Mazda catalog page 1 Cover




Download 5.89 Mb.
Pdf ko'rish
Sana09.12.2022
Hajmi5.89 Mb.
#33825
Bog'liq
mm
New Microsoft Word Document (4), ncvkcl, kjbkl\', hjknjkb, mmn



2


3
Mazda 2-nin baş dizayneri həm də mükəmməl Mazda RX-8-in 
layihələndirməsini həyata keçirmişdi. Buna görə də nəticənin sübut və dəlilə 
ehtiyacı yoxdur. Mazda 2-nin ikinci nəsli sübuta yetirdi ki, yığcam avtomobil 
gözəl, dinamik və çevik ola bilər. Son model təkmilləşdirilmiş salona, 
dəyişdirilmiş kuzov üslubuna və daha yüksək səviyyəli idarəetmə rahatlığına 
malikdir. Yığcam ölçüsü sayəsində Mazda 2 müasir böyük şəhərlər üçün 
səmərəli variant olacaq. Sport Appearance avadanlığının funksional dəsti 
Mazda 2 avtomobilinin atletik üslubunu xüsusilə nəzərə çarpdırır. Mazda 2 
avtomobili üçün müasir benzin mühərriki təklif olunur. Bu, 1.5 litr həcmə 
malik, maksimal qüvvəsi 76 kVt/ 103 a.g. olan tamamilə yeni mühərrikdir. 
1.5 l həcmə malik benzin mühərriki və SV-T sistemi avtomobil ötürücüsünün 
əllə keçirilmə imkanına malik 4-pilləli avtomatik transmissiyası ilə 
komplektləşdirilir. İnsanların maksimal təhlükəsizliyini təmin etmək üçün 
avtomobilin baza təchizatına sürücü və ön sərnişin təhlükəsizlik yastığı, ön 
oturacaqlarda quraşdırılmış yan təhlükəsizlik yastıqları, pəncərə tərəfdə 
əyləşən sərnişinlər üçün pəncərə təhlükəsizlik yastıqları daxildir. Antiblok 
əyləc sistemi (ABS) və tormoz sisteminin paylaşdırılma sistemi (EBD) bütün 
avtomobil variantlarının standart təchizatına daxildir. Avtomatik 
iqlimə-nəzarət sistemi sizin istəyinizə uyğun olaraq salonu qızdıra və 
sərinlədə bilir. Avtomobillərə baza komplektləşməsində 4 akustik 
səspaylayıcılı audiosistem, AM/FM diapazonlu rəqəmli qəbuledici və MP3 
disklərini səsləndirmə imkanı yaradan CD pleyerlər quraşdırılır.


4


5
ALSAN, UDUZMAZSAN!
Zahirən kupeni xatırladan dördqapılı Mazda 3 sedanı yoldakıların nəzərini 
dərhal özünə cəlb edir.
Bu incə avtomobildə dinamik üslub, idmançı əminliyi və məşhur funksionallıq 
əvəzsiz kokteyldə qarışır.
Mazda 3-ün zərif və məğrur sedanı əsl “Zoom-Zoom!”dur. Avtomobilin idarə 
olunmasından alınan əsl zövq- alıcılar Mazda 3 sedanından məhz bunu 
gözləyir. Və bu ümidlər tamamilə özünü doğruldur. Möhkəm kuzov, 
yoxlanılmış asqı, mükəmməl aerodinamik xüsusiyyətlər rəvan və sabit 
hərəkəti təmin edir.
İdarəetmədə rahatlıq və dəqiqliyin möhtəşəm birliyi isə istənilən manevr və 
virajdan həzz almağa imkan verir. Hətta qısamüddətli səyahətlərdə belə 
Mazda 3 ilə özünüzü idmançı kimi hiss edirsiniz. Sizə bir neçə əla mühərrik, 
eləcə də 100 kVt-a qədər (150 a.g.) qüvvəyə malik MZR benzin mühərrikini 
seçmək imkanı verilir. Mazda 3 avtomobili mükəmməl aktiv və passiv 
təhlükəsizlik sistemi ilə təchiz olunduğundan özünüzü tam rahat hiss edə 
bilərsiniz. Aktiv təhlükəsizlik, həmçinin dinamik sabitlik (DSC) və yerində 
fırlanma əleyhinə (TSC) sistemlər gözlənilməz hadisə zamanı müqavimət 
göstərməkdə sizə kömək edəcəkdir. Əyləc gücünün elektron tənzimləyicili 
(EBD) antiblok sistemi (ABS) və fövqəladə tormozlama hallarında (EBA) əyləc 
sistemi tormoz məsafəsini minimuma endirəcək. Mazda 3 avtomobili yalnız 
gözlərə deyil, həm də qulaqlara xoş təsir bağışlayır. Təchizatın baza 
variantına 4 akustik səspaylayıcılı audiosistem daxildir. CD pleyer və MP3 
formatlı faylları oxuya bildiyi üçün siz bir kompakt diskdə 160 mahnını dinləyə 
bilərsiniz. 


