• Meşə meliorasiyasının Azərbaycanda inkişaf tarixi. Plan: 1.Meşə meliorasiyasının öyrənilmə tarixi, tədqiqat metodları və təsnifatı.
  • Meliorasiyanm başqa fənlərlə əlaqəsi




    Download 0.88 Mb.
    Pdf ko'rish
    bet2/23
    Sana30.10.2022
    Hajmi0.88 Mb.
    #28548
    1   2   3   4   5   6   7   8   9   ...   23
    Bog'liq
    Meşə meliorasiyası (Mühazirələr)

    Meliorasiyanm başqa fənlərlə əlaqəsi :Meliorasiya elmi metereologiya, 
    coğrafıya, geomorfologiya, geologiya, hidrogeologiya, torpaqşünaslıq, 
    aqrokimya və s. elm sahələri ilə sıx əlaqədardır. Mühəndis-meliorativ 
    tədbirlərin hazırlanmasında bu elm sahələrindən və onların 
    qanunauyğunluqlarından geniş istifadə edilir. Məsələn, suvarma
    aparılacaq sahələrdə kənd təsərrüfatı bitkilərinin suvarma rejimini, 
    suvarma üsullarını, suvarma texnologiyasını əsaslandırmaq üçün 
    meteoroloji məlumatlardan, relyef, iqlim-torpaq şəraiti məlumatlarından 
    geniş istifadə edilir. Şoran torpaqların yararlı hala salınması və 
    şorlaşmanın qarşısını almaq üçün texniki tədbirlər sistemi tətbiq edilir. 
    Bu tədbirlərin hazırlanmasında ərazinin torpaq, hidrologi, geoloji və 
    hidrogeoloji şəraitini səciyyələndirən göstəricilər əsas götürülür. 


    Meşə meliorasiyasının Azərbaycanda inkişaf tarixi. 
    Plan: 
    1.Meşə meliorasiyasının öyrənilmə tarixi, tədqiqat metodları və 
    təsnifatı. 
    2.Meşə meliorasiyası elminin Azərbaycanda inkişaf tarixi. 
    Torpaqların meliorasiyası haqqında əsas teoretik fikirlər Rusiyada 
    əsasən 
    XIX əsrin sonunda V.İ.Voyeykov tərəfindən formalaşdırılmağa 
    başlanmış, 1960-cı 
    illərdən isə fiziki coğrafiyanın bir sahəsi kimi meydana çıxmışdır. O,
    yaxşılaşdırma anlayışında meşə, su, bitki, torpaq, iqlim komponentlərinə 
    üstünlük 
    vermişdir. V.İ.Voyeykov hər bir meliorativ tədbirin görülməsinin 
    nəticəsini 
    insanların tələbatında görürdü.
    V.V.Dokuçayev çöl zonasında quraqlığa qarşı mübarizə tədbirlərini 
    tarlaqoruyucu meşə zolaqlarının salınmasında, qumsal sahələrin 
    meşəliklərə 
    çevrilməsində, su hövzə və anbarlarının yaradılmasında görürdü. 
    İstər V.İ.Voyeykovun, istərsə Dokuçayevin torpaqlarda meliorativ 
    tədbirlərə aid fikirləri əsasən 1920-ci illərdən sonra həyata keçirilməyə 
    başlandı. 
    XX əsrin 50-70-ci illərində bir sıra elmi ekspedisiyalar nəticəsində 
    tarlaqoruyucu meşələrin proyektləri, suvarma, qurutma və iqlim 
    meliorativ 
    tədbirləri layihələndirilmişdir. 
    Uzunmüddətli tədqiqatlar aşağıdakı nəticələrə gəlməyə əsas verir: 


