• İqlim meliorasiyası
  • Meşə meliorasiyası fənninin predmeti, məqsədi və vəzifələri. Plan




    Download 0.88 Mb.
    Pdf ko'rish
    bet3/23
    Sana30.10.2022
    Hajmi0.88 Mb.
    #28548
    1   2   3   4   5   6   7   8   9   ...   23
    Bog'liq
    Meşə meliorasiyası (Mühazirələr)

     
     
     
     
    Meliorasiyanın təsnifatı. 
    Plan: 
    1.Təbii mühitə təsirinə görə meliorasiya növləri. 
    2.İqlim və qar meliorasiyası. 
    3.Fitomeliorasiya və onun əhəmiyyəti. 
    4.Zoomeliorasiya və onun tətbiqi metodları. 
    Təbii mühitə təsirinə görə meliorasiyanın bir neçə növü ayrılır: iqlim 
    meliorasiyası, qar meliorasiyası, fitomeliorasiya, zoomeliorasiya və s. 
    İqlim meliorasiyası-Tədqiqatların nəticələrinə əsaslanan 
    A.İ.Voyeykovun fikrinə görə kənd təsərrüfatının inkişafı üçün materik 
    iqlim tipinə malik olan sahələr dəniz iqliminə malik olan ərazilərə 
    nisbətən daha əlverişlidir. Yazın sonu və yayda bol günəş enerjisinin 
    yaratdığı istilik kənd təsərrüfatının çoxsahəli inkişafına şərait yaradır. 
    Kartof, tərəvəz, taxıl kimi bitkilərin becərilməsi deyilənləri təsdiq edən 
    faktorlardır. Qeyd olunanlarla yanaşı Yer kürəsinin elə yerləri də var ki, 
    iqlim şəraiti kənd təsərrüfatının inkişafına maneçilik törədir. Belə ki, 
    şimal rayonlarında ifrat rütubətlənmədən, cənub rayonlarında isə yüksək 
    temperatur və rütubətin çatışmamazlığından bitkilər əziyyət çəkirlər. 
    Quraqlıq kənd təsərrüfatına ən çox ziyan vuran təbii hadisələrdən biridir. 
    Yağıntıların vegetasiya dövründə düşməməsi də əkin sahələrində 


    məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olur. Ən təhlükəli hava 
    şəraiti əkin sahələri üçün yazın ortalarında və payızın əvvələrində 
    şaxtaların baş verməsidir. Qışda sərt şaxtaların baş verməsi bir sıra 
    bitkilərin sıradan çıxması ilə nəticələnir. Qeyd olunan xoşagəlməz 
    hadisələrin törədə biləcəyi fəsadların qarşısını almaq məqsədi ilə bir sıra 
    iqlim meliorativ tədbirlərinin görülməsi tələb olunur. Belə ki, mədəni 
    bitkilərin becərilməsi iqlim əmələ gətirən amillərdən biri olmaqla Yer 
    səthində iqlimin yaxşılaşmasını təmin edir. Təsir etmə sürətinə görə o, 
    iqlim meliorativ tədbirləri tədrici və sürətli olmaqla iki yerə bölür. Əhatə 
    etdiyi ərazinin böyüklüyünə görə P.İ.Kalaskov iqlim meliorativ 
    tədbirlərini aşağıdakı kimi təsnif edir.
    1. Mikroiqlim meliorasiyası – torpaq səthinə yaxın hava və torpaqda.
    2. Mezoiqlim meliorasiyası – müxtəlif iqlim rayonlarını və əyalətləri 
    əhatə edir.
    3. Makroiqlim meliorasiyası – kifayət qədər böyük sahələri əhatə edir. 
    A.İ.Voyeykova görə zəruri meliorativ tədbirlərə suvarılma, meşələrdə 
    bataqlıqların qurudulması, tarlaqoruyucu və ya bütöv meşə zolaqlarının 
    salınması, şaxtadan qorunmaq məqsədi ilə tonqalların qalanması kimi 
    tədbirlərin həyata keçirilməsi aiddir. 
    Meşə zolaqlarının salınması, buludların mərmi ilə dağıdılaraq yağıntılara 
    çevrilməsi, hətta tullantısız istehsala keçmək iqlim meliorativ tədbirlər 
    istiqamətində görülən işlər sayılır. 
    Səth örtüyündə iqlim meliorativ tədbirlərin aparılmasına dağ 
    buzlaqlarının süni əridilməsi aid edilir. 
    İqlim meliorativ tədbirləri torpaqlarda istilik və rütubət rejimini 
    tənzimləməyə, aerasiya prosesinin yaxşılaşmasına, torpaqlarda 
    mikroorqanizmlərin 
    inkişafına kifayət qədər təsir göstərən tədbirlər sistemlərindən biridir. 
    Əhatə etdiyi ərazinin böyüklüyündən asılı olaraq iqlim meliorativ 
    tədbirlər isə aşağıdakı kimi təsnif olunur: 


    a) Mikroklimatik meliorasiya 
    b) Mezoklimatik meliorasiya 
    c) Makroklimatik meliorasiya 

    Download 0.88 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   23




    Download 0.88 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Meşə meliorasiyası fənninin predmeti, məqsədi və vəzifələri. Plan

    Download 0.88 Mb.
    Pdf ko'rish