İkimanqalı kommutasiya bloklarında n




Download 273,82 Kb.
bet4/10
Sana28.09.2020
Hajmi273,82 Kb.
#11761
1   2   3   4   5   6   7   8   9   10

174. İkimanqalı kommutasiya bloklarında nA•kA nəyi göstərir:

  1. blokun girişlərinin sayını.

  2. blokun çıxışlarının sayını.

  3. aralıq xətlərin sayını.

  4. genişlənmə əmsalını.

  5. manqaların sayını.

175. İkimanqalı kommutasiya blokunda çıxışların sayı nəyə bərabərdir:

    1. mB•kB.

    2. nA•kB.

    3. nB•kA.

    4. mA•kB.

    5. mA / nA.

176. Genişlənmə və ya sıxılma əmsalı nədir:

  1. aralıq xətlərin sayının girişlərin sayına olan nisbəti.

  2. çıxışların sayının girişlərin sayına olan nisbəti.

  3. girişlərin sayının aralıq xətlərin sayına olan nisbəti.

  4. çıxışların sayının aralıq xətlərin sayına olan nisbəti.

  5. heç biri düzgün deyil.

177. Eyni stansiyanın abonentləri arasında yaranan birləşmə necə adlanır:

  1. stansiyadaxili birləşmə.

  2. tranzit birləşmə.

  3. çıxış birləşməsi.

  4. giriş birləşməsi.

  5. uzaq birləşmə.

178. Tranzit birləşmə nədir:

  1. bir stansiyanın abonentinin digər stansiyanın abonenti ilə başqa bir stansiya üzərindən yaratdığı birləşmə.

  2. birləşdirici xətt üzərindən digər stansiyadan daxil olan çağırışa əsasən yaranan birləşmə.

  3. eyni stansiyanın abonentləri arasında yaranan birləşmə.

  4. bir stansiyanın abonentinin birləşdirici xətt üzərindən digər stansiyanın abonenti ilə yaratdığı birləşmə.

  5. şəhərlərarası birləşmə.

179. Ümumi istifadəli telefon şəbəkələrində istifadə olunur:

  1. kanalların kommutsiyası.

  2. paketlərin kommutasiyası.

  3. məlumatların kommutasiyası.

  4. heç biri.

  5. hamısı.

180. NGN şəbəkələrində həyata keçirilir:

  1. danışığın verilişi.

  2. verilənlərin verilişi.

  3. videotəsvirin verilişi.

  4. hamısı.

  5. heç biri.

181. Kommutasiya sistemlərinin inkişaf mərhələləri:

  1. DA ATS, ATSK, kvazielektron ATS, elektron ATS.

  2. ATSK, DA ATS, kvazielektron ATS, elektron ATS.

  3. DA ATS, kvazielektron ATS, ATSK, elektron ATS.

  4. ATSK, DA ATS, elektron ATS, kvazielektron ATS.

  5. kvazielektron ATS, ATSK, DA ATS, elektron ATS.

182. Ümumi istifadəli telefon şəbəkəsini əmələ gətirir:

  1. şəhər telefon şəbəkəsi.

  2. kənd telefon şəbəkəsi.

  3. şəhərlərarası şəbəkə.

  4. şəhər və kənd telefon şəbəkələri.

  5. hamısı.

183. Kommutasiya bloklarının natamam imkanlı qoşulma sxemlərindən istifadə olunur:

  1. elektron ATS-lərdə.

  2. DA ATS-də və ATSK-da.

  3. hamısında.

  4. İKM-30-da.

  5. heç birində.

184. Kanalların fəzaya görə bölünmə əlamətindən istifadə olunur:

  1. ATSK-da.

  2. İKM-30-da.

  3. İKM-480-də.

  4. İKM-120-də.

  5. heç birində.

185. Elektron ATS-lərdə əsasən kanalların hansı bölünmə əlamətindən istifadə olunur:

  1. fəzaya görə bölünmə.

  2. zamana görə bölünmə.

  3. fəza-zaman əlamətinə görə bölünmə.

  4. tezliyə görə bölünmə.

  5. amplitudaya görə bölünmə.

186. Paylanmış idarəedici qurğuya malikdir:

  1. DMS.

  2. DRX-4.

  3. S-12.

  4. DA ATS.

  5. heç biri.

187. Montaj olunmuş proqram təminatına malikdir:

  1. S-12.

  2. DA ATS.

  3. ATSK.

  4. hamısı.

