• Meşə meliorasiya aparılmış torpaqların mənimsənilməsi. Plan: 1.Torflu-bataqlıq və subasar torpaqların becərilməsi.
  • 4.Çöl və meşə-çöl zonalarında əkilməmiş torpaqların becərilməsi.
  • Meşə meliorasiyası fənninin predmeti, məqsədi və vəzifələri. Plan




    Download 0.88 Mb.
    Pdf ko'rish
    bet23/23
    Sana30.10.2022
    Hajmi0.88 Mb.
    #28548
    1   ...   15   16   17   18   19   20   21   22   23
    Bog'liq
    Meşə meliorasiyası (Mühazirələr)

    Bioloji mərhələ. Torpağın yuyulmasının qarşısını almaq, mənimsəmə 
    şəraitini yaxşdaşdırmaq, ərazinin xarici görünüşünü
    bəzəmək və suyun poliqonun daxilinə keçməsinin qarşısını almaq 
    məqsədilə yaşıllaşdırma işləri aparılır.
    Ust qata torpaq verildikdən və kompleks aqrotexniki tədbirlər həyata 
    keçirildikdən sonra dörd mərhələdə fıtomeliorantların toxumları səpilir.
    Birinci - torpaqda çirkləndirici maddələri çıxara bilən fitomeli-orantların 
    əkini.
    İkinci - çim qatı yaradan otların əkilməsi. Ot qarışığı 2-3 və daha çox 
    komponentdən ibarət olur. Ot qarışığının seçilməsi zamanı onların 


    poliqonun səthində daha yaxşı çim qatı əmələ gətirməsi nəzərə 
    alınmalıdır.
    Üçüncü - çirklənrniş torpaqlarda bitə bilən ot, ağac və kol bitkilərinin 
    assortimentlərinin seçilməsi və əkini.
    Dördüncü - park əkinləri üçün ağac və kol bitkilərinin seçilməsi və əkini.
    Yaşıllaşdırma işləri bitkilərin əkilməsi ilə yekunlaşmır və uzun müddətli 
    (2-5 il) əmək tələb edən proseslərin həyata keçirilməsini, bitkilərə daimi 
    qulluğu tələb edir. Seçilmiş ot bitkiləri yerli olmalı və aprobasiyadan 
    keçməlidir.
    İki komponentdən ibarət olan ot qarışığını səpdikdə hər növ ota görə 
    səpin normasını 35 %, üç komponentli ot qarışığını səpdikdə isə səpin 
    normasını 50 % azaldırlar. 


    Meşə meliorasiya aparılmış torpaqların 
    mənimsənilməsi. 
    Plan: 
    1.Torflu-bataqlıq və subasar torpaqların becərilməsi. 
    2.Kol və meşə altından çıxmış torpaqların becərilməsi. 
    3.Azməhsuldar quru dərələrin mənimsənilərək becərilməsi metodları. 
    4.Çöl və meşə-çöl zonalarında əkilməmiş torpaqların becərilməsi. 
    1.Torflu bataqlıq və subasar torpaqların becərilməsi
    Meliorasiya edilmiş torpaqları əsaslı surətdə yaxşılaşdırmaq üçün ilk 
    növbədə onun meliorativ vəziyyəti
    araşdırılmalıdır.Bu da bitki altında istifadə olunan ayrı-ayrı torpaq 
    sahələrində.vegetasiya müddəti ərzində,su-duz balansının öyrənilməsi 
    ilə mümkündür.Suvarılan və qurudulan torpaqlarda,bitkinin normal 
    inkişafını bəpa edəcək qida,su və istilik rejim yaradan rütubət 
    olmalıdır.Rütubət rejimi pozulduqda ərazidə bataqlaşma,təkrar şorlaşma 
    prosesi gedəcəkdir.
    Əsas əlamətlərinə görə torpaqlar aşağıdakı qruplara ayrılır:
    1. Bataqlaşmış, torflu və subasar torpaqlar
    2. Meşə-kol bitkiləri altından çıxmış torpaqlar
    3. Quraq dərə – az məhsuldar torpaqlar
    Düzənlik tipli torflu bataqlıq torpaqlar kənd təsərrüfatı istifadəsi üçün 
    xüsusən yararlıdır. Bu torpaqlar yüksək məhsuldarlıq potensialına malik 
    olmaqla tərəvəz, mexaniki yem və başqa bitkilər əkinindən yaxşı məhsul 
    verməyə qabildir. Belə torpaqların becərilməsində əsas birinci becərmə 
    təbii bitki örtüyünü məhv edib, torpağın üst qatını yumşaltmaqdır. Bütün 
    üçün güclü kotanlardan, frezlər ağır diskili maladan və başqa alətlərdən 
    istifadə olunur.
    Yeni mənimsənilən torflu torpaqlar çox güclü eyni cinsli qata malikdir. 
    Burada ön kotancılıq adi kotanla şuma yaxşı keyfiyyət vermir, ona görə 


