İnformatikanin əsaslari




Download 1,13 Mb.
bet38/63
Sana29.12.2019
Hajmi1,13 Mb.
#6039
1   ...   34   35   36   37   38   39   40   41   ...   63

Bir hücrənin ünvanı.


Excel XP hücrələrinə ad, soyad, maaş s. kimi hərf rəqəm məlumatları daxil etdikdə, bəzi məlumatların da öz-özünə yaradılmasını və görünməsini istəyə bilərsiniz. Bu cür məlumatlar digər mövcud məlumatlarla əlaqələndirilmə yolu ilə yaradıla bilər. Bunun üçün yaradılacaq məlumatların digər məlumatlarla riyazi əlaqəsini qurmaq formullar şəklində ifadə etmək lazımdır.

Formullar məlumatlar arasında əlaqə quraraq yeni məlumatlar yaratmaq üçündür. Bir formulun yazılışında, hansı məlumatlarla əlaqə qurulacağı, o məlumatın yerləşdiyi hücrənin işçi səhifə üzərindəki yeri, yəni, ünvanı göstərilə bilər.

Yuxarıda göstərdiyimiz misalda alınacaq maaşı hesablamaq üçün aşağıdakına uyğun bir ifadə yazmağınız lazımdır:

AlınacaqMaaş = ÜmumiMaaş * 0.66

İşçi səhifədə məlumatların yerləşdiyi hücrələrin ünvanlarını nəzərə alaraq bu ifadəni aşağıdakı kimi göstərə bilərsiniz:

E3 = D3 * 0.66

Bu ifadə yalnız birinci sırada yerləşən şəxs üçün münasibdir. Digər şəxslər üçün də oxşar ifadələr yazılmalıdır:

E4 = D4 * 0.66 E5 = D5 * 0.66

Yaxşı, bu ifadələri haraya və hansı formada daxil edəcəksiniz? Belə hərəkət etməlisiniz: E3 hücrəsini sıxaraq aktivləşdirməli, sonra içərisinə aşağıdakı ifadəni daxil etməlisiniz (şəkil 10.):

= D3 * 0.66

Göründüyü kimi, burada E3 hücrəsindəki məlumatı yaratmaq üçün sol tərəfindəki D3 hücrəsində yerləşən məlumatdan istifadə etdiniz. Bu baxımdan deyə bilərik ki, Excel XP- də hər hansı bir məlumatla əlaqə qurmaq üçün o məlumatın yerləşdiyi hücrənin səhifədəki yerindən, adından, ünvanından istifadə etmək lazım gəlir.

Ünvanlar hücrənin yerləşdiyi sütunun adı və sətir nömrəsinin yan-yana yerləşməsi ilə göstərilir.



Şəkil 10. Alınacaq maaşın hesablanması
E3 hücrəsinə yuxarıda göstərdiyimiz ifadəni daxil etdiyiniz zaman, hücrə içərisində ifadənin özü deyil, nəticəsi görünəcəkdir. İfadənin özü isə ancaq bu hücrə aktiv olduğu (yəni, seçildiyi) zaman formul çubuğunda (formula bar) görünə bilər.

Şəkildə sütun adlarının yuxarısında, sol tərəfdə E3 yazılmış sahəyə ünvan sahəsi və ya ad sahəsi deyilir. Hansı hücrədə olduğunuzu müəyyənləşdirmək üçün heç də həmin hücrənin yerləşdiyi sütun adına və sətir nömrəsinə baxmağa ehtiyac yoxdur. Bunun əvəzinə ünvan sahəsinə baxaraq hücrə ünvanını görmək kifayətdir. Ünvan sahəsinin sağında, =D3*0.66 ifadəsinin göründüyü yerə formul çubuğu deyilir.

Formulları yazarkən mütləq = işarəsi ilə başlamaq lazımdır. Bu işarə ilə başlamayan formul ifaləri mətn kimi qəbul edilir hücrə ərisin nəticə deyil, formulun özü rünür.

Kəsr ədədri daxil erkən . (nöqtə) ya , (vergül) işasindən istifadə edi bilər. Bu da Windows-un parametrlərinin necə qurulmasından asılıdır. Bu parametr- ləri Control Panel (Панель управлениеdarə Etmə Paneli) ncəsindəki Regional Setting (Öl Qurmaları) piktoqramı üzərində ikiqat sıxaraq açılacaq dialoq ncərəsində dəydirə birsiniz.

İlk sıradakı şəxs üçün alınacaq maaşı hesabladıqdan sonra, növbəti hər şəxs üçün oxşar formulları tək-tək daxil etmək lazım gəlmir. E3 hücrəsindəki formulu aşağıdakı hücrələrə köçürərək, digər şəxslər üçün də alınacaq maaşları çox asanlıqla hesablaya bilərsiniz.


Download 1,13 Mb.
1   ...   34   35   36   37   38   39   40   41   ...   63




Download 1,13 Mb.