarilərndə tətbiq oluna bilir.

Hazırda Ətraf Mühit məsələləri daha mütərəqqi həlləri tələb edir. CİS Ətraf Mühit üzrə müxtəlif obyekt və hadisələrin daha dəqiq təhlilini aparmaq üçün istifadə oluna biləcək ən mükəmməl alətdir. O, verilmiş kəskin ekoloji vəziyyətə baxış keçirilməsinə və gələcəkdə fiziki vəziyyəti haqqında fikir irəli sürülməsinə şərait yaradır. Verilənlərin emalı başa çatdıqdan sonra CİS ətraf mühitdə olan risk və təhlükələrin planlaşdırlmasına və onların idarə olunmasına imkan verir.


Bitki və heyvan növlərinin, eləcə də meydana gələn ekosistemlərin hamısı özlərinə aid olan coğrafi və ya məkan aralıqlarına malikdir. Bu səbəbdən də, ekoloji çirkləndiricilərin Yer kürəsində yayılması bərabər miqyasda deyildir. Bu kimi müxtəlifliklərin anlaşılması və çirkləndirici mənbələrin aşkar olunmasında CİS-in istifadəsinin xüsusi rolu vardır.
CİS – atmosfer çirklənmələrində, torpaq eroziyasında, müxtəlif miqyasda iqlim modifikasiyalarının yaradılmasında, müxtəlif ekoloji layihələrin hazırlanmasında, şəhər ekologiyasının həllində, bioloji müxtəliflik məsələlərində və ətraf mühitin mühafizəsində, həmçinin ətraf mühitə təsirlərin qiymətləndirilməsi sahəsində müstəsna əhəmiyyətə malikdir.
CİS ətraf mühitin təbii və texnogen meyarlara əsasən modelləşdirilməsində effektiv bir vasitə kimi qiymətləndirilir.

Download 1.34 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19




Download 1.34 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Ətraf mühit modelləŞdirməLƏRI

Download 1.34 Mb.