Az ərbaycanda atmosferin ekoloji vəziyyəti və problemləri




Download 1.12 Mb.
Pdf ko'rish
bet5/22
Sana24.11.2022
Hajmi1.12 Mb.
#31676
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   22
Bog'liq
M.Sunay-İxtisasa-giriş

5.Az
ərbaycanda atmosferin ekoloji vəziyyəti və problemləri 
Az
ərbaycan dünyanın ən zəngin təbiətinə malik olmaqla füsunkar gözəlliyi ilə seçilir. 
Bitki, heyvanlar al
əmi və insanlar biosferin tərkib hissəsi kimi bir-biri ilə əlaqədə olur. 
Biosferin t
ərkib hissəsi olan atmosfer, litosfer və hidrosferdə baş verən fıziki-kimyəvi 
hadis
ələr oksigenin və ozonun, aktiv hissəcikləri və minlərlə zərərli maddələrin qarşılıqlı 
t
əsiri nəticəsində hava, torpaq və su mənbələri çirklənir. Zərərli maddələrlə çirklənmə 
d
ərəcəsi biosferin əsas tərkib hissələrinin fıziki-kimyəvi və digər xüsusiyyətlərindən 
asılıdır. Ətraf mühitə zərərli maddələrin təsirini müəyyən etmək üçün atmosfer, hidrosfer 
v
ə litosferin əsas xüsusiyyətlərini və onlarda zərərli maddələrin təsirindən baş verən 
d
əyişiklikləri, fıziki-kimyəvi çevrilmələri öyrənmək vacibdir. Atmosferin ekoloji durumu 
Yer kürəsi üzərində gedən proseslərdən asılıdır. Atmosferin litosferdən fərqli olaraq 
s
ərhədləri yoxdur. Atmosferin Yer kürəsinin hansı ərazisində çirklənməsinə baxmayaraq 
bütün bəşəriyyət, o cümlədən respublikamız üçün təhlükə yaradır. Respublikamızın 
atmosferind
ə gedən dəyişikliklər planetimizdə gedən proseslərlə əlaqəli olduğu üçün bu 
bar
ədə müəyyən biliklərə yiyələnmək vacibdir. Belə qlobal problemlərin dövlət sərhədi 
yoxdur. Atmosferin çirklənməsi və parnik effekti. Planetimizdə son yüz il ərzində illik 
temperatur 1 sclsi d
ərəcə artmışdır. Temperaturun 0,75 selsi artımı son onilliyə təsadüf 
edir. İqlimin qlobal istiləşməsi müxtəlif nəticələrə - bəzi regionlarda yağıntıların 
çoxalması və ya quraqlıq; buzlaqların əriməsi; subasmalar və dəniz səviyyəsinin 
artması nəticəsində təsərrüfat üçün əhəmiyyətli sahələrin su altında qalması; təbii 
kataklizml
ərin və infeksion xəstəliklərin sayının artması və s. gətirib çıxara bilər 
Mütəxəssislərin fikrincə, temperaturun 10-15 sclsi artması həyatın məhv olması ilə 
n
əticələnə bilər. Əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən 
sonra Yerd
ə həyat mövcud olmayacaq. Qlobal kataklizmlərin artması isə artıq müşahidə 
edilm
əkdədir. Bu mövzuda dünya alimlərinin fikirləri ziddiyyət təşkil edir. Bəzi alimlərin 
fikrinc
ə, iqlimin qlobal istiləşməsi Yerin təkamü- liindəki digər təbii istiləşmələrdən biri 
olub sonrakı soyuqlaşma mərhələsi ilə növbələşəcək. Əlbəttə ki, bu prosesdə insan 
f
əaliyyətinin rolu danılmazdır. Belə ki, iqlimin qlobal istiləşməsi antropogen faktorların 
t
əsirindən baş verən prosesdir. Burada istixana (parnik) effektinin və ətraf mühitin istilik 
çirklənməsinin rolu olduqca böyükdür. Yerdə həyatın əmələ gəlməsində atmosferin 
formalaşması və Yerin istilik balansının saxlanılması mühüm əhəmiyyət kəsb etmişdir. 
