Kompozisiya materialları və onlardan detalların hazırlanması




Download 16.23 Kb.
Sana01.08.2021
Hajmi16.23 Kb.
#16549
TuriKompozisiya

Kompozisiya materialları və onlardan detalların hazırlanması.

Maşınqayırmanın inkişafı, eləcə də buraxılan məmulatların keyfiyyətinin yüksəldilməsi və etibarlılığının artırılması məsələləri yeni konstruksiya materialları yaradılmasını tələb edir. Kompozisiya materialları sənayenin bütün sahələrində tətbiq edilir.

Müasir kompozisiya materialları anlayışı aşağıdakı tələblərə cavab verilməlidir. Kompozisiya ən azı 2 müxtəlif növ kimyəvi materialların qarışıqlarından ibarət olub, bu komponentlər (frazalar) arasında sərhəd aydın olmalıdır. Kompozisiya onun komponentlərinin heç birinin malik olmadıqları xassələrlə xarakterizə olunmalıdır.

Kompozisiya materialları – materiala xüsusixassə vermək məqsədilə əsas materiala müəyyən miqdar başqa material qatmaqla alınır. Kompozisiya materialı 2, 3 və daha çox komponentdən təşkil oluna bilər. Komponentə daxil olan hissəciklərin ölçüləri geniş həddə 100-də 1 mikrometrdən (ovuntu dolduruçulardan istifadə edildikdə) bir neçə millimetrə qədər (lifli dolduruçulardan istifadə edildikdə) dəyişə bilər. Məsələn, avtomobil şinini əsası rezin olan kompozisiya materiallarından hazırlayırlar. Mexaniki xassələrini artırmaq üçün ona ovuntu və lifli dolduruçular ( o cümlədən metal məftil), eləcə də şaxtaya-yeyilməyədavamlılığı və s. artıran maddələr qatırlar.

Konstruksiya kompozisiya materiallarının geniş tətbiq edilməsi onların vacib fiziki-mexaniki və istismar xassələri ilə izah edilir.

Ovuntu metalurgiyası – yüksək odadavamlılığa, yeyilməyədavamlılığa, sabit maqnit və başqa xüsusi xassələri kompozisiya materialları və onlardan maşın detalları istehsalına imkan verir. Mis-volfram, gümüş-volfram və s.-ni birlikdə əritməklə ərinti alınması mümkün olmayan metallardan elektrik-eroziya dağılmasına davamlılıq və yüksək elektrokeçiricilik xassələrinə malik olan psevdoərintilər alınması onlardan əhəmiyyətli elektrik-kontakt hissələrinin istehsalına imkan yaradır. Bəzi hallarda məsaməli materiallar, süzgəclər, sürüşmə yastıqlarının və s. hazırlanmasında ovuntu və kompozisiya materialları qiymətli materiallar hesab edilir. Plastik kütlə əsaslı kompozisiya materialları nisbətən yüksək mexaniki möhkəmli, yüksək kimyəvi və korroziyayadavamlılıq və yaxşı dielektrik xassələri ilə xarakterizə edilir. Onların tətbiqi daha qiymətli əlvan materiallara qənaət edilməsinə, sürtünməyə və aqressiv mühitlərdə işləyən maşın detallarının davamlılığının artırılmasına, kütləsinin azaldılmasına və hazırlanmalarına az əmək sərfinə imkan verir.

Rezin əsaslı konstruksiya materialları öz xassələrinə görə metal və başqa materiallardan xeyli fərqlənir. Onlar dağılmadan müəyyən deformasiyaya davam gətirmək qabiliyyəti, köhnəlməyə qarşı yüksək davamlılıq, qaz, sukeçirməmə və dielektrik xassələri ilə xarakterizə olunur.

Şüşə, keramika, ağac və dikər qeyri-metal materiallarda xüsusi fiziki-mexaniki və istismar xassələrinə malikdir.



Konstruksiya materiallarının seçilməsi onların fiziki-mexaniki və istismar xassələrindən asılıdır. Bu xassələr konstruksiya materiallarının özlərinin və onlardan maşın detalları istehsalında tətbiq edilən texnoloji prosessləri təsir göstərir. Belə materiallardan maşın detallarının istehsalı prosessi materiallardan istifadə əmsalının yüksək olması, az əmək sərf edilməsi, yüksək mexanikləşdirmə və avtomatlaşdırma ilə xarakterizə olunur.

Download 16.23 Kb.




Download 16.23 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Kompozisiya materialları və onlardan detalların hazırlanması

Download 16.23 Kb.