Meşə meliorasiyası fənninin predmeti, məqsədi və vəzifələri. Plan




Download 0.88 Mb.
Pdf ko'rish
bet4/23
Sana30.10.2022
Hajmi0.88 Mb.
#28548
1   2   3   4   5   6   7   8   9   ...   23
Bog'liq
Meşə meliorasiyası (Mühazirələr)

Qar meliorasiyası torpaqlarda istilik və rütubət rejiminin yaxşılaşdırma 
istiqamətində aparılan tədbirlər sistemlərindən biridir. Qar örtüyündə 
rütubət ehtiyatı illik yağıntıların ümumi miqdarının yarısını təşkil edir. 
Bir sıra kənd təsərrüfatı bitkilərinin inkişafında qar örtüyü mühüm 
əhəmiyyət kəsb edir. Qar örtüyü torpaqların qorunmasında, rütubətlə 
təmin olunmasında, bitkilərin qış fəslində şaxtadan qorunmasında 
mühüm əhəmiyyətə malikdir. Təsərrüfatın müxtəlif sahələrinə ziyan 
vurmasına baxmayaraq qar meliorasiyasının aparılmasına son dövrlər 
xüsusi əhəmiyyət verilməkdədir. Bu sahədə ilk fikirlər A.İ.Voyeykova 
məxsusdur. Onun fikrincə qar örtüyünün paylanması təbii hadisələrə və 
coğrafi qanunauyğunluqlara aid olsa da müəyyən mənada insanların 
arzusundan da asılıdır. Belə ki, kol və ağaclar əkməklə yağmış qarın 
lazım olmayan sahələrə sovrulmasının qarşısını almaq, onun qalınlığını 
artırmaq və istifadə olunan torpaq sahələrində rütubətin miqdarını 
çoxaltmaq mümkündür. Pambıq yığımı qurtararkən kolların sahələrdən 
kənarlaşdırılmaması, Şimali Qafqazda günəbaxan yığımından sonra 
gövdəsinin saxlanması qar meliorasiyası mahiyyətini daşıyır. 
Qarsaxlama, qartoplama, qarbərkitmə və ərimiş suların saxlanılması qar 
meliorasiyasının əsas xüsusiyyətləri sayılır. 
XIX əsrin sonunda V.V.Dokuçayev, P.A.Kostiçev, A.A.İzmayılski 
əkinçiliyin inkişafında çöl zonası üçün qar örtüyünün əhəmiyyəti 
istiqamətində müəyyən teoretik araşdırmalar aparan tədqiqatçılar 
olmuşlar. 
Torpaqlarda rütubəti artırmaq məqsədilə ilk ―qar hərəkatı‖ tədqiqatı on 
min hektarlarla sahədə Volqa sahillərindən başlamışdır. 
Qar meliorasiyasının əsas mahiyyəti yağmış qarın müəyyən müddət 
saxlanılmasından ibarətdir. Belə demək mümkündürsə qar ləklərinin, 
yaxud qar örtüyünü bərkidilməsi nəinki qar örtüyünün saxlanmasında, 


həmçinin ərazinin bərabər rütubətlənməsində mühüm əhəmiyyət kəsb 
edir. Çöl zonasında dəmyə şəraitdə taxılçılığın inkişafında ərazidən 
bütövlükdə stabil məhsul götürülməsində bu tədbir xüsusi əhəmiyyətə 
malikdir. 
Qar meliorasiyası torpağın dərin qatlarında rütubətin təqribən 2 dəfə 
artmasına səbəb olur. Artırılmış rütubət yay fəslində bitkilərin rütubətlə 
təmin olunmasında mühüm rol oynayır 

Download 0.88 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   23




Download 0.88 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Meşə meliorasiyası fənninin predmeti, məqsədi və vəzifələri. Plan

Download 0.88 Mb.
Pdf ko'rish