ağac və kollardan salınan meşə zolaqları;
Şəhər və digər yaşayış məntəqələrində ətraf mühitin mühafizəsi işində
yaşıllıqların rolu əvəz edilməzdir. Yaşıllıqlar səhiyyə-gigiyena
əhəmiyyəti daşıyıb havanı nəqliyyat və sənaye müəssisələrinin buraxdığı
zəhərli qazlardan və tozdan təmizləyir, havanın rütubətliyini artırır,
küləyin sürətini zəiflədir, nəqliyyatın səs-küyünü azaldır, yayın qızğın
vaxtlarında sərinlik yaradır. Bununla yanaşı, yaşıl xiyabanlar, bağlar,
yolkənarı yaşıllıqlar, parklar, şəhər, qəsəbə və digər yaşayış
məntəqələrinin abadlaşdırılması və memar-bədii tərtibatının mühüm
elementlərindən biri sayılır.
Tarlaqoruyucu meşə zolaqlarının salınması Kür-Araz ovalığında duzlu
torpaqların yayılması, minerallaşmış qrunt sularının səthə yaxın
yerləşməsi torpaqların meliorasiya baxımından əlverişsiz olduğunu
göstərir. Burada aşağıdakı kimyəvi tərkibli düzlü torpaqlar mövcuddur:
xlorlu-sulfatlı və sulfatlı. V.R.Volobuyevə (1948) görə Kür-Araz
ovalığında xlorlu-sulfatlı tipli duzlu torpaqlar üstünlük təşkil edir.
S.M.Məmmədova (1968) görə bu tipli duzlu torpaqlar ağac və kol
bitkilərinin bitməsi üçün əlverişli hesab olunur, müəllif bunu duzların
nisbətən az toksik olması ilə izah edir. Duzlu torpaqlarda meşəliklərin,
meşə zolaqlarının salınması üçün duzadavamlı ağac və kol cinslərinin
seçilməsi olduqca vacibdir. S.M.Məmmədov (1968) Mil, Şirvan,
Qarabağ, Muğan və Salyan yarımsəhralarında apardığı geniş tədqiqatlara
əsaslanaraq bir sıra ağac və kol cinslərinin duzadavamlığını öyrənmiş və
onların duzadavamlılıq şkalasını tərtib etmişdir. Kür-Araz ovalığının
xlorlu-sulfatlı duzlu torpaqları üçün müəllif 5 aqromeşə şorluq dərəcəsi
şkalasını tövsiyə edir:
I dərəcə – məhdud olmayan (qeyri məhdud) meşə əkini üçün yararlı
torpaqlar-quru qalıq 0,40%-ə qədər;
II dərəcə – meşəyə yararlı torpaqlar (quru qalığın miqdarı 0,41%-dən
0,80%-ə qədər); 319
III dərəcə – məhdud, meşəyə yararlı torpaqlar (quru qalığın miqdarı
0,81%-dən 1,00%-ə qədər);
IV dərəcə – şərti meşəyəyararlı torpaqlar (quru qalığın miqdarı 1,01%-
dən 1,30%-ə qədər);
V dərəcə – meşə əkini üçün yararsız torpaqlar (quru qalığın miqdarı
1,31%-dən çox).
Göstərilən aqromeşəşorluq dərəcələri hüdudunda meşə əkinləri üçün zəif
şorlaşmış (quru qalığın miqdarı 10qr/l-ə qədər), qrunt sularının səviyyəsi
150 sm-dən dərin, yüksək minerallaşmış (quru qalıq 10 qr/l-dən çox)
qrunt sularının səviyyəsi 200 sm-dən dərin yerləşən torpaqlardan meşə
əkini üçün istifadə edilməsi məsləhət görülür. Alimlərin apardığı
tədqiqatlar göstərir ki, ağac və kol, həmçinin kənd təsərrüfatı bitkiləri
duzlu torpaqlarda adaptasiya olunduqda orqanizmdə dərin daxili
dəyişkənlik gedir və bitkilərdə maddələr
mübadiləsi davamlı olur. Bitkinin qazandığı bu yeni xassələr onun
toxumlarında da baş verir. Bu toxumlardan alınan bitkilər daha duza
davamlılığı ilə seçilir. Odur ki, duzlu torpaqlarda meşə zolaqları
salarkən səpin materialı kimi duzlu torpaqlarda bitən ağacların
toxumlarından istifadə olunması məqsədəuyğundur. Kür-Araz
ovalığında meşə zolaqları saldıqda həmin ərazidə park, bağ, meşə
zolağında mövcud olan yaşlı ağac və kolların toxumlarından istifadə
edilməsi tövsiyə olunur. Kür-Araz ovalığında müxtəlif dərəcədə
şorlaşmış torpaqlarda meşə zolaqları və digər məqsədli meşəliklər
salarkən S.M.Məmmədov (1968) iki üsul məsləhət görür. I üsul cərgələr
arası enli götürülməklə eyni ağac cinsindən ağaclar suvarma şırımının
hər iki tərəfində əkilir. Bu üsulda 2,6 metrdən bir dərin şırımlar açılır və
2 cərgəli təmiz (sırf) cərgəli lent yaranır. Cərgələr arasında məsafə 0,6 m,
cərgədə ağacların arası isə 0,7 m götürülür. Bitkilərin yan cərgələri
arasında olan məsafə 2 m təşkil edir. Bu da cərgə aralarında torpağı
mexanizmlərlə becərməyə imkan yaradır. Lentin özündə isə torpağa
qulluq işləri əllə aparılır. Bu üsulla I və II aqromeşəşorluq dərəcələrinə
aid olan torpaqlarda meşə zolağının salınması məsləhət görülür. Meşə
zolağının salınmasında 2-ci üsul enli cərgələrlə sıx meşə əkini
aparmaqdır. Bu üsulla meşəlik məhdud meşəyə yararlı və şərti meşəyə
yararlı torpaqlar üçün nəzərdə tutulur. Zolaqdakı ağaclar iki yaşına
çatdıqda qış suvarması da aparılmalıdır. Qeyri-məhdud yararlı və
meşəyə yararlı (I-II dərəcə) torpaqlarda qış suvarması bir dəfə (noyabr-
dekabr), məhdud meşəyə yararlı və şərti yararlı (III-IV dərəcə)
torpaqlarda isə iki qış suvarmasının (1-ci dekabrda, 2-ci isə fevralda)
aparılması tövsiyə olunur. Aparılan təcrübə işləri göstərir ki, lentlərdə və
zolaqlarda aqrotexniki qaydalara düzgün riayət edildikdə I-II
aqromeşəşorluq dərəcəli torpaqlarda 2-3-cü ilində, III-IV dərəcəli
torpaqlarda isə 3-4-cü ilində ağacların çətirləri tam birləşir. Bundan
sonra torpağa əllə olunan xidmətlər dayandırıla bilər. Geniş cərgələr
arasında isə mexanikləşdirilmiş qulluq işləri zolağın çətirləri tam
birləşənə qədər davam etdirilir. Kür-Araz ovalığının duzlu torpaqlarında
ayrı-ayrı aqromeşəşorluq dərəcələrinə uyğun olaraq S.M.Məmmədov
(1968) meşə zolaqlarının salınması işlərində əsasən ağacların aşağıdakı
qarışdırma tiplərini tövsiyə edir:
|