  5. heç biri.

188. Veriliş traktı nədir:

  1. Rabitə kanalı.

  2. Kommutasiya stansiyasının avadanlıqları.

  3. İstiqamətləndirici sistem.

  4. Məlumatın verilişini təmin edən cihazların və xətlərin toplusu.

  5. Veriliş sisteminin avadanlığı.

189. Aşağıdakılardan hansı xətti siqnallara aiddir:

  1. “Məşğulluq siqnalı”, “stansiyanın cavab siqnalı”, ÇNS.

  2. A abonentinin nömrəsi.

  3. B abonentinin nömrəsi.

  4. Qarşılıqlı əlaqə siqnalları.

  5. Stansiyanın məşğulluq siqnalı, abonentin cavab siqnalı, abonentin odboy siqnalı.

190. ATS-in kommutasiya sahəsində hansı növ traktlar qoşulur?

  1. Nömrənin qəbulu traktı, çağırışın göndərişi traktı.

  2. Çağırışın göndərişi traktı, danışıq traktı.

  3. Danışıq traktı, danışığın qəbulu traktı.

  4. Siqnalların odboy traktı, çağırışın göndərişi traktı, danışıq traktı.

  5. Danışığın qəbulu traktı, çağırışın göndərişi traktı, danışıq traktı.

191. Nömrənin qəbulu traktında hansı siqnallar ötürülür?

  1. “Stansiyanın məşğulluq” siqnalı, “stansiyanın cavab” siqnalı, ünvan informasiyası.

  2. “Stansiyanın cavab” siqnalı, “məşğulluq” siqnalı.

  3. Ünvan informasiyası.

  4. “Məşğulluq” siqnalı, ünvan informasiyası.

  5. “Stansiyanın məşğulluq” siqnalı, ünvan informasiyası, “məşğulluq” siqnalı.

192. Çağırışın göndərişi traktı nə vaxt qoşulur:

  1. Çağırılan abonent cavab verən zaman.

  2. Nömrə yığımı qurtaran zaman.

  3. Çağırılan abonentin xətti məşğul olan zaman.

  4. Çağırılan abonentin xətti sərbəst olan zaman.

  5. Çağırılan abonentin xətti məşğulluğa yoxlanan zaman.

193. Danışıq traktı nə vaxt qoşulur?

  1. Çağırılan abonent cavab verən zaman.

  2. Nömrə yığımı qurtardıqdan sonra.

  3. Çağırılan abonentin xəttinin vəziyyəti müəyyən edilən zaman.

  4. Çağırılan abonentin xətti seçildikdən sonra.

  5. Abonent tərəfdən çağırış qeyd edildikdən sonra.

194. Abonentin cavab siqnalı kommutasiya stansiyasına necə ötürülür:

  1. Sabit cərəyan dövrəsinin qapanması ilə.

  2. Sabit cərəyan dövrəsinin ayrılması ilə.

  3. 425 Hs tezlikli siqnalla.

  4. 25 Hs tezlikli siqnalla.

  5. Çoxtezlikli kodla.

195. Telefon aparatının nömrəyığanı hansı əsas kontaktlara malikdir:

  1. Yalnız impulslu kontaktlara.

  2. İmpulslu və şuntlayıcı kontaktlara.

  3. Yalnız şuntlayıcı.

  4. Çevirici.

  5. Qapayıcı.

196. Nömrəyığanın impulslu kontaktı telefon aparatının sxeminə necə qoşulur:

  1. Zənglə ardıcıl olaraq.

  2. Zəngə paralel olaraq.

  3. Danışıq cihazları ilə ardıcıl olaraq.

  4. Danışıq cihazları ilə paralel olaraq.

  5. Birbaşa abonent xəttinə.

197. Nömrəyığanın şuntlayıcı kontaktı telefon aparatının sxeminə necə qoşulur:

  1. Danışıq cihazları ilə paralel olaraq.

  2. Danışıq cihazları ilə ardıcıl olaraq.

  3. Zənglə ardıcıl olaraq.

  4. Zəngə paralel olaraq.

  5. Birbaşa abonent xəttinə.

198. Telefon aparatında lingli çeviricinin vəzifəsi nədir:

  1. Ünvan informasiyasının ötürmək.

  2. Çağırış cihazlarını xəttə qoşmaq.

  3. Danışıq cihazlarını xəttə qoşmaq.

  4. “Məşğulluq” siqnalı, ünvan informasiyası.

