Bataqlaşmış meşəaltı torpaqlarda meliorativ qurutma




Download 0.88 Mb.
Pdf ko'rish
bet13/23
Sana30.10.2022
Hajmi0.88 Mb.
#28548
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
Bog'liq
Meşə meliorasiyası (Mühazirələr)

Bataqlaşmış meşəaltı torpaqlarda meliorativ qurutma 
tədbirləri. 
Plan: 
1.Qurutma meliorasiyası haqqında ümumi məlumat. 
2.Bataqlıqların xarakteristikası. 
3.Podzoləmələgəlmə prosesləri. 
4.Meliorativ qurutma metodları.
Torpağın qurudulması kənd təsərrüfatı ilə bir zamanda meydana 
gəlmişdir. Şimal dənizinə bitişik izafi rütubətlik rayonlarında qurutma 
sistemi qurğularının tikilməsinə X əsrin əvvəlində başlanmışdır. XVI-
XVII əsrlərdə bu işlərə Avropanın digər regionlarında da başlanaraq, 
bataqlıqlar quruduldu, çay, göl, həmçinin dənizkənarı düzənliklərdə 
suyun səviyyəsinin aşağı salınması üzrə işlər yerinə yetirildi.
1810-cu ildə İngiltərədə yandırılmış gillərdə düzəldilən borucuqlarla 
drenaj işləri başlandı. 1843-cü ildə drenaj işləri Avstriya, Belçika, 
Almaniya, Rusiya, ABŞ, Fransa və digər ölkələrdə geniş inkişaf etməyə 
başlandı.Dünyada qurudulan torpaqların ümumi sahəsi 161 mln. ha və 
ya əkin sahələri və çoxillik ağaclıqlarla birlikdə ərazinin 11%-dən 
çoxunu təşkil edir. Avropada qurudulmuş torpaqlar kontinentin 
meliorasiya olunmuş ərazisinin 70%-nə bərabərdir. Bataqlıqların 
qurudulması və bataqlaşmış ərazilər ən çox Böyük Britaniya, Macarıstan, 
İtaliya, Almaniya, Finlandiya, Fransa, Yuqoslaviya, Misir və Sudanda 
yayılmışdır. İstənilən quruducu sistem hidrotexniki qurğuların 
kompleksi olub, onun köməyi ilə bataqlıq və bataqlaşmış ərazilərin su-
hava rejimi tənzimlənir.
Qurudulma işlərinin aşağıdakı əsas metodları və texnikasından istifadə 
olunur:
— atmosfer qidalanma tipində kiçik kanal sistemi, qapalı drenlər, 
dərin şum və b. kanalların tikintisi ilə aparılır;


— qrunt və qrunt-təzyiq tipində açıq kanallar, qapalı drenaj, şaquli 
drenajdan istifadə edilir;
— yamac tipində dağ kanallarının tikilişi, yamaclarda eroziyaya qarşı 
tədbirlər həyata keçirilir;
— yuyulma tipində bənd çəkmə, damba (torpaq bəndi), çay yatağının 
və çay axınının nizamlanması (su anbarının tikilməsi, axının bir his-
səsinin digər hövzəyə keçirilməsi və s.).
Hər qurutma üsulu müəyyən ekoloji istiqaməti və nəticələri ilə 
səciyyələnir. Alimlərin fikrincə, düzgün yerinə yetirilən meliorasiya 
işləri çayın axınına və ətraf mühitə əlverişli təsir göstərir.
Becərilən bitkilərin yüksək məhsuldarlığının təmin edilməsi üçün 
meliorasiya işləri torpaq müxtəlifliyinin və təbii faktorların spesifik 
xüsusiyyətləri nəzərə alınaraq yerinə yetirilməlidir.
Müəyyən edilmişdir ki, drenaj aparılan ərazilərdə kənd təsərrüfatı 
bitkiləri yetişdirdikdə torpağın aşağı qatlarının kipliyi artır, drenaj suları 
ilə birlikdə torpaqda qida maddələri (azot, fosfor, kalium) itirilir.
Bataqlaşmış torpaqların dünyanın bir çox ölkələrində, MDB-də və 
Azərbaycanda az da olsa rast gəlinir.
Bataqlıq anlayışı altında xüsusi susevər bitkilərlə örtülmüş daimi və ya 
dövrü olaraq artıqlaşan nəmliklə müşahidə olunan torfəmələgəlmə 
prosesi başlayan torpaq sahələri başa düşülür. Torfun qalınlığı 15-20 sm-
ə çatır.
Bataqlaşmış torpaqlar dedikdə isə torflaşmış və ya torflaşmaya 
başlanmış kənd təsərrüfatı sahələri başa düşülür.
Artıqlaşan nəmli torpaqlar dedikdə səthində olmayan qrunt və yağış 
suları hesabına nəmlənmiş torpaqlar nəzərdə tutulur.
Xarakteri qida suyu, bitki örtüyü və torfun xüsusiyyətindən asılı olraq 
batqlıqlar aşağıdakılara bölünür.
Çökəklik bataqlığı – Relyefin çökək yerlərində qrunt sularından 
qidalanan, yerüstü və çöküntü sularından əmələ gələn bataqlıq.