    ki, şumun alt və üst hissəsi yaxşı ovxalanmır. Vintli kotan istənilən kimi 
    torpağı çevirə bilir.
    Qrunt suları yüksəkdə olan torpaqlarda çevirməyən alətlərlə dərin 
    yumşaltma aparmaq lazımdır ki, bu da torpağın hava keçiriciliyini və 
    bitki qalıqlarının yaxşı çürüməsinə səbəb olur. Xüsusi kotanlara bu 
    torpaqları şumladıqda çox yaxşı nəticə əldə edilir. Belə şum, kol və 
    seyrək meşə altından çıxmış torpaqlarda aparılır.
    Torflu bataqlı torpaqları xüsusi kotanlarla əkdikdə yaxşı nəticələr alınır. 
    Hal-hazırda kol-bataqlıq torpaqlarının əkinində markalı kotanlardan 
    geniş istifadə olunur.
    PKB -2-54 markalı kolluq bataqlıq kotanlı xam bataqlıq, minerallaşmış 
    bataqların, meşə kötüklərinin alçaq boylu kolluqlarla örtülü yerlərin 
    əkilməsi üçündür.
    Basdırılmış oduncaq qalıqlarına təsadüfə olunan və qalın çim qatı olan 
    torpaqları ağır diskili malalarla becərirlər.
    Şimal rayonlarında torflu bataq bitkilər üçün becərilməsinin ən yaxşı 
    vaxtı yay, daha cənub rayonlar üçün payızın əvvəlidir.
    Gec əkin çimin parçalanması üçün şəraitlər yaratmır və k/t-ı bitkilərinin 
    məhsulunu azaldır. Əkindən 2-3 həftə sonra ağır malalarla diskiləmə 
    aparırlar. Yaxşı parçalanmış torfluğu yazda diskiləmək olar. İkinci, 
    bəzən üçüncü ildə əsas becərmə üçün bataqlıq frezi və yaxud ağır diskili 
    malalardan istifadə olunur, kotan vasitəsilə parçalanmamış çimləri, təbii 
    bitkilərin cücərə bilən toxumları və gözcükləri səthə çıxarıla bilər.
    Oduncaq qalıqları olmayan kötükləri çıxarılmış bataqlıq torpaqlarının 
    freyzerlə, sonradan isə ön kotancıqlı kotanla, becərmək məsləhət görülür.
    Mənimsənilən torfluqların bioloji fəallığının gücləndirilməsi və onlarda 
    mikroelementlərin miqdarını artırmaq üçün peyin, mineral və bakterial 
    gübrələr tətbiq etmək lazımdır.
    Çaybasar torpaqların kifayət qədər çürüntülü qatı olan növlərini ön 
    kotancıqlı kotanlarla becərmək olar. Nazik qatlı torpaqları əvvəlcə 
    diskiləyirlər, sonra sacsız dərin yumşaltma aparırlar. Rütubəti çox olan 
    çaybasar torpaqlarda torpaq dərinləşdiricilərin köməyinə əkin altı qatı 


