• .Duzadavamlı
  • Qoruyucu irriqasiya meşə zolaqlarının salınması




    Download 0.88 Mb.
    Pdf ko'rish
    bet11/23
    Sana30.10.2022
    Hajmi0.88 Mb.
    #28548
    1   ...   7   8   9   10   11   12   13   14   ...   23
    Bog'liq
    Meşə meliorasiyası (Mühazirələr)

    Qoruyucu irriqasiya meşə zolaqlarının salınması.
    Plan: 
    1.İrriqasiya meşə zolaqları salmaq üçün ayrılan sahələr. 
    2.Duzadavamlı ağac və kollardan salınan meşə zolaqları. 
    Qoruyucu irriqasiya meşə zolaqlarının salınması Çay şəbəkəsi və digər 
    suvarma şəbəkələri boyunca ağaclar əkmək xalqımıza xas olan qədim 
    ənənədir. Baş Muğan, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Samur-Abşeron 
    və s. kanalların inşası ilə yanaşı, onların ətrafında bəzi yerlərdə 
    qoruyucu meşə zolaqları əkilmiş, bəzən onlardan yaxşı nəticə 
    alınmışdır.1977-ci ildə irriqasiya meşə təsərrüfatı idarələrinin yaranması 
    ilə əlaqədar bu işə xüsusi fikir veilmiş və dövlət əhəmiyyətli tədbir kimi 
    kütləvi şəkildə həyata keçirilməyə başlanmışdır, irriqasiya meşə 
    zolaqlarının eni, uzunluğu və tərkibi obyektin növündən, relyef və 
    torpaq şəraitindən asılı olur. Təsərrüfatlarası və təsərrüfatlardaxili 
    kanallar boyu salınan zolağın eni və orada yerləşdirilən cərgələrin sayı 
    eyni olur. Kanal və kollektorda bərpa-təmir və təmizləmə işləri görmək 
    məqsədilə onların bir tərəfində nəqliyyat yolu salınır. Təsərrüfatlararası 
    kanal və kollektorların hər iki tərəfində, təsərrüfatlardaxili kanal və 
    kollektor-drenaj sistemlərinin isə bir tərəfində mühafizə meşə zolağı 
    salınır. Obyektlərə təhkim olunan sahədə onun enindən asılı olaraq 1-5 
    cərgəli meşə zolağı salmaq olar. Qulluq işlərinin görülməsində 
    mexanizmlərdən istifadə etmək nəzərdə tutulduqda cərgələr arası məsafə 
    2,5-3,0m, tutulmadıqda 1,5-2,5m götürülür. Qeyd edildiyi kimi, suvarma 
    şəbəkələrinə təhkim olunan torpaq sahələri əsasən obyektlərin inşası 
    zamanı pozulmuş, sonralar tədricən şorlaşmış, bataqlaşmış və müxtəlif 
    cür meliorasiya tədbirlərinə ehtiyacı olan enişliyoxuşlu yerlərdir. Bu 
    torpaqları yararlı hala salmaq və əkinə hazırlamaqdan əvvəl ərazinin 
    şorlaşma dərəcəsini, bitki örtüyünü və digər xüsusiyyətləri dəqiq 
    müəyyən etmək lazımdır. Bu məqsədlə ilk növbədə hər əkilməsi nəzərdə 
    tutulan ərazi gəzilməli, torpağın səthi
    görünüşü, bitki örtüyü və digər xüsusiyyətləri müəyyən olunmalıdır. 
    Sahə daş, kötük və s.-dən təmizlənməli, hamarlanmalı və torpağın 