Atmosfer qaz t
əbəqəsi olub Yeri əhatə edir. Bildiyimiz kimi, atmosfer qazlar qarışığından 
ibar
ət olub, müəyyən qaz tərkibinə malikdir. Atmosferdə qazların nisbəti aşağıdakı 


kimidir: 78% azot, 21% oksigen, 0.03% karbon qazı (C02), 0.93% arqon, təxminən 
0.01% qalan qazlar (neon, helium, metan, ksenon, radon v
ə s.). Parnik effekti 
atmosferd
ə su buxarı vo bir sıra qazların: karbon qazı (СО,), dəm qazı (СО), metan 
(CH4), azot oksidl
əri (NOx), kükürd oksidləri (SOx) və s. miqdarının artması ilə 
əlaqədardır. Bu qazları parnik (istixana) qazları adlandırırlar. Pamik qazları atmosferdə 
yayılaraq Yerin ətrafında istixana tavanını xatırladan örtük əmələ gətirir. Nəticədə 
atmosfer Günəşdən gələn istiliyi Yerə buraxır, Yerdən kosmosa şüalanmalı olan 
enerjinin - istiliyin is
ə qarşısını alır. İşləmə mexanizmi etibarilə bu örtük istixana 
effektinin yaranmasına səbəb olur. Pamik effekti nəticəsində Yerdəki istiliyin yalnız 
20%-i yenid
ən kosmosa şüalanır. Pamik effektinin yaranmasında pamik qazlarının 
iştirakı aşağıdakı kimidir: 60% - C02, 20% - CH4, 5% - H20. Göründüyü kimi, pamik 
effektinin 
əmələ gəlməsində karbon qazının rolu çox böyükdür. Atmosferin tərkibində bu 
qazın miqdan son 150 ildə dəyişmişdir (nisbətən artmışdır). Hazırda atmosferdə 2, 6103 
milyard ton C02 var v
ə hər il atmosferə 20 milyard ton karbon qazı tullanır. Tədqiqatlara 
görə, 1988-ci ildə karbon tərkibli yanacağın yandırılması nəticəsində atmosferə 5,5 
milyard ton v
ə meşə yanğınları nəticəsində 2,5 milyard ton karbon atılmışdır. Hər il, iki 
milyard ton karbon C02-nin t
ərkibində fotosintez prosesi nəticəsində bitkilər tərəfindən, 
iki milyard ton karbon is
ə Dünya Okeanı tərəfindən mənimsənilir. Qalan iki milyard ton 
karbon is
ə mənimsənilməmiş qalaraq atmosferdə onun qatılığmın artmasına səbəb olur. 
ABŞ-nın MEA-nın hesablamalarına görə, 2100-cü ildə atmosferdə karbon qazının 
qatdığının 2 dəfə artması gözlənilir. Metan da istixana qazlarına aiddir. Metanın 
atmosferd
ə qatdığı hər il 1,2- 1,5% artır. Hazırda atmosferdə metan qazı sənayenin 
inkişaf etmədiyi dövrlə müqayisədə 60% çoxdur. Təbiətdə pamik effektinin tamamilə 
mövcud olmaması, biosferdə çox böyük mənfi nəticələrə gətirib çıxara bilər. Atmosferdə 
pamik qazlarının tamamilə olmaması şəraitində Yer səthində temperatur 30-35°C 
azalar. Onda Yerd
əki şərait Ayda olan şəraiti xatırladar, gündüzlər yer çox qızar, 
gec
ələr isə çox soyuyar. Pamik effekti və ümumilikdə atmosferin çirklənməsi 
ekosistemin quruluşunda və onda gedən proseslərdə elə dəyişikliklərə səbəb olur ki, 
ekosistemin t
ənzimedici prosesləri bu mənfi dəyişiklikləri aradan qaldıra bilmir. 