  5. Çağırış cihazlarını və danışıq cihazlarını növbə ilə xəttə qoşmaq.

199. 8500 nömrə tutumlu RATS-41 abonentlərinin nömrələnməsini göstərin:

  1. 410000 – 418599.

  2. 412000 - 419499.

  3. 410000 – 417499.

  4. 411000 – 418499.

  5. 410000 – 418499.

200. Əgər abonent xəttinin nömrələnməsi 540000 – 546499 kimi olarsa, ATS-in tutumu neçə olar:

  1. 5500

  2. 6500

  3. 7500

  4. 6600

  5. 5600

201. __________________ telefon stansiyasının tərkibinə daxildir:

  1. marşrutlayıcı

  2. təkrarlayıcı

  3. körpü

  4. kommutasiya sahəsi

  5. A və C

202. Bağlılıq nə deməkdir?

  1. aralıq xətlərinin sayının girişlərin sayına nisbəti

  2. A manqasının hər bir kommutatorunu B manqasının hər bir kommutatoru ilə bağlayan aralıq xətlərinin sayı

  3. Çıxışların sayının girişlərin sayına nisbəti

  4. Girişlərin sayının aralıq xətlərinin sayına nisbəti

  5. Girişlərin sayının çıxışların sayına nisbəti

203. Əsas və əlavə xidmət növləri ilə bağlı məsələləri və birləşmənin qurulması üçün lazım olan məntiqi məsələləri ___________________ yerinə yetirir:

  1. təkrarlayıcı

  2. kommutasiya sahəsi

  3. idarəedici qurğu

  4. marşrutlayıcı

  5. konsentrator

204. İKM-30-da dövrün sinxronlaşma informasiyası hansı kanal intervalında ötürülür?

  1. 7-ci

  2. 16-cı

  3. 10-cu

  4. 0-cı

  5. istənilən

205. Axtarış pillələri üzrə idarəetmə üsulu ona əsaslanır ki, idarəetmə məsələləri __________ yerinə yetirilir:

  1. hər pillə üçün bir idarəedici qurğu ilə

  2. birbaşa abonent terminalından ötürülən siqnallarla

  3. ardıcıl olaraq ayrı-ayrı qurğularla

  4. stansiyanın idarəedici qurğusundan qəbul edilən siqnallarla

  5. B və C

206. Qapalı nömrələnmə planında abonentlərə ______________ verilir:

  1. dəyişən nömrələr

  2. sabit nömrələr

  3. tranzit stansiyaların nömrələri

  4. beynəlxalq şəbəkə nömrələri

  5. şəhərlərarası nömrələr

207. İdarəetmə və qarşılıqlı əlaqə siqnallarının verilişi üçün hansı kanal istifadə olunur?

  1. 0-cı kanal

  2. təyin olunmuş kanal

  3. informasiya kanalı

  4. 16-cı kanal

  5. düzgün cavab yoxdur

208. Dolayı yolla idarəetmə üsulu ona əsaslanır ki, idarəolunma məsələsi ___________ yerinə yetirilir:

  1. stansiyanın idarəedici qurğusundan qəbul edilən siqnallarla

  2. hər pillə üçün bir idarəedici qurğu ilə

  3. ardıcıl olaraq ayrı-ayrı qurğularla

  4. birbaşa abonent terminalından ötürülən siqnallarla

  5. paralel olaraq ayrı-ayrı qurğularla

209. Kommutasiya sahəsinin bloklanması nə deməkdir?

  1. müəyyən girişin məşğulluğuna qadağa qoyulması

  2. müəyyən çıxışın məşğulluğuna qadağa qoyulması

  3. verilmiş girişlə çıxış arasında sərbəst aralıq xəttin omaması

  4. müəyyən aralıq xəttin məşğulluğuna qadağa qoyulması

  5. A və D

210. Xətt-kabel şəbəkəsinin magistral sahəsi nədir?

  1. paylayıcı şkafla paylayıcı qutu arasındakı sahə

  2. ATS-dən paylayıcı şkafa qədər olan sahə

  3. Paylayıcı qutudan abonentin aparatına qədər olan sahə

  4. ATS-dən paylayıcı qutuya qədər olan sahə

  5. A və C

211. Ümumi kanal siqnallaşması zamanı İKM-30-da stansiyalararası siqnallaşma informasiyası __________ kadrda ötürülür:

  1. 6-cı

  2. 16-cı

  3. 0-cı

  4. 10-cu

  5. 31-ci

212. Giriş nəyi əks etdirir?

  1. avtomatın vəziyyətinin dəyişməsi üçün yerinə yetirilən əməliyyatların toplusunu

  2. xarici mühitdən daxil olan siqnalı

  3. bir neçə mümkün yollardan birinin seçilməsini

  4. prosesin dayanma vəziyyətini

  5. düzgün cavab yoxdur

213. Qrup axtarışı nə deməkdir?

  1. verilmiş giriş üçün istənilən çıxışdan aralıq xəttinin seçilməsi

  2. verilmiş giriş üçün verilmiş çıxışın axtarışı

  3. verilmiş çıxış üçün verilmiş girişin axtarışı

  4. istənilən çıxışın və verilmiş qrupun axtarışı

  5. bir neçə mümkün yoldan birinin seçilməsi

    1. İstənilən portda istənilən kanalın axtarış tipi __________ tətbiq olunur:

    1. qrup axtarışında

    2. sərbəst axtarışda

    3. məcburi axtarışda

    4. dolayı axtarışda

    5. birbaşa axtarışda

    1. Rəqəmli ATS-lərdə tezlikləri və akustik siqnalları almaq üçün ______________ istifadə olunur:

    1. analoq generatorlar

    2. yaddaş qurğuları (tezlik siqnalları toplayıcısı)

    3. kommutatorlar

    4. rəqəmli siqnal çeviriciləri

    5. təkrarlayıcılar

    1. Fəza kommutasiyası zamanı kadr informasiyası _______________ :

  1. zaman vəziyyətini dəyişməklə digər trakta köçürülür

  2. zaman vəziyyətini dəyişmədən digər trakta köçürülür

  3. digər zaman vəziyyətinə köçürülür

  4. hamısı doğrudur

  5. düzgün cavab yoxdur

    1. Natamam imkanlı qoşulma nədir?

  1. hər çıxışın hər girişə qoşulmaq imkanı yoxdur

  2. girişlə çıxış arasında sərbəst aralıq xətti yoxdur

  3. müəyyən girişdən müəyyən çıxışa qoşulma məhduddur

  4. hər girişin hər çıxışa qoşulma imkanı yoxdur

  5. hər çıxış hər girişə qoşula bilər

    1. Mərkəzləşdirilmiş idarəetmə üsulu ona əsaslanır ki, idarəetmə məsələləri _________ yerinə yetirilir:

  1. hər pillə üçün bir idarəedici qurğu ilə

  2. stansiyanın idarəedici qurğusu tərəfindən qəbul edilmiş siqnallarla

  3. bütün stansiyanın işini bir qurğu idarə edir

  4. birbaşa abonent terminalından ötürülən siqnallarla

  5. ardıcıl olaraq ayrı-ayrı qurğularla

    1. Pillələrlə idarəetmə üsulu ona əsaslanır ki, idarəetmə məsələləri __________ yerinə yetirilir:

  1. ardıcıl olaraq ayrı-ayrı qurğularla

  2. stansiyanın idarəedici qurğusu tərəfindən qəbul edilmiş siqnallarla

  3. hər pillə üçün bir idarəedici qurğu ilə

  4. birbaşa abonent terminalından ötürülən siqnallarla

  5. bütün stansiyanın işini bir qurğu idarə edir

    1. Çıxış birləşdirici xətt azad olan zaman hansı siqnal ötürülür?

    1. məşğulluq siqnalı

    2. ayrılma siqnalı

    3. nömrə yığımı siqnalı

    4. çağırış siqnalı

    5. çağırışa nəzarət siqnalı

    1. Məcburi axtarış nədir?

  1. verilmiş girişdən verilmiş çıxışın axtarışı

  2. istənilən çıxışdan verilmiş girişin axtarışı

  3. istənilən çıxışdan verilmiş qrupun axtarışı

  4. verilmiş çıxışdan verilmiş girişin axtarışı

  5. verilmiş çıxışdan verilmiş çıxışın axtarışı

    1. Kommutasiya stansiyalarında nominal qida gərginliyi adətən neçə olur?

  1. 48V dəyişən

  2. 48V sabit

  3. 12V sabit

  4. 220V sabit

  5. 220V dəyişən

    1. Kanaldaxili (zolaqdaxili) siqnallaşma nədir?

  1. siqnal informasiyasının birbaşa danışıq kanalı ilə ötürülməsi

  2. siqnal informasiyasının ayrılmış siqnal kanalı ilə ötürülməsi

  3. stansiyadaxili siqnallaşma

  4. abonent siqnallaşması

  5. siqnal informasiyasının danışıq kanalları qrupuna təhkim olunmuş siqnallaşma kanalı ilə ötürülməsi