6


Yeni Mazda 6 SKYACTİV texnologiyasının və “Kodo – hərəkətin ruhu” 
dizaynının tam təqdim olunduğu yeni nəsil avtomobillərimizin ikinci 
nümayəndəsidir. SKYACTİV texnologiyası maksimum təhlükəsizliyə və aşağı 
yanacaq sərfiyyatına zəmanət verir. Beləliklə Mazda şirkəti növbəti dəfə 
stereotipləri sındırıb sübut etdi ki, möhtəşəm ekoloji xüsusiyyətlərlə yüksək 
təhlükəsizlik standartlarının vəhdəti mümkündür. Bununla yanaşı əla dinamik 
göstəriciləri və idarəetmə zövqü də olduğu kimi qalır. Yeni Mazda əla 
dözümlülüyü və yolda manevr etmə qabiliyyəti ilə seçilir. Avtomobil 2,5 litrlik 
litrlik SKY-ACTİV G mühərriki ilə təchiz olunub.
Radiator barmaqlığının aşağı hissəsinin dizaynı isə avtomobilin idman tərzini 
gücləndirir. Yeni Mazda 6-nın dizaynı KODO istiqamətində yerinə yetirilib və 
atlanmamışdan əvvəl pusquya durmuş vəhşi heyvanı xatırladır. Kupeni 
xatırladan idman silueti, cəsur cizgilər və formalar diqqəti cəlb edir. Kuzovun 
qabarıq xəttləri isə enerji və atletik güc təsiri bağışlayır. Mazda 6 
seqmentində ən yaxşı aerodinamik xüsusiyyətləri ilə öyünə bilər. Arxa 
görüntü isə avtomobilin gücü barədə bütün şübhələri yox etməklə yanaşı 
xarici görünüşün eleqantlığını pozmur.
6-pilləli avtomatik transmissiyalı 2,5 litrlik mühərrik sürücüləri sevindirəcək. 
19 düymlük disklər avtomobilin hərəkət effektivliyini tamamlayır. I-stop 
sistemi isə avtomobil hətta qısa müddətdə (yolda, işıqforda gözləyərkən) 
dayandıqda belə mühərriki avtomatik söndürüb-yandırmaqla yanacağa 
qənaət etməyə imkan verir. Mazda 6-nın da önəmli xüsusiyyətlərindən biri 
sürücü və sərnişinləri səs keyfiyyətinin yüksək səviyyəsi ilə təmin edən BOSE 
audiosistemidir.
Təhlükəsizlik sisteminə HBCS, AFS, SCBS, daxildir.
Xüsusi olaraq Mazda 6 modeli üçün Mazda ilə birgə işlənib hazırlanmış Bose® 
həcmli səsləndirmə sistemi hətta ən məharətli musiqisevərləri 
sevindirəcəkdir. Salonda yerləşdirilmiş AudioPilot® 2 mikrofonu ətrafdakı 
səs-küydən asılı olaraq səsi avtomatik tənzimləyir. 5,8 düymlük sensor ekranı 
vasitəsilə siz audiotrek siyahısını, radiostansiyalar və digər səsləndirmələr 
haqqında məlumatları nəzərdən keçirə bilərsiniz.
7
Snowflake White Pearl Mica 
Stormy Blue Mica 
Jet Black Mica
Arctic White
Aluminium Metallic 
Soul Red Metallic 
Meteor Grey Mica
Blue Reflex Mica 


