Suvarma şəbəkələri ətrafında qoruyucu (irriqasiya) meşə




Download 0.88 Mb.
Pdf ko'rish
bet10/23
Sana30.10.2022
Hajmi0.88 Mb.
#28548
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
Bog'liq
Meşə meliorasiyası (Mühazirələr)

2. Suvarma şəbəkələri ətrafında qoruyucu (irriqasiya) meşə 
zolaqlarının salınması -Respublikamızda torpaqların meliorasiyası 
genişləndikcə suvarma şəbəkələrinin sayı və su sərfi artır. Hazırda 


respublikamızda 300-dən artıq böyük və kiçik həcmli su anbarı, 8,5 min 
km uzunluğunda 321 təsərrüfatlararası, 41 min km-ə qədər 
təsərrüfatlardaxili kanallar, 20 min km uzunluğunda kollektor-drenaj 
sistemi mövcuddur. Suvarma şəbəkələri hər yerdə layihə əsasında, 
sement-beton özlüklərlə inşa edilmədiyinə görə əksər hallarda
obyektlərin istifadə müddətində onlardan müxtəlif miqdarda su filtrasiya 
olunur, üfiqi və şaquli istiqamətdə hərəkət edir. İllər keçdikcə bu sular 
təsir dairəsini genişləndirir, suvarma və qrunt sularına qarışır, torpağın 
səthinə çıxır, müxtəlif xarakterli bataqlaşma və şorlaşma prosesinin baş 
verməsinə səbəb olur. Torpaqtökmə ilə inşa olunan suvarma 
şəbəkələrində filtrasiya prosesi daha intensiv gedir, onun təsir dairəsi də 
geniş olur. Dövlət tarlaqoruyucu və eroziyaya qarşı yetişdirilən meşə 
zolaqlarından fərqli olaraq irriqasiya meşə zolaqları təsərrüfatlararası, 
təsərrüfatlardaxili kanallar, su anbarları və kollektor-drenaj sistemləri 
ətrafında, onlara təhkim olunan kənd təsərrüfatına yararsız, istifadəsiz 
torpaqlarda salınır. Onlar həm tarlaqoruyucu meşə zolağı rolunu oynayır, 
suvarma şəbəkələrindən filtrasiya olunan (sızılan) suların, həm də 
vegetasiya mövsümü ərzində suvarma şəbəkələrindən sızılan suların 
səviyyəsinin 60-70 sm, bəzən 100-110 sm aşağı enməsinə, bataqlıqların 
qurudulmasına, ətraf sahələrin şorlaşmasının, açıq sahələrdəki faydalı 
suların, kanal və su anbarlarının səthindən buxarlanmanın, obyektlər 
ətafında alaq otlarının əmələ gəlməsinin, suyun çirklənməsinin qarşısını 
alır, onların istifadə müddətinin, iqtisadi səmərəsinin artmasına və bərpa 
işlərinin asanlaşmasına imkan yaradır. Kanal boyunca yetişdirilən 1-3 
cərgəli 14-16 metr hündürlüyü olan meşə zolağı kanalda su səthindən 
buxarlanmanı 30-40% azaldır, ətraf havanın nisbi nəmliyini 10-40% 
artırır. Bir ədəd 15 yaşlı qovaq ağacı vegetasiya mövsümü ərzində 62 
kubmetr su buxarlandırır. Bu baxımdan ağacları haqlı olarar «bioloji 
drenaj» adlandırırlar. Bununla əlaqədar 1977-ci ildə Respublika 
Meliorasiya və Su Təsərrüfatı Nazirliyi nəzdində iki irriqasiya meşə 
təsərrüfatı idarəsi yaradılır. Az dövr ərzində Yuxarı Qarabağ, Yuxarı 
Şirvan, Tərtərçay, H.Hacıyev və s. təsərrüfatlararası kanallar, Baş 
Qarabağ kollektoru və digər drenaj sistemləri ətrafında 2000 hadan çox 
sahədə irriqasiya meşə zolaqları salınmış, əvvəllər salınmış meşə 


zolaqlarında bəzi meşəçilik tədbirləri görülmüşdür. Hazırda 
respublikanın suvarma şəbəkələri ətrafında ekoloji şəraitə uyğunlaşmış 
ona müsbət təsir göstərən meşə zolaqları vardır. Bu baxımdan, Yuxarı 
Qarabağ kanalının Bərdə, Ağdam, Ağcabədi, Yuxarı Şirvan kanalının 
Yevlax, Ağdaş; Tərtərçay kanallarının Tərtər, Goranboy; Baş Muğan 
kanalının İmişli və s. rayonları ərazisində yerləşdirilən meşə zolaqları 
təqdirəlayiqdir. Bununla belə, suvarma şəbəkələri ətrafındakı torpaqların 
strukturunun pozulması, onların şorlaşması, bataqlığa çevrilməsi, 
konkrtet torpaq şəraiti üçün ağac və kol cinslərinin düzgün (uyğun) 
seçilməməsi, əmək işlərinin düzgün aqrotexniki qaydada aparılması 
üzündən hər yerdə meşə zolaqlarından yaxşı nəticələr əldə edilməmişdir. 
Suvarma şəbəkələrinə təhkim olunmuş torpaq sahələrinin şoran, bataqlıq 
strukturu pozulmuş və dar zolaq şəklində olması ilə əlaqədar ərazidə
təsərrüfata lazım olan miqdarda və çeşiddə quraqlığa, şoranlığa davamlı 
uzunömürlü ağac və kol cinsləri yaratmaq mümkün deyil. Ona görə də, 
bir qayda olaraq təsərrüfatlar asan tapılan, yerli şəraitə dözümsüz, 
azömürlü və az məsarif tələb edən ağac və kol cinslərini əkməli olurlar. 
Bu həm iqtisadi baxımdan təsərrüfatlara baha başa gəlir, həm də başqa 
torpaq-iqlim şəraitindən gətirildiyi üçün cinslərin bitiş faizi aşağı olur. 
Onlar yerli şəraitə uyğunlaşa bilmədiyinə görə zəif inkişaf edir və 
tədricən quruyub sıradan çıxır. İrriqasiya meşə təsərrüfatları üçün 
münasib yerdə torpaq sahəsi əldə etmək və növbəli əkin sistemi tətbiq 
olunmaqla tinglik yaratmağa nail olmaq lazımdır. Göstərilən tədbirlərin 
düzgün həyata keçirilməsi həm kənd təsərrüfatı bitkilərindən sabit, 
yüksək məhsul götürməyə, suvarma şəbəkələrindən filtrasiyanın 
zəifləməsinə, ətraf sahələrin şorlaşmasının qarşısının alınmasına, həm də 
respublikanın düzən rayonlarında 60 min ha sahədə meşə zolaqları 
salınmasına, regionda meşəlik faizinin artmasına, havanın saflaşmasına, 
ekoloji şəraitin 



Download 0.88 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Download 0.88 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



 Suvarma şəbəkələri ətrafında qoruyucu (irriqasiya) meşə

Download 0.88 Mb.
Pdf ko'rish