    1. Ayrılmış siqnal kanalı ilə siqnallaşma nədir?

  1. stansiyadaxili siqnallaşma

  2. siqnal informasiyasının birbaşa danışıq kanalı ilə ötürülməsi

  3. siqnal informasiyasının ayrılmış siqnal kanalı ilə ötürülməsi

  4. siqnal informasiyasının danışıq kanalları qrupuna təhkim olunmuş siqnallaşma kanalı ilə ötürülməsi

  5. abonent siqnallaşması

    1. Ümumi kanal siqnallaşma sistemi nədir?

  1. siqnal informasiyasının ayrılmış siqnal kanalı ilə ötürülməsi

  2. siqnal informasiyasının danışıq kanalları qrupuna təhkim olunmuş siqnallaşma kanalı ilə ötürülməsi

  3. abonent siqnallaşması

  4. stansiyadaxili siqnallaşma

  5. siqnal informasiyasının birbaşa danışıq kanalı ilə ötürülməsi

    1. Mərkəzləşdirilmiş idarəetmə sisteminin üstünlükləri nədir?

  1. qurulmasının sadəliyi

  2. kiçik stansiyalar üçün iqtisadi cəhətdən sərfəli olması

  3. böyük tutumlu stansiyalar üçün EİM-lərin məhsuldarlığına yüksək tələblərin qoyulması

  4. tutumun genişləndirilməsinin mürəkkəbliyi

  5. A və B

    1. Mərkəzləşdirilmiş idarəetmə sisteminin çatışmamazlıqları nədir?

  1. tutumun genişləndirilməsinin mürəkkəbliyi

  2. qurulmasının sadəliyi

  3. böyük tutumlu stansiyalar üçün EİM-lərin məhsuldarlığına yüksək tələblərin qoyulması

  4. kiçik stansiyalar üçün iqtisadi cəhətdən sərfəli olması

  5. A və C

    1. İerarxik idarəetmə sisteminin üstünlükləri nədir?

  1. mərkəzləşdirilmiş EİS-lərlə müqayisədə daha yüksək etibarlılıq

  2. strukturunun modulluluğu və çevikliyi

  3. hər bir İQ üçün proqram təminatının sadəliyi

  4. düzgen cavab yodur

  5. hamısı düzdür

    1. İerarxik idarəetmə sisteminin çatışmamazlıqları hansılardır?

  1. prosessorlararası mübadilənin təşkil olunmasının vacibliyi

  2. MİQ-in olması etibarlılığı azaldır və tutumun genişlənmə prosesini mürəkkəbləşdirir

  3. Strukturunun modulluluğu

  4. A və B

  5. A və C

    1. Mərkəzləşdirilməmiş idarəetmə sisteminin üstünlükləri nədir?

  1. qurulmasının sadəliyi

  2. tutumun genişlənməsinin mümkünlüyü

  3. MİQ-in olmaması səbəbindən yüksək etibarlılıq

  4. Hamısı düzdür

  5. Düzgün cavab yoxdur

    1. Mərkəzləşdirilməmiş idarəetmə sisteminin çatışmayan cəhətləri hansılardır?

  1. prosessorlararası əlaqədə gecikmələr

  2. reallaşmasının çətinliyi

  3. tutumun artırılmasının qeyri-mümkünlüyü

  4. MİQ-in olmaması səbəbindən aşağı etibarlılıq

  5. C və D

    1. Məlumatın elektrik siqnalına çevrilməsini həyata keçirən qurğu necə adlanır?

  1. ilkin çevirici

  2. diskretləyici

  3. gücləndirici

  4. modulyator

  5. koder

    1. İstifadəçilər arasında məlumatların verilişini təmin edən cihazların və xətlərin toplusu necə adlanır?

  1. veriliş kanalı

  2. veriliş traktı

  3. gücləndirici

  4. koder

  5. çevirici

    1. 7 saylı siqnallaşma kanalları ilə veriliş sürəti neçədir?

