Kafedra: sabah fənnin adı: İnsan Kompüter İnterfeysi




Download 131.48 Kb.
bet2/3
Sana28.12.2022
Hajmi131.48 Kb.
#37284
TuriXülasə
1   2   3
Bog'liq
HCI sb[1]

Tədqiqat
Birbank mobil tətbiqi haqqında:
3 milyondan artıq yükləmə sayı olan, ölkənin ən məşhur mobil tətbiqi Birbank neçə illərdi ki, ilk rəqəmsal bank kimi fəaliyyətini davam etdirir.
Böyük Britaniyanın International Finance jurnalı 2018-ci ilin ən yaxşılarını müəyyən edib. Mobil bank xidmətləri kateqoriyasında Kapital Bank-ın BirBank tətbiqi “Ən innovativ mobil bank” adına layiq görülüb. International Finance jurnalı 2013-cü ildən etibarən hər il bank, sığorta, texnologiya sahələri daxil olmaqla müxtəlif kateqoriyalarda yaxşıları müəyyən edir. BirBank tətbiqini 300 000 nəfərdən artıq istifadəçi App Store və Play Store-dan yükləyib. Hal-hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.

Şəkil 1. BirBank Mobil tətbiqinin endirilmə statistikası
Birbank vasitəsilə artıq kredit və ya BirKart taksit kartını sifariş edib, təyin olunan kredit məbləğini bir neçə dəqiqəyə əldə etmək mümkündür. Həm nağd pul krediti, həm də taksit kartını almaq istəyən müştərilər mobil tətbiq və ya sayt vasitəsilə yalnız şəxsiyyət vəsiqələrinin FİN kodunu daxil etməlidirlər. Sonra müştəri ona düşən nağd pul kreditini təsdiqləyir və vəsait həmin an müştərinin Kapital Bank-a aid məvacib, təqaüd kartına və ya cari hesabına mədaxil olunur. Taksit kartı isə müştərinin seçiminə uyğun olaraq ya kuryer vasitəsilə ünvana göndərilir və ya filialdan növbəsiz götürülür.
iOS və Android əməliyyat sistemləri Birbank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən populyar tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.
BirKart istifadəçiləri Birbank-da yaradılan şəxsi kabinetdə kredit və taksit borcları haqqında detallı məlumat alıb, ödənişlər apara bilərlər. Bütün bunlarla yanaşı Birbank-da NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdlaşma, hətta istifadəçiyə ən yaxın olan Kapital Bank bankomatının yerini də təyin etmək olar. Xüsusi funksiya ilə avtomobilin cərimələri barədə dərhal bildiriş almaq və cərimə ödənişləri həyata keçirmək mümkündür.
Birbank-ın “Bonuslar” hissəsində həm də “ƏDV geri al” bölməsi yaradılıb. Müştərilər portalda olan şəxsi kabinetlərini Birbank vasitəsilə idarə edə bilirlər. Virtual “pul qabı”na yerləşdirilən vəsaitləri ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür.
Bundan əlavə, Birbank-da telefon kitabçasında olan, istənilən şəxsə pul göndərmək və ya ondan pul istəmək və qəbul etmək kimi funksiyaları da mövcuddur. Kartlarla POS terminal, İnternet və Birbank vasitəsilə ödənişlər edərək, “Ürəklər” qismində olan bonusları müxtəlif hədiyyələrə dəyişmək olar. Birbank-ı istifadə edən zaman yarana biləcək sualları isə çat funksiyası vasitəsilə bankın əməkdaşlarına ünvanlayaraq, cavab almaq mümkündür.
Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. Birbank-da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir.
Həmçinin tətbiq vasitəsilə Azərbaycanda ilk dəfə olaraq QR Pay ödəniş sistemində ödənişlər həyata keçirmək mümkündür. QR Pay vasitəsilə BirBank istifadəçiləri mağazalarda kart olmadan ödəniş edə bilirlər. Bunun üçün kassalarda olan xüsusi posterdəki QR şifrəni, smartfonun kamerası ilə skan etmək lazımdır.

Bundan əlavə, BirBank-ın telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçiyə pul göndərmək və ya ondan pul qəbul etmək kimi funksiyaları da mövcuddur. Yeni tətbiqdə Kapital Bank-ın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, kredit və ya zəng sifarişi və valyuta məzənnələrini izləmək mümkündür.

Download 131.48 Kb.
1   2   3




Download 131.48 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Kafedra: sabah fənnin adı: İnsan Kompüter İnterfeysi

Download 131.48 Kb.