Atmosferin çirklənməsi insan orqanizminə də özünəməxsus təsir göstərir. Belə ki, C02-
nin 
əmələ gətirdiyi sulfat turşusu, insan və heyvanların ağciyər toxumasını dağıdır. Bunu 
iri şəhərlərdə yaşayan uşaqların ağciyər xəstəlikləri ile bu şəhərlərin atmosferdoki C02-
nin miqdarı arasındakı əlaqənin tədqiqi zamanı aydın müşahidə etmək olar. 1992-ci ildə 
BMT-nin Rio-dc-
Jcncyro şəhərində (Braziliya) «Ətraf mühit və inkişaf» mövzusunda 
keçirilən konfransda iqlimin dəyişməsi haqqında konvensiya qəbul edildi. 1997-ci ilin 
dekabr ayında isə Kiotada (Yaponiya) yuxarıda qeyd olunan konfransın tərəflərinin 
iştirakı ilə protokol təşkil olundu. Bu protokol Kioto Protokolu adlanır. Burada 159 
ölkədən 2 min nümayəndə iştirak edirdi. Kiota Protokoluna görə, atmosferə atılan par- 
nik qazlarının miqdan 5,2% azaldılmalıdır. Bütün xoşagəlməz proqnozlara baxmayaraq, 
dünya ictimaiyyəti atmosferin çirklənməsinin və pamik effektinin pik nöqtəyə çatmasının 
qarşısını almaq üçün müəyyən tədbirlər görməlidir: 1. Sənaye müəssisələrində 
t
əmizləyici qurğuların qoyulması ilə atmosferə tullanan pamik qazlarının miqdarının 
azalması; 2. Qeyri-ənənəvi enerji mənbələrindən istifadə edilməsi. Bura külək, günəş 
enerjisi, AES-
ları və s. daxildir; 3. Meşələrin qırılmasının qarşısının alınması və yeni 
meşə sahələrinin salınması; 4. Zibillərin çeşidlənərək xüsusi zavodlarda utilize edilməsi 
v
ə bu yolla atmosferə tullanan zəhərli qazların miqdarının minimuma endirilməsi; 5. İri 


şəhərlərdə atmosfer çirklənməsinin qarşısım almaq məqsədilə tıxacların sayını 
azaltmaq üçün müəyyən tədbirlərin görülməsi. Bu cür tədbirlər ayn-ayrı ölkələrin 
siyas
ətinin başlıca istiqamətlərindən olmalıdır. Çünki qlobal problemlər dövlət sərhədləri 
tanımır və atmosferin çirklənməsi belə qlobal problemlərdəndir. Ümid edək ki, yüksək 
insanlıq bu problemin öhdəsindən də layiqincə gəlməyi bacaracaq. Səs-küy ekoloji 
problemi. Elmi-texniki t
ərəqqinin respublikamızda yaratdığı ən aktual problemlərdən biri 
d
ə səs-küy və Mobil telefonlarla bağlıdır. Səs dedikdə, hissəciklərin rəqslərinin elastik 
mühitdə (bərk, maye, qaz) yayılması başa düşülür. Səsin bioloji və fiziki anlayışları 
mövcuddur. Bioloji səs anlayışına rəqslər və dalğalar aiddir, hansılar ki, insanın eşitmə 
orqanı ilə qəbul olunur. Səs o zaman hiss olunur ki, səslərin rəqsləri və intensivliyi 
müəyyən hüdudlarda olsun. Özünəməxsus qabiliyyət və yaşı nəzərə almasaq insanın 