Yuxarı bataqlıq – Su ayrıclarından yığıntı və leysan suları hesabına 
əmələ gələn bataqlıq.
Keçid bataqlığı – aşağı və yuxarı bataqlıqlar biyefləri arasında olan 
bataqlıqlardır.
Bataqlaşmanın səbəbləri.
Bataqlaşmanın əraziləri əsas
1. Sututarların hesabına əmələ gələn bataqlaşmalar.
2. Quru yerlərin və ya yerüstü bataqlaşma
Sututarlarda anaerab prosesi getməsi suda oksigenin çatışmamazlığına 
səbəb olur.
Quru yerlərin bataqlaşmasına əsas səbəb isə torpağın aktiv qatının 
yerüstü sular yeraltı sular hesabına çox artıq nəmlənməsidir. 
Qrunt suları hesabına bataqlaşmanın əmələ gəlməsi.
1. Bataqlaşmış ərazi
2. Qrunt axınının səthi
3. Axın xətti


Qurutma tələb edən torpaqların növləri
Torpağın aktiv qatında suyun miqdarı artıq olduqda torpağın su-hava 
rejiminin nizamlanması üçün qurutma meliorasiyası tətbiq edilir.
Çay subasarlarında 10-15 sutka su olduqdan sonra su çəkilərsə, belə 
yerlərdən 10 t/ha –ya qədər ot məhsulu götürmək lazımdır. 25-30 
sutkadan çox su qaldıqda isə torpaq daha çox pisləşir.
Qurutma metodu
Artıqlaşan nəmli torpaqların nəmləşdirən səbəblər müəyyən edilməlidir. 
Sonra onu aradan qaldırmaq üçün qurudulan ərazilər meliorasiya 
tədbirləri işlənməlidir.
1. Yamac axınının nizamlanması
2. Məcra xınlarının nizamlanması
3. Səthi suların axınının sürətləndirilməsi
4. Qrunt suları hesablaşdırsa, onun səviyyəsinin aşağı salınması
5. Torpaq – bioloji proseslər səbəblərindəndirsə, aerob prosesləri bərpa 
etmək lazımdır.
6. Dərin donmuş torpaqda isə şitilləşdirmə işləri aparılmalıdır.
Bataqlaşmış və bataqlıq torpaqların qurudulması
Bataqlaşmış sahələrin qurudulması dedikdə həmin sahədən olan artıq 
nəmliyi rədd etməklə burada becərilən kənd təsərrüfatı bitkilərindən 
yüksək məhsul almaq üçün aparılan meliorativ tədbirlər nəzərdə tutulur. 
Burada digər meliorativ tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Qurutma üsulu – konkret seçilmiş qurutma sistemləri ilə məsələnin həlli 
kimi başa düşülür.
Qurutma sisteminin elementləri


1. Çay – suqəbuledici; 2. Magistral kanal; 3. Açıq kollektor; 4. Açıq 
qurutma kanalı; 5. Tutucu kanal; 6. Qapalı kollektor; 7. Drenlər; 8. Tarla 
yolları; 9. Borulu keçid; 10. Kanalın sonu; 11. Baxıcı quyu; 12. Dağ 
kanalı; 13. Bənd – damba.
Sistem iki hissədən ibarətdir
1. Nizamlayıcı
2. Nəqledici



Download 0.88 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Download 0.88 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Bataqlaşmış meşəaltı torpaqlarda meliorativ qurutma

Download 0.88 Mb.
Pdf ko'rish