Karxanaların ərazisində meşəmeliorativ işlərin aparılması. Plan: 1.Meşə təsrrüfatı məqsədilə karxanaların ərazisinin rekultivasiyası. 2.Müxtəlif tərkibli tullantılar yayılmış torpaqların rekultivasiyası. Meşəsalma işləri ilə karxanaların rekultivasiyası üsulunun seçilməsində
də kənd təsərrüfatı məqsədilə ərazilərin rekultivasiyasında olduğu kimi
təlimatlardan istifadə olunur. Bu istiqamət о zaman seçirlər ki, ərazinin
kənd təsərrüfatı məqsədilə istifadəsində müəyyən çətinliklər yaranır.
Bunlara torpağın xassələrinin pis olması, ərazinin yaşayış
məntəqələrindən uzaqda yerləşməsi, kənd təsərrüfatı bitkilərinin
yetişdirilməsi üçün əlverişsiz mikroiqlim şəraitinin olması və s. aiddir.
Karxanaların meşələşdirmə ilə rekultivasiyası aşağıdakı ardıcıllıqla
yerinə yetirilir. Əvvəlcə karxananın dibi hamarlanaraq yamacların
yayılması (m=l,5 yamaclığa qədər) həyata keçirilir. Əgər karxananın
dərinliyi çox olarsa onda 5-6 m dərinlikdə eni 3 m olan formalar
düzəldilir. Bu işlər başa çatdıqdan sonra karxananın dibində torpaq
sıxlaşdırılaraq ora atmosfer azotunu qəbul edərək torpaqda toplayan və
humusun yaranmasına səbəb olan paxlalı bitkilərin toxumu səpilir.
Bundan sonra müxtəlif növ ağaclardan ibarət meşə
salınır. Bu zaman eyni bitkidən istifadə etmək yol verilməzdir. Qarışıq
ağacların əkilməsi ilə landşaft daha tam formalaşır və biotanın
sağlamlaşdırılmasına nail olunur.
Meşə əkinlərinin perimetri boyunca 3-5 m enində yüksək ağacların
əkilməsi daha məqsədəuyğun hesab edilir.
Meşə və kənd təsərrüfatı istiqamətlərindən əlavə olaraq karxanalardan
digər məqsədlər üçün istifadə oluna bilər. Məsələn, idman və oyun
meydançalarının, kempinqlərin yaradılması və ya ərazinin tikinti altına
verilməsi və s.
Bundan əlavə karxananın işlək hissəsinin sanitar nöqteyi nəzərindən
təhlükəli olmayan tikinti qalıqları, tikinti meydançalarından çıxarılmış
qruntla doldurulması da mümkündür. Doldurulmadan sonra qalınlığı 0,5
m olan mineral qrunt qatı və 0,15 m olan torpaq qatı verilməklə ərazi k/t
əkinləri altında istifadə oluna bilər.
2.Müxtəlif tərkibli tullantıların, açılmış tullantı yayılmış sahələrin