• 9.Diaqnostika və şagird idrakının səviyyəsinin inkişafının təyin edilməsi 23-25 10.Taksonomiya 26 11.Testləşdirmə 26-27
  • Müəllif texnologiyası. Bünyatovanın konstruktiv təlimi haqqında. Y. İ. Antipina. İstifadə edilmiş ədəbiyyat. Ön söz əvəzi
  • Şifahi sorğu və yaxud dinləmə 6




    Download 362.35 Kb.
    bet8/24
    Sana10.04.2017
    Hajmi362.35 Kb.
    #3657
    TuriDərs
    1   ...   4   5   6   7   8   9   10   11   ...   24
    1.Şifahi sorğu və yaxud dinləmə 6

    2.Təqdimat 8-9

    3.Komandada nəzarət 9-16

    4.Şagirdlərin birgə işində nəzarət 16-17

    5.Komandada yoxlama 17-19

    6.Qrafik nəzarət 19-22

    7.Praktiki nəzarət 22-23

    8.Özünə nəzarət 23

    9.Diaqnostika və şagird idrakının

    səviyyəsinin inkişafının təyin edilməsi 23-25

    10.Taksonomiya 26

    11.Testləşdirmə 26-27

    12.Yoxlama yazı 27

    13.Qiymətləndirmə və qiymət 27-28

    14.Nəzarət qovluğu 28

    Bölmə VII. Son söz əvəzi.

    Müəllif texnologiyası. Bünyatovanın konstruktiv təlimi haqqında. Y. İ. Antipina.

    İstifadə edilmiş ədəbiyyat.


    Ön söz əvəzi
    Özündə məqsəd, məzmun, forma və metodu, vasitə və priyomları üzvi şəkildə ehtiva edən qeyri - səlis səciyyəli təlim prosesi çağdaş dövrdə intellekt əsrinin qarşıya qoyduğu kamil insan (nəsil) yetişdirmək vəzifəsini yerinə yetirməlidir. Həmin insan həyatda fəal mövqe tutmaq üçün dünyanın qanun və qanunauyğunluqlara söykənən hadisələrindən, təbiət və cəmiyyətdəki proseslərdən baş çıxarmalı, özünün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, əqli inkişaf səviyyəsi, dünyagörüşü və təfəkkür dərinliyi

    ilə seçilməlidir.

    Belə nəslin həyata hazırlanmasında xüsusi yer tutan fəal öyrənmə mühüm rol oynayır. Hazırda dünya təhsil sistemində fəal öyrənmə və bu cür öyrənmə istiqamətlərində müxtəlif nəzəriyyələr meydana gəlmişdir. Bu nəzəriyyələr ilk növbədə şagirdlərin öyrənmə və inkişaf parametrlərində təlimini optimallaşdırmanın forma, metod, vasitə və prinsiplərini araşdırır, təhlil, ümumiləşdirmə və qiymətləndirməyə əsaslanan öyrənmə formaları həlledici əhəmiyyət kəsb edən təlim forma və texnologiyalarına daha çox üstünlük verir.

    Bu gün intellekt əsrində yaşayan ölkələrin təhsil işçiləri, pedaqoq və texnoloqları fəal (aktiv) və interaktiv təlim metodlarının tətbiqinə üstünlük verirlər. Yaşadığımız demokratik cəmiyyət bütün sahələrdə olduğu kimi, təhsildə də köklü dəyişikliklər tələb edir. Təhsil sahəsində demokratik ab- havanın yaradılması günümüzün ən vacib şərtidir. Şübhəsiz, belə bir mühütü orta məktəblərdə təlim prosesindən, müəllim-şagird münasibətlərindən başlayaraq yaratmaq lazımdır. Son illərdə Azərbaycan Təhsil Nazirliyinin dövlət səviyyəsində apardığı islahatlara uyğun olaraq məktəblərimizdə təlim

    prosesində yeni interaktiv texnologiya metodlarının tətbiqinə başlanmasını bu cəhətdən təqdirəlayiq hal hesab etmək olar. Yeni interaktiv texnologiyanın bir qolu olan, əsas müddəaları Fatma xanım Bünyatova tərəfindən işlənib hazırlanmış konstruktiv təlim metodu haqqında söz açmaq yerinə düşərdi. Fatma xanım Bünyatovanın konstruktiv təlim metodu artıq böyük qisim pedaqoq və valideynlər tərəfindən rəğbətlə qarşılanmış, bu üsulla keçilən dərslər öz müsbət nəticələrini vermişdir.

    Şagirdlərin idrakının inkişafı üçün əlverişli şərait yaradılması, təlim materialının şüurlu mənimsənilməsi bu təlimi şərtləndirən əsas cəhətlərdəndir.Konstruktiv təlimə uyğun olaraq müəllim dərsi elə qurmalıdır ki, dünənki dərslə bugünkü dərs, bugünkü dərslə sabahkı dərs arasında əlaqə olsun. Müəllim bilməlidir ki, dərsi hansı sualla başlayıb, hansı sualla qurtaracaq. Əlbəttə, suallar bu əlaqəni yaratmaqda müəllimin ən yaxın köməkçisidir. Suallar elə ardıcıllıqla qurulmalıdır ki, bu, müəllimə məqsədinə çatmağa kömək etsin. Müəllimin məqsədi ondan ibarət olmalıdır ki, şagirdlər keçmiş biliklərə əsaslanaraq öz yeni biliklərini qazansın və onu tətbiq etməyi bacarsınlar. Şagirdlərin vəzifəsi müəllimin suallarına cavab verməkdir. Onlar eyni bir fəaliyyət strukturlarında öz biliklərini yoldaşları ilə bölüşməli, bir yerdə fikirləşməli, öz yoldaşlarının cavablarından bəhrələnməlidirlər.

    Konstruktiv təlimdə bilik tək şəkildə işlənmir. Şagirdlərin bilikləri məntiqi əlaqələrə girir, birləşir, yerlərini dəyişir, başqa bilik strukturları ilə assosiasiyaya girir. Bu o deməkdir ki, müəllim öyrədəcəyi mövzunu bir neçə müstəvidə şagirdlərə göstərir. Burada o, məntiqi əvəzetmə əməliyyatından istifadə edir. Bir bilik strukturunu başqa bilik strukturu ilə əvəz edərkən həmin bilik yeni keyfiyyət alır və gələcək biliyə çevrilir, birinin biliyi digərin biliyinə çevrilir, nəticədə biliklər sosiallaşır. Demək, şagirdlər qazandıqları bilikləri düşünərək onlara verilən suallar əsasında məntiqi əməliyyatlardan keçərək, əqli modellər qurub, onu tətbiq edərək mənimsəyirlər.Özəl «İdrak məktəbi» nin direktoru, yaradıcı müəllim Fatma xanım Bunyatovanın oxuculara təqdim olunan kitabında söhbət konstruktiv təlimdən gedir. Əsərə daxil edilmiş məqalələr Bunyatova konstruktiv təliminin mahiyyəti, prinsip və vəzifələri haqqında təsəvvür yaradır. Kitabın praktik dəyəri bundadır ki, müəllif konstruktiv təlim metodlarını tətbiq edən ayrı-ayrı fənn müəllimlərinin təcrübəsi faktları əsasında oxucuları inandırır, problemə həm elmi, həm də praktik yönümdən aydınlıq gətirir.



    Download 362.35 Kb.
    1   ...   4   5   6   7   8   9   10   11   ...   24




    Download 362.35 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Şifahi sorğu və yaxud dinləmə 6

    Download 362.35 Kb.