|
Meşə meliorasiyası fənninin predmeti, məqsədi və vəzifələri. PlanBog'liq Meşə meliorasiyası (Mühazirələr)Külək eroziyası istər xalq təsərrüfatına,istərsədə kənd təsərrüfatına
böyük zərər vurmaqla,relyefin formalaşmasında müəyyən rol
oynayır,Külək eroziyası şiddətli küləklərin təsirindən yüngül mexaniki
tərkibli torpaqların,narın qumların sovurulub aparılması şəklində
müşahidə olunur.Bununda nəticəsində torpaq əmələ gətirən ana süxular
çılpaqlaşır.Bəzi hallarda külək eroziyası şoran torpaqların əmələ
gəlməsinə səbəb olur.Beləki yayın qızmar dövründə şor göllərdə
quruyan duz kristalları külək ilə sovrularaq başqa yerlərdə toplanaraq
ərzinin şorlaşmasına səbəb olur.Buna impulverzasiya deyilir.
Torpaq eroziyası mürəkkəb bir proses olub onun əmələ gəlməsi və
inkişafına təbii-tarixi amillər,eləcə də insanların bir sıra düzgün
olmayan təsərrüfat fəaliyyəti halları böyük təsir göstərir.Təbiətdə
insanlar intensiv təsərrüfat fəaliyyətinə başlayana qədər torpaq eroziyası
normal şəkildə getmişdir.Eroziya prosesinin əmələ gəlməsinə və
inkişafına təbii-tarixi amillərdən-relyef,iqlim,sahənin geoloji-mofoloji
quruluşu,torpaq əmələgətirən süxurların bioloji tərkibi,torpaq-bitki
örtüyü böyük təsir göstərir.
Eroziya prosesinin şiddətli getməsinə böyük təsir göstərən amillərdən
biri də yamacların mailliyi,uzunluğu və formasıdır.Məsələn
S.S.Sobolyev göstərir ki,yamacın mailliyi 30-dən 20- dək azaldıqda hə
hektar sahədən torpağın yuyulması 16-19m3-dən 12m3-ə qədər
azalır.Bir çox hallarda eyni mailli yamaclardan müxtəlif miqdarda
torpaq yuyulması müşahidə olunur.Bu isə yamacda bitki örtüyünün
vəziyyəti və torpağın eroziyaya qarşı davamlılığı ilə izah
olunur.
Yuxarıda göstərdikki eroziya prosesinin şiddətli getməsinə təsir göstərən
amillərdən biridə yamacın formasıdır.Beləki qabarıq formalı yamaclarda
səthi su axınının sürəti artdığı üçün eroziya prosesi şiddətli şəkildə
çökək formalı yamaclarda isə nisbətən zəif gedir.Düz yamaclarda
eroziyanın intensivliyi sahənin mailliyindən aslı olaraq dəyişir.
Yamacın mailliyi və forması ilə yanaşı olaraq onun uzunluğununda
eroziyaya böyük təsiri vardır.Yamacın uzunluğu artdıqca eroziya prosesi
güclənir.Bunları nəzərə alaraq yamacın mailliyi və onun uzunluğundan
asılı olraq onu kiçik sahələrə bölmək lazımdır.Burada meşə
zolaqları,çoxilik ot əkməklə eroziya prosesini zəiflətmək və ya onun
qarşısını almaq olar.
Sahələrdə səthi eroziyanın şiddətli getməsinə təsir edən amillərdən biri
də sahənin qobu və yasti qobu şəbəkəsi ilə parçalanmasıdır.Sahə qobu
və yastı qobu ilə parçalandıqda burada su axını öz sürətini artıraraq səthi
eroziyanın şiddətli getməsinə səbəb olur.Məsələn Göyçay ətrafında Boz
dağda sahələrin qobularla çox parçalanması nəticəsində səthi eroziya
şiddətli gedərək torpaqların münbitliyinin pisləşməsinə səbəb olmuşdur.
Eroziya prosesinin əmələ gəlməsinə təsir göstərən amillərdən biri də
iqlimdir.Ümumiyyətlə iqlimin,xüsusən atmosfer çöküntülərinin torpaq
əmələgəlmə prosesində rolu böyükdür.Güclü yağmurlarda yağış suları
torpağa pis hopur və səthi su axınının əmələ gəlməsinə səbəb olur.
|
| |