Müəllim: Lalə Allahverdiyeva lale.allahverdiyeva.81@bk.ru Plan




Download 494 Kb.
bet26/76
Sana13.06.2021
Hajmi494 Kb.
#15002
1   ...   22   23   24   25   26   27   28   29   ...   76
Müəllim: Lalə Allahverdiyeva lale.allahverdiyeva.81@bk.ru

Plan:

  1. Kollektivlə iş

  2. Fərdi iş

  3. Cütlərlə iş

  4. Qrup işi

.

P.1. Təlim prosesində şagirdyönümlü yanaşma müəllim-şagird, şagird-şagird əlaqələrinin intensiv şəkildə qurulmasını tələb edir. Bu məqsədlə ənənəvi təlimdən fərqli olaraq fəal təlim prinsipləri əsasında təşkil olunan müasir dərsdə fərdi və kollektivlə iş formaları ilə yanaşı kicik qruplar və cütlərlə işin təşkili də genişistifadə olunur.

Kollektiv sözü latın sözü olub, “kollektivus” sözündən götürülmüşdür. Kollektiv mütəşəkkil şəkildə yüksək səviyyədə təşkil olunmuş insan qrupudur. Kollektiv çox mühüm xüsusiyyətləri ilə fərqlənir. Bunlar kollektivdaxili psixoloji mühiti, kollektivin üzvləri arasındakı münasibətləri əks etdirən xarakteristikalardır. Bu xarakteristikalardan biri kollektivin birliyi və mütəşəkkilliyidir. Yaxşı təşkil olunmuş kollektivdə qarşılıqlı kömək, qarşılıqlı məsuliyyət, xeyirxahlıq, sağlam tənqid, özünütənqid və yarış özünü göstərir. Belə kollektivlərdə münasibətlər sistemi ictimai və şəxsi mənafelərin ağlabatan səviyyədə əlaqələndirilməsi ilə müəyyən olunur.

Kollektivin möhkəmliyi məhəbbət, dostluq və yoldaşlıq kimi nəcib insani hisslərin tərbiyəsi ilə təmin olunur. A.S.Makarenko kollektivdə ənənələrin olmasını kollektivin inkişafıının səciyyəvi əlaməti hesab edir və ənənələri ictimai yapışqan adlandırırdı. Yüksək həmrəylik hissinin formalaşması şagirdi kollektivin ümumi işində daha fəal şəkildə iştirak etməyə, kollektiv qarşısında öz məsuliyyətini dərk etməyə yönəldir.

Bu sistem şəraitində kollektivin hər bir üzvi öz mənafeyini aydın və inamla ifadə edir.Yaxşı təşkil edilmiş şagird kollektivində ictimai həmrəylik, ictimai rəyə hörmət, yoldaşlıq və dostluq, yüksək ideya inamı, humanizm və s. kimi yüksək əxlaqi hisslərin formalaşmasına geniş imkan yaranır.

Şagird kollektivində yoldaşlıq və dostluq hissinin formalaşması üçün geniş imkanlar yaranır. Burada şagirdlərin bir-birinə qarşı həssaslığı, qayğıkeşliyi xüsusi yer tutur. Kollektiv möhkəm olduqda onun bütün normaları öz üzvlərinin normalarına çevrilir. Kollektiv üzvlərində yüksək ideya inamı yaranmış olur.

Kollektiv özü şagirdlərdə kollektivçilik hissinin formalaşmasına da gətirib çıxarır ki, nəticədə həmin şagirdlərdə onları əhatə edən yoldaşlarına qarşı əsl humanist münasibətlərin yaranmasına səbəb olur. Onlarda empatiya (başqa adamların psixi halətlərini başa düşmək və onların dərdinə şərik olmaq qabiliyyəti), identifikasiya, mehribanlıq və s. kimi sosial keyfiyyətlər baş qaldırır. Deməli, məktəb ilk kollektivlər toplusu olmayıb, şagirdləri ümumi məqsəd və birgə fəaliyyətdə birləşdirən vahid kollektivdir. Məktəb şagird şəxsiyyətinin formalaşmasını istiqamətləndirən əsas mərkəzdir.