qulağı üçün eşidilən rəqslərin spektri 15-20 hs-dən 20 khs-ə qədər olur. Fiziki səs 
anlayışına elastiki mühitin eşidilən və eşidilməyən rəqsləri daxildir (şərti olaraq 0 hs-dən 
1013 hs-d
ək). 20 hs-dən aşağı olan rəqslərin tezliyi infrasəs adlanır. İnfrasəslərin 
tezliyinin aşağı sərhədi məhdud deyil. Bizi əhatə edən ətraf mühitdə min hissəli tezlikli 
infras
əslərə rast gəlinir. İnfrasosli dalğaların diapazonlarının öyrənilməsi böyük maraq 
k
əsb edir. Məsələn: Yer kürəsi qabığında baş verən seysmik dalğa. Onların yayılma 
xarakterind
ən asılı olaraq yer qabığının quruluşunu və faydalı qazıntıların kəşfiyyatını 
h
əyata keçirmək olur. 20 khs-dən yüksək rəqsli dalğalar ultrasəslər adlanır. Hansılar ki, 
eşitmə hissi oyatmaq qabiliyyətinə malik deyil. Müasir texnologiyalarda ultra səslərdən 
geniş istifadə olunur. Tibbdə, diaqnostikada və cərrahiyyədə, radiotexnikada və s. 109-
1013 hs tezlikli diapazonda elastiki mühütin tezlikləri yerləşir. Bu da hipersəs adlanır. 
Arasıkəsilməz spektr ilə eşidilən periodik olmayan rəqslərin səsləri səs-küy kimi başa 
düşülür. Səs-küyün intensivliyi çox müxtəlif olur. Ağac yarpaqlarının tərpənməsindən 
tutmuş ildırım boşalmasınadək. Səs-küy öz mənbələrinə görə təbii və texnogen olmaqla 
2 qrupa bölünürlər. Təbii mənşəli səs-küy. Atmosferdə insanlardan asılı olmayaraq təbii 
m
ənşəli səs-kiiy mövcud olur. Onun diapazonuna 3-10 3 hs-li infrasəsdən tutmuş 
ultras
əs və hipersəslor aiddir. Məsələn: dəniz dalğalan, dağ uçurumları, meşədə baş 
ver
ən küləklər, quşların oxuması, hcyvanlann səsi, şəlalə nin axması və s. İnfra səslərin 
m
ənbəyi - meteoroloji və coğrafi mənşəli olur. Məsələn: Maqnit qasırğaları, qütb 
parıltısı, qasırğalar, zəlzələlər və s. Təbii mənşəli səs-küy o qədər rəngarəngdir ki, onu 
tam t
əsəvvür etmək çətindir. Texnogen mənşəli səs-küy. Texnogen mənşəli səs-küyə 
müasir dövrdə mövcud olan texniki mexanizmlər, nəqliyyat, təchizat və s. aiddir. Bunlar 
öz növbəsində ətraf mühitdə nəzərəçarpacaq dərəcədə səs-küylü çirklənmə törədirlər. 
Texnogen m
ənşəli səs-küylərin mənbələrinə misal olaraq: dəmir yolu, su nəqliyyatları, 
aviasiya v
ə təkərli nəqliyyat, sənaye və məişət obyektlərinin texniki təchizatı, sanitar-
mexaniki t
əchizat, istilik-energetik sistemli elektromexaniki qurğular, qaz-truba 
kompressoru, elektrotexniki cihazlar v
ə təchizat, aeroqaz dinamik qurğuları və s. aiddir. 