    dərinləşdirmək olar. Səpin qabağı becərilən diskilləmədən malalamadan 
    və vərdənələmədən ibarətdir. Torflu bataqlı torpaqları mənimsəyərək 
    payızlıq buğda, arpa, kartof, qarğıdalı, çox illik otlar və bir sıra digər 
    bitkilərdən istifadə
    oluna bilər.
    2. Kol və meşə altından çıxmış torpaqların becərilməsi
    Müasir texnika və düzgün aqrotexnika nəticəsində yaxşı qurudulmuş 
    torfluqlarda mənimsəmənin ilk ilində hər hektardan 20-25 sen-dən, 200-
    300 sen, kartof, şəkər çuğunduru, 200-500 sen, qarğıdalı və kələm almaq 
    olurI Qırılmış meşələr altından çıxmış torpaqların çürüntülü qatı nazik 
    olur və onun altında podzol qatı yerləşir. Qalın meşə döşənəyi olduqda 
    daha dərin əkin aparılması faydalıdır. Müəyyən dərinliyə basdırılmış 
    meşə döşənəyi özünə məxsus drenləşdirilmiş material rolunu oynayır 
    zəif podzol qatına və cuzi meşə döşənəyinə malik torpaqları diskili 
    alətlərlə becərdikdən sonra sacsız alətlərlə dərindən yumşaldılır. 
    Oduncaqlı bitki qalıqlarını kənar etmək və hamarlaşdırmaq üçün kök 
    çıxaran maladan istifadə olunur. Bu halda bitki qalıqları xırdalanır və 
    torpağın mineral hissəsilə qarışdırılır. Meşə bitkiləri altından çıxan 
    torpaqların əsas becərilməsilə yanaşı onların mədəniləşdirilməsi üçün 
    kifayət qədər gübrə və əhəng tətbiq olunmalıdır. Yazda bu torpaqlarda 
    malalamadan, diskiləmədən və vərdənələmədən ibarət olan torpaqlarda 
    səpinqabağı becərmə aparılır.
    Kol basmış torpaqlarda təmizləmək üçün kimyəvi vasitələrdən istifadə 
    etmək və kolkəsənlərlə mexaniki kənar etmək olar.
    Traktorun qarşı hissəsində yerləşmiş kolkəsən maşın ağacları torpaq 
    səthi ilə bərabər kəsir. İri gövdəli ağaclardan təsərrüfatda istifadə edilir 
    və xırdalaları yandırılır. Külündən gübrə kimi və torpağın turşuluğunu 
    azaltmaq üçün istifadə olunur.
    Kolkəsəndən sonra torpağı malalayırlar. Mala kötükləri çıxarır, torpağı 
    yaxşı yumşaldır. Sonra torpaq disklənir və kolluq kotanı ilə əkilir.
    Hündürlüyü 1,5-2 m, diametri 5-7 sm-ə qədər olan kollar kolluq 
    kotanları ilə 25 sm dərinlikdə əkilir. Səpindən sonra torpaq Çökməməsi 


    üçün onu vərdələyirlər. Basdırılmış kol torpağın yaxşı havalanmasına 
    səbəb olur.
    Gələn ilin yazlıqlarının səpini üçün əkin yayın ortasında, cari ilin 
    payızlıq səpini üçün yayın başlanğıcında aparılır.
    3.Azməhsuldar quru dərələrin mənimsənilərək becərilməsi
    Az məhsuldar, quraq, kolluqları olmayan sahələrin torpaqlarının 
    becərilməsi çim qatının və çürüntülü qatın qalınlığından, habelə torpağın 
    podzollaşma dərəcəsindən asılı olaraq aparırlar.
    Zəif podzol qatla əhatə olunmuş yüngül mexaniki tərkibli torpaqlar çimli 
    qatdan daha dərin becərilir. Bu horizontun dərinliyindən asılı olaraq ön 
    kotancıqlı kotan və ya onsuz şumlana bilər. Dərin əkin qatı yaratmaq 
    üçün torpaq dərinləşdirici kotandan istifadə edilir.
    Tədqiqatlar göstərir ki,toroağın şumaltı qatının kipləşməsinin mənfi 
    cəhətləri çoxdur.Özbəkistanda,Çin Xalq Respublikasında aparılmış 
    təcrübələr göstərir ki,əkin altında istifadə olunan suvarılan sahələrdə 
    meydana gələn bu mənfi cəhətləri aradan qaldırmaq üçün torpaq qatı 
    vaxtaşırı heç olmasa beş ildən bir 100sm dərinliyində şumlanmalıdır və 
    belə yerlərdə mütləq növbəli əkin təşkil edilməlidir.
    Yeni istifadə olunan torpaqlar, torpaq -iqlim şəraitindən və təbii bitki 
    örtüyündən asılı olaraq fərqli xüsusiyyətlərə malikdir. Bu cür torpaqlar 
    əsasən qida maddələri ilə zəngin olsalarda, həmin maddələr bitkilər 
    tərəfindən çətin mənimsənilir.
    Yeni istifadə olunan torpaqlar;-bataqlaşmış, torflu və çaybasar, meşə və 
    kolluqlar altından çıxmış sahələr ola bilər. Yeni mənimsənilən 
    torpaqların becərilməsinin qarşısında
    duran əsas məsələ, təbii bitki örtüyünün məhv edilməsindən və üzvi 
    qalıqların minerallaşması üçün əlverişli şarait yaradılmasını təmin 
    etməkdən ibarətdir.
    4. Çöl və meşə çöl zonalarında əkilməmiş torpaqların becərilməsi