    1. Təbii hadisələrin dinamikliyi meliorativ tədbirlərin həyata 
    keçirilməsini 
    aparıcı faktora çevirir. 
    2. Təbii komponentlərin qarşılıqlı əlaqə və təsiri bir komponentin 
    dəyişməsinin digərinin dəyişməsinə səbəb olur (bütövlük qanunu). Belə 
    ki, 
    səhralarda suvarma istiqamətində aparılan təsərrüfat işləri torpaqların 
    təkrar 
    şoranlaşmasına səbəb olduğundan kollektor-drenaj işlərini unutmaq 
    olmaz. Şimal 
    rayonlarında isə bir dəfə kübrələnmənin aparılması turşuluğun 
    torpaqlardan 
    kənarlaşdıra bilinmədiyindən kübrə ilə yanaşı əhəngləmə işlərinin də 
    aparılmasını 
    tələb edir. 
    3. Kənd təsərrüfatı sahələrinin düzgün yerləşdirilməsi meliorativ 
    tədbirlərin görülməsini asanlaşdırır və daha effektli edir. 
    4. Meliorativ tədbirlər kompleks şəkildə aparılmalıdır. 
    5. Fiziki-kimyəvi və mexaniki meliorasiyanın təsirinin müəyyən 
    müddətdən sonra itməsini nəzərə alaraq onu dövrü olaraq aparmaq 
    lazımdır. 
    Meliorativ tədbirlərin aparılmasında təbii şərait kompleks şəkildə yox, 
    aparıcı faktor nəzərə alınmalıdır. Yəni o, faktor ki, bitkilərin inkişafında 
    daha 
    mühüm rol oynayır. Başqa sözlə, meliorativ tədbirlərə ekoloji 
    yanaşmada obyektə 
    daha yüksək təsirə malik olan amillərə üstünlük verilir. 
    Meliorasiyanın həddini müəyyən etmək üçün təbii prosesləri, hadisələri, 


    başqa sözlə, eroziya, quraqlıq, küləklər, iqlim, bitkilərin qışlaması, qar 
    örtüyünün 
    qalınlığının araşdırılması tələb olunur. 
    Göstərilənlərin hər biri təbii komponentlərə bu və ya digər dərəcədə təsir 
    edən amillərdir. Su meliorasiyası su resurslarının, torpaq meliorasiyası 
    torpaqların,
    relyefin, fitomeliorasiya ərazinin bitki örtüyünün yaxşılaşması və 
    dəyişməsi ilə 
    nəticələnir. 
    Meliorativ tədbirlər təsnifatına görə sinif, növ, vid və 
    növmüxtəlifliklərinə 
    bölünür. 
    Xalq təsərrüfatının müxtəlif sahələrində tətbiq edilməsinə görə 
    meliorativ 
    tədbirlər aşağıdakı kimi bölünür: 
    1) Kənd təsərrüfatı meliorasiyası; 
    2) Meşə təsərrüfatının meliorasiyası; 
    3) Su təsərrüfatının meliorasiyası; 
    4) Sağlamlıq və istirahət məqsədli meliorasiya; 
    5) Şəhərsalma məqsədli meliorasiya; 
    6) Nəqliyyat üçün meliorasiya; 
    7) Çoxməqsədli meliorasiya. 
    Sonuncu meliorasiyaya qurunun müxtəlif sahələrində iri meliorativ 
    tədbirlər aid edilir. Kənd təsərrüfatının meliorasiyası su, qar, torpaq, 
    iqlim, fito və 
    zoomeliorasiya növlərinə bölünür. 
    Meşə zonasının meliorativ tədbirlər sisteminə qurutma, sutənzimləmə, 
    turş 


