• Nisbi v ə mütl ə q ünvanlar.
  • Verilənlər bazasını idarə etmə sistemləri
  • Veril ə nl ər bazasının yaradılması
  • İnformatika fənninin predmeti




    Download 241.13 Kb.
    bet8/8
    Sana22.03.2020
    Hajmi241.13 Kb.
    #8509
    1   2   3   4   5   6   7   8

    Oyuğun ünvan anlayışı.


    Excel proqramında işçi sahənin hər bir oyuğunun ünvanı və yaxud koordinatları var. Ünvana sütunun adı-birinci koordinat sətrin nömrəsi-ikinci koordinat daxildir. Misal üçün, A7, B5, C25 və s. Sütunlar A-dan Z-ə qədər baş latın hərfləri və ya AA-dan İV-yə qədər ikili hərflərlə işarə olunur. Sonuncu sütunu açmaq üçün eyni zamanda Ctrl+(klaviaturada sağa baxan ox işarəsi) düymələrini birgə vurmaq lazımdır. Aşağıdakı şəkildə sonuncu sütunun şəkli göstərilir.

    Birinci sütuna qayıtmaq üçün eyni zamanda Ctrl+(klaviaturada sola baxan ox işarəsi) düymələrini birgə vurmaq lazımdır.

    Sətirlər 1-dən 65536-ya qədər natural rəqəmlərlə nişanlanır. Sonuncu sətrə keçmək üçün eyni zamanda klaviaturada Ctrl+ aşağı baxan ox düymələrini vurmaq lazımdır. Şəkildə sonuncu sətrin nömrəsi göstərilir.



    Birinci sətrə qayıtmaq üçün klaviaturada Ctrl+ yuxarı baxan ox düymələrini birgə vurmaq lazımdır.

    Hər bir oyuqda rəqəm, mətn düstur yerləşdirmək olur. Oyuğa yerləşdirmək üçün oyuğu seçib, sonra lazımi məlumatı daxil edib Enter düyməsini vurmaq lazımdır. Ədədlər oyuqda sağ tərəfə görə, mətnlər sol tərəfə görə düzülür. Şəkildə daxil edilən ədədin və mətnin oyuqdakı vəziyyəti göstərilib.

    Excel proqramında 2 iş rejimi var: adi və düstur rejimləri.



    Düstur rejiminə keçmək üçün seçilmiş oyuqda “=” işarəsi yazılır. “=” işarəsindən sonra lazımi düstur yerləşdirilir. “=” Düsturlarda, əsas hallarda, rəqəmlərin özləri deyil yerləşdikləri oyuqların ünvanları göstərilir(yazılır). Misal üçün, kvadrat tənliyinin diskriminantının hesablanması düsturu d=b2-4ac aşağıdakı kimi yazılır:

    Diskriminantın hesablanması üçün düsturu yazma üsullarını araşdıraq.

    1. ci üsul: Düsturu adi qayda ilə yazmaq. Bu halda əl ilə yazılır. düsturda iştirak edən verilənlərin yerləşdiyi oyuqların ünvanları

    2. ci üsul: Düsturda iştirak edən verilənlərin yerləşdiyi oyuqların ünvanları mausun köməkliyi ilə daxil edilir. Bu üsulu təfsilatı ilə təsvir edək.

      1. Diskriminantı hesablamaq üçün işçi sahənin E4 oyuğu seçilir

      2. E4 oyuğuna ilk növbədə “=” işarəsi daxil edilir.

      3. Sonra mausun b əmsalının yerləşdiyi C4 oyuğunun üstündə vururuq. Düsturda “=” işarəsindən sonra b əmsalını ünvanı C4 yazılır.

      4. Vurma işarəsi (*) yazılandan sonra mausla yenidən b əmsalının ünvanı olan C4 oyuğunda vurulur. Beləliklə, b2-nı aldıq.

      5. “-“ işarəsini klaviaturadan yazılır. Sonra 4 rəqəmi və “*”(vurma) işarəsi qoyulur.

      6. A əmsalının ünvanı B4 oyuğunun üzərində mausu vurmaqla ünvan düstura yazılır, “*”(vurma) işarəsindən sonra “C” əmsalının ünvanı “D4” oyuğunun üzərində vururuq.