8


9
Yeni Mazda CX-5 – təkmilləşdirilmiş dinamika, yüngüllük və təhlükəsizlik!
Mazda CX-5 özündə innovativ SKYACTİV texnologiyasını və KODO 
-“Hərəkətin Ruhu” adlı yeni dizayn dilini təcəssüm etdirən yeni nəslin ilk 
avtomobilidir. Cazibədar qiymətlə təklif olunan bu modeldə idarə olunmadan 
alınan həzz ilə təhlükəsizliyin və etibarlılığın yüksək səviyyəsi müstəsna 
şəkildə birləşdirilib. Bu krossoverin dizaynerləri enerji və çevikliyi özündə 
birləşdirən parlaq obrazı yaradarkən gepardın rəvan hərəkətlərindən ilham 
alıblar. Kuzovun aerodinamik dizaynı və qaldırılmış arxa hissəsi sayəsində 
avtomobilin önə əyilərək hücuma hazırlaşan gepardı xatırladır. Bu 
avtomobildə dizayn üslubu funksionallıqla birləşdirilib. Hücum etməyə 
hazırlaşan gepardı xatırladan kuzovun forması sürücünü çox yaxşı görüntü 
sahəsilə təmin edir.
Benzinlə çalışan SKYACTİV-G mühərrikinin yaradıcıları onun konstruksiyasını 
maksimum sürətdə yüngülləşdirməyə və daha güclü mühərrik əldə etməyə 
çalışmışlar. Birbaşa püskürtmə funksiyalı, benzinlə çalışan SKYACTİV-G 
mühərrikləri dünyada ən yüksək sıxılma dərəcəsinə 14:1 (daxili yanacaqlı 
mühərriklərin səmərəliliyinin əsas göstəricisidir) malikdir. Nəticədə, 2.0 litrlik 
MZR mühərrik əvəzinə gələn SKYACTİV-G mühərriki, onunla müqayisədə 
daha 10% yüngülləşmişdir. Bizim ötürücü qutularımızla SKYACTİV-DRİVE və 
SKYACTİV-MT mühərrikləri zəruri olan güc və effektivliklə təmin edərək rahat 
idarəetməni əldə etməsinə səbəb olur. Birbaşa püskürmə funksiyalı 2.5 l
həcmli benzinlə çalışan SKYACTİV-G mühərriki 192 a.g. malikdir. 
Təhlükəsizlik hər şeydən vacibdir. CX-5 avtomobili təhlükəsizlik üzrə ən 
yüksək göstəricilərə malikdir.


10


11
Premİum Krossover
Mazda CX-9: dinamik performans üç sıralı, yeddi yerli avtomobilin zərif 
üslubu ilə birləşərək krossover SUV üçün yeni standartlar yaratdı. Mazdaya 
məxsus Zoom-Zoom ticarət nişanının idman üslublu performansı və 
idarəetməsi CX-9-u əsl sürücülərin avtomobilinə çevirir. İstər şəhərarası, istər 
uzun yollarda hər səyahət zövq verir. Üstəlik geniş, dəbədəbəli salon və rahat 
idarəetmə sərnişinlərin özlərini rahat və komfortlu hiss etməsinə kömək olur. 
Və bunların hamısı prestijli, ilhamlandırıcı dizaynla bir yerə toplanaraq Mazda 
CX-9-un adi avtomobildən daha üstün olduğunu göstərir. 
Rahat idarəetmə zövqü öhdəlikdir və Mazda CX-9 onu yerinə yetirir. Bunun 
əsası CX-9-a dinamikliklə yanaşı, yüngüllük bəxş edən 3,7 litrlik V6 DOHC 
mühərriklə qoyulub. Tamamilə alüminium konstruksiya, hər silindrə dörd 
klapan və giriş klapanlarının dəyişkən fazaları bu yüngül mühərrikə böyük 
fırlanma anı, birbaşa fırlanma diapazonundan gələn güc və cəld reaksiya 
verir. V6 mühərrikinin dizaynı onu həddindən artıq kompakt etdiyi üçün lüks 
salonda daha çox yer qalması isə əlavə üstünlükdür. Altıpilləli Activematic 
transmissiyanın ötürücü nisbəti ehtiyatla seçilib mühərriki elə nöqtədə 
saxlayır ki, sizi hər zaman möhtəşəm sürətlənmə ilə təmin etsin. Active 
Torque-Split All-Wheel Drive sistemi bu gücün yola ötürülməsinə vasitəçi olur. 
Müxtəlif sensorlardan güc alan inkişafetmiş sistem ağırlıq şərtlərindən asılı 
olaraq fırlanma anını avtomatik nizamlayır. Ötürücünün 50%-ə qədər gücü 
arxa təkərlərə gedərək hər cür yol şəraitində etibarlı idarəetməni təmin edir. 
Ultra-sərt korpusa bərkidilmiş MacPherson ön dəstəklər və multi-link arxa 
asqı sizə idman üslublu, düzgün idarəetmə şəraiti yaratmaqla yanaşı, 
səyahətinizi hamar və komfortlu edir. 
CX-9 hər cür ehtiyaca cavab verən informasiya-əyləncə sistemi ilə təchiz edilib. Bura premium 
Bose audiosistemi və smartfonların qoşulması, Bluetooth kimi əsaslı funksiyalar daxildir. Hər 
şey mümkün qədər az girişlərdən istifadə etməklə intiutiv əməliyyatlar yerinə yetirmək üçün 
hazırlanıb. Avtomobil yüksəkkeyfiyyətli yeddi düymlük touch-screen displeylə təchiz olunub. 
Parkinq sensorları, arxa görüntü monitoru, geniş oturacaq və tənzimlənəbilən sükan kimi 
funksiyalar sürücünü dəstəkləməyə və təhlükəsizliyi təmin etməyə xidmət edir. 