    tələbinə uyğun meliorasiya tədbirləri görülməli, 40-45 sm dərinliyində 
    şumlanmalı və malalanmalıdır. İrriqasiya meşə zolaqları salmaq üçün 
    ayrılan sahələr dar olduğundan orada şumlamaya perpendikulyar 
    istiqamətdə malalama aparmaq olmur, şırımlar arasında kələ-kötür, 
    çökək yerlər qalır. Ona görə şumlamanı sıx və ya təkrar aparmaq lazım 
    gəlir. Belə olduqda malalamanı şumlama istiqamətində aparmaq olar. 
    Malalamadan sonra yerli şəraitdən asılı olaraq dərinliyi 30-40 sm olan 
    şırımlar açılmalıdır. Torpağa və bitkilərə qulluq işləri aparmaq üçün 
    istifadə olunacaq alət və mexanizmlərin növündən asılı olaraq şırımlar 
    arası məsafə 2,5-3,0 m götürülür. Kanalın nəqliyyat yolu çəkilmiş 
    tərəfindəki şırımla yol və o biri tərəfdəki şırımla kanal arasında 1,5-2,0 
    m məsafə saxlamaq lazımdır. Şırımların sayı obyektlərə təhkim olunmuş 
    sahənin eninə uyğun olaraq 1-8 götürülür. Kanalların ətrafında bəzən 
    kənd təsərrüfatına yararsız sahələr olur. Əlaqədar idarə və təşkilatlarla 
    qarşılıqlı razılaşma şəraitində belə sahələrdə meşə zolaqları yetişdirmək 
    məqsədəuyğundur. İrriqasiya meşə zolaqları biriilik, ikiillik, çoxillik 
    tinglər və toxumla salına bilər. Bu, ağac və kol cinslərinin bioloji 
    xüsusiyyətləri, ərazinin yaşayış məntəqəsinə, mal-qaraya yaxın 
    olmasından da asılıdır. Şaquli kök sisteminə və iri toxumlara malik olan 
    ağacların (palıd, qoz, badam və s.) daimi yerində toxumla yetişdirilməsi 
    məsləhət görülür. Belə bitkiləri tinglikdə yetişdirib və ya 2-3 yaşında 
    daimi yerinə köçürüldükdə onların kök sistemi çox zədələnir, şaquli 
    köklər kəsilir, bitiş faizi aşağı olur, bitkilər zəif inkişaf edir və onlar kök 
    sisteminin əvvəlki vəziyyətini bərpa edə bilmir.
    Xırda toxum və vegetativ hissələrlə asanlıqla artırmaq olan bir və ya çox 
    yaşlarında tinglikdən daimi yerinə köçürüldükdə normal bitmə inkişaf 
    etmə xüsusiyyətlərini itirməyən ağac və kolları (qovaq, söyüd, çinar, 
    dağdağan, şam, sərv, tuya. alma, armud, heyva, tut, maklüra və s.) 
    tinglikdə yetişdirib 1-3 yaşlarında daimi yerinə köçürmək olar. Bitmə 
    faizinin yüksək olması, bitkilərin xarici mühitə tez uyğunlaşması, 
    quraqlığa, şoranlığa davamlı olması, onların tez böyümə xüsusiyyətləri 
    və s. baxımdan, irriqasiya meşə zolaqlarını birillik tinglərlə salmaq daha 
    əlverişlidir. Yol kənarı, yaşayış məntəqələrinə, mal-qaraya yaxın olan 
    sahələrdə 3-5 illik ağac və kollar əkmək olar. Belə olduqda torpağa və 


    bitkilərə daha yüksək aqrotexniki qulluq göstərmək lazımdır. İrriqasiya 
    meşə zolaqları salmaq işini erkən yaz və payız aylarında görmək 
    məsləhətdir. Mülayim qış aylarında da (Kür-Araz ovalığı) əkin işi 
    aparmaq olar. Yaz əkini bitkilərdə şirə axını başlayana qədər, payızda 
    isə vegetasiya dövrü qurtardıqdan sonra aparılmalıdır. Təsərrüfat 
    əhəmiyyəti və iqtisadi səmərəsinə görə KürAraz ovalığı üçün payız əkini 
    daha sərfəlidir. Bu halda bitkilərin müvəqqəti basdırılması, toxumların 
    saxlanması, stratifikasiya edilməsi üçün yer, işçi qüvvəsi və vəsait lazım 
    gəlmir, vegetasiya dövrünün başlanması ilə əlaqədar bitkilərdə də 
    inkişaf başlayır, ilk suvarma üçün su qıtlığı ilə qarşılaşılmır. İrriqasiya 
    meşə zolaqları salarkən bitkilər, əsasən cərgə ilə, şırımların sututan 
    hissəsinə, bir-birindən 1-1,5 m aralı əkilir. Bu məqsədlə şırım tirəsinin 
    üstündə 1-2 illik tinglər üçün 25x25x25, 30x30x30, üçillikvə çoxillik 
    bitkilər üçün isə 35x35x35 sm və daha geniş ölçüdə çalalar hazırlanır. 
    Ağac və kolları cərgə və cərgə aralarında qarışıq əkmək olar. Meşə 
    zolaqlarını qarışıq salarkən orada meyvə və həmişəyaşıl bitkilərə 
    üstünlük vermək lazımdır. Son təcrübələr göstərir ki, eyni cinsdən olan 
    əkinlər yaxşı nəticə verir. İrriqasiya qoruyucu meşə zolaqları salarkən 3 
    əkin sxemi tətbiq etmək olar. A. Tezböyüyən enliyarpaqlı ağac 
    cinslərindən salınan qoşacərgəli meşə zolaqları; B. Quraqlığa davamlı 
    meyvə cinslərindən salınan bircərgəli meşə zolaqları; Ç.Duzadavamlı 

    Download 0.88 Mb.
    1   ...   7   8   9   10   11   12   13   14   ...   23




    Download 0.88 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Qoruyucu irriqasiya meşə zolaqlarının salınması

    Download 0.88 Mb.
    Pdf ko'rish