      7. Düsturu yazdıqdan sonra Enter düyməsi vurulur.

    E4 oyuğunda düsturu yazarkən düstur sətrində onu görmək olur. (şəklə bax)

    Nisbi və mütləq ünvanlar.


    Mütləq və nisbi ünvan Excel proqramında hesablamalar aparmaq üçün ən vacib anlayışlardır. Onları bilmədən Excel-dən praktiki olaraq səmərəli istifadə etmək mümkün deyil.

    Nisbi ünvanlar. Hesablama prosesində dəyişə bilən ünvanlardır. Onlarda dəyişən məlumat yazılır. Misal üçün A5, B4, C15 və s.Sabit olmayan məlumatı saxlamaq üçün nisbi ünvanlardan istifadə olunur.

    Mütləq ünvanlar. Özündə sabit məlumat saxlayan ünvanlardır. Yəni həll olunan məsələdə bütün hesablama prosesində sabit qalan məlumat. Hesablama cədvəlinin

    müxtəlif ünvanlarından mütləq ünvana müraciət olunur. Mütləq ünvanı nişanlamaq üçün



    $ işarəsindən istifadə olunur. Mütləq ünvan 2 cür olur:

    1. $ işarəsi ilə ancaq sütunu qeyd etmək olur (fiksə etmək). Misal üçün $A10. Bu halda sütun dəyişməz qalır, sətir isə dəyişir.

    2. $ işarəsi ilə sətri qeyd etmək olar. Misal üçün, A$10. Bu halda məlumat eyni sətirdən, lakin müxtəlif sütunlardan götürülə bilər.

    3. $ işarəsi ilə həm sətri həm sütunu qeyd etmək olar Misal üçün $A$10. Bu halda məlumat həmişə 1 oyuqdan götürülür. Başqa sözlə desək bu oyuqdakı məlumat bütün hesablamalarda sabit olur.

    Excel proqramı haqqında əsas anlayışlardan sonra praktiki tapşırıqlar.

    1. Excel proqramının yüklənməsi

    2. Cədvəlin müxtəlif oyuqlarını seçmək. Cədvəl üzrə hərəkət.

    3. Oyuğa mətn daxil etmək. Seçilən oyuğa ad daxil etmək. Məlumatı daxil etdikdən sonra onun bitdiyini qeyd etmək. Başqa sözlə, məlumatı qəbul etdirmək lazımdır. Bunu bir neçə üsulla etmək olar:

      1. Klaviaturadan Enter düyməsi vasitəsi ilə

      2. Mausla başqa bir oyuğun üzərində vurmaqla

      3. Klaviaturada düymələrdə istifadə etməklə




      1. Ünvan sətrində nişanı üzərində vurmaqla

    Qeyd. Bütün sütunu seçmək üçün o sütunun adı üzərində, sətri seçmək üçün sətrin nömrəsi üzərində mausun sol düyməsini vurun.

    Ad yazılan oyuğa adın pozulmaması şərti ilə soyadı daxil etməli. Nə baş verdi? Ad soyadla əvəz olundu. Necə etmək olar ki, məlumatı oyuğa ya əlavə edək və ya düzəlişlər edək. Oyuğa daxil edilən məlumat düstur sətrində redaktə edilir. Deməli düstur sətri imkan verir:



    • seçilən oyuqda dəyişikliklər aparmaq

    • oyuqda natamam görünən məlumatı tam görmək.

    Cədvəlin bir çox imkanları var: Sətir və sütunların ölçüsünü dəyişmək, sətir və sütun əlavə etmək, sətir sütunları pozmaq, cədvəli formatlamaq s. Bundan əlavə bir çox məsələlərdə funksiyalardan istifadə etmək, diaqramlar qurmaq, cədvəllərdə filtrasiya etmək, məlumatın daxil edilmə prosesində yoxlama aparmaq və s.
    Hesablamadan sonra oyuqda yaranırsa, o deməkdir ki, hesablama nəticəsində alınan ədəd oyuqda yerləşmir. Hesablamadan sonra oyuqda yaranırsa o deməkdir ki, düsturda rəqəm olmayan element iştirak edir. Hesablamadan sonra oyuqda yaranırsa o deməkdir ki, sıfıra bölmə cəhdi.