12
Həftənin 7 günü 24 saat (24/7)
Mazda sahibləri yolda ödənişsiz texniki dəstəkdən faydalana bilərlər. 
Avtomobil alan hər kəs 
Yol Yardım Xidməti
kartını əldə edir. Yardım üçün kartda qeyd olunan qaynar xəttə 
müraciət etmək lazımdır. Məsləhətçilərimiz telefon vasitəsi ilə problemi həll etməyə çalışacaq və ya avtomobilin olduğu 
yerə mütəxəssis yönəldəcəklər. Texniki briqada Bakı şəhərinin inzibati sərhədindən 50 km. uzaq olmamaq şərti ilə 
xidmət qöstərir. Ciddi nasazlıq zamanı texniki xidmət avtomobilin servis mərkəzinə evakuasiyasını* təşkil edir. 
Evakuasiya həmin an mümkün olmadıqda texniki xidmət briqadası avtomobili müraciət olunan vaxtdan 12 saat ərzində 
servis mərkəzinə evakuasiya edir.
Yol Yardım Xidmətinin əlaqə nömrəsi: * 0100
*Evakuasiya xidməti ödənişlidir. 
Şəhər ərazisində 40 AZN, şəhər kənarında hər km. üçün 1 AZN tarifi ilə hesablanır.


SKYACTİV-G 2.0
Yeni nəsil yüksək səmərəliliyi ilə birbaşa 
püskürtməli SKYACTİV-G 2.0 benzin 
mühərriki, ekoloji, təhlükəsiz idarəetmə ilə 
ehtiras dünyasına öz qapılarını açır. 
SKYACTİV-G 2.0 yalnız yanacaq sərfiyyatı 
və işlənmiş qazlara nəzarət üçün yeni 
standartlar komplekti deyil, o həmçinin 
bütün dünyada Mazdanı sürücülərin 
sevimlisi edən Zoom-Zoom keyfiyyətinin 
gücləndiricisidir. 4-2-1 borulu işlənmiş qaz 
sistemi, porşen boşluğu və çox deşikli 
püskürdücülər də daxil olmaqla texniki 
nailiyyətlərin geniş silsiləsi dünyada ilk dəfə 
14:0:1 qeyri-adi sıxılma dərəcəsinə nail 
oldu. Bu isə sizin üçün o deməkdir ki, 
mühərrikin sakit şəkildə işləməsi və 
təkmilləşdirilmiş daha yüksək fırlanma 
sayəsində yanacaq sərfiyyatına daha çox 
qənaət imkanı verir. Sizin yanacaq 
sərfiyyatı ilə yüksək sürət arasında seçim 
etdiyiniz günlər geridə qaldı, çünki siz artıq 
SKYACTİV-G 2.0 vasitəsilə hər ikisinin ən 
yaxşısına nail olacaqsınız.
SKYACTİV-DRİVE
Yüksək effektli altı pilləli sürət qutusu hər 
bir müasir transmissiyanın ən yaxşı 
cəhətlərini özündə birləşdirir. Karser 
diapazonu genişlənir və beləliklə siz 
ötürücünün hamar keçirilməsi ilə birbaşa 
əllə 
idarə 
olunan 
transmissiyanın 
bağlantısını hiss edərək sürətdən zövq 
alırsınız.Bununla da, bir növ mükafat kimi, 
SKYACTİV-DRİVE yanacaq sərfiyyatına öz 
müsbət təsirini göstərir.
SKYACTİV-MT
Yeni nəsil altı pilləli mexaniki transmissiya 
SKYACTİV-MT, 
Mazda 
MX-5 
idman 
avtomobilində olduğu kimi, həmin müsbət 
effektləri və dəyişiklikləri təklif edir. 
İnnovativ mühəndislik ölçü və çəkinin 15% 
azalmasına nail olmuş və daxili sürtünmə 
itkilərinin azaldılmasının təkmilləşdirilməsi 
hesabına yanacağa təxminən 1% qənaət 
edilmişdir.
SKYACTİV-KUZOVU
Məqsəd istedadlı texnologiya ilə optimallaşdırılmış 
struktur və materiallarda yaxşı təhlükəsizlik və daha 
yüksək sərtlik nümayişi ilə daha aşağı çəkiyə nail 
olmaqdır. Nəticədə, SKYACTİV-KUZOVU 30% daha 
möhkəmdir, 8% daha yüngüldür və dünyanın ən ciddi 
təhlükəsizlik tələblərini qarşılamaq qabiliyyətinə malikdir. 
Bu həmçinin daha səssiz kabinaya nail olmağa kömək 
edir.
SKYACTİV-ŞASSİ
Mazdanın məşhur avtomobil və sürücü 
birliyi konsepsiyasını daha dolğun 
şəkildə həyata keçirmək məqsədilə 
layihələndirilən SKYACTİV-ŞASSİSİ asqı 
və 
sükan 
sistemləri 
əsaslarının 
hərtərəfli təkmilləşdirilməsi nəticəsində 
əmələ gəlmişdir. O, aşağı, orta və 
yüksək sürət hədləri arasında tarazlığı 
eyni zamanda, hərəkətin rahatlığını 
yüksək səviyyədə təmin edir.
13
SKYACTİV TECHNOLOGY
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


