İstilik şüalanması və onun xarakteristikaları. Mütləq bərk cismin şüalanma qanunları. Plank formulası




Download 2.13 Mb.
bet1/5
Sana23.10.2023
Hajmi2.13 Mb.
#90073
  1   2   3   4   5
Bog'liq
muh -2,3,4,5,6
şəbnəm

İstilik şüalanması və onun xarakteristikaları.Mütləq bərk cismin şüalanma qanunları.Plank formulası.



İstilik şüalanması probleminin həlli işığın kvant nəzəriyyəsinin yaranmasında müstəsna rol oynadığına görə bu şüalanma və onun qanunları haqqında ətraflı söhbət aparmaq lazımdır.


Temperaturu mütləq sıfırdan fərqli olan istənilən cisim elektromaqnit dalğaları şüalandırır. Belə şüalanma həmin cisimin istilik enerjisinin ehtiyatı hesabına baş verir. Şüalanan cisimə kənardan əlavə enerji verilmədiyi halda onun enerji ehtiyatı azaldığından temperaturu get-gedə aşağı düşür. Digər tərəfdən, bu şüalanma hər hansı cisim tərəfindən enerji udduqda onun istilik enerjisi ehtiyatı artır – cisim qızır. Elə buna görə də həmin şüalanma, istilik şüalanması , yaxud temperatrur şüalanması adlanır.
Cisimin şüalanması enerji itgisi ilə müşayət olunur. Uzun müddətli şüalanmanı təmin etmək üçün enerji itkisinin yerini doldurmaq lazımdır. Şüalanma müxtəlif enerjilər hesabına ola bilər. Təbiətdə ən geniş yayılmış olan közərmiş cisimlərin şüalanmasıdır. Közərmiş cisimlərin şüalanmasına istilik şüalanması deyilir. İstilik şüalanması digər şüalanmalardan fərqli olaraq, müəyyən şərtlər daxilində tarazlıqda olan şüalanmadır.Məsələn: elektromaqnit dalğaları keçirməyən və daxili səthi qaytarıcı (güzgü) olan qapalı bir həcmdə olan müəyyən temperaturlu cisimin şüalandırdığı elektromaqnit dalğaları qapalı səthin daxili divarlarından qayıdaraq yenidən həmin cisimin üzərinə düşəcəkdir və müəyyən zamandan sonra vahid zamanda cisimin şüalandırdığı və udduğu enerjinin miqdarı bərabər olacaqdır, yəni cisimlə şüalanma arasında dinamik tarazlıq yaranacaqdır.
İstilik şüalanması istisna olmaqla , istənilən digər enerji növü hesabına həyəcanlandırılma zamanı yaranan bütün şüalanma növləri (ışıq şüalanması) lüminesensiya adlanır.
Havada oksidləşən fosfor,bögəklər,çürüntülər- oksidləşmə reaksiyası zamanı yaranan kimyəvi enerji hesabına işıq buraxma hadisəsi xemolüminesensiya adlanır.
Qazlarda, mayelərdə və bərk cisimlərdə cərəyan keçən zaman yaranan yaranan şüalanma elektrolüminesensiyadır. İşıq şüalarının təsiri yaranan şüalanma fotolüminesensiya, işıq buraxan maddə isə lüminofor adlanır.
İstilik şüalanmasını ətraflı öyrənmək üçün bu şüalanmanı xarakterizə edən fiziki kəmiyyətlərlə tanış olaq.
Eyni ölçülü müxtəlif cisimlər eyni qədər qızdırıldıqda , onların vahid zamanda şüalandırdıqları enerjilərin miqdarı müxtəlif olur. Bundan əlavə eyni ölçülü və eyni formalı müxtəlif cisimlərin üzərinə eyni miqdarda şüalanma yönəltdikdə onların udduğu enerjinin miqdarı da müxtəlif olur.Ona görə də cisimlərin bu iki xassələrini müəyyənləşdirmək məqsədi ilə onların şüalandırma və udma qabiliyyəti adlanan fiziki anlayışlardan istifadə etmək zərurəti yaranır.

Download 2.13 Mb.
  1   2   3   4   5




Download 2.13 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İstilik şüalanması və onun xarakteristikaları. Mütləq bərk cismin şüalanma qanunları. Plank formulası

Download 2.13 Mb.