  1. 32 kbit/s

  2. 64 kbit/s

  3. 128 kbit/s

  4. 2048 kbit/s

  5. 4096 kbit/s

    1. Stansiyadaxili birləşməyə xidmətetmə prosesində S-12 tipli RKS-də hansı avadanlıqlar iştirak edir?

    1. ASM, SCM, CTM, ACE və DSN

    2. ASM, DTM, İRİM və DSN

    3. OİM, SCM, ACE

    4. PLM, SCM, ASM və DSN

    5. DTM, ACE, ASM

    1. Stansiyanın cavab” siqnalı abonentə hansı qurğudan göndərilir?

  1. uzaq abonent modulundan

  2. PLM modulundan

  3. CTM modulundan

  4. TTM modulundan

  5. SCM modulundan

    1. RSU modulunun təyinatını göstərin:

  1. rəqəmli abonent modulu

  2. uzaq abonent modulu

  3. rəqəmli xətt modulu

  4. analoq abonent modulu

  5. periferiya və yükləmə modulu

    1. Yüksək dövr sinxronlaşma tezliyi neçədir?

  1. 500 Hs

  2. 1 kHs

  3. 8 kHs

  4. 16,384 kHs

  5. 500 kHs

    1. Abonent komplektinin abonent xəttində yarana bilən yüksək gərginlik və cərəyandan müdafiəsi necə təmin edilir?

  1. stabilitronların köməyi ilə

  2. kömür böşaldıcılarının və qoruyucuların köməyi ilə

  3. relenin köməyi ilə abonent xəttinin ayrılması yolu ilə

  4. transformatorun köməyi ilə

  5. C və D

    1. Aşağıda adları çəkilən qovşaqlardan hansı giriş qovşağıdır?

  1. SAN

  2. AN

  3. SN

  4. SVN

  5. MN

    1. Aşağıda adları çəkilən qovşaqlardan hansı kommutasiya qovşağıdır?

    1. SAN

    2. AN

    3. SN

    4. SVN

    5. MN

    1. Aşağıda adları çəkilən qovşaqlardan hansı kommutasiya və giriş qovşağıdır?

  1. SAN

  2. AN

  3. SN

  4. SVN

  5. MN

    1. Aşağıda adları çəkilən qovşaqlardan hansı idarəetmə qovşağıdır?

  1. SAN

  2. AN

  3. SN

  4. SVN

  5. MN

    1. Aşağıda adları çəkilən qovşaqlardan hansı xidmətlərin təqdimolunma qovşağıdır?

  1. SAN

  2. AN

  3. SN

  4. SVN

  5. MN

    1. S-12 tipli RKS-in kommutasiya sahəsinə maksimum neçə müxtəlif modul qoşula bilər?

  1. 2048

  2. 4096

  3. 6144

  4. 1024

  5. 5120

    1. Qrup pilləsi iki müstəviyə malik olduqda bir giriş kommutatorunun xidmət etdiyi yük nə qədər ola bilər?

  1. 69 Erl-a qədər

  2. 110 Erl-a qədər

  3. 89 Erl-a qədər

  4. 159 Erl-a qədər

  5. 210 Erl-a qədər

    1. Qrup pilləsi üç müstəviyə malik olduqda bir giriş kommutatorunun xidmət etdiyi yük nə qədər ola bilər?

    1. 69 Erl-a qədər

    2. 110 Erl-a qədər

    3. 89 Erl-a qədər

    4. 159 Erl-a qədər

    5. 210 Erl-a qədər

    1. Qrup pilləsi dörd müstəviyə malik olduqda bir giriş kommutatorunun xidmət etdiyi yük nə qədər ola bilər?

  1. 69 Erl-a qədər

  2. 159 Erl-a qədər

  3. 110 Erl-a qədər

  4. 210 Erl-a qədər

  5. 89 Erl-a qədər

249. Giriş və çıxış modullarının qoşulduğu yerdən asılı olaraq birləşmənin qurulması üçün S-12 tipli RKS-də neçə komanda tələb olunur?

  1. 1, 3, 5 və ya 7

  2. 1, 2, 4 və ya 6

  3. 2, 4, 6 və ya 8

  4. 1, 3 və ya 7

  5. 2, 4 və ya 6

    1. Verilmiş birləşmə üçün neçə komanda tələb olunur?



  1. 3

  2. 1

  3. 5

  4. 2

  5. 7

    1. Download 273,82 Kb.
1   2   3   4   5   6   7   8   9   10




Download 273,82 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İkimanqalı kommutasiya bloklarında n

Download 273,82 Kb.