    Torflu-bataqlıq və çaybasar torpaqlar qida maddələri ilə yüksək 
    dərəcədə təmin olunduqlarına görə, həmin torpaqlarda becərilən bitkilər 
    yüksək məhsul verir.
    Torflu-bataqlıq torpaqlar bir tipli və güclü əkin qatına malikdir. Bu 
    torpaqların alt və üst qatları eyni çim qatına malik olduğuna görə, şum 
    zamanı ön kotancıqlı kotanlardan istifadə olunması məsləhət görülmür. 
    Torpağın tam çevrilməsini təmin etmək üçün vint formalı laydırı olan 
    kotanlardan istifadə olunur.
    Qrunt sularının səviyyəsi yüksək olan sahələrdə torpağa havanın daxil 
    olmasını və bitki qalıqlarının asan minerallaşmasını təmin etmək üçün 
    laydırsız kotanla dərin yumşaltma aparılmalıdır.
    Torflu-bataqlıq torpaqların becərilmsinə erkən yazda başlamaq lazımdır. 
    Bu zaman torpağın mədəni hala salınması üçün becərmələr aparmağa və 
    mikrobioloji proseslərin normal getməsinə kifayət qədər vaxt qalır.
    Torpağın xüsusiyyətlərinə və quruluşuna, torflu qatın qalınlığına, su 
    rejiminin xarakterinə və s. uyğun olaraq torflu bataqlıq torpaqlar 
    müxtəlif alətlərlə becərilir.
    Torflu qatı qalın olan torpaqların həm alt və həm də üst qatlarının 
    rabitəlilik xüsusiyyəti eyni dərəcədə yüksək olduğuna görə, ön 
    kotancıqlı mədəni kotanla kifayət qədər çevrilmir. Ona görə də, bu 
    torpaqlar əsasən vint formalı laydırı olan kotanlarla becərilir. Şumlama 
    zamanı torflu torpaqlar həddindən artıq yumşaldığına görə, sıxlaşdırma 
    aparmaq üçün vərdənələmə tətbiq edilir.
    Kol bitkiləri ilə örtülü olan qurudulmuş bataqlıqlar xüsusi
    kolluq-bataqlıq (PKB-2-54) kotanları ilə şumlanır. Həmin torpaqlarda 
    diskli kotanlardan və diskli malalardan istifadə oluna bilər. Bundan 
    başqa əkin qatını tam qarışdırmaq lazım olduqda torpağı daha dərin 
    becərən güclü frezerlər tətbiq edilir. Yeni istifadə edilən torflu bataqlıq 
    torpaqlarda mikrobioloji prosesləri fəallaşdırmaq üçün torpağa 
    mikroelementlər, üzvi, mineral gübrələr və peyin vermək lazımdır.
    Çaybasar torpaqlar qalın humus qatına malik olduqda ön kotancığı olan 
    kotanla becərilir. Nəmlənmənin yüksək olduğu sahələrdə isə şumlama 


