İstilikkeçirmə.Furye qanunu




Download 24 Kb.
bet2/4
Sana31.07.2023
Hajmi24 Kb.
#77772
1   2   3   4
Bog'liq
İstilik və kütlə ötürülməsi
Milli Aviasiya Akademiyas (qsc) S rb st -№2
İstilikkeçirmə.Furye qanunu
İstilikkeçirmənin əsas qanunu Furye qanunudur. Bu qanuna görə səthin dA sahəli elementindən vahid zamanda istilikkeçirmə ilə ötürülən istiliyin miqdarı dQ temperatur qradiyenti dt/dn ilə mütənasibdir:
dQ = λ(dt/dn)dA
burada λ − mütənasiblik əmsalı, materialın istilikkeçirmə
əmsalı adlanır. [λ] = C/(m∙s.∙ ) və ya Vt/(m∙ ); (1.1) tənliyinin sağ tərəfindəki mənfi işarəsi istiliyin ötürülməsi istiqamətində temperaturun azalmasını göstərir.
λ əmsalı cismin vahid səthindən vahid zamanda temperatur qradiyenti vahid olduqda, ötürülən istiliyin miqdarını göstərir. λ-nın qiyməti cismin istiliyi keçirmə qabiliyyətini xarakterizə etməklə, onun təbiəti, quruluşu, nəmliyi və temperaturundan asılıdır. λ -nın ədədi qiymətləri təcrübi yolla tapılmaqla, praktikada işlədilən cisimlər üçün texniki soraq ədəbiyyatlarında verilir.
Temperatur qradiyenti dt/dn baxılan cisimdə eyni t temperaturlu hissəciklərin əmələ gətirdiyi izotermik səthə normal istiqamətdə vahid uzunluqda temperaturun dəyişməsini ifadə edir.
Ən böyük istilikkeçirmə metallarda müşahidə edilir. Onlar üçün 20 -də λ=2,3 − 418 Vt/(m∙ ) hədlərindədir; özü də ən yuxarı qiymət gümüşə aiddir. Daha sonra qırmızı mis (λ≈395), qızıl (λ≈300), alüminium (λ≈210), sink (λ≈113) və i.a. gəlir. Qeyri-metal materialların istilikkeçirmə əmsalları λ=(0,02 ÷ 3) Vt/(m∙ ), mayelər (əridilmiş metallar istisna olmaqla) üçün λ=0,09 ÷ 0,7 Vt/(m∙ ), qazlar üçün isə λ=0,006 ÷ 0,6 Vt/(m∙ ) hədlərində dəyişir. Əridilmiş metallarda λ<100 Vt/(m∙ ) qiymətlərinə malikdirlər.
Metal ərintilərinin, maye və qaz qarışıqların istilikkeçirmə əmsalları additivlik qaydasına tabe olmurlar.
Əksər materiallar üçün istilikkeçirmə əmsalının temperaturdan asılılığı xətti xarakter daşıyır:
λ = λ0(1+γt) (1.2)
burada λ0 t = 0 - də materialın istilikkeçirmə əmsalı; γ
temperatur əmsalı, 1/
Qazların istilikkeçirmə əmsalı temperatur yüksəldikcə artır
Bu asılılıq aşağıdakı tənliklə ifadə olunur.
λ=λ0(T/T0)m (1.3)
burada λ0, λ − uyğun olaraq, T0 =273K T temperaturlarında
qazın istilikkeçirmə əmsalları; m – sabit. λ0 m – in qiymətləri soraq ədəbiyyatlarında verilir. Qazların istilikkeçirmə əmsallarına təzyiq praktiki olaraq təsir etmir.
Mayelərin (qüvvətli assosiasiya olunmuşlardan − su, qliserin və s. başqa) istilikkeçirmə əmsalı temperatur artdıqca azalır:
λ = λ30[1 –γ(t – 30)] (1.4)
burada λ30 30 -də istilikkeçirmə əmsalı. Temperatur əmsalının qiyməti n.heksan üçün γ · 103 = 2,0, n.heptan üçün
𝛾 · 103 = 1,8.
Mayelər üçün γ və λ-nın qiymətləri barədə məlumatları soraq ədəbiyyatlarında tapmaq olar.


Download 24 Kb.
1   2   3   4




Download 24 Kb.