Texnogen m
ənşəli səs-küy fiziki təbiətinə görə aşağıdakı qruplara ayrılır: -
mexanizml
ərin, maşınların, qurğuların, dəzgahlann qarşılıqlı təsiri nəticəsində törədilən, 
habel
ə üst qatlarının vibrasiyası nəticəsində əmələ gələn mexaniki səs-küylər; -
elektromaqnit cihazların elektromaqnit təsiri nəticəsində əmələ gələn, transformator, 
stator v
ə rotorların yaratdığı elektromaqnit səs-küy; -aerodinamik səs-küy. Məsələn: 
sıxılmış qazm adiobatik genişlənməsi zamanı müşahidə olunur; -mayelərdə müxtəlif 
prosesl
ər nəticəsində baş verən hidrodinamik səs- küy. Texnogen mənşəli səs-küy 
insan orqanizmin
ə zərərli təsir göstərir. Bu zərərli təsir eşitmə orqanının özünəməxsus 


korlanmasına gətirib çıxanr. Bununla bərabər insan orqanizminin digər sistemlərinə də 
t
əsir edir. Tibbdə «Səs-küy xəstəliyi» adlı termin mövcuddur. Bu isə insanlarda 
hipertoniya, hipotoniya v
ə s. xəstəliklər ilə müşahidə olunur. İnsana təsir göstərən səs-
küyün səviyyəsi, xarakteri, spektral tərkibi, təsir etmə müddəti və həssaslığın fərdiliyi 
böyük məna kəsb edir. Səs-küyün intensiv təsiri davam edərsə, sinir və endokrin 
sistem, damarların tonusu, mədə-bağırsaq taktına və s. öz təsirini göstərir. Bu 
sadalananlar spesifik t
əsirlərdir. Qeyri-spesifik təsirlər də mövcuddur. Bunlar daha tez 
özlərini göstərmək qabiliyyətinə malikdirlər. Eşitmə orqanı korlanmazdan əvvəl vege- 
tativ sinir sisteminin pozulması halı müşahidə olunur. Səs-küy problemi həm də 
vestibulyar aparatın korlanmasına da səbəb olur. Məhz, bütün bunlara görə müasir 
dövrdə ekoloji problem kimi səs-küy problemi daha qabarıq nəzərə çarpır. Müəyyən 
olunmuşdur ki, 15-20 hs tezlikli infrasəs qorxu hissi yaradır. Bu cür səs-küylərin 
m
ənbələri isə müasir dövrdə çox müxtəlifdir. Təsərrüfat və məişət səs-küyü yorğunluq, 
qıcıqlanma yaradır, iş qabiliyyətini aşağı salır, diqqəti pozur və s. Lakin təbiətdə baş 
ver
ən səs-küy quşların oxuması, su səsi, yarpaq xışıltısı öz təsir effektlərinə görə pozitiv 
hesab olunur. İnkişaf etməkdə olan şəhərlərdə tikinti işlərinin aparılması insanlar hiss 
etm
ədən onlara öz neqativ təsirini göstərir. Sutkanın müxtəlif saatlarında eşidilən bu 
s
əs-küy yuxusuzluğa, həzm sisteminə, hiss orqanlarına təsir göstərir. İntensiv səs-kiiy 
zamanı (partlayışlar, zərbəli dalğalar) səs 130 dB-dən yüksək olanda ağrı hissləri 
müşahidə olunur. Əgər səs 140 dB- dən yüksək olarsa, eşitmə orqanı tam olaraq 
sıradan çıxır. Ümumilikdə isə intensiv səsə dözmə hüdudu 154 dB hesab olunur. Bu 
zaman güclü baş ağrısı, görmə orqanının sıradan çıxması, ürək bulanma müşahidə 
olunur. Akustik t
əsir və ya səs-küy geniş yayılmış fiziki faktordur. Əhaliyə mənfi təsir 
göstərdiyi üçün səs-küy problemi sanitar-gigiyenik normanı aşan problem kimi qeyd 
olunur. Sadalanan f
əsadlarla yanaşı endokrin sistemdə vəzlərin ölçüsünün dəyişməsi, 
qan damarlarının daralması, qan təzyiqinin qalxması, bəbəklərin böyüməsi, cinsi 
f
əaliyyətin zəifləməsi, iştaha pozğunluğu və bir sıra psixi dəyişikliklər meydana çıxır. 
Konkret bir s
əs-küyə müxtəlif insanlar müxtəlif cür reaksiya verirlər. Bu həmin insanların 
əsəb sistemindən, ümumi sağlamlığından, psixo-emosional durumundan asılıdır. 
