• Şüalanma ilə istiliyin ötürülməsi
  • Ədəbiyyat İstilik aparatları
  • İstilikvermədə kriterial tənliklər




    Download 24 Kb.
    bet4/4
    Sana31.07.2023
    Hajmi24 Kb.
    #77772
    1   2   3   4
    Bog'liq
    İstilik və kütlə ötürülməsi
    Milli Aviasiya Akademiyas (qsc) S rb st -№2
    İstilikvermədə kriterial tənliklər. Sərbəst və ya məcburi konveksiyada istilikvermə əmsalının qiymətini tapmaq üçün hesablama düsturlarını yığcam və kifayət qədər ümumi şəkildə təqdim etməyə imkan verən oxşarlıq kriterilərindən istifadə edilir. Əgər bütün hallarda, baxılan oxşarlıq kriteriləri eyni ədədi qiymətlərə malikdirlərsə, modeldə alınmış təcrübi nəticələri istənilən qədər iriləşdirilmiş həndəsi oxşar sistemlərə aid etmək olar. Bu kriterilər mücərrəd ədədlər deyildirlər, müəyyən fiziki məna kəsb edirlər. İstilikvermə əmsalı α adətən Nüselt kriterinə daxildir:
    𝑁𝑢 = 𝛼𝑙𝜆
    burada l − xarakterik xətti ölçü, m.
    Nüselt kriteri istilikvermə və istilikkeçirmə ilə ötürülən istilik axınlarının nisbətini göstərir.


    Şüalanma ilə istiliyin ötürülməsi
    Təbiətdə rast gəlinən bütün cisimlər fasiləsiz olaraq müxtəlif növ enerjiləri şüalandıra və uda bilirlər. Enerjinin şüalanması bəzən radiasiya adlanır. Enerjini şüalandırma intensivliyi molekulların daxilindəki rəqsi proseslərlə əlaqəli olmaqla, cismin təbiəti, temperaturu, səthinin vəziyyəti, dalğanın uzunluğundan, qazlarda isə həmçinin təzyiq və qaz qatının qalınlığından asılıdır.
    Şüalanan enerjinin daşıyıcıları vakuumda işıq sürətilə (3∙108 m/s) yayılan, dalğalarının uzunluqları mikrometrin hissələrindən (məsələn, qamma-şüalar, rentgen şüaları) çox kilometrlərə (məsələn, radio dalğaları) qədər olan elektromaqnit rəqsləridir. Baş verməsi şüalandıran cismin temperaturu və optik xassələrilə müəyyənləşən, dalğalarının uzunluğu 0,8−800 mkm, yəni infraqırmızı diapazonda olanlar istilik şüaları, onların yayılması isə istiliyin şüalandırılması adlandırılırlar.
    Cismin vahid səthinin vahid zamanda şüalandırdığı enerjinin miqdarı cismin şüaburaxma qabiliyyəti E [Vt/𝑚2] adlanır:

    Cismin temperaturu yüksəldikcə, onun daxili enerjisi
    artdığından şüaburaxma (şüalandırma) intensivliyi də çoxalır. Şüaburaxma intensivliyi bərk və maye cisimlərdə daha yüksəkdir, həm də şüaburaxma ilə istilik mübadiləsində onların ancaq nazik üz qatları iştirak edirlər və istiliyin şüalanmasını praktiki olaraq səthi hadisə hesab etmək olar. Qazlar və buxarlar şüaburaxmanın həcmi xarakterli olması ilə fərqlənirlər, yəni bu prosesdə cismin həcmindəki bütün hissəciklər iştirak edirlər.
    Cismin şüalandırdığı enerji başqa cisimlər tərəfindən qəbul olunur. Bu halda cismin səthinə düşən şüa enerjisinin ümumi axını Qd, qismən udulur Qu, qismən əks olunur Qə, və qismən cismin içindən keçir Qk, yəni
    Qd = Qu+ Qə+ Qk

    Ədəbiyyat
    İstilik aparatları(dərs vəsaitləri)- Mürşüdli Ç.C., Məmmədov Q.Ə

    Download 24 Kb.
    1   2   3   4




    Download 24 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    İstilikvermədə kriterial tənliklər

    Download 24 Kb.