Mazdanın orijinal ehtiyat hissələri yüksək keyfiyyəti ilə seçilir və xüsusən Mazda avtomobilləri üçün istehsal olunur. Bu isə idal 
uyğunluğu təmin edir, həmçinin qulluq xərclərini azaldıb Zoom-Zoom və Skyactiv texnologiyalarından zövq almağa imkan verir.
Mütəxəssislərimiz daima səmərəliliyin artırılmasının, istismar xərclərinin azaldılması və təhlükəsizliyin yüksəldilməsinin yeni üsullarını 
axtardıqları üçün Mazdanın detalları həmişə yeni texnoloji həll yollarının yaradılmasında istifadə ediləcək. Filtrlər üçün kağızlardan 
şamlara qədər hər şey səmərəliliyin artırılması və xidmət müddətinin uzadılması üçün hazırlanıb. 
-10 Repo zəmanəti Sizə aldığınız avtomobili 1 il ərzində onun ilkin dəyərindən 10% çıxmaqla yenidən dilerə satmaq imkanı verir. 
Avtomobilin satın alınması "trade-in" vasitəsi ilə (köhnə avtomobili yenisi ilə əvəz edilməsi) olunur. Hər növbəti il avtomobilin dəyəri 
daha 10% aşağı düşür. Bu zəmanət 3 il müddətində qüvvədə qalır.
Beləliklə, diler müştəriyə bir il ərzində avtomobili satarkən maksimal maliyyə itkisi 10%-dən çox olmayan qiymətə trade-in vasitəsilə 
geri alacağına zəmanət verir. 
Repo zəmanəti öncədən qərarlaşdırılmış qiymətə avtomobilin trade-in olunmasını nəzərdə tutur.
-10 Repo zəmanətindən faydalanmaq üçün aşağıdakı qaydalara riayət etmək gərəkdir:
(a) avtomobilə yalnız rəsmi servisdə xidmət göstərməli
(b) il ərzində 20 000 km yol qət etməli
(c) avtomobilə zərər dəyməməlidir
14


15
Ümumi uzunluq
3900 mm
4490 mm
4540 mm
Ümumi en
1695 mm
1755 mm
1840 mm
Ümumi hündürlüyü
1475 mm
1465 mm
1670 mm
Klirens
150 mm
160 mm
210 mm
Mühərrik
1.5 l
1.6 l
2.0 l
SKYACTIV-G 2.0 l
Transmissiya
4-pilləli avtomat
4-pilləli avtomat
6-pilləli avtomat (Tiptropnik)
Lehimli Disk
185/55 R15
205 / 55 R16
225/65 R17
Yanacaq çəninin tutumu
43 l
55 l
58 l
Ümumi uzunluq
4870 mm
5099 mm
Ümumi en
1840 mm
1936 mm
Ümumi hündürlük
1450 mm
1728 mm
Klirens
165 mm
204 mm
Mühərrik
2.5 l
3.7 l V6
Transmissiya
6-pilləli avtomat
6-pilləli avtomat (Tiptronik)
Lehimli Disk
225/55R17
225/45R19
245/50 R20
Yanacaq çəninin tutumu
62 l
76 l


Mazda Rəsmi Dileri
Babək pr.22 / Tel.: (012) 555-61-61
Mazda Avtomobil Mərkəzi
Bakı – Sumqayıt şossesi, 6-cı km. / Tel.: (012) 349 01 00
www.mazda.az

Download 5.89 Mb.




Download 5.89 Mb.
Pdf ko'rish