N
əqliyyat, onların siqnalları, tikinti səsləri daha spesifik təsirə malikdirlər. Bunları nəzərə 
alaraq, yol k
ənarında və ya tikinti gedən ərazilərdə evlərin pəncərələri xüsusi örtüklü 
olmalıdır. Lakin bəzən yaşayış binalarının daxilində do müəyyən narahatlıq törədən səs-
küyə də təsadüf olunur. Məsələn: lift, su nasosu, zibil çıxarıcı boru, ventilyasiya 
qurğuları və s. Səs-kiiy yaradan əsas mənbələrdən biri də avtomobil nəqliyyatıdır. 
Magistral yollardakı avtomobil nəqliyyatının səsi bəzən 90-95 dB olur. Avtomobil 
n
əqliyyatının səsi sürətdən, maşınların sayından, saz olma vəziyyətindən, küçələrin 
enind
ən, keyfiyyətindən və yolların ətrafında olan yaşıllıqların olub - olmamasından 
asılıdır. Sənaye şəhərlərində yük maşınlarına daha çox rast gəlinir. Müasir dövrdə isə 
maşınların say artımı çox intensiv olmuşdur. Statistik göstəricilərə görə 27 yaşadək olan 
insanların 46%-i, 28-37 yaşlı insanların 57%-i, 38-57 yaşlı insanların 62%-i, 58 və yuxarı 
yaşlı insanların 72%-nə səs-kiiy təsir göstərir. Məhz, bunları nəzərə alaraq dövlət 
standartlarına uyğun olaraq, xüsusi akustik komfortlu mühəndis və məişət cihazlarına 
ehtiyac yaranmışdır. Respublikamızın ən ciddi qlobal problemlərindən biri də ətraf 
mühitin mühafizəsi problemidir. Çünki XX əsrin ikinci yarısında insanın iqtisadi və digər 
f
əaliyyətinin nəticəsi olaraq ətraf mühit son dərəcə çirklənmiş və insan cəmiyyəti təhlükə 
altına alınmışdır. Ona görə do ekoloji təhlükəsizlik insanların həyat və sağlamlığının ən 


mühüm amilinə çevrilmişdir. İqtisadiyyat və ekologiya arasında mövcud olan ziddiyyətlər 
müasir dövrdə ətraf mühiti qorumaq və bəşəriyyətin öz mövcudluğunu kəskinləşdirən 
t
əhlükədən xilas etmək üçün dövləti konstitusiya səviyyəsində hüquqi tənzimləmə 
mexanizmind
ən istifadə etməyə məcbur etmişdir. Respublikamızın ətraf mühitin 
çirklənməsinin əsas mənbələrini sənaye, kənd təsərrüfatı, nəqliyyat, şəhərsalma təşkil 
edir. Ətraf mühiti çirkləndirən fiziki faktorlar (səs, elektromaqnit şüaları, vibrasiya və s.) 
içərisində böyük neqativ güco malik səs və vibrasiyanın ətraf mühitə təsiri problemi 
respublikamız üçün daha təhlükəlidir Nəzərdən keçirdiyimiz bu problem və bu kimi digər 
probleml
ər müasir dövrdə çox vacib və bəzən də çox təhlükəli olduğundan 
konstitusiyada öz əksini tapmışdır. Konstitusiyanın bu məsələlər ilə bağlı müəyyən etdiyi 
müddəalardan biri də 39-cu maddədə təsbit olunmuşdur. Orada deyilir ki, hər kəsin 
sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Hər kəsin ətraf mühitin əsl vəziyyəti 
haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və 
əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Sağlam ətraf mühitdə yaşamaq 
hüququ özündə bir sıra prinsipləri əks etdirir: əvvəla, Konstitusiya normasında ifadə 
olunan m
ənəvi prinsip; ikincisi, obyektiv ekoloji qanunvericilik sisteminin qurulması üçün 
prinsip; üçüncüsü, bu hüquq vətəndaşın, dövlətin ətraf mühiti əlverişli, sağlam 
v
əziyyətdə saxlamaq, habelə əlverişsiz, qeyri-sağlam mühitin insana mənfi təsirini 
aradan qaldırmaq üçün müxtəlif tədbirləri aradan qaldırmaq və həyata keçirmək 
v
əzifəsini müəyyən edən, subyektiv hüquqdur. Respublikamızda atmosferin nəqliyyat 
vasit
ələri ilə çirklənməsi vəziyyəti. Daxili yanma mühərrikləri ilə işləyən nəqliyyat 
vasit
ələri atmos- ferdəki havanı, yerdəki suyu və torpağı çirkləndirən əsas amillərdəndir. 
