Meşə meliorasiyası fənninin predmeti, məqsədi və vəzifələri. Plan




Download 0.88 Mb.
Pdf ko'rish
bet22/23
Sana30.10.2022
Hajmi0.88 Mb.
#28548
1   ...   15   16   17   18   19   20   21   22   23
Bog'liq
Meşə meliorasiyası (Mühazirələr)

rekultivasiyası  
Dünyanın bütün böyük Ölkələrində tullantılara nəzarət olunmaması 
səbəbindən onlar açıq sahələrdə yayılaraq yeraltı və yerüstü su 
mənbələrini, ətraf əraziləri çirkləndirərək, havada metan qazının 
miqdarının artmasına, müxtəlif gəmiricilərin, milçəklərin və müxtəlif 
xəstəlik daşıyıcılarının çoxalmasına səbəb olmuşdur.
İnkişaf etmiş ölkələrdə adambaşına düşən bərk məişət tullantılarının orta 
miqdarı 0,5 kq/gün, sənaye cəhətdən daha inkişaf etmiş ölkələrdə isə 2 
kq/gün təşkil edir.
Demək olar ki, sənaye cəhətdən inkişaf etmiş bütün ölkələrdə 
tullantıların zibilliklərə və ya belə adlanan poliqonlara daşınması
davam edir. Məsələn MDB-də zibilliklərə 97%, Ingiltərədə 90%, 
Kanadada 80%, Italiyada 71%, ABŞ-da 67%, Ispaniyada 65% tullantı bu 
poliqonlara daşınır. Belə poliqonlar kəskin texnogen geokimyəvi 
anomaliya hesab edilir. Tullantılarda mikroelementlərin (gümüş, 
Volfram, Molibden, nikel, mis, qurğuşun və digər) toplanır ki, bunların 
da miqrasiyası sonrakı mərhələdə digər ərazilərin də çirklənməsi ilə 
nəticələnir.
Miqrasiya külək, səth suları vasitəsilə həyata keçirilir ki, bunlar da son 
nəticədə açıq su mənbələrini, yeraltı suları çirkləndirir 
Tullantıların ətraf mühitə təsirini azaltmaq məqsədilə onların bütün 
mövcud olduğu dövrdə qoruyucu tədbirlər həyata keçirilməlidir.
Poliqonların layihələndirilməsi zamanı əsas prinsip ətraf mühitin: 
atmosfer havasının, torpağın, yerüstü və yeraltı suların qorunmasıdır. 
Buna görə də onlar yaşayış tikililərinə 500 m-dən yaxın
ola bilməz.


Poliqonların yerinin müəyyənləşdirilməsi üçün aşağıdakı prinsiplər əsas 
götürülür:
-landşaft, kənd təsərrüfatı və ətraf mühüt üçün qiymətli olan ərazilər, 
həmçinin sel təhlükəsi, yeraltı suların çirklənmə ehtimal olan ərazilər 
poliqon üçün ayrıla bilməz;
-belə ərazilər olmadıqda isə torpağı, qrunt sularmı atmosfer havasını 
qorumaq məqsədilə mühafizə ekranlannın tikintisi həyata keçirilir . 
Mühafizə ekranlarının konstruksiyasına izolyasiya və filtrasiya 
elementlərinin kombinasiyası daxildir ki, bunlar da kondensatların 
toplanmasına və kənarlaşdırılmasına, həmçinin drenaj şəbəkəsi vasitəsilə 
atmosfer yağıntılarını və qrunt sularını kənarlaşdırmaqla yeraltı suların 
çirklənməsinə imkan vermir. Tikinti materialı kimi, təbii materiallardan 
(qumdan, çınqıldan, gildən, bentonit və onların qarışığından) və 
geosintetik materialların (sintetik izolyasiya rulonları, geotekstil və s.) 
qarışığından istifadə olunur. 
Poliqonun dəliyinin yüksəkliyi qrunt sularının səviyyəsindən 0,5-1 m 
yuxarı olmalıdır. Poliqonun tikintisi yekunlaşdıqdan sonra onun 
istismarına başlanılır. Tullantılar laylar şəklində olmaqla poliqona 
doldurulur. Hər layın qalınlığı 2,0-2,5 m-ə qədər ola bilər. Bununla 
əlaqədar olaraq tokülən tullantı layları katoklar vasitəsilə kipləşdirilir və 
iş gününün sonunda mineral qrunt qatı ilə örtülərək izolyasiya olunur.
Atmosfer havasının qorunması məqsədilə istismar zamanı hər tullantı 
layı qalınlığı 0,15 - 0,25 m olan izolyasiya qatı ilə örtülür. Bu qat 
tullantıların səthindən külək, buxarlanma və miqrasiya yolu ilə 
çirkləndiricilərin atmosferə daxil olmasının qarşısını alır. Poliqonun 
daxilinə 8 t/m3 sıxlığında doldurulmuş tullantıların kifayət qədər 
dayanıqlı olmaması səbəbindən çox yüklənmiş poliqonların 
formalaşdırılması zamanı onların dayanıqlığını artırmaq məqsədilə hər 
yarusda onların perimetri boyunca mineral qruntdan dambalar düzəldilir. 
Bu zaman yamacda xarici yamaclığı m=2-4 olmaqla hər 5-10m 
yüksəklikdən bir eni 3 m olan bermalar düzəldilir (şəkil 3). 


Tullantıların zərərsizləşdirilməsinə görə poliqonun formalaşdırılması
1-poliqonun daxilinə basdırdmış bərk məişət tullantıları; 2-tullantıların 
laylar üzrə sanitar izolyasiyası məqsədilə yayılmış mineral qrunt; 3,12-
dambalar; 4- su kənarlaşdırıcı kanal; 5-fıltirasiya olunmuş suların 
toplanması üçun hovuz; 6-müşahidə quyuları; 7-laydakı drenaj; 8- 
drenlər; 9-qrunt sularının səviyyəsi;
10-maşınların kütləsini muəyyənləşdirən tərəzi; 11-avtomobil yolu; 13-
berma; 14-zibildaşıyan maşın; 15-qrunt bərkidən maşın.
Poliqon layihə ölçülərinə çatdıqdan sonra üst qatı mühafizə ekranı ilə 
örtülür.
Texniki mərhələ başa çatdıqdan sonra bioloji mərhələ həyata keçirilir.

Download 0.88 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   23




Download 0.88 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Meşə meliorasiyası fənninin predmeti, məqsədi və vəzifələri. Plan

Download 0.88 Mb.
Pdf ko'rish