Təcrübə göstərir ki, fəaliyyət növlərinə və başlıca vəzifələrinə görə müxtəlif kollektivlər olur. Məsələn; əmək kollektivləri, idman kollektivləri və s. təlim-tərbiyə müəssisələri kollektivləri sırasında məktəb kollektivi xüsusi yer tutur. Məktəb kollektivi iki kollektivin, yəni müəllim və şagird kollektivlərinin üzvi vəhdətidir. Məktəbdə təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşmasına, intizamın möhkəmlənməsinə, uşaqların yaradıcı özfəaliyyətinin inkişafına müsbət təsir göstərir. İlk kollektivlərdə şagirdlər arasında yaxınlıq, ünsiyyət, əlaqə daha sıx olur. Bu kollektivdə hər bir uşağa öz imkanına, bacarıq və qabiliyyətinə uyğun iş tapmaq, şəxsiyyətlərarası münasibəti düzgün tənzimləmək xeyli asandır. Belə olmasa, şagirdlərdə vətəndaşlıq şüurunu lazımi şəkildə formalaşdırmaq, onları faydalı ictimai-siyasi fəaliyyətə qoşmaq, geniş sosial həyata hazırlamaq çox çətin olar. Başqa bir təhlükə də var: kollektivdə iş düzgün təşkil edilməzsə, üzvlər arasında səmimiyyət olmasa, müvəkkillərlə üzvlər arasında konflikt yaranarsa, onlar bir-birinə qarşı dursalar, vəzifə başçıları ləyaqətsiz, səviyyəsiz adamlardan seçilmiş olsa, habelə onlar qalanlarını özlərinə zorla tabe etməyə çalışsalar, kollektiv tərbiyəvi rolunu itirər.

Deməli, şagird kollektivinin elmi əsaslar üzərində qurulmasına, kollektivdə şəxsiyyətlərarası münasibətlərin normallığına, konfliktlərə səbəb ola biləcək hallara yol verilməməsinə nail olunmalıdır. Bu baxımdan kollektivdə vəzifələrin düzgün bölüş-dürülməsinin əhəmiyyəti böyükdür. Şagird kollektivinin müxtəlif növləri mövcuddur.

Onların ümumi məqsədləri eyni olsa da, konkret məqsədlərində, eləcə də quruluş və təşkilində müəyyən fərqlər var. Kollektivdə yaradılmış ənənələr şagirdləri bir-birinə daha da yaxınlaşdırır, onların arasında möhkəm dostluq münasibətlərini bərqərar edir.

Təcrübə və müşahidələr göstərir ki, şagird şəxsiyyətinin mənəvi cəhətdən formalaşması daha uğurlu şəkildə, məhz yaxşı təşkil olunmuş kollektivdə baş verir. Həm də bu formalaşma kollektivin inkişaf mərhələlərinə uyğun olaraq gedir. Yəni şagirdlərin fəallığı mənəvi cəhətdən az əhəmiyyətli olandan başlayıb onların vətəndaşlıq mövqeyinə qədər yüksəlir.

Şagird şəxsiyyətinə kollektivin tərbiyəvi təsiri xeyli dərəcədə məhz kollektivin üzvləri arasındakı qarşılıqlı əlaqə ilə, yəni şəxsiyyətlər arası ünsiyyət və münasibətlərlə şərtlənmiş olur. Şagird kollektivi şəxsiyyətlərarası ünsiyyət və münasibətlər humanist və işgüzar səciyyə daşıyır. Kollektivin şagird şəxsiyyətinə tərbiyəvi təsirinin psixoloji mexanizminə gəldikdə, bu belədir: kollektiv öz üzvünün, yəni şagirdin hərəkətini bəyənib təqdir edəndə, tərifləyib yüksək qiymətləndirdikdə uşaq (şagird) sevinir və bu sevinc hissini təkrar-təkrar yaşamaq üçün səyini, qüvvəsini həmişə yaxşı iş və hərəkətlərə sərf edir.

Kollektiv öz üzvünün hərəkətini tənqid etdikdə, pislədikdə isə uşaq (şagird) utanır, xəcalət çəkir, belə vəziyyətə bir daha düşməməkdən ötrü pis hərəkətlərdən çəkinir. Məktəbdəki müxtəlif növ şagird kollektivləri demokratik əsasda, özünüidarə prinsipi üzrə fəalıyyet gösterır.


Download 494 Kb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   76




Download 494 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Müəllim: Lalə Allahverdiyeva lale.allahverdiyeva.81@bk.ru Plan

Download 494 Kb.