    torpaqların əhənglənməsi, üzvü və qeyri üzvü gübrələrin verilməsi, 
    sukeçirməyən 
    gil qatının ləğv edilməsi üçün dərin şumlama, qar və donmuş 
    torpaqlarda istilik 
    meliorasiyası aid edilir. 
    Arxeoloji axtarışlar göstərir ki, Orta Asiya və Zaqafqaziyada hələ 
    bizim eradan çox qabaq əkin sahələrində suvarma aparılırmış. 
    Azərbaycanda da torpaqlarda və çay vadilərində çox qədim kanallaın 
    izləri aşkar edilmişdir. Qədim Yunan coğrafıyaşünaslarının verdiyi 
    məlumata görə yeni eranın I əsrində Şirvan düzündə suvarma aparılan 
    sahələr Misir və vavilyonda suvarılan sahələrdən çox olmuşdur. 
    Vətəndaş müharibəsi dövründə ölkənin xalq təsərrüfatına, o cümlədən 
    kənd təsərrüfatı və onun ayrılmaz hisəsi olan meliorasiya işlərinə 
    böyük ziyan vurulmuşdur. Bir çox suvarma sistemləri və onların 
    üzərində olan hidrotexniki qurğular dağılmış, sıradan çıxmışdı. Buna 
    baxmayaraq 20 -30-cu illərdə geniş miqyasda bərpa işləri görülmüşdü. 
    Həmin dövrdə Azərbaycan respublikasında da iri miqyaslı meliorativ 
    Tikinti işlərinə başlanılmışdı. Azərbaycanm Muğan, Mil və cənubi 
    Muğan düzlərində suvarma sistemi və bir sıra başqa obyektlər bu 
    dövrdə tikilib istifadəyə verilmişdir. 
    1039 - 1941-ci illərdə ölkədə su təsərrüfatı üzrə geniş xalq tikintilərinə 
    başlanmışdır. Böyük Vətən müharibəsi dövründə ölkənin Avropa 
    hissəsində istifadə edilən bir çox qurutma sistemləri bütövlükdə 
    sıradan çıxmışdı. 
    Azərbaycanda Mingəçevir su qovşağı 1955-ci ildə tikilib başa 
    çatmışdı. Respublikada ən böyük su arteriyası hesab edilən Yuxarı 
    Qarabağ kanalı, Yuxarı Şirvan kanalı bu dövrdə istifadəyə verilmişdir. 


    Həmin vaxtda Bəhrəmtəpə su qovşağı tikilmiş, Baş Muğan, 
    Samur-Abşeron kanalları çəkilmiş, Baş Şirvan kollektoru istifadəyə 
    verilmişdi. 
    Kür-Araz ovahğında şoran torpaqların yuyulması və yararlı hala 
    salınması üçün geniş sahələrdə kollektor-drenaj şəbəkəsinin tikinti 
    işləri görülmüşdü. Bu dövrdə Muğan - Salyah magistral sutullayan 
    kollektoru istifadəyə verilmişdi. 
    Azərbaycanda suvarılan torpaqlarm sahəsi 1913-cü ildə 550 min/ha, 
    1975-ci ildə 1 mln 166 min/ha, 1980-ci ildə 1 mln 270 min/ha, 2000-ci 
    ildə 1,4 - 1,6 mln/ha-ya çatdırılmışdır.
    Azərbaycanda su ehtiyatlarından tam istifadə edilərsə, suvarılan 
    torpaqlarm sahəsi 2,3 mln/ha-a çatdırmaq olar. 
    Son illərdə təbiətin mühafizəsi istiqamətində dünya dövlətlərinin 
    əksəriyyəti təbiəti mühafizə istiqamətində müəyyən işlər görmüş, bu 
    sahədə əsərlər 
    yazmışlar. H.Ə.Əliyevin (1982), A.S.Əsgərovun (1982), M.Salmanovun 
    (1993), 
    İ.B.Xəlilovun (2004) bu istiqamətdə yazdıqları əsərlər təbiətin 
    mühafizəsi 
    istiqamətində atılmış addımlardır. Bu əsərlər təbii komponentlərdə 
    meliorativ 
    tədbirlərin aparılması baxımından mühüm əhəmiyyətə malikdirlər. 
    Ekoloji gərginlikdən meydana gəlmiş müxtəlif təzadları aradan 
    qaldırmaq 
    və təbii komponentləri qorumaq məqsədilə meliorativ tədbirlərin 
    aparılması yerli 
    təşkilatlarla yanaşı, təbiətin mühafizəsi istiqamətində bir çox beynəlxalq 
    təşkilatlar 


    – YUNESKO, FAO, YUNEP, TMBİ fəaliyyət göstərir. 

    Download 0.88 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   23




    Download 0.88 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Meliorasiyanm başqa fənlərlə əlaqəsi

    Download 0.88 Mb.
    Pdf ko'rish