Dünyada təqribən 600 milyon ədəd avtomobil vardır və onlardan gündəlik atmosferə 
500 mln. ton karbon oksidi buraxılır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə Yer 
kürəsinin şəhər əhalisinin üçdə iki hissəsi çirklənmiş hava ilə nəfəs alır. Atmosfer Yerdə 
h
əyat üçün əsas şərtdir. Onun vəziyyətindən və keyfiyyətindən insanlığın, bəşəriyyətin 
mövcudluğu və ya məhvi asılıdır. Atmosferin antropogen çirklənməsi xəstəliklərin 
yayılmasına və məhvinə səbəb olur. Atmosferin təbii tarazlığı, antropogen qazların 
(90%), tozların və aero- zollann artırılması ilə pozulur. Havanın əsas çirkləndiricilərindən 
biri avton
əqliyyatlar tərəfindən buraxılan karbon oksididir. Dünyada avtomobillərin daxili 
yanma mühərriklərində hər il neftdən alınan 2 milyard ton yanacaqdan istifadə olunur və 
bu zaman atmosfer çirkləndirilir. Atmosferə düşən karbon oksidi 2-4 il müddətində 
havada qalır və bütün Yer səthinə yayılır. Son zamanlarda müəyyən edilmişdir ki, 
karbon oksidinin daimi olaraq çox kiçik miqdarının təsiri nəticəsində insan orqanizmində 
ürək - damar xəstəliyinə, tac damarların zədələnməsinə və sinir sisteminə təsir göstərir. 
D
əm qazı qanda oksigenə nisbətən 200 dəfə tez həll olur və karboksihe- moqlobin 
əmələ gətirir. Havada karbon oksidinin miqdarı çox olduqda insan orqanizmində 
hüceyrələrdə oksigenin miqdarı arabir azalır və insan ölümünə səbəb olur. Müəyyən 
olunmuşdur ki, bir avtomobil bir gündə bir insanın bir ildə istifadə etdiyi qədər oksigen 
m
əsrəf edir və karbon qazı buraxır. Respublikamızda hazırda 600-700 minə yaxın 
avtomobil vardır və onlardan gündəlik olaraq atmosferə 450-500 min tona yaxın karbon 
oksidi buraxılır. Respublika ərazisində olan avtomobillərin 70-75 faizi benzin, 26,0 faizi 
dizel v
ə 1 faizi isə maye qaz ilə işləyir. Havanın nəqliyyat vasitələri ilə çirklənməsinin 
qarşısının alınmasında ictimaiyyət arasında aparılan maarifləndirici tədbirlərin 
əhəmiyyəti çox böyükdür və biz ictimai təşkilat olaraq bu sahədə monitorinqlər 


aparmışıq. Nəqliyyat vasitələri tərəfindən atmosferə buraxılan karbon oksidinin yol 
verm
ə miqdarı 3 faizdən yuxarı olmamalıdır. Yəni BBH<3% təşkil etməlidir. 

Download 1.12 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   22




Download 1.12 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Az ərbaycanda atmosferin ekoloji vəziyyəti və problemləri

Download 1.12 Mb.
Pdf ko'rish