    Yoxlama üçün misal:

    Y=kx+b xətti funksiyasının qiymətlər cədvəlini tərtib edin k=3,5 b=9,5

    A1 oyuğuna cədvəlin başlığını daxil edin. Yazı şriftini, stilini, ölçüsünü təyin etməklə A3 və A4 oyuğuna “x” və “y” daxil edin




    MİSALLAR!!!!!


    Verilənlər bazasını idarə etmə sistemləri



    Verilənlər bazası müəyyən əlamətlərinə görə əlaqələndirilmiş, struktur formasında məlumatlar toplusudur.

    İdarəetmə sistemləri verilənlər bazalarını tərtib və emal edən sistemlərdir. Sistemlər üç qrupa bölünür:



    1. Relyatsion

    2. Şəbəkə

    3. İerarxik

    Relatsion tipli bazalarda verilənlər 2 ölçülü cədvəl şəklində tərtib olunur. Daha mürəkkəb quruluşa malik olan məlumat toplusu şəbəkə və ierarxik sistemlərlə idarə olunur.

    Access tətbiqi proqramı verilənlər bazalarının idarəetmə sistemlərindən biridir, VB-nın tərtibi və emalı üçün istifadə olunur. Verilənlə bazasının tərtib hissələri:

      1. sahə(pole)

      2. yazı(zapis)

      3. cədvəl

    Sahə - hər hansı bir obyekti xarakterizə edən müəyyən bir elementdir. Misal üçün obyekti tələbə olan verilənlə bazasında obyekti xarakterizə edən amillər tələbənin adı, soyadı, təvəllüdü, cinsi s. sahələrdir. Cədvəl rejimində sahənin təsviri üçün sütun ayrılır. Sahənin adı cədvəldə sütunun adı olur.

    Yazı – Konkret obyekt haqqında tam məlumat yığımıdır. Obyekti tələbə olan verilənlər bazasında bir tələbə haqqında olan tam məlumatdır. Cədvəl rejimində yazı sətirlərdir.

    Məntiqi, qarşılıqlı əlaqəli və müəyyən bir predmet oblastı əhatə edən verilənlər toplusu relyatsion bazanı təşkil edir. Və yaxud verilənlər bazası müəyyən predmet oblastının bütün obyektləri haqqında toplanan məlumatlar toplusudur.



    Relyation bazasını idarəedən sistemlər: FoxPro, Clipper, Or..., Access və s..


    Verilənlər bazasının yaradılması





    1. MS Access proqramının yüklənməsi. (Start/Proqrams/MSAccess)

    2. Standart paneldə New düyməsini sıxmaq və yaxud File/New əmrini seçmək lazımdır.

    3. File/ NewDataBaze pəncərəsi açılacaq. İlk növbədə yaradılacaq verilənlər bazasına ad verilməli və müəyyən ünvanda yadda saxlanılmalıdır. Misal üçün: C:/Baze/Library. Verilənlər bazasının adı Obyektin adı ilə adlandırılsa daha məqsədəuyğun olar. Nəhayət, verilənlər bazasını tərtib etmək üçün aşağıdakı pəncərə açılır.


    Cədvəllər konstruktor rejimində tərtib olunur. Bu rejimdə verilənlərin tipini, sahələrin adlarını dəyişmək, lazım olmayan sahələri pozmaq mümkündür.



    Ms Access proqramında aşağıdakı obyektlərlə tanış olaq.

    Cədvəl sətir sütunlardan ibarətdir. Cədvəlin sətirlərinə yazı(zapis), sütunlarına isə sahə(pole) deyilir. Hər bir cədvəldə eyni tipli obyektlər haqqında məlumat saxlanılır.(Tabls)

    Forma – Verilənləri cədvələ daxil etmək üçün vasitə obyektidir.(Forms)

    Sorğu – Bir və ya bir neçə cədvəldən məlumat almaq imkanı verən obyekt.(Quers) HesabatMəlumatların ekranda, çapda əks etdirmək üçün istifadə edilən obyekt.(Reports)

    Makros - əməliyyatları sürətləndirmək üçün makrokomanda vasitəsi ilə reallaşdırılan əməliyyatlar ardıcıllığıdır

    Modul – Qeyri-standart proseduraları həyata keçirmək üçün Visual Basic proqram dilində tərtib olunan proqramdır.

    Download 241.13 Kb.
    1   2   3   4   5   6   7   8




    Download 241.13 Kb.