    torpaqdərinləşdirmə ilə birlikdə aparılmalıdır. Əkin qatının qalınlığı az 
    olan çaybasar torpaqlar əvvəlcə disklənir və sonra dərin laydırsız 
    yumşaltma aparılır.
    Torflu -bataqlıq və çaybasar torpaqlar yeni istifadə edildikdə həmin 
    sahələrdə əsasən payızlıq taxıllar, kartof, çuğundur, qarğıdalı, çoxillik 
    otlar və s. əkilir.
    Meşə və kolluqlar altında olan torpaqların əkin qatının qalınlığı nisbətən 
    az, alt qat isə podzollaşmış olur. Ona görə də, bu cür torpaqların 
    becərilmə üsulları, meşə örtüyünün qalınlığından və çürüntülü qatın 
    xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir.
    Meşə örtüyü qalın olan torpaqlar dərin şumlanır. Bu zaman torpağa 
    çevrilən bitki və ağac qalıqları yaxşı çürüntü materialı hesab edilir. Meşə 
    örtüyü və çim qatı zəif olan torpaqlar əvvəlcə disklənir, sonra laydırsız 
    alətlərlə dərin yumşaldılır.
    Meşə torpaqları əkin dövriyyəsinə cəlb olunduqda, əvvəlcə təsərrüfat 
    məqsədilə yararlı ola bilən iri ağaçlar kəsilib götürülür, kiçik və yararsız 
    olanlar isə yandırılaraq gübrə kimi istifadə olunur.
    Meşə və kolluqlar altından çıxmış torpaqlar becərilən zaman traktorun 
    ön tərəfinə hündürlüyü 1,5-2 m, diametri isə 6-7 sm
    olan ağacları kəsə bilən alət qoşulur. Bu zaman ağac pöhrələrinin və 
    kolların torpaq səthi səviyyəsindən kəsilməsi təmin olunur və PKB - 2 - 
    54 markalı kolluq - bataqlıq kotanları vasitəsilə torpağa basdırılır. 
    Sonralar torpağa basdırılan ağac və kolların tam çürüməsi başa çatana 
    qədər becərmələr ancaq diskli alətlərlə aparılır.
    Çürüntülü qatın qalınlığından asılı olaraq meşə altından çıxmış torpaqlar 
    müxtəlif dərinlikdə becərilir. Humus qatı qalın olan torpaqlar 
    şumlandıqda əkinaltı qatdan 2 -3 sm torpaq layı dövriyyəyə qatıla bilər.
    Meşə döşənəkləri və humus qatı zəif olan torpaqlar qranulometrik 
    tərkibindən asılı olaraq müxtəlif üsullarla becərilir. Ağac və bitki 
    qalıqları əvvəlcədən diskli alətlərlə xırda doğranır və yüngül torpaqlara 
    malik olan sahələr laydırlı kotanlarla dərin şumlanır. Ağır qranulometrik 


    tərkibli torpaqlar isə dərin yumşaltma ilə bərabər üzləyici alətlərlə dayaz 
    becərilir, sonrakı illərdə tədricən becərmənin dərinliyi artırılır .
    Meşə altından çıxmış torpaqları bitki qalıqlarından təmizləmək və 
    turşuluğu ləğv etmək üçün herbisidlərdən və əhəngləmədən istifadə 
    olunur.
    Az məhsuldar olan torpaqlar çimli və çürüntülü qatın qalınlığından və 
    qranulometrik tərkibindən asılı olaraq müxtəlif üsullarla becərilir.
    Yüngül qranulometrik tərkibə və zəif podzol qata malik olan torpaqlar 
    çim layından dərin becərilir. Ağır gilli və gillicəli, az məhsuldar 
    torpaqlar güclü podzol qata malik olduqda isə, becərmələr humus qatı 
    qalınlığında aparılmalıdır. Həmin qatın qalınlığından asılı olaraq, bu 
    torpaqlar ön kotancıqlı kotanlarla becərilir və əkin qatının 
    qalınlaşdırılması məqsədilə kotan torpaqdərinləşdirici ilə təchiz 
    olunur.Humus qatı zəif olan və qida maddələri ilə az tə'min olunmuş 
    qorpaqlar əvvəlcə diskli alətlərlə becərilir.
    Sonrakı illərdə laydırsız kotanlardan istifadə etməklə becərmə dərinliyi 
    tədricən artırılır. 

    Download 0.88 Mb.
    1   ...   15   16   17   18   19   20   21   22   23




    Download 0.88 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Meşə meliorasiyası fənninin predmeti, məqsədi və vəzifələri. Plan

    Download 0.88 Mb.
    Pdf ko'rish